Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1566/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibаrət tərkibdə, məhkəmə iclasının katibi X3, Tərəflərin iştirakı olmadan, İddiaçı X4 Cavabdeh1nə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB və Bakı şəhəri Nərimanov RİH) qarşı mənzillə təmin edilmə tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2-1(81)-3703/2016 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X12 Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış komissiyanın qərəzli qərarları əsasında iddiaçının mənzil növbəlik hüququnun, eləcə də mənzil almaq hüququnun kobud surətdə pozulduğuna görə kompensasiya şəklində ona cavabdeh tərəfindən əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliyinə uyğun mənzil şəraiti ilə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1931/2016 nömrəli, 16 iyun 2016cı il tarixli qərardadı ilə işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 13 oktyabr 2016-cı il tarixli qərardadı ilə cavabdehlər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nin və Bakı şəhəri Nərimanov RİH-in cavabdehlər sırasından çıxarılaraq, üçüncü şəxs qismində əvəz edilmələri qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016- cı il 31 oktyabr tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, 2003-cü il 08 iyul tarixdə 1-ci qrup gözdən əlil kimi Cavabdeh2ndə mənzil növbəsinə götürülmüş X9 əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən biri ilə təmin edilməsi Cavabdeh1nə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3703/2016 nömrəli, 2016-cı il 31 oktyabr tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB-nə və Bakı şəhəri Nərimanov RİH) qarşı “mənzillə təmin edilmə” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)2491/2019 nömrəli, 2019-cu il 20 noyabr tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-448/2017 nömrəli, 2017-ci il 29 mart tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-517/2020 nömrəli, 2020-ci il 05 oktyabr tarixli qərardadı ilə inzibati iş üzrə icraat X4 hüquq varisinə Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilənədək dayandırılmışdır. İddiaçının vərəsəsi İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini və təkrar baxılması üçün işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 584/2021 nömrəli, 09.03.2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 05 oktyabr tarixli, 2-1(103)-517/2020 nömrəli qərardadı ləğv edilərək, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10.09.2021-ci il tarixli qərardadı ilə iddiaçı X12 onun hüquqi varisi İddiaçı ilə əvəz edilmişdir. Cavabdeh apelyasiya şikayətində göstərmişdir ki, iddiaçı X12 Bakı şəhəri Cavabdeh2 başçısının 2003-cü il 08 iyul tarixli 393 nömrəli sərəncamı ilə mərhum həyat yoldaşı D.Əliyarovanın mənzil növbəliyi onun adına keçirilərək altı nəfərlik ailə tərkibi ilə 1988-ci il 16 mart tarixdən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsinə götürülmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il 17 avqust tarixli 379 nömrəli Sərancamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin” ünvan 1 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli, 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il 08 dekabr tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar. Komissiya tərəfindən X4 və onun ailə İ üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə (vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda) əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğunu nəzərə almadan iddiaçının mənzillə təmin edilməsi vəzifəsini cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə etməklə maddi hüquq normasını pozmuşdur. Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının ilkin iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X11 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh2 Başçısının 393 saylı, 08.07.2003-cü il tarixli sərəncamından görünür ki, Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin 20.06.2003-cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X4 adın keçirilmiş və A.Ə.Hüseynovun 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) 16.03.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişlər. İş materiallarında olan Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindəm verilmiş 00177 saylı 18.03.2005-ci il tarixli vəsiqədən görünür ki, 1-ci qrup əlil X12 Cavabdeh3 üzvüdür. İşdə olan Nərimanov RPİ tərəfindən verilmiş 15.07.2009-cu il tarixdə verilmiş AZE seriyalı 07322005 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 4935-ci ildə ünvan 2 ünvanında daimi pasport qeydiyyatındadır. İşdə olan Nərimanov RPİ tərəfindən 13.07.2009-cu il tarixdə verilmiş AZE seriyalı, 3******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə ünvan 4 ünvanda daimi pasport qeydiyyatındadır. İşdə olan 1 saylı Asan xidmət tərəfindən 07.11.2014-cü il tarixdə verilmiş AZE seriyalı, 15013608 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X10 17.08.1988-ci ildə ünvan 5 ünvanda daimi pasport qeydiyyatındadır. İşdə olan Nərimanov RPİ tərəfindən 05.11.2011-ci il tarixdə verilmiş AZE seriyalı, 09173035 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X5 24.11.1984-cü ildə ünvan 2 ünvanda daimi pasport qeydiyyatındadır. İşdə olan Bakı şəhəri Nərimanov rayon WAQ şöbəsi tərəfindən verilmiş Vİ-JQ №375321 saylı, 02 oktyabr 1993-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X12 ilə X6 02 oktyabr 1993- cü il tarixdə nikaha girərək ailə həyatı qurmuşlar.Nikahın bağlanması haqqında akt qeydləri kitabında 02.10.1993-cü il tarixdə 597 nömrəsi ilə qeyd edlmişdir. İşdə olan Bakı şəhəri Sumqayıt şəhər WADQ şöbəsi tərəfindən verilmiş AZ-İİ №040730 saylı, 18 yanvar 2008-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X1 01 oktyabr 2008-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında 07 noyabr 2007-ci il tarixdə 4033 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ №965316 saylı, 28 sentyabr 2012-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X2 01 avqust 2011-ci ildə Bakı şəhərində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında 28 sentyabr 2012-ci il tarixdə 2128 nömrəsi ilə qeyd edilmişdir. İddiaçı A.Hüseynovun mənzil növbəsinə götürüldüyü və bununla da mənzil hüquq münasibətlərinin yarandığı zaman (01 oktyabr 2009-cu il tarixədək) qüvvədə olmuş 28-ci madədsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR * İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər, həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Mənzil-tikinti kooperativlərinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan üzvləri, xüsusi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu cür evlərdə yaşayan başqa vətəndaşlar yaşayış sahəsi ilə ümumi əsaslarla təmin edilirlər. Vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə 29-cu maddə və Azərbaycan SSR-nin digər qanunvericiliyində nəzərdə tutulmuş əsaslara görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər: 1) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə İKıninat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli işəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar; 2) dövlət və ictimai mənzil fondu evlərində əsas icarədardan icarəyə götürmək şəraitində və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə yaxud da fərdi mənzil fondu levlərində icarə müqavilələri üzrə uzun müddət yaşayan və başqa yaşayış sahəsi olmayan vətəndaşlar; 3) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olanlar istisna edilməklə, lyataqxanada yaşayan vətəndaşlar; 4) müəyyən edilmiş sanitariya tələblərinə, texniki tələblərə cavab verməyən yaşayış levində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin İ(partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün İmüvafiq yerli xalq deputatları Sovetləri onların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı İolanlar sırasına aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa əsaslara görə də vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilə bilərlər. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçı A.Hüseynov Cavabdeh2 Başçısının 393 saylı, 08.07.2003-cü il tarixli sərəncamı ilə imtiyazlı şərtlərlə mənzil növbəsinə götürüldüyündən, göstərilən sərəncamın qəbul edilməsindən sonra isə mənzillə təmin edilmədiyindən, iddiaçı A.Hüseynovun oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka -1 bağ sahəsi, bağ 728, ünvanlı 2 otaqlı və yaş. s 36 m2 olan bağ evinin olması əsasına görə iddiaçı A.Hüseynovun mənzil növbəsinə götürülmə əsasına müvafiq olaraq imtiyazlı (güzəştli) şərtlərlə mənzillə təmin edilməsindən imtina əsassızdır. Belə ki, iddiaçı A.Hüseynov Cavabdeh2 Başçısının 393 saylı, 08.07.2003-cü il tarixli sərəncamı ilə imtiyazlı şərtlərlə 6 nəfər ailə üzvü ( tərkibində (özü, qızı, kürəkən, 3 nəvəsi) mənzil növbəsinə götürülmüşdür. Cavabdeh orqanın mülahizəsinə görə Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka -1 bağ sahəsi, bağ 728, ünvanlı 2 otaqlı və yaş. s 36 m2 olan bağ evinə malik olan iddiaçı A.Hüseynovun oğlu onun ailə üzvü kimi mənzil növbəsinə götürülən zaman nəzərə alınmamışdır. Odur ki, işin bu cür halında iddiaçı A.Hüseynovun oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka -1 bağ sahəsi, bağ 728, ünvanlı 2 otaqlı və yaşayış 36 m2 olan bağ evinə malik olması iddiaçı A.Hüseynovu mənzil növbəsinə götürülmə əsasına müvafiq olaraq imtiyazlı (güzəştli) şərtlərlə mənzillə təmin edilmə imkanından məhrum edə bilməz. İddiaçı A.Hüseynovun yaşayış sahəsinə malik olan oğlu mənzil növbəsinə götürülən zaman iddiaçı A.Hüseynovun ailə üzvü kimi göstərilməmiş, həmçinin məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı A.Hüseynovun oğlu onunla birlikdə yaşamır. Odur ki, işin bu cür halında iddiaçı A.Hüseynovun yaşayış sahəsinə malik olan oğlu iddiaçı A.Hüseynovun ailə üzvü deyildir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istər münasibətlərin yarandığı zaman qüvvədə olmuş və istərsə də hazırda mövcud mübahisənin həll edildiyi zaman qüvvədə olan qanunun tələblərinə əsasən icarədarın ailə üzvləri olma imkanları icarədarla birlikdə yaşamaları ilə şərtləndirilmişdir. Əks halda oğlu ataya münasibətdə onun ailə üzvü hesab edilmir. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı A.Hüseynov oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka -1 bağ sahəsi, bağ 728, ünvanlı 2 otaqlı və yaşayış sahəsi 36 m2 olan bağ evinə malik olması əsasına görə onun mənzillə təmin edilməsindən imtina iddiaçı A.Hüseynovun ailə üzvü olmayan və onun mənzil növbəsinə götürüldüyü zaman ailə tərkibində göstərilməyən şəxsin yaşayış sahəsinə malik olması əsasına görə iddiaçı A.Hüseynovun mənzillə təmin edilməsindən əsassız olaraq imtina edilmişdir. Odur ki, iddiaçı A.Hüseynov mövcud iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38-cı maddəsinin 6-cı hissəsinə əsasən, İ və İİ qrup əmək əlillərinə, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə və hərbi qulluqçular sırasından olan İ və İİ qrup əlillərə yaşayış sahəsi mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərə birinci növbədə verilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İşin hallarından görünür ki, X12 Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birlik tərəfindən verilmiş 00177 saylı 18.03.2005-ci il tarixlə vəsiqəyə əsasən 1-ci qrup əlil kimi Cavabdeh3 üzvüdür. Bakı şəhəri Cavabdeh2 Başçısının 393 saylı, 08.07.2003-cü il tarixli sərəncamı əsasında Azərbaycan Korlar Cəmiyyətinin rəhbərliyinin və Həmkarlar İttifaqı komitəsinin 20.06.2003-cü il tarixli 10 saylı birgə qərarı təsdiq edilmiş, mərhum D.Əliyarovanın mənzil növbəliyi əri X4 adına keçirilmiş və (A.Ə.Hüseynovun 6 nəfər ailə üzvü ilə özü, qızı, kürəkən, 3 nəvəsi) 16.03.1988-ci ildən imtiyazlı şərtlərlə Azərbaycan Korlar Cəmiyyətində mənzil növbəsində hesab edilmişdir. İddia ərizəsinin və cavabdehin apellyasiya şikayətinin məzmunundan məlum olur ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2011-ci il 17 avqust tarixli 379 nömrəli sərəncamına əsasən “Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin” ünvan 9 ünvanında yerləşən inzibati binası və Cəmiyyətin balansında olan yataqxana sökülərək onların yerində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və Bakı şəhərinin rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlillər üçün inşa olunan 12 mərtəbəli 132 mənzilli yaşayış binasındakı 95 boş mənzilin bölgüsünü həyata keçirmək üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2015-ci il 08 dekabr tarixli 11/7-281 nömrəli əmrinə əsasən yalnız sədri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini, digər üzvləri isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı- şəhərinin rayon icra hakimiyyətlərinin və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin nümayəndələrindən ibarət olan komissiya yaradılmışdır. Bakı şəhəri rayon icra hakimiyyətlərində növbəyə dayanan gözdən əlil şəxslərin ilk 200 nəfərindən 119 nəfərinin sənədləri komissiya tərəfindən araşdırılaraq onlardan 95 nəfərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən mənzillə təmin olunmaq hüquqlarının olduğu müəyyənləşdirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı il 09 fevral tarixli 11/7-34 nömrəli əmrinə əsasən mənzillə təmin olunmuşlar. Komissiya tərəfindən X4 və onun ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin uçot normasından çox olduğu müəyyən edildiyindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılaraq mənzillə təmin edilməmişdir. Hazırki iş üzrə iddiaçının cavabdehə qarşı tələbi - cavabdeh tərəfindən yaradılmış komissiyanın qərəzli qərarları əsasında iddiaçının mənzil növbəlik hüququnun, eləcə də mənzil almaq hüququnun kobud surətdə pozulduğuna görə kompensasiya şəklində ona cavabdeh tərəfindən əlillik kateqoriyasından asılı olmayaraq hər hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində ailə tərkibinə və mənzil növbəliyinə uyğun mənzil şəraiti ilə təmin edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədədir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin məzmunca qeyri-müəyyənliyi də onun mümkünlük şərtinə cavab vermir Belə ki, iddiaçı tələbində hər-hansı bir əlil kateqoriyalı vətəndaşlar üçün tikilmiş mənzillərdən birində mənzil şəraiti ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirsə də, tələbdə mənzilin harada, nə vaxt inşa olunması, hazırki vaxtda belə mənzillərin mövcud olub-olmaması aydın deyildir. Həmçinin, iddiaçının tələbi - mənzillə təmin edilməyi öhdəliyi barədədir - öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-nin 34-cü maddənin tələblərinə görə öhdəliyin icrası haqqında iddia ilə məhkəmə qaydasında inzibati orqandan müəyyən hərəkətin edilməsi və ya hərəkətdən çəkinməsi tələb olunur. Öhdəliyin icrası haqqında iddia ilə edilməsi tələb olunan hərəkət inzibati aktın qəbul olunmasına yönələn hərəkət ola bilməz. Hazırki iş üzrə iddianın predmeti – iddiaçı tərəfindən tələb olunan müəyyən hərəkətin edilməsi ilə - mənzilin təmin edilməsi öhdəliyi ilə bağlıdır. İddiaçının məqsədi inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlərin edilməsinə nail olmaqdır. Lakin iş materialları ilə müəyyən edilir ki, faktiki xarakterli hərəkətin edilməsi üçün inzibati aktın qəbul edilməsinə ehtiyac var. Belə ki, işdən göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 08 dekabr 2015-ci il tarixli 11/7-281 nömrəli əmrinə əsasən yaradılmış Komissiyanın qərarı əsasında iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. İddiaçı mənzil növbəsindən çıxarılma ilə bağlı komissiyanın qərarını mübahisələndirməmiş, yenidən uçota alınmasına (bərpa edilməsinə) dair inzibati aktın qəbul edilməsi ilə bağlı inzibati orqana müraciət etməmişdir. Yəni iddiaçı inzibati orqana qarşı inzibati aktın qəbul edilməsi ilə bağlı məcburetmə haqqında iddia qaldırmalı idi.Lakin bunu etməmiş və birbaşa belə hərəkətin keçirilməsi məqsədilə öhdəliyin icrası haqqında iddia qaldırmış, belə bir iddia isə mümkün sayıla bilməz İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” AR Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli Qərarın 8.6-ci bəndinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qanunvericilik müəyyən edir ki, istənilən növ inzibati iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2-1(81)-3703/2016 saylı qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İPM-in 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli, 2-1(81)- 3703/2016 saylı qərarı ləğv edilsin. İddiaçı X4 Cavabdeh1nə (üçüncü şəxslər Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İB və Bakı şəhəri Nərimanov RİH) qarşı mənzillə təmin edilmə barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Səadət Bəktaşi Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1566/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1566/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver