Məhkəmə qərarları › İş №2-1(103)-1566/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1566/2022

16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1566/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X23 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Yasamal rayon Yasamal Bələdiyyəsinin nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Bələdiyyəsinə qarşı “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Yasamal rayon Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli, 522 №-li Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında", “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin müddəalarını (şəxsi və ailə həyatına hörmət hüququ) rəhbər tutmaqla Bakı şəhəri, Yasamal rayonu, X30 13A ünvanında olan qəbiristanlığın 4cü sektorunda yerləşən atası X7 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə qaytarılması; atası X7 (1943-2011) qəbir yerinin üstündə inşa edilmiş qəbirüstü tikili ilə onun solunda yerləşən mərhum X5 (1922-1961) məxsus qəbirüstü tikili və sağında yerləşən mərhum X3 (1907- 1966) məxsus qəbirüstü tikili arasında məsafənin “Qəbiristanlıqların salınması və idarə olunması Qaydalan”nın 21.1. bəndinin müddəalarına uyğunlaşdırılması vəzifəsinin (öhdəliyi) cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddianın “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X16 16 mart 2011-ci il tarixində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X30 13A ünvanında yerləşən qəbiristanlıqda dəfn edilmişdir. Atasına məxsus qəbirin yeri qəbiristanlığın 4-cü sektor hissəsində yerləşir, sağ hissəsində atası X2 (1907-1966), sol hissəsində X4 (1922-1961), qabağında-qarşısında isə X8 (1939-1979) qəbirləri yer alır. Bildirmək istəyir ki, 03 dekabr 2020-ci il tarixinədək atası X6 qəbirindən solda X10 və daha 2 qəbir olmaqla ümumilikdə atası ilə birlikdə 4 qəbir yeri var idi (hazırda həmin sırada 5 qəbir yeri var). Artıq təsəvvür yarandığı üzrə, həmin ərazidə əvvəllər atasından əlavə üç qəbir yerləşdirilmiş və sonradan əlavə qəbir üçün, yəni dördüncü qəbir üçün yer ayrılmamış və nəzərdə tutulmamışdır. Orada 4-cü qəbir üçün yer olmamasına baxmayaraq, X17 məxsus yeni bir qəbri iki köhnə qəbirüstü tikililəri aralayaraq arasında yerləşdirmişlər. Buna ərizəsinə əlavə etdiyi fotoşəkillərə baxdıqda da aydın görmək olur. Fotoşəkillərə baxdıqda aydın müşahidə olunur ki, qəbirüstü tikililər sağasola tərəf sürüşdürülmüş, X5 məxsus qəbirüstü tikili atasının qəbrinə tərəf, atasının qəbirüstü tikilisi isə X1 (mərhumun öz atasının) qəbrinə tərəf sürüşdürülmüşdür. Yəni atasının qəbir yeri (cəsədinin qalıqları deyil) yox, qəbirüstü tikilisi yerdəyişmələrə məruz qalmışdır. Eləcə də alasının qəbirindən solda 3 qəbirin üst hissəsinin (qəbir daşlarının yeri) yerləri dəyişdirilmişdir. Bunun üçün heç tikinti-texniki ekspertiza keçirilməsinə və ya mütəxəssisin rəyinin alınmasına belə ehtiyac yoxdur. Əyani gözlə belə görmək olur ki, qəbirüstü tikililər sağa- sola tərəf sürüşdürülmüşdür. Atasının qəbir daşları (qəbirüstü tikililər) isə sağa sürüşdürülmüşdür. X17 (xx.xx.1948, xx.xx.2020) yeni qəbir yeri açmaqdan ötrü X11 qəbirüstü tikilisi sola, X4 qəbirüstü tikilisi isə sağa sürüşdürülərək hər ikinin ortasında X12 qəbri (qəbir yeri və qəbirüstü tikilisi) yerləşdirilmişdir. Ərizəyə əlavə olunan fotoşəkillərdən görünür ki, ən sonuncu xx.xx.2020-ci il tarixdə X20 vəfat etmiş, təbii olaraq da ən sonuncu o dəfn olunmuşdur. Ərizəyə əlavə olunan sənədlərdən görünür ki, qəbirüstü tikililərin quraşdırılmasmda cərgə ilə sıralanmaya əməl olunmamışdır. Onların vəfat etmiş şəxslərinə aid qəbir yerindən kənar şəxslər tərəfindən istifadə edilməsə də və vəfat etmiş mərhum şəxslərinə qarşı böyük hörmətsizlik olunaraq qəbir yerinin üstündə yerləşən qəbirüstü tikili sağa sürüşdürülmüşdür. Qəbiristanlığa olan 16 mart 2021 -ci il tarixli ziyarətlərindən məlum olmuşdur ki, iki qəbirin arasında yerləşən 2 kv. m məsafəyə yeni cəsəd dəfn olunmuş, yeni qəbirüstü tikili inşa edilmişdir. Yeni qəbir yerinin eni İ metr, uzunluğu isə 2 metrdir. Qevd etdiyi üzrə 2 kv.m sahəni ehtiva edən arakeçmə məsafəsində bu ölçüdə yeni qəbirüstü tikili inşa edilə bilməz. Yeni qəbirüstü tikilinin isə atası X7 qəbirüstü tikilisinin təxminən 40 sm məsafədə sağa sürüşdürülməsi, yəni yerinin dəyişdirilməsi nəticəsində inşa edilib. Qəbiristanlığın müdriyyətinə 16 mart 2021-ci il tarixində bu barədə etdiyi müraciətin nəticəsi olaraq ona qəbirüstü tikilinin yerinin heç bir vəchlə dəyişdirilməyəcəyini və atasının qəbirüstü tikilisinin əvvəlki vəziyyətinə bərpa olunmayacağını bildirilmişdir. Atasının qəbrinə vurduğu ziyana görə ona dəymiş mənəvi ziyanı ağlabatan məbləğdə qiymətləndirib həmin pulu cavabdeh orqandan tələb edə bilərdi. Lakin o, bu kompensasiya tələbindən də imtina edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, ekspert İlham Xudiyev də tamamilə düzgün nəticəyə gəlmişdir. Çünki həqiqətən də açıq-aşkar gözlə müşahidə olunur ki, qəbirüstü tikililər arasındakı məsafə mövcud tikinti normalarında nəzərdə tutulmamışdır. Demək olar ki, qəbirlər arasında ümumiyyətlə məsafə saxlanılmamış, qanunvericiliyin tələbləri kobud surətdə Yasamal Bələdiyyəsi tərəfindən pozulmuşdur. Məhkəmə özü qeyd elmişdir ki. araşdırma zamanı məlum olmuşdur ki, həmin yerdə xx.xx.2020-ci il tarixdə Yasamal bələdiyyəsi tərəfindən dəfn aparılmışdır. Yəni buradan da aydın olur ki, sonuncu qəbir mərhum Rəsul Niyazova məxsusdur. Məhz həmin qəbrin qazılmasından və mərhum Rəsul Niyazovun nəşinin yerləşdirilməsindən sonra hazırki mübahisə meydana çıxmışdır. Hesab edir ki, iş materiallarında bu qədər sübut olmasına baxmayaraq, məhkəmə əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili işin mahiyyəti üzrə həmçinin hüquqi məsələlərə dair izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyünə diqqət yetirir: Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia mümkün iddiadır. Hazırki iddia öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası mərhum X13r. Cavabdeh hazırki tələbə cavab verməli olan inzibati orqandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 2- ci hissəsinə: yerli icra hakimiyyəti orqanlarının bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydalardan irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədi ilə qəbiristanlıqların müvafiq bələdiyyələrə 3 (üç) ay müddətində təhvil verilməsini təmin etsinlər. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığı xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassızdır. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən bildirilmişdir ki, "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarının 2-ci hissəsinin icrası ilə əlaqədar Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin tabeliyində olan, Yasamal rayonu ərazisində yerləşən 1-ci Dağüstü qəbiristanlığı xx.xx.2019-cu il tarixli təhvil-qəbul aktına əsasən Yasamal bələdiyyəsinə təhvil verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin yerdə xx.xx.2020-ci il tarixdə Yasamal bələdiyyəsi tərəfindən dəfn aparılmışdır. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən bildirilmişdir ki, qeyd edilən məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-cı il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na əsasən yerli ozünüidarəeımə orqanları tərəfindən tənzimlənir. Belə ki, qaldırdığı məsələ Dövlət Komitəsinin səlahiyyətləri xaricindədir. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda yerləşən hasara alınmış ərazidə Yasamal Bələdiyyəsinin əməkdaşları və vətəndaş İddiaçı tərəfindən baxış keçirilən zamanı məlum oldu ki, İddiaçı qeyd etdikləri öz təsdiqini tapmamışdır. İddiaçının müraciətinə cavab olaraq Yasamal Rayon Bələdiyyəsi tərəfindən təkrarən bildirilmişdir ki, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlığın 4-cü sektorunda atası X14 məxsus qəbir daşının sökülərək yerinin dəyişdirilməsi və dəfn qaydalarının pozulması faktı Yasamal Bələdiyyəsinin əməkdaşları tərəfindən araşdırılmış və məlum olmuşdur ki, orda heç bir qəbir yeri sökülüb yerindən tərpənməmişdir. Əvvəldən orda dəfn olunmuş qəbir yerləri olduğu kimi qalır. Əraziyə baxış keçirilməsi zamanı o dəvət olunub və birlikdə orada heç bir qanunsuz fakt aşkar edilməmişdir. Odur ki, araşdırmadan narazılıq varsa, məhkəmətibb ekspertizasına müraciət etmək tövsiyə edilmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”na əsasən: - 13.2. Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir: - 13.2.3. qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək; - 21.1. Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır. - 21.2. Ölmüş şəxsin dini qaydalara və yerli şəraitə uyğun olmaqla dəfn edilməsi üçün qəbir yerinin uzunluğu 2 metr, eni 1 metr, dərinliyi 1,4 metr müəyyənləşdirilir. - 21.3. Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yeni qəbiristanlıq sahələrinin ayrılması, yas mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulmuş tikililərin təmiri və yenilərinin inşası, mərasim və dəfn xidmətlərinin, o cümlədən bələdiyyənin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım göstərilməsi nəzərdə tutulmalıdır. Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1. Maddəsinə əsasən qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulmasına görə yəni. 516-1.1. Dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. 516-1.2. Qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariyagigiyena normalarının pozulmasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 516- 1.3. Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər. İş materiallarında olan iddiaçının təqdim etdiyi qiymətləndirmə hesabatı qəbirüstü tikililər arasındakı məsafənin ölçülərini göstərməklə qəbirüstü tikililələrin sürüşdürüldüyünü etibarlı şəkildə sübut etmir. Təqdim edilmiş fotoşəkillər isə yaxın ərazidə olan qəbir yerlərinə münasibətdə dəyişikliyi əks etdirməməklə yanaşı, həm də mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə olan halda, təqdim edilmiş sübutlar məcmusunda məhkəmə iddianı əsaslı hesab etmir. Bundan başqa, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 2-1(112)-1605/2022 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, qəbirüstü tikilinin yerinin sürüşdürülüb-sürüşdürülməməsinin müəyyən olunması xüsusi bilik tələb olunmadığı səbəbindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və 3-cü maddəsinə əsasən həmin ekspertizanın təyin edilməsi barədə qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Daha sonra məhkəmə tərəfindən həmin qərardadın icrası təkrar olaraq Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, ekspert tərəfindən məhkəməyə daxil olmuş məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatda bildirilmişdir ki, tədqiq olunan qəbirüstü tikilinin ilkin vəziyyətdə planlı yerdəyişməsinə dair layihə sənədi və ya plan-sxem olmadığından həmçinin qəbirüstü tikililər arasındakı məsafə mövcud tikinti normalarında nəzərdə tutulmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Bundan başqa, cavabdeh inzibati orqanın 849 nömrəli 16 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir: “İddiaçı “qəbirüstü tikilinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair adı çəkilən Elxan Süleymanlı, 1 saylı Dağüstü qəbiristanlıqda yaxınlarını dəfn edən şəxsdir. Hazırda DİN-in əməkdaşıdır. İş üzrə bəzi sorğulara cavab verilməsi üçün Yasamal Bələdiyyəsi tərəfindən Elxan Süleymanlı dəvət olunmuş və o, öz izahatında bildirmişdir ki, Yasamal rayon ərazisində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda xx.xx.1960-cı ildə anasının anası (nənəsi) X18, xx.xx.1961-cı ildə anasını atası (babası) Niyazov İsmayıl və 2020-ci ildə anasının qardaşı (dayısı) X20 dəfn olunmuşlar. Üçüncü sektorda yerləşən həmin ərazi onların yxınları tərəfindən dəfn olunan yer olub. İddiaçı qohumları ilə X9 isə 1966-cı ildə bizim yaxın qohumumuz (bibisinin əri) olan Həsən Həsənovun icazəsi ilə orada dəfn olunmuşdur. Onlar əslən Cəbrayıl rayonundandır, biz isə Gəncə şəhərindən. Yəni yaxın qohumumuz deyillər. Eyni zamanda bildirdi ki, bizim qohumlar, yaxınlar 1960-cı illərdə orada dəfn olunduqları halda İddiaçı yaxınları 1966-cı ildə bizim qohumlardan icazə alıb dəfn olunublar və sonradan bizə qarşı niyə iddia edirlər? Elxan Süleymanlı həmçinin bildrdi ki, orada heç bir qəbrüstü daşlara zərər vurulmayıb və sürüşdürmə aparılmamışdır. Sadəcə dəfn olunan qohumların qəbrüstü abidəsinin üzəri aşınmaya məruz qaldığından, yeni daşla (qara mərmərlə) yenilənmişdir. Odur ki, İddiaçı onlara qarşı və Yasamal Bələdiyyəsinə qarşı olan iddiası əsassızdır.” Göründüyü kimi, iddiaçının qəbir daşının sökülərək yerinin dəyişdirilməsi ilə bağlı qeyd etdikləri öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1605/2022 saylı, 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar