Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1566/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, üçüncü şəxsin nümayəndəsi vəkil X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs:X7) “X4 qeydiyyatdan çıxarılması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11039/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Kəpic küçəsi, 14 saylı evin 13 saylı mənzilində qeydiyyatda olan X4 qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə üçüncü şəxs 19 oktyabr 2003-cü il taridə nikaha daixl olmuş və 29 may 2021-ci il tarixdə nikahları pozulmuşdur. Birgə nikah dövründə üçüncü şəxs iddiaçının razılığı ilə onun mülkiyyətində olan ünvan 1 evin 13 saylı mənzilinə qeydiyyata düşmüş, həmin evdən istifadə hüququ olmamışdır. Artıq bir ildən çoxdur üçüncü şəxs həmin mənzildə yaşamır və onun evdə formal qeydiyyatda qalmasına ehtiyac yoxdur. Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə müraciət olunmuş, lakin həmin idarədən daxil olmuş 04 iyul 2022-ci il tarixli, 227932-3222 saylı məktubla imtina olunmuşdur. Üçüncü şəxs iddia ərizəsinə etirazında iddiaçının tələbi ilə razılaşmayaraq bildirmişdir ki, mənzilə xx.xx.2007-ci il tarixdə pasport qeydiyyatına düşmüş, iddiaçı ilə arasındakı rəsmi nikah pozulmuş və birgə nikahlarından olmuş hər iki uşağın analarının yanında qalması qət edilmişdir. Aralarındakı münasibətlər gərginləşdiyi dövrdə iddiaçı sözügedən mənzilin kilidini dəyişmiş, bir daha Könül Ağayevanı və öz övladlarını həmin mənzildə yaşamağa buraxmamışdır. K.Ağayevanın mənzildə qalan şəxsi və cehiz əşyalarını iddiaçı taksi vasitəsi ilə ona göndərmiş, mənzildən özünün götürməsinə belə şərait yaratmamışdır. K.Ağayeva müvəqqəti olaraq az müddət valideynlərinin mənzilində, daha sonra övladları ilə birlikdə də kirayədə qalmaq məcburiyyətində qalmışdır. Onun adına hər hansı bir daşınmaz əmlak yoxdur. Göründüyü kimi X4 və azyaşlı övladlarının həmin mənzildən istifadə hüquqları vardır. Bir sözlə onun pasport qeydiyyatında olması formal xarakter daşımamış, hazırda onların orada yaşamamasının səbəbi mülkiyyətçinin onların mənzildən istifadəsinə imkan verməməsidir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11039/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “... İşə baxan birinci instansiya məhkəməsi qətnamədə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair X1 24 sentyabr 2020-ci il tarixli qərarınaistinad edərək göstərmişdir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Hazırki mübahisə üzrə üçüncü şəxs mübahisəli yaşayış ünvanı üzrə qeydiyyata mənzilin əvvəlki mülkiyyətçisinin razılığı ilə alınmış və iddiaçı ilə birlikdə ailə münasibətləri pozulanadək həmin ünvanda yaşamışdır. Üçüncü şəxsin hal-hazırda həmin mənzildə yaşamamasınasəbəb iddiaçı ilə aralarında olan nikah münasibətinin pozulması olmuşdur. Üçüncü şəxsin bildirdiyinə görə iddiaçının mənzilin açarlarını dəyişdirməsi, bununla da mənzildən istifadəsinə maneələr yaratması nəticəsində qeydiyyata olduğu mənzildə yaşaya bilmir. Üçüncü şəxs Könül Ağayevanın qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, bu barədə əsaslar nə inzibati orqana, nə də məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə hər hansı əmlak hüququnun olub-olmamasının müəyyən edilməsi nə inzibati orqan tərəfindən aparılan icraatda və nə də hazırki inzibati məhkəmə icraatındaaraşdırmanın predmeti deyildir. Üçüncü şəxsin mənzilə əmlak hüququnun olmaması işin sübuta ehtiyacı olmayan halıdır. Belə ki, Mülki Məcəllənin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmazəmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Ü.Rəhimovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Göründüyü kimi üçüncü şəxs Könül Ağayevanın mübahisəli mənzilə hər hansı bir əmlak hüququ yoxdur, üçüncü şəxsin nümayəndəsi də bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir...» Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegtyasının iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi vəkil M.Ağayev üçüncü şəxsin iddiaçıya qarşı Nəsimi rayon məhkəməsində mübahisəli mənzillə bağlı məhkəmə mübahisəsi olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarından aydın olur ki, ünvan 1 evin 13 saylı ünvanda yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* №-li (qeydiyyat tarixi: xx.xx.2010; №-si: ********* ) çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.Onlar arasındakı nikah Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)- 805/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Eyni zamanda işdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya, üçüncü şəxsin həmin evdən qeydiyyatdan çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yol verildiyi əsas gətirilərək qeydiyyatdan çıxarılmadan imtina olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin üçüncü şəxsin qeydiyyatdan çıxarılmasınadan imtina etməsi aşağıdakılara görə əsaslıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat» haqqında qanunun 9-cu maddəsinin birinci hissəsinin tələbindən görünür ki, müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda - müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. İşin hazırkı mərhələsində toplanmış sübutlara əsasən müəyyən olunmuşdur ki, üçüncü şəxs K.Ağayeva tərəfindən Nəsimi rayon Məhkəməsində hazırkı iddiaçı F.Əliyvə qarşı mülki icraat qaydasında iki iddia qaldırmış, həmin iddialarından, «onun mənzil mübahisələi mənzilə pay hüquunun tanınması» tələbinə dair iddia ərizəsinin icraatı məhkəmənin e- (006)-1337/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkün hesab edilərək icraata qəbul olunmuş, daha sonra, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı digər bir qərardadı ilə həmin mənzilin bazar qiyməti və təmirinə çəkilən xərclərlə bağlı kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunaraq iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. Göründüyü kimi, iddiaçı ilə üçüncü şəxs arasında qeydiyyatdan çıxarılması tələb olunan mənzillə bağlı mülki icraat qaydasında əmlak mübahisəsi mövcuddur. Belə olan halda, cavabdeh orqanın iddiaçıya üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina etməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilə bilməz. Ən azından, cavabdeh iddiaçının ərizəsini təmin etmək üçün qeyd olunan qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı biri mövcud olmamışdır. Digər tərəfdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 24 sentyabr 2020-ci il tarixli qərarında verilən şərhə gəldikdə, həmin Qərarın nəticə hissəsinin 2-ci bəndində qeyd olunur ki, “yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konkret halda, işin yuxarıda qeyd olunanlardan isə göründüyü kimi, üçüncü şəxs mübahisəli mənzillə bağlı iddiaçıya qarşı Nəsimi rayon məhkəməsində əmlak tələbinə dair məhkəmə mübahisəsinə baxılır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi baxımından, iddiaçının hazırkı iddia tələbinin təmin olunması üçün əsas yoxdur. Beləliklə də, qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı mülki mübahisə iddiaçıya münasibətdə öz müsbət həllini tapdıqdan sonra, onun cavabdeh qeydiyyat orqanına verdiyi müvafiq müraciətinin təmin olunmasından imtina edildiyi halda yalnız, həmin qeydiyyat orqanının qanunsuz hərəkətləri inzibati məhkəmə icraatı qaydasında yenidən mübahisələndirilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçıya üçüncü şəxsin qeydiyyatdan çıxarılmasından imtina olunması qanuni və əsaslıdır. Qanuni imtina iddiaçının hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, məhkəmə o halda, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu sübuta yetirilmiş olsun. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan nəticəyə kimi qiymətləndirir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11039/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11039/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1566/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1566/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver