Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1567/2020 18.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2736/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X2rşı 1 saylı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək işlədiyi müddətin, təhsil müddətinin və hərbi xidmətdə olduğu müddətlərin iş stajına daxil edilməsi, 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranan fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1960-cı ildə Qubadlı rayonu, Cibikli kəndində anadan olmuşdur. ƏT-İ seriyalı, ******* əmək kitabçasından da göründüyü kimi xx xxxxxxxx 1976-cı il tarixdən xx xxxx 1978-ci il tarixə qədər Sumqayıt şəhəri 17 nömrəli Peşə məktəbində elektro-qaz qaynaqçısı peşə təhsili almışdır. xx xxxxxx 1978-ci il tarixdən xx xxx 1979-cu il tarixədək Mex kalonda elektrik qaz qaynaqçısı işləmişdir. xx xxx 1979-cu il tarixdən xx xxxx 1981-ci il tarixdə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx xxxxxxx 1981-ci il tarixdən xx xxxxx 1982-ci il tarixədək Mərkəzi metallurq təmir trestində fəhlə, xx xxxxx 1982-ci il tarixdən xx xxxx 1982-ci il tarixədək Beton zavod sexində elektrik qaynaqçısı, xx xxxxxxx 1982- ci il tarixdən UPTK 2 nömrəli trestində elektrik qaz qaynaqçısı işləmiş və həmin trestin nəzdində dəyişiklik edilərək müxtəlif idarələrinə keçirilmişdir. Həmçinin xx xxxxxx 1995-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixə qədər “Sənaye Komunaltikinti” Birliyində elektrik qaynaqçısı və xx xxxxxx 2000-ci il tarixdən xx xxxx 2014-cü il tarixə kimi Sumqayıt EP X16 İdarəsində elektrik qaynaqçısı işləmişdir. xx xxxxxx 2018-ci il tarixli, 152/1 nömrəli Arxiv Çıxarışından da görünür ki, xx xxxxxxx 1982-ci il tarixdə armatur sexində 3-cü bölmədə elektrik-qaz qaynaqçısı işinə qəbul edilmiş və xx xxxxxx 1995-ci il tarixli əmrlə həmin sahənin işçiləri, o daxil olmaqla “Mexanizasiya filialına köçürmə yolu ilə işə qəbul edilmişdir. O, xx xxxxxx 2000-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixə qədər “Azərkimya” istehsalat Birliyinin “EtilenPolietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı, xx xxxxxx 2006-cı il tarixdən xx xxxxxx 2012-ci il tarixə qədər elektrik qaz qaynaqçısı, xx xxxxxx 2012-cı il tarixdən xx xxxxxx 2014-cü il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mexaniki və texnoloji avadanlıqların təmiri sexində elektrik qaz qaynaqçısı, xx xxxxxx 2014-cü il tarixdən xx xxxx 2014-cü il tarixə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaz qaynaqçısı, xx xxxxxxxx 2014-cü il tarixdən hal-hazırki vaxta qədər də “xxxx” ASC X13 İdarəsinin Su təchizatı və mühəndis texniki qurğuların təmiri və xidməti sahəsində elektrik qaz qaynaqçısı vəzifələrində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35-ci fəslinə əsasən avadanlıqların təmirini təmin edən qazla kəsicilərin və əl ilə qaynaq aparan elektrik qaynaqçılarının işi bilavasitə zərərli əmək şəraitində peşələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün xx xxxxxx 2006-cı il tarixinədək stajı 25 ildən çox müddət təşkil etmişdir. İşlədiyi yerləri, iş stajını iş materiallarına əlavə etdiyi əmək kitabçası da sübut edir. xx xxxxxx 2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx xxxxxx 2006-cı il tarixə qədər zəruri iş stajı tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx xxxxxx 2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla müvafiq iş stajını tamamlamışdır. Zərərli iş stajı təsdiq edən müvafiq arayışlar verilmişdir. İddiaçı ona 57 yaşı tamam olan tarixdən, yəni xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin, DSMF-nin X12 İdarəsi xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli imtina məktubu ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.2-1 maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının təqdim etdiyi xx xxxxxx 1978-ci il tarixli, 3T-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1995xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində təsərrüfat hesablı “Sənayekomunaltikinti” birliyində əmək stajının dəqiqləşdirilməsi ilə bağlı İdarə tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət X9 verilmədiyi bildirilmişdir. Bu səbəbdən də iddiaçının qeyd olunan dövr ərzində əmək stajını dəqiqləşdirmək mümkün olmadığından həmin dövr əmək stajına daxil edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası Dövlət X7 iddiaçıya dair x xxxxxx 2018-ci il tarixli 152/1 nömrəli arayışında və əmək kitabçasında qeyd olunan məlumatlardan göründüyü kimi iddiaçının x xxxxxx 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil edir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarfnın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarın 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə müəyyən edilir: əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi iddiaçının iş stajına daxil edilməsini tələb etdiyi təhsil müddətinin ümumi iş stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiyaların ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi müddəası mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2736/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, iddiaçı X4 57 yaşdan, yəni xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Qubadlı rayonu, Cibikli kəndində doğulmuşdur. O, xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək 17 №-li texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək 23 nömrəli mexkolonda elektrik-qaz qaynaqçısı, xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək təmir-tikinti mərkəzində fəhlə, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək ev tikinti kombinatında elektrik-qaz qaynaqçısı, xx.xx.1982-ci ildən xx.xx.1991-ci ilədək UPTK 2 nömrəli trestində elektrik-qaz qaynaqçısı, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək armatur sexində 5-ci bölmənin elektrik qaynaqçısı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək “X6 Birliyi” 2 №-li Trest T.H.E.Q.S 1 №-li sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-cü ildən xx.xx.1995-ci ilədək 2№-li Trestin T/H TTİ sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək “Sənayekommunaltikinti” Birliyinin Mexanizasiya filialında 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilədək THTTUS-də 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.1996-cı ildən xx.xx.2000-ci ilədək 4 saylı T.H.Sdə 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.2000-ci ildən xx.xx.2014-cü ilədək Sumqayıt EP X16 İdarəsi 65 saylı texnoloji avadanlıq təmir sexində 6-cı dərəcəli elektrik qaynaqçısı, xx.xx.2014-cü ildən xx.xx.2016cı ilədək “xxxx” Açıq Səhmdar Cəmiyyəti X14 İdarəsi İstismar avadanlıqlarının təmir sexində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2016-cı ildən 6-cı dərəcə ilə Su təhcizatı və mühəndis-texniki qurğuların təmiri və xidməti sahəsinin elektrik-qaz qaynaqçısı işləmişdir. Azərbaycan Respublikası Dövlət X7 xx xxxxxx 2018- ci il tarixli, 152/1 nömrəli arxiv çıxarışından görünür ki, İddiaçı xx xxxxxxx 1982-ci il tarixdə armatur sexində 3-cü bölmədə elektrik qaz qaynaqçısı işinə qəbul edilmiş və Sumqayıt “Sənayekommunaltikinti” Birliyi üzrə verilən xx.xx.1995-ci il tarixli, 165-s/1 №-li əmrə əsasən X15 X8 “Mexanizasiya filialına köçürmə yolu ilə elektrik qaynaqçısı işinə qəbul edilmişdir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kardrlar şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 266 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2000-ci ildən xx xxxxxx 2005-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarının 33-cü bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı siyahısında sadalanan “elektrik qaynaqçıları” istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 267 saylı arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2006-cı ildən xx xxxxxx 2012-ci ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində sadalanan elektrik qaynaqçıları istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun kardrlar şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 268 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2012-ci ildən xx xxxxxx 2014-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun mexaniki və texnoloji avadanlıqların təmiri sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində sadalanan elektrik qaynaqçıları istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “AZƏRKİMYA” İstehsalat Birliyinin “Etilen- Polietilen” zavodunun kardrlar şöbəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 269 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxx 2014-cü ildən xx xxxx 2014-cü ilə kimi tam iş günü “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texnoloji avadanlıqların təmiri sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində sadalanan elektrik qaynaqçıları istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “xxxx” ASC-nin X13 İdarəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 42 nömrəli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 2014-cü ildən hal-hazırki vaxta qədər tam iş günü ““xxxx” ASCnin X13 İdarəsinin su təchizatı və mühəndis-texniki qurğuların təmiri və xidməti sahəsində elektrik qaz qaynaqçısı vəzifəsində işləyir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarının 35-ci bölməsində sadalanan əl ilə qaynaq aparan elektrik qaynaqçıları istehsalatda güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. İddiaçı müvafiq sənədləri toplayaraq 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir, lakin inzibati orqan iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh inzibati orqanın imtinası ilə razılaşmayaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək iddia tələbini qismən təmin etmiş, İddiaçı 57 yaşdan, yəni xx xxxx 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinə həvalə edilməsini qərara almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. xx.xx.1956-cı ildə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin “V” bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyan dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 1044 saylı, xx xxxxxx 1956-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi” Qaydalarının 109-cu bəndinə təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik texniki peşə müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. İddiaçının xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək 17 №-li texniki peşə məktəbində təhsil aldığı müddət iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməlidir. xx.xx.2006-cı il tarixdək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası;.. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2. İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. İddiaçının işlədiyi “qaz qaynaqçısı” və “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 33-cü bölməsinin 23200000-19906 şifrinə əsasən 2 saylı siyahısı “qaz qaynaqçısı” və “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşələrinə uyğundur. İddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan peşələrə uyğun olmaqla xx.xx.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü dövrü də daxil olmaqla 28 il 5 ay 22 gün ümumi və 24 il 9 ay 0 gün güzəştli iş stajı mövcuddur. Göründüyü kimi, hər iki hal iddiaçıya münasibətdə mövcud olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməmiş hissəsinə münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda pensiyanın ödənilməmiş hissəsinin bir dəfəlik şəkildə ödənilməsi müddəası mövcud deyildir. Eyni zamanda, pensiya qanunvericiliyinə əsasən pensiyaların ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (yəni DSMF) özü müəyyən edir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasında dövr ərzində iddiaçının əmək stajının dəqiqləşdirməsi mümkün olmadığından həmin dövrün əmək stajına daxil edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.1995-xx.xx.2000-ci illərdə əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçasında müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta (iş) stajına daxil edilməlidir. Cavabdeh tərəfindən bildirilmiş qarşılıqlı yoxlamanın aparılmasının mümkün olmadığına görə əmək kitabçasındakı məlumatların həqiqiliyini yoxlamağın mümkün olmaması məsələsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal iddiaçının təqsiri ilə bağlı deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. İddiaçının işlədiyi peşələr xx.xx.2006-ci ilə qədər təhsil və hərbi xidmət dövrü də daxil olmaqla 28 il 5 ay 22 gün ümumi və 24 il 9 ay güzəştli iş stajı mövcud olduğundan işə baxan məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2736/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1567/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1567/2020
18.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver