Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1563/2022 27.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “dəfn pulunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7222/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçıya ərinin vəfatı ilə əlaqədar dəfn pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, əri X3 14 mart 2021-ci il tarixdə 67 yaşında vəfat etmişdir. Mərhum 2006-cı ildən pensiya alırdı. 2017-ci ildə “insult” keçirmişdir, ölən günədək yataq xəstəsi kimi daim kənar şəxsin qulluğuna ehtiyacı olmuşdur. 2-ci qrup əlil olmaqla aylıq 260 manat pensiya almışdır. Onun vəfatından sonra iddiaçı dəfn pulunun verilməsi üçün DSMF Zaqatala rayon şöbəsinə müraciət etmişdir. Lakin DSMF Maliyyə və X1 imtina cavabı verilmişdir. Həmin imtinada pensiya hüququnun olmaması qanunsuz və əsassız olaraq göstərilmişdir. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında kişilər üçün pensiya yaşı 65-dir. X5 vəfat etdiyi vaxt 67 yaşı, yəni pensiya almaq hüququ olmuşdur. Mərhum 25 may 1954-cü ildə doğulmuşdir. Ölüm şəhadətnaməsinin verilməsi ilə bağlı mərhumun şəxsiyyət vəsiqəsi Zaqatala rayon Qeydiyyat şöbəsində iddiaçıdan alınmışdır. Hal-hazırda həmin sənəd qeydiyyat şöbəsindədir. Belə olan halda o, məhkəməyə müraciət etməli olmuşdur Cavabdeh tərəfindən iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazda bildirilmişdir ki, İddiaçı cavabdehə ərizə ilə müraciət edərək dəfn üçün nəzərdən tutulmuş birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən əlverişsiz inzibati akt qəbul olunmuşdur. İnzibati aktdan narazı qalan iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir. Buna əsasən, İPM-in 1.2, 47-ci maddələrini rəhbər tutaraq işə dair etiraz təqdim edilir. Belə ki, dəfn üçün müavinət – ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. “Sosial müavinətlər haqqında” AR Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Həmin Qanunun 10-1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Bu Qanunun 7.0.13-cü maddəsinə dəfn üçün müavinət bu Qanunun 4.0.1.1 – 4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, «İşsizlikdən sığorta haqqında» AR Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Qanunun 4.0.1.1 – 4.0.1,5-ci maddələrində nəzərdə tutulan müavinətlər isə aşağıdakılardır: dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, ailə başçısını itirməyə görə müavinət. “Əmək pensiyaları haqqında” AR Qanununun 42-ci maddəsində qeyd olunur ki, əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir. Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün müavinət həmin şəxslərə ödənilir. Dəfn üçün müavinətin ödənişinin maliyyələşdirilməsi əmək pensiyası ödənişinin maliyyə mənbələrinə uyğun qaydada həyata keçirilir. «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 189 nömrəli qərarında qeyd olunur ki, sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır. Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir. Sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan şəxs vəfat etdikdə, dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. İnzibati icraat materiallarından məlum olur ki, İddiaçı mərhum əri X3 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. X6 2006-cı ildən müddətli əlillik təyin olunmuşdur. Sonuncu dəfə 29 yanvar 2016-cı il tarixdə 5 il müddətinə İİ qrup əlillik təyin olunmuş və bununla bağlı ona əmək pensiyası ödənilmişdir. 29 yanvar 2021-ci ildə X5 əlillik təyinatının müddəti başa çatmışdır. Beləliklə X7 vəfat etdiyi tarixdə əmək pensiyaçısı deyildi. Göründüyü kimi, İddiaçı dəfn pulu ödənilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin olunmaması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7222/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7222/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından məlum olur ki, İddiaçı mərhum əri X3 14 mart 2021-ci il tarixdə vəfat etmişdir. X6 2006-cı ildən müddətli əlillik təyin olunmuşdur. Sonuncu dəfə 29 yanvar 2016-cı il tarixdə 5 il müddətinə İİ qrup əlillik təyin olunmuş və bununla bağlı ona əmək pensiyası ödənilmişdir. 29 yanvar 2021-ci ildə X5 əlillik təyinatının müddəti başa çatmışdır. “Sosial müavinətlər haqqında” AR Qanununun (Qanunun 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) 1.0.1-ci maddəsinə görə sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0.1-ci maddəsinə görə bu Qanunla aşağıdakı aylıq müqavinətlər təyin edilir: (4.0.1.1) dövlət qulluqçularına ömürlük müavinət, (4.0.1.2) yaşa görə müavinət; (4.0.1.3) 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət, (4.0.1.4) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət, (4.0.1.5) ailə başçısını itirməyə görə müavinət. Həmin Qanunun bu Qanunla aşağıdakı birdəfəlik müavinətlər təyin edilir: (4.0.2.1) radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, (4.0.2.2) uşağın anadan olmasına görə müavinət, (4.0.2.3) dəfn üçün müavinət. Həmin Qanunun 7-ci maddəsinə görə dəfn üçün müavinət bu Qanunun 4.0.1.1 – 4.0.1.5-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, «İşsizlikdən sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 42.2-ci maddəsinə əsasən əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə araşdırılması ilə iddiaçının mərhum əri X2 2006-cı ildə müddətli əlilliyin təyin edildiyi, sonuncu dəfə ona 2-ci qrup əlillik təyinatının 29 yanvar 2016-cı il tarixə təsadüf etdiyi və 5 il müddətinə verilmiş həmin əlilliyin 29 yanvar 2021-ci il tarixdə başa çatdığı müəyyən edilir. X7 işsizlikdən sığorta ödənişi alan şəxs də sayılmır. Odur ki, mərhum X3 14 mart 2021-ci il tarixdə vəfat etdiyi tarixdə əmək pensiyaçısı olmadığından, hazırkı İddiaçı onun ailə üzvü (arvadı) kimi dəfn üçün müavinət verilə bilməz. Belə olan halda, iddiaçıya mərhum ərinin vəfatı ilə əlaqədar dəfn pulunun verilməsindən cavabdehin imtinası qanuna zidd sayıla bilməz. Beləliklə, cavabdehin imtinası əsaslıdır və birinci instansiya məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(112)-7222/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-1563/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1563/2022
27.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver