Məhkəmə qərarları › İş №2-1(103)-156/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-156/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-156/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası XN Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2023 saylı 10 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh iddiaçıya ünvanlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədləri geri qaytarılır. xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İddiaçıya inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnun olduğu bildirilmişdir. Sonradan iddiaçı yenidən cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının eyni məzmunlu müraciətinə 4/3-6051 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış və 804 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmiş və sənədləri geri qaytarılmışdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.19N9-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsüdür, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci qrup müddətsiz əlildir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayonu Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X6, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərin yanında olmuşdur. Müharibə veteranı adı və vəsiqəsi ilə təmin olunmaq məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmiş, lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi biganə cavab verərək ona qarşı süründürməçilik etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtina məktubu əsassızdır. Belə ki, o, 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlildir və ona veteran vəsiqəsi qanuna müvafiq olaraq müdaxiləsiz verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaya dair yazılı etirazın dəlilləri iddiaçıya ünvanlanan imtina məktublarının məzmunu ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2023 saylı 10 mart 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən iş materiallarını hərtərəfli araşdırmamış, qanunvericilikdə iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsin verilməsi üçün kifayət qədər əsaslar olmadığı halda əsassız olaraq iddia tələbini təmin etməmişdir. Beləliklə də əsasnamənin tələbinə görə şəxsin hərbi xidməti 12 may 1994-cü ildən sonraya təsadüf edərsə “Müharibə veteranı” statusunun verilməsi üçün zəruri şərt şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması göstərilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 11 dekabr 200N-ci il tarixli əmrinə əsasən “döyüş şəraiti” dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşıdurması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulur. N nömrəli hərbi hissə N avqust 2008ci il tarixdə döyüş əməliyyatları aparmamış, həmçinin iddiaçının travma alması döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya 02 noyabr 2021-ci il tarixi qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış və apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Ötən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması ilə bağlı yeni qərar qəbul olunmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N3.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissə döyüş əməliyyatları aparmadığına və travma almağı döyüş əməliyyatları aparılan dövrdə döyüş tapşırığının icrası ilə bağlı olmadığına görə onun sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin “qeyd” hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun N-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və N-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, N-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin 11-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 2N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 2N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin N.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarına aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs xəsarəti Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi xaricdə kəşfiyyatla və ya əkskəşfiyyatla bağlı vəzifələri yerinə yetirən dövrdə, sülhməramlı qüvvələrin tərkibində xidmət etdiyi dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini göstərilən dövrlərə aid etməyə imkan verən tibbi sənədlər varsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa İddiaçıya məxsus EZ ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı 2000-ci ildə qoşun kəşfiyyatı ixtisası üzrə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir. Müdafiə Nazirliyinin 011N Rt nömrəli xx.xx.2009-cu il tarixli əmri ilə iddiaçıya mayor hərbi rütbəsi verilmişdir. İddiaçı xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilə kimi Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində müdavim, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N saylı hərbi hissədə xüsusi təyinatlı tağım komandiri, xx.xx.2002-ci ildən xx.xx.2004-cü ilə qədər həmin hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, xx.xx.2004-cü ildən xx.xx.2004-cü il tarixədək N saylı hərbi hissədə xüsusi təyinatlı bölük komandiri, xx.xx.2004-cü ildən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə kəşfiyyat bölük komandiri, xx.xx.2006-cı ildən xx.xx.200N-ci il tarixədək N saylı hərbi hissədə MTK-nın MTT üzrə müavini, xx.xx.200N-ci ildən xx.xx.200N-ci il tarixədək həmin hərbi hissədə MT qərargah rəisinin MTT üzrə köməkçisi, xx.xx.200N-ci ildən xx.xx.2008-ci il tarixədək həmin hərbi hissədə MTK-nın müavini, xx.xx.2008-ci ildən xx.xx.2012-ci il tarixədək həmin hərbi hissədə MT qərargah rəisi, xx.xx.2012-ci ildən xx.xx.2013-cü il tarixədək N saylı hərbi hissədə MT qərargah rəisi vəzifələri üzrə çalışmışdır. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2019-cu il tarixli, 952 nömrəli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında arayışından görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçusu mayor İddiaçı N avqust 2008-ci il tarixdə xidmət etdiyi taborda gecə döyüş postlarını yoxlayarkən yıxılmış və “Qapalı kəllə beyin travması, baş-beyin silkələnməsi” xəsarətini almışdır. Xəsarət (yaralanma, travma, kontuziya) alınmışdır: döyüş tapşırığını yerinə yetirərkən. N nömrəli Hərbi Hissənin iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli 1852 saylı arayışının surətindən görünür ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət etdiyi dövr Azərbaycan Respublikası Prezidentinin “Hərbi qulluqçuların pensiya təminatı" haqqında xx.xx.2004-cü il tarixli 122 nömrəli Fərmanına və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli 553 nömrəli əmrinə əsasən pensiya təminatı zamanı 1 (bir) gün hərbi xidmət 2 (iki) gün hərbi xidmət kimi hesablanır. Belə ki, hərbi hissə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında olan dövlət sərhəddində yerləşir və müvafiq döyüş tapşırığını yerinə yetirir. N nömrəli hərbi hissəsinin N fevral 2023-cü il tarixli, 288 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçmişdir. O, N nömrəli hərbi hissədə xidmət keçdiyi müddət ərzində hərbi hissə bilavasitə düşmənlə təmas xəttində olduğu üçün döyüş tapşırığı yerinə yetirmişdir. İddiaçı Rəfail oğlunun xidmət keçdiyi müddət ərzində xəsarət alıb-almaması barədə qeydiyyat aparılmış sənədlər müvafiq qaydaya uyğun olaraq məhv edildiyi üçün bu barədə məlumat verilməsi mümkün olmadığı göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 11 dekabr 200N-ci il tarixli 0113 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, “döyüş şəraiti" dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulmuşdur. Müvafiq döyüş tapşırığına uyğun olaraq, əsas müdafiə zolağı boyunca açılmış və düşmənlə bilavasitə təmas şəraitində müdafiədə duran, Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri xx.xx.2008-ci il tarixdən döyüş şəraitində hesab edilmişdir: 3- cü Ordu Korpusu (NNN, 065, N saylı hərbi hissələr istisna olmaqla). Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “xəsarətin səbəb əlaqəsinin təyin edilməsi” barədə iddiası təmin edilmiş, İddiaçı xx.xx.2008-ci il tarixdə aldığı “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətinin səbəb əlaqəsinin “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Məhkəmə qərarında göstərilmişdir ki, “Məhkəmə qeyd edir ki, cavabdeh xəsarətin səbəb əlaqəsini hərbi hissənin xx.xx.2015-ci il tarixli 699 saylı travma haqqında arayışına əsasən təyin etmişdir. Lakin hərbi hissənin müvafiq arayışlarından görünür ki, iddiaçı xəsarət aldığı zaman xidmət etdiyi hərbi hissə Azərbaycan Respublikası ilə Ermənistan arasında olan dövlət sərhəddində yerləşir və müvafiq döyüş tapşırığını yerinə yetirir. Göründüyü kimi, iddiaçı xəsarəti döyüş tapşırığını yerinə yetirərkən almışdır və iddiaçının aldığı xəsarət, onun alınma şəraiti və döyüş tapşırığının yerinə yetirilməsi ilə əlaqədar olması hərbi hissənin travma haqqında arayış ilə öz təsdiqini tapır. Lakin cavabdeh özünün xidməti vəzifəsinə uyğun olaraq xəsarətin səbəb əlaqəsinin düzgün təyin edilməsi üçün lazımi araşdırma aparmamışdır. Həmin Hərbi Hissənin 952 saylı xx.xx.2019-cu il tarixli Xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alınma şəraiti haqqında arayışdan da görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə xidmət etdiyi taborda gecə döyüş postlarını yoxlayarkən yıxılmış və “Qapalı kəllə beyin travması, baş beyin silkələnməsi” xəsarətini almışdır, xəsarət döyüş tapşırığını yerinə yetirərkən alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı xəsarəti döyüş tapşırığını yerinə yetirən hərbi hissədə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı üçün onun aldığı xəsarətin səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin N.2-ci bəndinin «a» yarımbəndınə tələblərinə əsasən «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi təyin edilməlidir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli, 195 nömrəli qərarından görünür ki, Bakı şəhəri Xətai RHK tərəfindən 1996-cı ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş tapşırığını yerinə yetirərkən xx.xx.2008-ci ildə aldığı və xx.xx.2008-ci il tarixdə N nömrəli hərbi hissənin tibb məntəqəsində ambulator müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Laçın rayon bölməsinin xx.xx.2019-cu il tarixli 48 nömrəli göndərişi, xx.xx.2019-cu il tarixli 49 nömrəli arayışı, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 699 nömrəli travma haqqında arayışı, zədələnmələrin qeydiyyatı kitabından və tibbi kitabçadan çıxarışlar, Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli İş № 2-1(112)-3029/2021 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.2013-cü il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş xəstəlik diaqnoz: “Anadangəlmə inkişaf qüsuru: qulaqcıqlararası çəpərin defekti, l (birinci) funksional sinif ürək çatışmazlığı. Xroniki eroziv qastroduodenit, remissiya mərhələsində” (SQ Baş Klinik Hospitalın terapiya profilli hospital hərbi-həkim komissiyası tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 2N32 nömrəli xəstəlik haqqında şəhadətnamə ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İşin apellyasiya instansiyası məhkəməsində icraatı zamanı məhkəmə kollegiyasına təqdim olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2023-cü il tarixli N12NN2 saylı məktubunda qeyd olunmuşdu ki, N nömrəli hərbi hissə xx.xx.2008-ci il tarixində döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarından görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 2005- 2012-ci illərdə verdiyi müvafiq əmrlərə əsasən Azərbaycan Respublikası qanunvericiliyinə əsasən “döyüş şəraiti” dedikdə hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya bölmənin bilavasitə düşmənə qarşı durması və faktiki döyüş aparması nəzərdə tutulmuşdur. Müvafiq döyüş tapşırığına uyğun olaraq əsas müdafiə zolağı boyunca açılmış və düşmənə bilavasitə təmas şəraitində müdafiədə duran Silahlı Qüvvələr növlərinin və qoşun qismlərinin birlik, birləşmə, hissə və bölmələri 2006-2012-ci illərdə döyüş şəratində hesab edilmişdir. 3-cü ordu korpusu istisna olmaqla (NNN, N və N saylı hərbi hissələr istisna olmaqla.) Beləliklə, iş materiallarında olan sənədlərdən və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-3029/2021 saylı qərarından müəyyən olunur ki, iddiaçı həqiqətən 1994-cü il 12 may tarixdən sonra döyüş zonasında döyüş tapşırığını yerinə yetirən hərbi hissədə xidmət etmiş və bu zaman xəsarət almışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə qərarı qanuni qüvvəsini almış və hətta icra olunmuş iddiaçıya ikinci dərəcə əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi arxivinin xx.xx.2024-cü il tarixli arxiv çıxarışlarından görünür ki, xx.xx.200N-ci il tarixli əmrə əsasən N saylı hərbi hissə döyüş şəratində hesab edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqan isə imtinanın əsasını təsdiq edən hər hansı sübutu nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8N.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1453/2023 saylı 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1453/2023 saylı 10 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar