Məhkəmə qərarları › İş №2-1(103)-1562/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1562/2023

23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1562/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi iş üzrə QƏRARİ İş № 2-1(103)-1562/2023 (Açar sözlər: “sərəncamın ləğv edilməsi ”) Bakı şəhəri 23 may 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi X5, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı Şəhəri Yasamal rayonu İcra Hakimiyyəti «İzmir küçəsi 5A saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında» xx.xx.2016-cı il tarixli 358 saylı sərəncamına əsasən, AR Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarını rəhbər tutaraq Yasamal rayonu, İzmir küçəsi, 5A saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazinin təsdiq olunmuş tikinti-planlaşdırma sənədlərinə uyğun olaraq, həmin torpaq sahəsində yüksəkmərtəbəli yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında «Brend Palace” MMC-nin istifadəsinə verilmişdir.

2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin “Azərinşaatlayihə" Dövlət Baş Layihə - Konstruktor və Texnoloji İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 A saylı binanın yaxınlığında yerləşən qarajlara vizual texniki baxış keçirilmişdir və qarajlarin qəzalı vəziyyətdə olması və normativ istismar müddəti bitməsi müəyyən edilmişdir. Yamacın dayanaqlığının təmin edilməsi üçün müəyyən tədbirlər görülməsi məqsədə müvafiq hesab edilmişdir.

3. “İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlığının təmin edilməsi haqqında” Cavabdeh xx.xx.2016-cı il tarixli, 380 saylı Sərəncamı ilə Yasamal rayonu, İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlığının təmin edilməsi üçün "xxxx" MMC-yə müvafiq gücləndirmə-bərkitmə işlərinin aparılmasına və mühəndisi qurğuların qurulmasına icazə verilmiş, yamacın dayanıqlığının təmin edilməsi üçün görülən tədbirlər mütəxəssislər tərəfindən hazırlanmış konstruktiv layihə əsasında aparılması və yamacın gücləndirmə-bərkitmə İşləri aparılan zaman zəruri təhlükəsizlik tədbirləri görülməsi, qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə əməl olunması "xxxx" MMC-yə tapşırılmışdır.

4. “İzmir küçəsi 5A saylı ünvanda yerləşən ərazinin tikintiplanlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” Cavabdeh xx.xx.2016-cı il tarixli, 334 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 8 nömrəli qərarını rəhbər tutaraq, ünvan 1 ünvanda yerləşən şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən doqquz mərtəbəli yaşayış binasının və binanın yaxınlığında yerləşən qarajların yerində “BREND PALACE" MMC tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla İzmir küçəsi 5A saylı ünvanda yerləşən ərazinin tikintiplanlaşdırma sənədləri təsdiq edilməsi qərara alınmışdır.

5. “İzmir küçəsi 5A saylı binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında” Cavabdeh xx.xx.2016cı il tarixli, 335 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahi, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər barədə" 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq, ünvan 1 binanın yaxınlığında yerləşən qarajların müvafiq qanunvericiliyə uyğun olaraq sökülməsinə və həmin ərazidə yüksəkmərtəbəlı yeni yaşayış binalarının tikintisinin layıhələndırılməsinə "xxxx" MMC-yə icazə verilmiş, və MMC-yə tapşırılmışdır ki, İzmir küçəsi 5A ünvanda yerləşən, şəhərin və ərazinin ümumi memarlıq görünüşünə xələl gətirən, 4 girişli, 80 mənzilli, 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsindən ibarət 9 mərtəbəli yaşayış binasının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, onların ərazidə və ya mövcud binanın yerində tikiləcək binalarda yeni mənzillərlə təmin edilməsi və eyni zamanda qeyri-yaşayış sahələrinin sahiblərinə yeni sahələrin verilməsi istiqamətində razılaşma tədbirləri həyata keçirsin, Qarajların yerləşdiyi ərazinin relyef xüsusiyyətlərini nəzərə alaraq layihələndirmə ərəfəsində mühəndısı-geoloji tədqiqat işlərinin aparılmasını təmin etsin və tədqiqat işlərinin nəticələrinə dair hesabata alınmış rəyi Cavabdehnə təqdim edilsin, Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiyaları aşkar edildikdə, həmin kommunikasiyaların köçürülməsini əlaqədar təşkilatlarla razılaşdırsı qərara alınmışdır. Həmin sərəncam yalnız qarajların sökülməsi, mühəndisi-geoloji tədqiqat işlərinin aparılması, mənzil sahibləri və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə razılaşma müqavilələrinin bağlanması və layihələndirmə üçün əsas hesab edilmişdir.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin predmetini Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında binanın (yaşayış və qeyri yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir.

7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda "xxxx" MMC tərəfindən təqdim edilmiş tikintisi nəzərdə tutulmuş yaşayış binalarının memarlıq hissəsi (eskiz) tikinti planlaşdırma eskizinə uyğun olduğu göstərilmişdir.

8. Cavabdeh 358 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı ilə İzmir küçəsi 5 A saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə 0,9249 hektar yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair 2016-cı il tarixli cizgi tərtib edilmişdir.

9. Beləliklə mübahisə predmeti olan sərəncam ərazinin tikinti üçün ayrılması və yaxud tikintiyə icazə verilməsi haqqında deyil, artıq ərazidə tikilmiş mövcud məntəqənin üçüncü şəxsin adına sənədləşdirilməsi barədədir.

10. Cavabdeh 428 saylı 29.12-cı il tarixli Sərəncamı ilə Cavabdeh müvafiq sərəncamlarının icrası ilə bağlı yamaçın dayanaqlığının təmin edilməsi və digər hazırlıq işlərinə başlandığından ərazidə müvəqqəti istifadə uçun köməkçi sahəyə ehtıyaç yaranmışdır. Qeyd olunanlara əsasən Yasamal rayonu İzmir küçəsı 5A ünvanda "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yüngül konstruksiyalı bir mərtəbəli müvəqqəti ofis binasının quraşdırılmasına icazə verilmiş, ofis binasının quraşdırılması razılaşdırılmış eskiz layihəsinə uyğun aparılması və quraşdırma işləri aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, inşaat norma və qaydalarının tələblərinə əməl olunması, ərazinin sanitar təmizliyinin və abadlığının qorunması "xxxx" MMC-yə tapşırılmışdır.

11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-75/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) Cavabdeh tərəfindən "xxxx" MMC-yə sərəncamlar verilərkən "xxxx" MMC-nin həmin ərazidə inşa etdiyi binaya nisbətdə şəhərsalma və tikinti normalarına (ara məsafələrə) riayət olunmasını müəyyən etmək məqsədi ilə məhkəmə ekspertizası təyin edilmişdir.

12. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 16881 nömrəli ekspert rəyində qeyd edilmişdir tədqiq edilən Cavabdeh tərəfindən "xxxx" MMC-yə xx.xx.2016-cı il tarixli 334 nömrəli “İzmir küçəsi 5A ünvanında yerləşən ərazinin tikintiplanlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında”, xx.xx.2016-cı il tarixli 335 nömrəli “İzmir küçəsi 5A binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarinin tikintisinin layihələndirilməsi haqqında”, xx.xx.2016-cı il tarixli 358 nömrəli “İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə yeni yaşayış binalarinin tikintisinin layihələndirilməsi haqqında”, 25.11,2016-cı il tarixli 380 nömrəli “İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlılığının təmin edilməsi haqqında” və xx.xx.2017-ci il tarixli 144 nömrəli “İzmir küçəsi 5A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidə yaşayış kompleksinin tikinti layihəsi üzrə 1-ci və 2-ci tikintisinə icazə verilməsi haqqında” sərəncamlar verilərkən "xxxx" MMC-nin həmin ərazidə inşa etdiyi binaya nisbətdə şəhərsalma və tikinti normalarına riayət edildiyi müəyyən olunmuşdur.

13. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2019 saylı, xx.xx.2019-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) bina tikilərkən mövcud ara məsafəsinə aid qaydalara riayət olunub olunmamasını müəyyən etmək məqsədilə təkrar məhkəmə ekspertizası təyin edilmişdir.

14. Həmin qərardada əsasən X1 xx.xx.2020-ci il tarixli 104 nömrəli ekspert rəyində göstərilmişdir:

15. 1. Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binası ilə (layihəsindəki mərtəbə sayı və hündürlüyü nəzərə alınmaqla) öz torpaq sahəsinin sərhədinə qədər olan ən yaxın məsafə 6,0 metr təşkil edir və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun deyildir.

16. 2. ünvan 3 ünvanında "xxxx" MMC-nin inşa etdiyi yaşayış binası ilə (layihəsindəki mərtəbə sayı və hündürlüyü nəzərə alınmaqla) öz torpaq sahəsinin sərhədinə qədər olan ən yaxın məsafə 13,40 metr təşkil edir və ara məsafəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.1. bəndinin tələblərinə uyğun deyildir.

17. 3. "xxxx" MMC-nin yaşayış binası ilə "xxxx" MMC-nin yaşayış binası arasındakı ən yaxın məsafə 26,40 metr, yamacın (təpənin ən yüksək nöqtəsindən aşağıya maili səthi) hündürlüyüisə 19,61 metr təşkil edir.

18. 4. "xxxx" MMC-nin yaşayış binasının fasad divarının üst səviyyəsi (xarici hündürlüyü 55,50 metr) "xxxx" MMC-nin yaşayış binasının layihə üzrə 17-ci mərtəbəsinin 56,41 metrlik səviyyəsinə uyğun gəlir.

19. 5. "xxxx" MMC-nin layihəsi reallaşağı təqdirdə bu bina "xxxx" MMC-nin layihəsində nəzərdə tutulan yaşayış binasına maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilib-bilməməsi məsələsi, bu sahədə fəaliyyət göstərən xüsusi biliyə malik olan mütəxəssislər tərəfindən zəruri cihaz və ya avadanlıq vasitəsilə müvafiq araşdırma (ölçü, hesablama və s.) aparıldıqdan sonra, dəqiqliklə müəyyənləşdirilə bilər.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) bina tikilərkən mövcud ara məsafəsinə aid qaydalara riayət olunub olunmamasını müəyyən etmək məqsədilə təkrar məhkəmə ekspertizası təyin edilmişdir.

21. Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 71,20 metr və «Brend Palace” MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 55,50 metr təşkil etmişdir.

22. Ekspert rəyində qeyd edilmişdir ki, iki çoxmərtəbli yaşayış binasının tikilməsi (İddiaçınin və "xxxx" MMC-nin yaşayış binalarının layihilərində göstərilən hündürlükləri nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən ara məsafəsi nəzərə alınmış, tikinti və şəhərsalma qaydalarına əməl edilmiş, bədbəxt hadisələr baş verdiyi halda onların qarşısının alınması zamanı çətinlik (təhlükə) yarana bilməz və hər hansı təhlükə anında "xxxx" MMC-nin binalarına öz torpaq sahəsindən (İddiaçı ilə sərhəd istiqamətdən) müdaxilə etmək mümkün olduğu müəyyən olunur.

23. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyində həmçinin qeyd edilmişdir ki, hər iki binanın layihəsi reallaşağı təqdirdə, biri digərinə maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilməz.

24. Hazırkı iddianın predmetini təşkil edən inzibati akt cavabdeh tərəfindən qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmamış eyni zamanda iddiaçının irəli sürdüyü dəlillər iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

25. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdehnə qarşı (üçüncü şəxslər "xxxx" MMC, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi) Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 A ünvanına Cavabdeh tərəfindən verilmiş "Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında" sərəncamın ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

26. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 420 saylı Sərəncamı ilə ünvan 5 ünvanda ümumilikdə 0.69304 ha torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki Tam Ortaqlı ”İnşaatçı" Şirkəti) icazə verilmişdir. İddiaçı tərəfindən ünvan 6 ünvanda tikintisi nəzərdə tututlan yaşayış binasının (3 girişli 20 mərtəbəli (19-20-ci mərtəbələri-2 səviyyəli birləşdirilmiş mənzillər), 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi, 3 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı-avtodayanacaq) şəhərsalma əsaslandırması, memarlıq-planlaşdırmanın eskiz həlli və işçi layihəsinin memarlıq hissəsi AR Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış və yaşayış binasının tikintisi üçün digər lazımi razılıq və icazələr alınmışdır. İddiaçı qeyd edir ki, sözügedən ünvan 6 ünvana qonşu olan ünvan 7ası mövcuddur. Qısa zaman öncə həmin ünvanda, 9 mərtəbəli yaşayış binasının həyətyanı torpaq sahəsinin iddiaçı ilə qonşu sərhəddində tikinti işləri başlanmışdır. Başlanmış tikinti işləri qanunvericiliklə nəzərdə tutulmuş binalar arasında və binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan ara məsafəsi pozulmuşdur.Onlara verilən məlumata görə Cavabdeh tərəfindən həmin 9 mərtəbəli bina qəzalı vəziyyətdə olan bina hesab edilmiş və AR Nazirlər Kabinetinin "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" xx.xx.2016-cı il tarixli 86 saylı Qərarını nəzərə alınaraq sözügedən binaya "Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında" sərəncam verilmiş və tikinti işləri məhz bu sərəncam əsasında başlanılmışdır. Bu isə iddiaçının hüquqlarını pozmaqla yanaşı, gələcəkdə həmin binalarda mənzil alan sakinlərin həyat və sağlamlığını təhlükə altında qoyur. AR Nazirlər Kabinetinin xx.xx.2014- cü il tarixli 72 saylı Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi 03 bağlı müfəssəl” Qaydaların 3- cü bəndinə əsasən Tikinti ərazisinin sərhədləri daxilində binanın xarici divariandan ərazinin sərhədinə qədər ara məsafəsi saxlanılmalıdır. Həmin sahələrin üzərində yerüstü yerüstü obyektlərinin inşasına yol verilmir. Adıkeçən Qaydaların 5-ci bəndinə görə Ara məsafəsi hər bir ayrılmış torpaq sahəsinin öz sərhədləri çərçivəsində olmalıdır. Həmin Qaydaların 6- cı bəndinə əsasən Ara məsafələri bir-birinin üzərinə düşə bilməz. Bu hal bir- birinə 75 dərəcədən böyük bucaq altında yerləşən binaların xarici divarları qarşısındakı ara məsafələrə şamil edilmir. Sözügedən Qaydaların 7-ci bəndinə görə Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür. Qeyd edilən Qaydaların 9-ci bəndinin tələbinə əsasən Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.7-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.

27. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

28. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının ““Brend Palace" MMC-yə Cavabdeh tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 335 saylı İzmir küçəsi 5A binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında, 21.102016-cı il tarixli 358 saylı "İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında" və xx.xx.2016-cı il tarixli 380 saylı "İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlılığın təmin edilməsi"nə dair “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

29. İddiaçı xx.xx.2017-ci il tarixində məhkəmə aidiyyətinin dəyişdirilməsi haqqında vəsatət verərək, işin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

30. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) vəsatət mümükün sayılmamışdır.

31. Məhkəmənin həmin qərarından iddiaçı apelyasiya şikayəti verilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarix qərardadının ləğv edilməsi, aidiyyətlə bağlı vəsatətinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1023 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə qalmışdır.

33. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə iddiaçının “Brend Palace" MMC-yə Cavabdeh tərəfindən verilmiş xx.xx.2016-ci il tarixli 334 saylı "İzmir küçəsi 5A ünvanda yerləşən ərazinin tikintiiaşdırma sənədlərinin təsdiq edilməsi haqqında", xx.xx.2016-ci il tarixli 335 saylı "İzmir küçəsi 5A binanın yaxınlığında yerləşən qarajların sökülməsi və ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında", 28.102016-cı il tarixli 358 saylı "İzmir küçəsi 5A binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə yeni yaşayış binalarının tikintisinin layihələndirilməsi haqqında", xx.xx.2016-cı il tarixli 380 saylı " İzmir küçəsi 5A nın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidəki yamacın dayanıqlılığın təmin nəsi haqqında" və xx.xx.2017-ci il tarixli 144 saylı İzmir küçəsi 5 A saylı binanın yaxınlığında qarajların yerləşdiyi ərazidə yaşayış kompleksinin tikinti layihəsi üzrə "xxxx" MMC-yə 1-ci və 2-ci tikintisinə icazə verilməsi haqqında" Yasamal Rayonu İcra Hakimiyyəti sərəncamlarının ləğv edilməsinə dair “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

34. "xxxx" MTK məhkəməyə vəsatətlə müraciət edərək onun üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir.

35. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1638/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) "xxxx" MTK tərəfindən inzibati işə onun üçüncü şəxs qismində cəlb edilməsi barədə vəsatəti rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, "xxxx" MTK "xxxx" MMC tərəfindən qanunla qorunan hüquq və mənafelərinin pozulduğunu iddia edirsə, o zaman həmin MTK-ya qarşı müstəqil şəkildə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququndan istifadə edə bilər.

36. Üçüncü şəxs "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2555/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə (sədrlik edən: Ü.A.Mayılov, hakimlər: M.N.Tağızadə və K.N.Abiyeva) apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamış, apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilmiş və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.

37. Üçüncü şəxs "xxxx" MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2555/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından kassasiya şikayəti şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-219/2018 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə (sədrlik edən: K.N.Bədəlov, hakimlər: İ.A.Dadaşov və S.Ə.Hüseynova) üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2555/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

38. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-75/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə (hakim T.Əsədova) iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir.

39. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2018 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) iş üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

40. İddiaçı məhkəməyə “təkrar ekspertizanın təyin edilməsinə dair” vəsatət təqdim etmişdir.

41. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) iş üzrə təkrar məhkəmə ekspertizası təyin edilmişdir.

42. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-29/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim T.Əsədova) iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir.

43. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2021 saylı, xx.xx.2021-cu il tarixli qərardadı ilə (hakim F.Mədətli) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

45. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

46. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə bağlı Cavabdeh mübahisələndirilən müvafiq Sərəncamları iddiaçıya rəsmi qaydada təqdim edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır.

47. Cavabdeh orqanın qəbul etdiyi sərəncamların qanuna zidd olması, bunun nəticəsində iddiaçının hüquqlarının pozulması, eləcə də inzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulması halları iş üzrə öz təsdiqini tapmamışdır.

48. Birinci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci, 1.1-ci, 1.2-ci, 2.0.1-ci, 2.0.2-ci, 2.0.11-ci, 58.1-ci, 67.1-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndinə, Nazirlər Kabinetinin qeyd olunmuş 86 saylı qərarın 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə, 29.1 və 29.2-ci maddələrinə və həmin maddənin 4-cü bəndinə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 1.4cü bəndinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.4-cu, 69.5-ci, 69.5.1.-ci, 69.7.2-ci, 69.7.3.-cü, 69.7.4-cü, 69.8.-ci, 75.1-ci bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü, 4.2-ci, 4.3-cü bəndlərinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

49. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

50. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyi tam və hərtərəfli ekspertiza tədqiqatı aparılmadan tərtib edilmişdir. Ekspert rəyi çoxlu cavabsız suallar yaradır. Məhkəmə özü də bunu nəzərə alaraq, rəyi vermiş eksperti məhkəmə iclasına dəvət və ekspertiza tədqiqatını hansı cihazdan istifadə etməklə aparılmasına dair sorğu vermişdir. Lakin ekspert iclasa gəlməmiş və sorğuya cavab verməmişdir. Bu qədər ziddiyyətli, absurd olması məhkəmə tərəfindən də qəbul edilən, məhkəmənin özündə ekspert rəyi ilə bağlı yaranmış suallar olmasına baxmayaraq, sonda bu rəyin mötəbər sübut kimi qiymətləndirilməsi heç cür başa düşülən və qəbul edilən deyildir. İstinad edilən ekspert rəyindən də göründüyü kimi, ekspert özü hər hansı araşdırma aparmamış, işdə olan "xxxx"ye üçüncü işdəki digər şəxslər tərəfindən verilmiş razılaşdırmalara və məktublara (hansıkı həmin razılaşmalar və məktublar tarixlər baxımından uyğunsuzdur və onlarda hər hansı texniki göstəricilər qeyd edilməmişdir Və həmin sənədlər iddiadan sonrakı tarixə təsadüf etdiyindən mübahisəlidir) istinad edərək rəy tərtib etmişdir. Ekspert özünü hakim kimi apararaq həmin sənədlərə hüquqi qiymət vermişdir. Məlumat üçün qeyd edək ki, yalnız və yalnız sonuncu məhkəmə prosesində iştirak edən (hüquqşünas olan nümayəndələri vasitəsi ilə) üçüncü şəxslər özləri də verilən razılaşmaları və məktubları əsaslandıra bilməmiş, texniki göstəriciləri qeyd edə, faktiki göstəriciləri və norma göstəricilərini müqayisəli izah edə bilməmişdirlər. Məhkəmənin heç bir texniki göstərici olmadan "xxxx" MMC-nin tikintisinin normalara uyğun olması qənaətinə necə gəlməsi olduqca maraqlı sualdır və qərarda bu sualın cavabı açıqlanmır.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

51. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

52. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi, iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.İddiaçının nümayəndəsi Kamran Abidov verilən suallara cavabında bildirmişdir ki, tikintilər arasındakı məsafə 23-24 metr təşkil edir.3cü şəxs "xxxx" MMC mübahisəli binanın 17 mərtəbə tikilməsi layihədə nəzərdə tutulsa da, daha yüksək mərtəbə inşa etsə o zaman iddiaçı üçün daha təhlükəli vəziyyət yaranma ehtimalı da var.Bunun da nəzərə alınmasını xahiş etmişdir.

53. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

54. Həmçinin, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Fikrət Səfərov verilən suala cavab olaraq bildirmişdir ki, binanın 3 mərtəbəsi inşa olunduqdan sonra 5 ildir dayandırılıb və 17 mərtəbə tikilməsi təsdiq edilmiş layihədən kənara çıxılmasını fikirləşmirlər.Əgər Layihədən kənara çıxılarsa bu başqa mübahisə olar.

Tətbiq edilən hüquq

55. Azərbaycan Respublikasının Konstitusiyasının:

- 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.. - 29.1 və 29.2-ci maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

56. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. - 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır.

57. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarı: - 1.1-ci bəndinə əsasən mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhərində, o cümldədn Yasamal rayon üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, habelə rayon ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması və bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi qərara alınmışdır. - 1.4-cü bəndinə əsasən tikintiyə başlamamışdan əvvəl tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədlərinə uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin rayon icra hakimiyyətinin müraciətinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılır.

58. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”: - 1.4-cü bəndinə əsasən Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətini vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, müvafiq ərazinin əhalisinin rifahını yaxşılaşdırmaq naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi, qanunçuluq, aşkarlıq və ictimai rəyin nəzərə alınması prinsipləri əsasında qururlar.

59. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: - 69.4-cu bəndinə əsasən ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. - 69.5-ci bəndinə əsasən ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1.divar hündürlüyünün 0,6 hissəsi. - 69.7.2-ci bəndinə əsasən torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; - 69.7.3.-cü bəndinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; - 69.7.4-cü bəndinə əsasən yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. - 69.8.-ci bəndinə əsasən ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - 75.1-ci bəndinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.

60. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları: - 4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... - 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. - 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

61. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

- Maddə. 2.2.1 -şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - Maddə 8.1.2-mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. - Maddə.32.1- mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - Maddə 38.1-mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. - Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. - Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: - Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; - Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; - Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. - Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

62.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 63.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Hazırkı iddia tələbi ilə bağlı Cavabdeh mübahisələndirilən müvafiq Sərəncamları iddiaçıya rəsmi qaydada təqdim edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. 65.Mübahisənin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli 420 saylı Sərəncamı ilə ünvan 5 ünvanda ümumilikdə 0.69304 ha torpaq sahəsində yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (əvvəlki Tam Ortaqlı ”İnşaatçı" Şirkəti) icazə verilmişdir. İddiaçı tərəfindən ünvan 6 ünvanda tikintisi nəzərdə tututlan yaşayış binasının (3 girişli 20 mərtəbəli (19-20-ci mərtəbələri-2 səviyyəli birləşdirilmiş mənzillər), 1-ci mərtəbəsi qeyriyaşayış sahəsi, 3 səviyyəli zirzəmi mərtəbəsi və həyətin altı-avtodayanacaq) şəhərsalma əsaslandırması, memarlıq-planlaşdırmanın eskiz həlli və işçi layihəsinin memarlıq hissəsi AR Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış və yaşayış binasının tikintisi üçün digər lazımi razılıq və icazələr alınmışdır. İddiaçı qeyd edir ki, sözügedən ünvan 6 ünvana qonşu olan ünvan 7ası mövcuddur. Qısa zaman öncə həmin ünvanda, 9 mərtəbəli yaşayış binasının həyətyanı torpaq sahəsinin iddiaçı ilə qonşu sərhəddində tikinti işləri başlanmışdır. Başlanmış tikinti işləri qanunvericiliklə nəzərdə tutulmuş binalar arasında və binalarla tikinti ərazilərinin sərhədləri arasında saxlanılmalı olan ara məsafəsi pozulmuşdur. 66.İddiaçı göstərilən səbəblərdən 3-cü şəxs "xxxx" MMC ilə bağlı hazırkı iddiasında iddia etdiyi sərəncamların ləğvini tələb edir. 67.Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Yasamal rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2016-cı il tarixdə Cavabdeh ilə "xxxx" MMC arasında müqavilə bağlanılmışdır. Həmin müqavilənin predmetini Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında binanın (yaşayış və qeyri yaşayış sahələri olmaqla) tikintisi üçün NK Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələrin imzalanması hazırkı müqavilənin predmetini təşkil edir. 68.Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubunda "xxxx" MMC tərəfindən təqdim edilmiş tikintisi nəzərdə tutulmuş yaşayış binalarının memarlıq hissəsi (eskiz) tikinti planlaşdırma eskizinə uyğun olduğu göstərilmişdir. 69.Cavabdeh 358 saylı xx.xx.2016-cı il tarixli Sərəncamı ilə İzmir küçəsi 5 A saylı binanın və binanın yaxınlığındakı qarajların yerləşdiyi ərazidə 0,9249 hektar yaşayış binasının tikintisi üçün "xxxx" MMC-yə torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair 2016-cı il tarixli cizgi tərtib edilmişdir. 70.Mübahisəli məsələnin həllinə yönələn suallar qoyulmaqla iş üzrə bir neçə dəfə tikintitexniki ekspertiza təyin olunmuş, həmçinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-21/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə (hakim F.Mədətli) bina tikilərkən mövcud ara məsafəsinə aid qaydalara riayət olunub olunmamasını müəyyən etmək məqsədilə təkrar məhkəmə ekspertizası təyin edilmişdir. 71.Həmin qərardada əsasən Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4., 69.5. və 69.5.1. bəndlərinin tələblərinə müvafiq olaraq, "xxxx" MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 71,20 metr və «Brend Palace” MMC-nin inşa etdiyi yaşayış binasının xarici fasadının hündürlüyünün layihə üzrə +-0.00 səviyyəsindən 55,50 metr təşkil etmişdir. 72.Ekspert rəyində qeyd edilmişdir ki, iki çoxmərtəbli yaşayış binasının tikilməsi (İddiaçınin və "xxxx" MMC-nin yaşayış binalarının layihilərində göstərilən hündürlükləri nəzərə alınmaqla Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilən ara məsafəsi nəzərə alınmış, tikinti və şəhərsalma qaydalarına əməl edilmiş, bədbəxt hadisələr baş verdiyi halda onların qarşısının alınması zamanı çətinlik (təhlükə) yarana bilməz və hər hansı təhlükə anında "xxxx" MMC-nin binalarına öz torpaq sahəsindən (İddiaçı ilə sərhəd istiqamətdən) müdaxilə etmək mümkün olduğu müəyyən olunur. 73.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyində həmçinin qeyd edilmişdir ki, hər iki binanın layihəsi reallaşağı təqdirdə, biri digərinə maneə (günəş işığının düşməsi, hava axını və s. baxımından) yarada bilməz. 74.Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Kamran Abidov verilən suallara cavabında bildirmişdir ki, tikintilər arasındakı məsafə 23-24 metr təşkil edir. 3-cü şəxs "xxxx" MMC mübahisəli binanın 17 mərtəbə tikilməsi layihədə nəzərdə tutulsa da, daha yüksək mərtəbə inşa etsə o zaman iddiaçı üçün daha təhlükəli vəziyyət yaranma ehtimalı da var.Bunun da nəzərə alınmasını xahiş etmişdir. 75.Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.Həmçinin, 3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi Fikrət Səfərov verilən suala cavab olaraq bildirmişdir ki, binanın 3 mərtəbəsi inşa olunduqdan sonra 5 ildir dayandırılıb və 17 mərtəbə tikilməsi təsdiq edilmiş layihədən kənara çıxılmasını fikirləşmirlər.Əgər Layihədən kənara çıxılarsa bu başqa mübahisə olar. 76.Məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlili iddia tələbi ilə oxşar məzmunlu olmaqla, əlavə olaraq Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/108 nömrəli rəyi ilə razılaşmadıqlarına istinad edilmişdir. 77.Məhkəmə Kollegiyası iddiaçının nümayəndəsinin yuxarıda qeyd edilən izahatları ilə ekspert rəyinin ziddiyyət yaratmadını müəyyən etmişdir.Belə ki, iddiaçının nümayəndəsi Kamran Abidov verilən suallara cavabında bildirmişdir ki, tikintilər arasındakı məsafə 23- 24 metr təşkil edir. 3-cü şəxs "xxxx" MMC mübahisəli binanın 17 mərtəbə tikilməsi layihədə nəzərdə tutulsa da, daha yüksək mərtəbə inşa etsə o zaman iddiaçı üçün daha təhlükəli vəziyyət yaranma ehtimalı da var.Bunun da nəzərə alınmasını xahiş etmişdir. 78.3-cü şəxs "xxxx" MMC-nin nümayəndəsi nümayəndəsi Fikrət Səfərov verilən suala cavab olaraq bildirmişdir ki, binanın 3 mərtəbəsi inşa olunduqdan sonra 5 ildir dayandırılıb və 17 mərtəbə tikilməsi təsdiq edilmiş layihədən kənara çıxılmasını fikirləşmirlər.Əgər Layihədən kənara çıxılarsa bu başqa mübahisə olar. 79.Məhkəmə Kollegiyası göstərilənlərə əsasən ekspert rəyini sübut olaraq qəbul edir. 80.Azərbaycan Respublikası İPM-nin 1.2. maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər

81. Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən: 82.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 83.Maddə101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 84.Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 85.Beləliklə, müəyyən olunmuşdur ki, hazırkı iddianın predmetini təşkil edən inzibati akt cavabdeh tərəfindən qəbul edilərkən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələbləri pozulmamış eyni zamanda iddiaçının irəli sürdüyü dəlillər iş üzrə keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də öz təsdiqini tapmamışdır. 86.Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 87.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar