Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1565/2022 26.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya kəsirinin hesablanaraq ödənilməsi və aktın qəbulundan sonra dəyən ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4932/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq 71.08 manat məbləğində pensiya kəsirinin hesablanaraq ödənilməsi və aktın qəbulundan sonra dəyən ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, son dövrlərdə ona ödənilən pensiya məbləğinin azaldılması səbəbindən məcbur olub cavabdehə ərizə ilə müraciət edərək, sonraki artımların nəzərə alınmasını və onun əmək pensiyasına hesablanmasını xahiş etmişdir. Onun məktubuna cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 5 aprel 2010-cu il tarixli, 5392 nömrəli məlumat vərəqəsinə əsasən 28 aprel 2010-cu il tarixində ona mərkəzi filial tərəfindən “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 35 il 6 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 95 faizi miqdarında yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasından sonra artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1200,45 manat) 95 faizi-1140,43 manat məbləğində pensiya hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1216,98 manata artırılaraq ona ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəyə uyğun vəzifə maaşı 736,00 manat, rütbə maaşı – 159 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 % miqdarında əlavəsi 257,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyi 1 574,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018ci il tarixli, 142 nömrəli Fərmanına əsasən əmək pensiyasının təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tamam olmadıqda isə natamam ildəki iş stajı aylarının satına mütənasib olaraq hesablanmaq) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanması göstərilmişdi: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi, 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15 × 2) təminat xərcliyinin 30 faizi; natamam ildəki iş stajı aylarının sayına 6 (ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1200.45 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1574.60 manat) arasındakı fərq məbləğinin (374.15 manat) 81 faizi 303.07 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (1140.43 manat) üzərinə əlavə olunmaqla 1443.50 manat məbləğində əmək pensiyası hesablanaraq müvafiq kart hesabına köçürülmüş, əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 95 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla ( 81 faiz ) həmin tarixdən əvvəlki təminat xərcliyinin 95 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürüldüyü qeyd edilmişdir. Beləliklə, ona əvvəllər ödənilən pensiya məbləği ilə hazırda ödənilən pensiya məbləği arasında fərq 71.08 manat təşkil etmişdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Qeyd olunan qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4 maddəsinə əsasən-“hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilən “Məlumat vərəqi”-nə əsasən xx.xx.2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda, strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1-ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (01 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulmuş qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Göstərilənlərə əsasən, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4932/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim: A.Abdullayeva) Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, 2018-ci ilin iyul ayından AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının pensiyasını 71.08 manat məbləğində az hesablamaqla pensiyasını ödəmişdir. İddiaçı cavabdehin bu aktının əsassız olduğunu bildirməklə, pensiyasının yenidən hesablanması və cavabdehin aktından sonra dəyən ziyanın ödənilməsini təmin etmək məqsədi ilə cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçıya göndərdiyi cavabda onun pensiyasının düzgün hesablandığını izah edərək, onun tələbini təmin etmədən imtina etmişdir. Cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2010-cu il tarixli 5392 saylı məlumat vərəqəsinə əsasən xx.xx.2010-cu il tarixdə ona Mərkəzi Filial tərəfindən “əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq 35 il 6 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 95 faizi miqdarında yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyamdakı sonrakı artımlar nəzərə alınmaqla, ona xx.xx.2018-ci il tarixədək təminat xərcliyinin (1200,45 manat) 95%-1140.43 manat məbləğində pensiya hesablanıb ödənilmişdir. Həmin tarixdən (xx.xx.2018) sonuncu xidmət yeri (orqanı) tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1216.98 manat hesablanaraq verilmişdir. xx.xx.2019-cu il tarixdən sonuncu xidmət yeri (orqanı) tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifəyə rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət yerində vəzifəyə uyğun vəzifə maaşı 736.00 manat, rütbə maaşı 159.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 %-i miqdarında 358.00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 %-i miqdarında 257.60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64.00 manat olmaqla təminat xərcliyi (1574 .60 manat) 95% = 1495.87 manat pensiya təşkil etmişdir. Sonrakı hesablamalar yenidən AR Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən aparılmış və 1443.50 manat hesablanmışdır ki, bu da əvvəlki məbləğdən 52.37 manat azdır. “Əmək pensiyaları haqqında” AR Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyul ayının 1-i tarixinə azaldılmamaqla ödənilir. Bundan əlavə AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İşə apelyasiya qaydasında baxılarkən İddiaçı apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan iddiaçıya məxsus pensiya işinin surətindən müəyyən edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixdə İddiaçı barəsində “məlumat vərəqi” tərtib edilərək, Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Sözügedən məlumat vərəqəsində iddiaçının iş stajı və xidmət illəri cəmi 35 il 6 ay 23 gün, təminat xərcliyi 790.95 manat göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən iddiaçıya Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon Şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyasının xx.xx.2010-cu il tarixli, 10/750 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq, xx.xx.2010-cu il tarixdən, yaşa görə, ömürlük, 751.40 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarına əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq, pensiya məbləği 1443.50 manat müəyyən edilmişdir. Pensiyanın yenidən hesablanması qərarı qəbul edilən zaman hazırki pensiya məbləği bəndində (8-ci bənd) pensiya məbləği 1439.75 manat göstərilmişdir. Ötən dövrlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat bəndində (12-ci bənd) xx.xx.2018-ci il tarixdə təyin olunmuş xx.xx.2019-cu il tarixədək ödənilmiş müddətdə pensiya məbləğinin 1216.98 manat olması, xx.xx.2019-cu il tarixdən müddətsiz olaraq təyin edilmiş pensiya məbləğinin isə 1443.50 manat olması öz əksini tapmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunmuş 5 aprel 2010-cu il tarixli 5392 nömrəli məlumat vərəqəsinə əsasən 28 aprel 2010-cu il tarixində Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 35 il 6 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinin 95 faizi miqdarında yaşa görə (öz arzusu ilə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək təminat xərcliyinin (1200,45 manat) 95 faizi-1140,43 manat məbləğində pensiya hesablanaraq ödənilmişdir. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası 1216,98 manata artırılaraq ödənilmişdir. 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı - 736,00 manat, rütbə maaşı - 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə - 358,00 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 35 faizi miqdarında əlavə - 257,60 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1574,60 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018ci il tarixli 142 nömrəli Fərmana əsasən əmək pensiyanız təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: 20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15x2) təminat xərcliyinin 30 faizi; -natamam ildəki iş stajı aylarının sayına (6 ay) mütənasib olaraq təminat xərcliyinin 1 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 81 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 mart 2018-ci il tarixinədək olan təminat xərcliyi (1200,45 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyi (1574,60 manat) arasındakı fərq məbləğinin (374,15 manat) 81 faizi- 303,07 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyası (1140,43 manat) üzərinə əlavə olunmaqla 1443,50 manat məbləğində əmək pensiyası hesablanaraq müvafiq kart hesabınıza köçürülür. Göründüyü kimi, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 2017-ci il 1 iyul tarixinədək qüvvədə olan redaksiyasına uyğun təminat xərcliyinin 95 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar isə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada hesablanmaqla (81 faiz) həmin tarixdən əvvəlki təminat xərcliyinin 95 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülür. İşdən görünür ki, iddiaçı aylıq 71.08 manat məbləğində pensiya kəsirinin hesablanaraq ödənilməsi və aktın qəbulundan sonra dəyən ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçının cəmi xidmət illəri 35 il 06 ay 23 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Göründüyü kimi, həmin Qayda hazırkı iş üzrə iddiaçıya da şamil edilir və cavabdeh iddiaçıya əmək pensiyasını hesablayarkən qanunun tələblərini düzgün tətbiq etmiş, cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verilmişdir. Məhkəmə eləcə də, iddiaçının iddia tələbinin ona dəymiş ziyanın ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırki iddia növü öhdəliyin icrası haqqında iddiadır. Qanunvericiliyin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin ilkin hissəsinin əsassız olması məhkəmə araşdırması öz təsdiqini tapdığından, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir, belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Bundan əlavə iddiaçı ilkin iddia tələbi əsaslı hesab olunsa idi belə, tələbinin əsası kimi istinad etdiyi halları – cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizlik nəticəsində çəkdiyi zərər, bu zərərin nədə ifadə olunması, maddi və ya mənəvi zərərlə bağlılığına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia həmin hissədə də, əsassız hesab olunmaqla təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir. Qanunun həmin maddəsinə edilmiş dəyişiklik 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” təsdiq edilmişdir. Qaydanın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi – bundan sonra əməkhaqqı) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.5-ci bəndinə əsasən, Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslər üzrə (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Aparatında, onun strukturuna daxil olan qurumlarda və strukturuna daxil olmayan qurumlarda, həmçinin tabeliyində olan qurumlarda xidmət edən şəxslər istisna olmaqla) həmin Qanunun 20.14.1ci və 20.14.4-cü maddələrinə əsasən hesablanmış (1 iyul 2017-ci il tarixədək Qanunun qüvvədə olmuş normaları üzrə) əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər ili üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Bu məbləğ təminat xərcliyindəki artımadək hesablanmış pensiyanın üzərinə əlavə olunaraq əmək pensiyasının yeni məbləği müəyyənləşdirilmişdir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan normaların məzmunundan görünür ki, əmək pensiyaları təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun müvafiq maddələrində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Hazırkı işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçının qulluq illəri güzəştli hesablama ilə 35 il 6 ay 23 gün olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 20 ildən artıqdır. Odur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası” iddiaçıya da şamil olunmalıdır. Göründüyü kimi, iddiaçıya pensiya hesablanması zamanı cavabdeh qanunvericiliyin tələblərinə əməl etmişdir və birinci instansiyası məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4932/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1565/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1565/2022
26.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver