Məhkəmə qərarları › İş №2-1(103)-1566/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1566/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1566/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmovadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X5-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı statusunun verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2143/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixə kimi Azərbaycan Qarabağ Könüllü Müdafiə batalyonunun tərkibində (Şüşa rayonunda) Azərbaycan torpaqları uğrunda gedən döyüşlərdə iştiak etmişdir. Müharibədə iştirak etsə də, “Müharibə veteranı” vəsiqəsini ala bilmir. Ona görə ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindən verilən sorğuda tərkibində döyüşdüyü N () saylı hərbi hissənin əmrlərində və şəxsi heyyətin əlifba qeydiyyatı kitabında xidməti barədə məlumatın aşkar olmaması əsas gətirilir. Bu səbəbə görə də “Müharibə veteranı” statusunu ala bilmir. Qeyd etdiyi məsələni döyüş yoldaşları təsdiq edə bilərlər. “Müharibə veteranı” statusu verilməsinə dair xahişinin rədd edilməsi onun konstitusion hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı “Müharibə veteranı adı və statusunun verilməsi”nə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdı ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğundan, qəbul edilərkən işin bütün faktiki halları nəzərə alınmadığından ləğv edilməlidir. İddiaçının adının “Azərbaycan Qarabağı Müdafiə Batalyonu”nun şəxsi heyətinin siyahısında olması heç də onun müvafiq qaydada xidmət keçməsinə dəlalət etmir və ona müharibə veteranı statusunun verilməsi üçün əsas ola bilməz. Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx xxxx N2-ci il tarixdən xx xxxxxx N2-ci il tarixədək əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilmədiyi bildirilmişdir. Qeyd olunan xüsusat işə baxan birinci instansiya məhkəməsinə təqdim edilmiş etirazın dəlillərində əks edilsə də, qərar qəbul edilərkən nəzərə alınmamış, həmçinin qərarın təsviri hissəsində sadalansa da, əsaslandırıcı hissədə nəzərə alınmamasının və təkzib edilməsinin hüquqi əsasları göstərilməmiş, bu isə qərarın ləğvi üçün bilavasitə əsasdır. Digər tərəfdən iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin 6-cı səhifəsində iddiaçının "Azərbaycan Qarabağı Müdafiə Batalyonunda xidmətinə dair qeydlər sonradan SHXÇDX-nin müvafiq rayon şöbəsi tərəfindən aparılsa da mötəbər hesab edilə bilməz. Belə ki, hərbi bilet təkrar verilən hərbi bilet olmadığından müvafiq qeydlər iddiaçı xidmət keçdiyi dövrdə hərbi hissə komandiri tərəfindən aparılmalı, imzası və möhürü ilə təsdiq edilməli idi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər( hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İnzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Belə ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. 1. Şəxsin xidmət keçməsi - hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılmasıdır. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi - bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərdən birinin və ya hər ikisinin mövcud olmaması şəxsə "Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdi ki, əslində iddiaçının hazırki iddiası ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən baxılmış və müvafiq imtina verilmişdir. Lakin birinci instansiya məhkəməsi nədənsə iddiaçının müraciətinə baxılmadığı qənaətinə gəlmiş və hesab etmişdir ki, həmin müraciətlə bağlı müvafiq inzibati akt qəbul etmək vəzifəsi cavabdeh orqanın üzərinə qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə sorğu verilmiş və məlum olmuşdur ki, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü Özünü Müdafiə Dəstəsinin xx.xx.N2-ci il tarixli siyahısında iddiaçının adı “X4” kimi göstərilmişdir. Arxiv sənədlərində belə texniki səhvə yol verildiyi üçün iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. Lakin hazırki vəziyyətdə iddiaçı əgər sözügedən siyahıda adı göstərilən “Mülüalı” ilə onun, yəni Mülkalının eyni şəxs olması faktının məhkəmə qaydasında təsdiqinə nail olarsa, o zaman mübahisə aradan qalxmış olar. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan Azərbaycan Qarabağ könüllü müdafiə batalyonunun arayışından və iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli Hərbi Biletin 6-cı səhifəsindən görünür ki, İddiaçı həqiqətən xx.xx.N2-ci il tarixdən xx.xx.N2-ci il tarixədək Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunun tərkibində hərbi əməliyyatlarda iştirak etmişdir. Buna görə də iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 1/M-1671 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətinizə komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 9/2-17800 nömrəli xx.xx.2019-cu il tarixli arayışına əsasən Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunun nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına və hərbi biletin səhifələrində Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunda xidmət keçməyiniz barədə mötəbərliyi şübhə doğurduğu üçün Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Əlavə olaraq bildirilmişdir ki, ərizəçi qərarla razılaşmadığı təqdirdə inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilərək, müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciəti ilə bağlı cavabdeh inzibati orqan tərəfindən aparılmalı olan inzibati icraat "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq tam aparılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının iddia tələbi ona müharibə veteranı adı və statusunun verilməsi ilə bağlı olmuşdur ki, bu da inzibati prosessual qanunvericiliyin tələbləri baxımından “məcburetmə haqqında” iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li Qərarının 9-cu bəndində göstərilmişdi ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) dəmövcudluğu yoxlanılmalıdır. İstinad olunan prosessual hüquq normasının tələbinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə olunmuş hüquqi mövqeyə əsasən məcburetmə haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi iddianın mümkün sayılmasının şərtlərindən biridir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı əvvəlcəcavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunun nizami hissə üzrə əmrlərinin Mərkəzi Arxivə daxil olmamasına və iddiaçının hərbi biletinin səhifələrində onun Azərbaycan Qarabağı könüllü müdafiə batalyonunda xidmət keçməyi barədə mötəbərliyin şübhə doğurmasına istinad edərək iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li Qərarının 13 və 14.1-ci bəndlərində qeyd olunmuşdu ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh inzibati orqanın iddiaçıya ünvanladığı 1/M-1671 saylı xx.xx.2019-cu il tarixli məktub məhz “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edilmiş “inzibati akt” olaraq iddiaçının müvafiq müraciətinə münasibətdə qəbul edilmiş və məzmununda iddiaçının tələbinin təmin olunmasından imtina olunduğu açıq-aydın ifadə olunmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi inzibati orqan tərəfindən iddiaçının müraciətinə münasibətdə verilmiş imtinaya inzibati qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməli və onun əsaslı olub-olmadığını yoxladıqdan sonra mahiyyəti üzrə qərar qəbul etməli idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya ünvanladığı 1/M-1671 saylı xx.xx.2019-cu il tarixli məktubu iddiaçının müraciətinə münasibətdə verilib, tələbinin təmin olunmasından imtina edilməsi kimi qəbul etməməkdə düzgün qənaətə gəlməmişdir. Bu zaman məhkəmə öz qərarında iddiaçının müraciətinə munasibətdə yenidən müvafiq inzibati aktın qəbul edilməsinin zəruriliyini də əsaslandırmamışdır. Bundan başqa apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2- 9975 saylı xx.xx.2020-il tarixli məktubundan görünür ki, Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü Özünü Müdafiə Dəstəsinin xx.xx.N2-ci il tarixli siyahısında (əsas: məlumatda adı Mülüalı yazılmışdır) xx.xx.1961-ci il təvəllüdlü X2 adı qeyd olunmuş, adının qarşısında evi, 2 uşağının olması, işləməməsi, Salyan rayonu, Xıdırlı kəndində yaşaması qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin yanvar-iyun N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Qeyd olunan sənədi təqdim edən cavabdehin nümayəndəsi izahatında Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin sözügedən məktubu ilə bağlı arxiv sənədlərində iddiaçının adında texniki səhvə yol verildiyini və iddiaçının siyahıda adı göstərilən “Mülüalı” ilə onun eyni şəxs olması faktının məhkəmə qaydasında təsdiqinə nail olacağı təqdirdə mübahisənin aradan qalxacağını bildirmişdir. Bununla bağlı iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N2-ci il tarixli 014 nömrəli əmrində olan Azərbaycan Qarabağ Könüllü Özünü Müdafiə Dəstəsinin xx.xx.N2-ci il tarixli siyahısında xx.xx.1961-ci il təvəllüdlü X2 əslində İddiaçı olması ilə bağlı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ayrıca xüsusi icraat qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2143/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Şeyda Məhərrəmova Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar