Məhkəmə qərarları › İş №2-1(103)-1564/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1564/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1564/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızının və İddiaçı7 Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi» tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X1-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı4, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızının və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi» tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «sərbəst toplaşma azadlığına müdaxilənin qanunsuz hesab edilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı, İddiaçı7 və İddiaçı3 ibarət aksiya təşkilatçıları qrupu 2020-ci il martın 8də saat 15:00-dan 16:00-dək 8 Mart – “Bizimdir hürr küçələr” şüarı ilə son illərdə ölkədə məişət zəminində qadınların öldürülməsi və digər zorakılıq faktlarına, həmin faktların hüquq mühafizə orqanları tərəfindən lazımınca araşdırılmamasına etiraz etmək, cəmiyyətin və hakimiyyətin diqqətini göstərilən problemə yönəltmək məqsədilə yürüş planlaşdırıldığı barədə yazılı surətdə x xxxx 2020-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətini xəbərdar etmişlər. Xəbərdarlıqda yürüşün tarixi və saatı, təşkilatçılar barədə dəqiq məlumat əks etdirilmiş, aksiyanın təşkilatçıları yürüşün saat 15-də şəhərin mərkəzində Səbail rayonu, Nizami küçəsi, 340-cı məhəllə ünvanında yerləşən Mcdonalds restoranının qarşısından başlanaraq, N.Rəfibəyli, R.Rza və Nizami küçələrindən keçməklə Nizami küçəsi, 83 ünvanında yerləşən Kolorit kafesinin yanında bitəcəyini bildirmişlər (ümumi 450 metr məsafə). Bakı Şəhər İcra Hakimiyyəti x xxxx 2020-ci il tarixli cavab məktubunda «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə istinadən mitinq iştirakçıları qrupunun təklif etdiyi yerlərdə mitinq keçirilməsini məqsədəuyğun hesab etməmişdir. Məktubda qeyd edilmişdir ki, yürüşün keçirilməsi nəzərdə tutulan ərazi paytaxt sakinlərinin və qonaqların ən çox istirahət etdikləri yerdir, həmçinin orada çoxlu ictimai-iaşə, xidmət, ticarət və əyləncə obyektləri mövcuddur. Bununla da yürüş faktiki olaraq qadağan edilmişdir. Alternativ yer kimi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Həzi Aslanov küçəsi X9 X2 təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunmuşdur. Cavabdehin x xxxx 2020-ci il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Hazırkı işdə inzibati orqanın alternativ yer kimi təklif etdiyi şəhərin mərkəzindən uzaqda və yürüşün əsas məqsədi olan baş verən məişət zorakılıqlarına diqqəti artırmağa mane olduğu üçün təklif edilən toplantı yerini məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin istinad etdiyi «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə əsasən sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Qanunun 7-ci maddəsinin İV hissəsinə görə sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin İ hissəsində nəzərdə tutulmuş məqsədlərə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər. İnzibati orqan toplantının nə vaxtı, nə də ki, yeri ilə bağlı heç bir alternativ təklif verilməmişdir. Cavabdehin qərarında göstərilən səbəb qanunsuzdur. «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununda yürüşün (aksiyanın) keçiriləcəyi yerlə bağlı konkret məhdudlaşdırıcı norma var. Belə ki, həmin Qanunun 9-cu maddəsinin 3-cü bəndində deyilir: Aşağıdakı yerlərdə yığıncaqların, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bilər: Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində: körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində magistral boru kəmərlərinin, gərginliyi 1.000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında, hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə, penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə. Göründüyü kimi, qanunda sakinlərin və qonaqların istirahət etdiyi yerdə yürüş keçirilməsi ilə bağlı heç bir qadağanedici müddəa yoxdur. Cavabdeh Azərbaycan Respublikasının qanunvericiliyində təsbit olunmuş insan hüquq və azadlıqlarının, ilk növbədə sərbəst toplaşmaq azadlığının pozuntusuna yol vermişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçılar tərəfindənapellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və cavabdehin xx xxxx 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin cavab məktubunun inzibati akt olubolmadığını üç əsasla məlum etmək olar. Belə ki, Sərbəst Toplaşmaq haqqında Qanunda bu hüquqla bağlı səlahiyyətin İcra Hakimiyyətinə verilməsində, Bakı Şəhər İcra Hakimiyyətinin həmin cavab məktubunun- inzibati aktın qəbul etmək səlahiyyətinin olmasında və İcra Hakimiyyətinin həmin səlahiyyətini yerinə yetirərək məktubla cavab verərək bunu məqsəuyğun hesab edib- qadağa qoymasında. Lakin x xxxx 2020-ci ildə baş verən yürüşdə polislər həmin yürüşün qanunsuz, yəni İcra Hakimiyyətindən icazə alınmayan formada keçirildiyi üçün dinc yürüş iştirakçılarını polis bölməsinə apararaq zorakılıq edərək döymüş və yürüşü zorakılıqla dağıtmışdır. Bu isə o deməkdir ki, Bakı İcra Hakimiyyətinin qərarı ilə x xxxx 2020-ci ildə baş tutması planlaşdırılan yürüşə qadağa qoyulmüşdur. Bakı şəhər İcra Hakimiyyəti inzibati orqan olduğundan, x xxxx 2020-ci il tarixli cavab məktubu inzibati akt olduğundan İnzibati Məhkəmə tərəfindən mümkün hesab edilib araşdırılmalıdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən keçiriləcək yürüş üçün alternativ yer təqdim olunmüşdur. Lakin yürüş üçün seçilmiş yer müxtəlif konsertlərin, festivalların keçirildiyi və daimi səs- küylü olan şəhər mərkəzidir. Bundan əlavə keçirilməsi nəzərdə tutulan yürüş davam edən problemə diqqəti cəlb eləmək məqsədi daşıdığı üçün şəhər mərkəzində keçirilməli, səs-küylü olub diqqət cəlb etməlidir. X6 Məhkəməsinin X7rşı paraqraf 56 və Kudreviöius və digərləri Litavaya qarşı 91-ci paraqrafda da bildirir ki, sərbəst toplaşmaq hüququ demokratiyanın fundamental hüquqlarından biridir və dövlətlər açıq etiraz edə bilmək hüququnu təmin etməlidir. Avropa Məhkəməsinində bildirdiyi kimi, yürüş kimi aksiyaların məqsədi siyasi mesaj vermək, məqsədli şəkildə insanların toplanaraq öz problemlerini və ya baş verən problemi səs- küylü şəkildə diqqət cəlb etməkdir. Alternativ təklif edilən yer onların şərtlərə cavab vermir. Həmin yerdə yürüşün keçirilməsi nəinki yürüş məqsədləri ilə, həm də istənilən bütün ölkəni əhatə edən və bu mesaji verən yürüşün keçirilmə məqsədi ilə üst-üstə düşmür. Qaldırılan iddia müəyyən etmə və tanınma haqqında iddiadır. Bu səbəbdən iddiaçıların tələbi də BŞİH tərəfindən qəbul edilən inzibati aktın qanunsuz olaraq tanınmasıdır. Cavabdehin x xxxx 2020-ci il tarixli məktubunda əksini tapmış qərarı vətəndaşların sərbəst toplaşmaq hüququna qanunsuz müdaxilədir. Azərbaycan Respublikasında sərbəst toplaşmaq azadlığı sahəsində qanunvericilik təcrübəsi onu göstərir ki, mitinq, yürüş və s. kütləvi tədbirin konkret göstərilən yerlərdə keçirilməsinin inzibati orqan tərəfindən məqsədəuyğun hesab edilməməsi toplantının keçirilməsinin qadağan edilməsinə bərabərdir. Cavabdeh orqanın heç bir alternativ yer təklif etmədən toplantını məqsədəuyğun saymaması, bu qənaəti daha da gücləndirir. Cavabdehin qərarında göstərilən səbəb (bəhanə) qanunsuzdur. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı iddiaçılar İddiaçı1 vəİddiaçı4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişlər ki, cavabdeh inzibati orqanın məktubu onların tələbinin təmin olunmasından imtina kimi qəbul edilməli, 8 mart tarixi artıq keçdiyi üçün onlar bu imtinanın qanunsuz olduğunun tanınmasını istəyirlər. Bununla bağlı iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, iddiaçıların müraciətinə cavab olaraq Bakı şəhər İH tərəfindən verilmiş məktubda iddiaçılara yürüşün keçirilməsi üçün müvafiq marşrut təklif olunduğu üçün həmin məktub imtina kimi qəbul edilə bilməz. İddiaçıların yürüş keçirilməsini istədikləri tarix artıq keçdiyi üçün onlar müvafiq tələblə bağlı Bakı şəhər İH-nə yenidən müraciət edə bilərlər, həmin müraciətə Bakı şəhər İH tərəfindən baxılaraq mümkün olduğu təqdirdə tələb olunan marşrutla bağlı müraciət təmin oluna bilər. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Digər iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7 məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə digər iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızının və İddiaçı7 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, iddiaçılar yürüş təşkilatçıları kimi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə yazılı xəbərdarlıqla müraciət edərək, yürüşün keçirilməsi üçün şərait yaradılması, yürüşün təhlükəsizliyini təmin etmək məqsədilə aidiyyəti dövlət orqanlarının məlumatlandırılması, xəbərdarlığa baxılarkən «Sərbəst toplaşmaq azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ bəndində nəzərdə tutulan məhdudlaşdırma tətbiq ediləcəyi təqdirdə bununla əlaqədar əsaslandırılmış qərar qəbul edilməsi, qərar qəbul olunarkən həmin maddənin İİİ bəndinin tələblərinə riayət edilməsi ilə əlaqədar zəruri göstəriş verilməsini xahiş etmişlər. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış İ-253-003 saylı xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, iddiaçılar tərəfindən xx xxxx 2020-ci il tarixdə yürüş keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış xx xxxx 2020-ci il tarixli müraciətə baxılmışdır. Təklif edilmiş yer əhalinin daha sıx hərəkət etdiyi ərazi olduğundan, həmçinin burada çoxlu ictimai iaşə, ticarət, xidmət və əyləncə obyektləri yerləşdiyindən ictimai təhlükəsizlik baxımından kütləvi tədbirlərin keçirilməsi üçün məqsədəmüvafiq deyildir. Yürüşün keçirilməsi üçün alternativ yer olaraq, xx xxxx 2020-ci il tarixdə saat 15:00-dan 16:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi ilə Həzi Aslanov küçəsinin kəsişməsindən, Həzi Aslanov küçəsi ilə “X9” X3 təlim-idman bazasının yanından hərəkət etməklə 20 Yanvar küçəsi boyunca 5-ci yaşayış massivi istiqamətində olan marşrut təklif olunmuşdur. Həmin məktubla razılaşmayan iddiaçılar cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2020-ci il tarixli yürüşə dair qərarının sərbəst toplaşma azadlığına müdaxilə sayılması və bu müdaxilənin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıların müvafiq müraciətinə cavabdeh inzibati orqan tərəfindən baxılaraq digər marşrut üzrə olsa da, yürüş keçirilməsinə icazə verilməsinə, habelə yürüşün keçirilməsi nəzərdə tutulan müvafiq tarixin iddia qaldırılan vaxt artıq keçməsinə əsaslanaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .. yoxlamalıdırlar (2.3-cü bənd). Hazırki işdən görünür ki, iddiaçıların iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-nin həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyənetmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçılar məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati akt qəbul edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddia ərizəsi və eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın məktubunun məzmunundan da görünür ki, cavabdeh tərfindən iddiaçılara yürüş keçirilməsindən imtina olunmamış, əksinə onlara istədikləri yürüşü keçirmək üçün alternativ marşrut təklif edilmişdir. Digər tərəfdən, iddiaçılar tərəfindən nəzərdə tutulmuş yürüşün keçirilməsi üçün müəyyən edilmiş müvafiq tarix iddia qaldırılan vaxt artıq keçmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı6 Cəmaləddin qızı və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4267/2020 saylı xx xxxx 2020-ci il tarixliqərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar