Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1564/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9978/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyinin ləğv olunması barədə xx.xx.2024-cü il tarixli 3-17-4/2-S-12089/2024 nömrəli qərarının ləğv edilməsi və onun əlilliyi olan şəxs hesab olunmağı ilə bağlı qərarın qəbul edilməsi haqqında qərar çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdə 5 illik müddətinə, yəni 2021-ci il tarixinə qədər ikinci dərəcə əlillik verilmişdir. Lakin onun ünvanına xx.xx.2024-cü il tarixli, 3-17-4/2-S-12089/2024 nömrəli məktub daxil olmuş və həmin məktubda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. Habelə, bu məktubda qeyd edilmişdir ki, qərarın mətni ilə e-sosial.az portalında olan şəxsi kabinetinə daxil olmaqla tanış ola bilər. Lakin e-sosial.az portalında onun şəxsi kabineti mövcud deyil. Bununla belə cavabdeh olan inzibati orqan tərəfindən ona bu qərarın surəti ümumiyyətlə tanış olmaq üçün təqdim edilməmişdir. Belə ki, sadəcə ona təqdim edilən məktubdan aydın olmuşdur ki, hələ də bu xəstəlikdən əziyyət çəkməyinə baxmayaraq, ona verilən ikinci dərəcə əlillik ləğv edilmişdir. Lakin heç bir məlumat vermədən məlum olmayan səbəblərdən adıçəkilən inzibati orqan tərəfindən onun əlillik dərəcəsinin ləğv olunması barədə qərar qəbul edilmişdir. Hər hansısa bir müayinədən keçməli olmağı ilə bağlı məlumat verilməmişdir. Həmçinin, əlilliyinin qüvvədə olduğu dövr ərzində hər hansı müayinəyə göndərilməmişdir. Bu müddət ərzində heç bir müayinədən keçməməyinə baxmayaraq, Agentlik heç bir əsası olmadan əlilliyinin ləğvi barədə xx.xx.2022-ci tarixli qərarı qəbul etmiş və bu qərarında haqlı olduğunu əsaslandırmaq məqsədilə xx.xx.2024- cü il tarixində əyani müayinədə iştirak etməyini haqsız olaraq əsas gətirmişdir. Hal-hazırda cəmiyyət həyatında digər şəxslərlə bərabər səviyyədə tam və səmərəli iştirak edə bilməməyi vəziyyətinin əvvəlki kimi qalması, sağlamlığında hər hansı müsbət istiqamətdə irəliləyişin olmamasının göstəricisidir. Xəstəliyinin davam etməsi digər insanlarla bərabər səviyyədə olmağına maneə olan haldır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əsasən şəxsin müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması həmin şəxsin əlilliyinin olduğunu müəyyən edir. Sadalanan halların hər birini onun hal-hazırkı vəziyyətində müşayiət etmək mümkündür. Bu səbəbdən ikinci dərəcə əlilliyinin ləğv edilməsi və bu barədə qərarın qəbul edilməsi hüquqlarının pozulmasıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “iddiaçıya xx.xx.2022-ci il tarixdən təyin edilmiş 2-ci dərəcəli əlilliyin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9978/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının İddiaçı tam reabilitasiya olunması barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı xx.xx.2022-ci il tarixdən təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən ekspertiza təyin etmədən, öz mülahizəsinə əsasən qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir. Belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Sözügedən hal İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Obyektiv baxış zamanı xəstə sağ qulağının eşitmədiyini ifadə etmiş, anamnestik məlumatlarda epitutmaların xarakterini izah edə bilməmiş, medikamentoz preparatlardan finnefsal, depakin qəbul etdiyini bildirmiş, təsvir etdiyi əlamətlər epitutmanı xarakterizə etməmişdir. Ekpertiza üçün əhəmiyyətli EEQ dalğaları təqdim etmədiyindən rəsmi göndərişlə xx.xx.2024-cü il tarixdə RKX-da müayinə olunmuş, təqdim edilmiş EEQ dalğalarında epitutmalar öz təsdiqini tapmamışdır. Yanaşı olaraq qulağında eşitmə zəifliyinin olduğunu ifadə etdiyi üçün xx.xx.2024-cü il DTSERA-da Audiometriya müayinəsi aparılmış, nəticə “Sağ qulaqda İV dərəcə (85 dB), sol qulaqda İİ dərəcə (50 dB) eşitmə azlığı” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - 063771 nömrəli əlilin vəsiqəsindən müəyyən edilir ki, İddiaçı 22 sentyabr 2016-cı il tarixdən 22 sentyabr 2021-ci il tarixə kimi İİ qrup əlillik verilmişdr. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17-4/2-S-12089/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-Agentlik) əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixdə Agentlikdə (Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi 134) əyani müayinədə iştirak etmişdir. Ümumi xəstəlik səbəbindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş 5 il müddətinə ikinci dərəcə əlilliyinin ləğvi barədə qərar qüvvədə saxlanılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə şikayət vermək hüququna malikdir. Qeyd: Qərarın mətni ilə e-sosial.az portalından öz şəxsi kabineti vasitəsi ilə tanış ola bilər. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-4/2-20590/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim edilmişdir. - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2005-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: V sinif Psixi pozğunluqlar və davranış pozgunluqlan => F70-F79 - Əqli gerilik => F72 - Agır dərəcəli əqli gerilik) nitq pozğunluğu, debillik dərəcəsində ağıl zəifliyi” diaqnozu ilə qiymətləndirilmiş və ona “sağlamlıq imkanları məhdud uşaqlar” səbəbindən 2 il müddətinə ilkin əlillik təyin edilmişdir (Meyar – 2. İki il müddətinə: => 2.1. sinir sisteminin xəstəlikləri və ruhi pozulmalar: => DİGƏR: Nitq pozğunluğu ilə, debillik dərəcəsində ağıl zəifliyi) - İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2014-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma S06.0 – Baş beynin silkələnməsi) Keçirilmiş kəllə-beyin travmasından (baş beyin əzilməsindən sonrakı ensefalopatiya, tez-tez baş vərən epileptik tutmalarla. İki tərəfli xroniki koxlear nevrit. Sol tərəfli İİ dər. Sağ tərəfli İV dər neyrosensor ağır eşitmə.NSD kardial tip.” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. İkinci dərəcə əlillik=> 22.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli, kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən). -İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2015-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmaların, Təsnifatı: zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Keçirilmiş kəllə-beyin travmasınıdan (baş beyin əzilməsində) sonraki ensefalopatiya, tez tez baş vərən epileptik tutmalarla.İki tərəfli xroniki koxlear nevrit.İV dər neyrosensor ağır eşitmə.” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 1 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...). -İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2016-cı il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri = > T90- T98 - Travmalarin, Təsnifatı: zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...) Keçirilmiş kəllə-beyin travmasınıdan (baş beyin əzilməsindən sonrakı ensefalopatiya,tez tez baş vərən epileptik tutmalarla.İki tərəfli xroniki koxlear nevrit, İV dər neyrosensor ağır eşitmə” diaqnozu ilə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən 5 il müddətinə əlillik təyin edilmişdir (Meyar – 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...). -İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T96 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-dan sonrakı (beyin əzilməsi) vəziyyət Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya.Nitq pozuntusu.Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli xroniki koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə,sağ tərəfdə İV dərəcəli agır eşitmə.Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu ilə qiymətləndirilmiş və ona “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə ixtisaslaşmış stasionar müalicəyə ehtiyacı vardır.” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir. -İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0009 saylı göndərişə əsasən xx.xx.2024-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90- T98 - Travmalann, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ...) Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından davamlı qalıq əlamətləri. Postravmatik ensefalopayiya.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya tez-tez (ayda 10-12 dəfə) baş verən qıcolma tutmalan ilə.Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli xroniki koxlear nevrit. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə, sağ tərəfdə İV dərəcəli agır eşitmə. Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu (travma mənşəli) Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və Koqnitiv funksiyanın pozulması” diaqnozu ilə qiymətləndirilmiş və “Tam reabilitasiya olması – Səbəb: Tam reabilitasiya qərarı qəbul edilmişdir” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Heyətinin 3-17-4/3-3- 2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 4 nəfər barəsində qüvvədə olan qərarları ləğv edilmiş və “tam reabilitasiya olması”na dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində “xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-943/2024 nömrəli qərarın ləğv edilərək, xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 11 nəfər şəxsin əlillik təyinatı barədə qərarı qüvvədə saxlanılmışdır. xx.xx.2024-cü il tarixində əyani müayinəsi həyata keçirilmiş 1 nəfər barəsində “xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 19053/2023 nömrəli qərarı ləğv edilərək, xx.xx.2022-ci il tarixli ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərarın qüvvədə saxlanılması”na dair qərar qəbul edilmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən 12 nəfərə dair tibbi-sosial ekspert komissiyalarının əlillik təyinatı barədə qüvvədə olan qərarları ləğv edilmiş və “diaqnozun təsdiqini tapmaması”na dair qərar qəbul edilmişdir. Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinə (İ.Yusifov; G.Əliverdiyeva) “Əlillik” altsistemində əlilliyi barədə qərarı ləğv edilmiş şəxslərin əlillik vəziyyətində müvafiq dəyişikliyin edilməsi tapşırılmışdır. Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti (R.Hüseynov) qərar barədə məlumatın yazılı şəkildə Dövlət Sosial Müdafiə Fonduna 1 iş günü ərzində verilməsini təmin etməsi qərara alınmışdır. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi (S.Məmmədli) bu qərarın aidiyyəti struktur bölmələrə və surətinin barəsində inzibati icraat aparılmış şəxslərə göndərilməsini təmin etməsi qərara alınmışdır. Bu qərarın icrasına nəzarət X5 sədr müavini R.Məhərrəmova həvalə edilmişdir. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3- 2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı şəhər sakini xx.xx.1994-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2750003AAF92 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmiş, barəsində xx.xx.2024-cü il tarixli 3-17-4/3-3- 943/2024 nömrəli qərar qəbul edilmişdir. Vətəndaşa yenidən məktub göndərilmiş və vətəndaş xx.xx.2024-cü il tarixdə komissiyada iştirak etmişdir. Təqdim edilmiş AR SN X7 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Tez-tez təkrarlanan epileptiform tutmalarla (ayda 10- 12). Üzvi şəxsiyyət pozuntusu. Mezial temporal skeleroz” kimi, Ege Hospital Baş beyin MRT müayinəsin nəticəsi "Hər iki beyin yarımkürəsində subkortikal dərin ağ maddədə təktək qeyri-spesifik qliotik ocaqlar, sol hipokampal qriyusda hipokampal skeleroz lehinə görünüm. Paranazal sinuslarda mukozal qalınlaşmalar” kimi, X9 Dispanseri xx.xx.2010-cu il tarixli Rəydə diaqnoz "İkitərəfli sensonevral karlıq, İİİ-İV dərəcə Postravmatik” qiymətləndirilmişdir. Obyektiv baxış zamanı xəstə sağ qulağının eşitmədiyini ifadə etmiş, anamnestik məlumatlarda epitutmaların xarakterini izah edə bilməmiş, medikamentoz preparatlardan finnefsal, depakin qəbul etdiyini bildirmiş, təsvir etdiyi əlamətlər epitutmanı xarakterizə etməmişdir. Ekpertiza üçün əhəmiyyətli EEQ dalğaları təqdim etmədiyindən rəsmi göndərişlə xx.xx.2024-cü il tarixdə RKX-da müayinə olunmuş, təqdim edilmiş EEQ dalğalarında epitutmalar öz təsdiqini tapmamışdır. Yanaşı olaraq qulağında eşitmə zəifliyinin olduğunu ifadə etdiyi üçün xx.xx.2024-cü il tarixdə DTSERA-da Audiometriya müayinəsi aparılmış, nəticə “Sağ qulaqda İV dərəcə (85 dB), sol qulaqda İİ dərəcə (50 dB) eşitmə azlığı” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticəclərinə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixli 3-17-4/3- 3-943/2024 nömrəli İHQ qərarı ləğv edilsin, xx.xx.2024-cü il tarixdən etibarən “Tam reabilitasiya olunması”na dair qərar qəbul edilmişdir. -Bakı M.Hüseynov adına 3 nömrəli şəhər poliklinikası Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edilmiş 2750003AAF92 saylı xx.xx.2022-ci il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən Bakı M.Hüseynov adına 3 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2008-ci ildir. Xəstəliyin gedişi xronikidir. Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından davamlı qalıq əlamətləri.Postravmatik ensefalopatiya. Ağırlaşmalar: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, Parsial epilepsiya tez-tez (ayda 10-12dəfə) baş verən qıcolma tutmaları ilə H93.3 Eşitmə sinirinin xəstəlikləri, İki tərəfli xroniki koxlear nevrit H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Sol tərəfdə İİ dərəcə,sağ tərəfdə İV dərəcəli agır eşitmə F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Üzvi mənşəli şəxsiyyət pozuntusu(travma mənşəli) R41.8 Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, Koqnitiv funksiyanın pozulması Yanaşı xəstəliklər: G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, NSD kardial tip. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas cavabdeh qurum tərəfindən təqdim edilən inzibati icraat materallarında hər hansı bir məlumat yoxdur. Ümumi əsas kimi, əlillik təyinatının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması qeyd edilmişdir. Cavabdeh qurum tərəfindən inzibati icraatın başlanılmasına səbəb kimi əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2022) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, cavabdeh qurum iddiaçını əyani müayinəyə cəlb etməkdə haqlı olmamışdır. Cavabdeh inzibati orqan tərəfindən verilən apelyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, diaqnozun mövcudluğu hələ əlillik təyinatına əsas vermir, belə ki, həmin diaqnoz əsasında ağırlaşmalar olmadığı təqdirdə şəxsə əlillik təyin edilmir. Diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, İddiaçı 2016-cı il tarixdə 5 illik müddətinə, yəni 2021-ci il tarixinə qədər ikinci dərəcə əlillik verilmişdir. 5 illik müddət bitdikdən İddiaçı xxxxxxx0004 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixində yenidən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin bundan sonra iddiaçı 27 fevral 2024-cü il tarixdə yenidən müayinə edilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1sosial ekspert komissiyasının 3-17-4/3-3-2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir ki, Bakı şəhər sakini xx.xx.1994-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2750003AAF92 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş və ona Ümumi xəstəlik səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş məktub əsasında əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.8-ci maddəsnə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. “İnzibati icraat haqqında” Qanuna əsasən: - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-ci maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının 3-17-4/3-3-2395/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında, həmçinin iddiaçı ilə inzibati icraat materiallarında iddiaçıya əlilliyin təyin edilməsi barədə qəbul edilmiş inzibati aktın ləğv edilməsi üçün əsaslar, inzibati aktın mübahisələndirilməsinə əsas olmuş hallar barədə məlumat qeyd edilməmişdir. İnzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9978/2024 nömrəli, 30 sentyabr 2024-cü il qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9978/2024 nömrəli, 30 sentyabr 2024-cü il qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-1564/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1564/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver