Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1567/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X4 ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı (üçüncü şəxs "xxxx" MMC və Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti) “əmtəə nişanının qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı “İddiaçı” Şirkəti cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023cü il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1044, Bakı şəh., Xəzər rayonu, Binə qəs., X8 Hava Limanı (AZ) adına “X12” əmtəə nişanının 2023 0381 (ilkinlik xx.xx.2022 ərizə № 2022 02702) 35-ci sinif - reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti” və 43-cü sinif “ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər; müvəqqqəti yaşayışın təmin edilməsi xidmətləri” üzrə qeydiyyatının etibarsız sayılması; Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin “X12” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd edilmişdir ki, iddiaçıya aid 915655 ((ilkinlik GB, xx.xx.2006, 2436937) saylı, beynəlxalq qeydiyyatla 35-ci və 43-cü sinif xidmətləri üzrə mühafizə olunan "İHG" əmtəə nişanı adi standart şriftlərlə verilmiş sözdən ibarətdir. Apellyasiya şurası “işarəsinin xüsusi təsviri şriftlə verilmiş iki hərfdən ibarət “HG” sözü "xxxx"" abveriaturası olmasını “görməmiş” bu səbəbdən səhv qərar vermişdir. Apellyasiya Şurası öz qərarını əsaslandırarkən göstərmişdir: "İddiaçı, (GB) kompaniyasına məxsus əmtəə nişanında mərkəzi hissədə qara rəngdə, qalın şriftlə, qrafik obrazda "vaco" sözü aşağı hissədə isə “an ihg hotel” söz işarələri verilmişdir. “İHG ONE REWARDS” əmtəə nişanında sol tərəfdə qara rəngdə böyük hərflərlə "İHG" hərf bilrləşməsi, mərkəzi hissədə xüsusi təsvir, sağ tərəfdə isə "one reüards" söz birləşməsi verilmişdir. "İHG" əmtəə nişanı isə qara rəngdə qalın şriflə verilmişdir". Göründüyü kimi müqayisə edilən nişanlar müxtəlif obrazlarda və təsvirlərdə təqdim edilmişdir". Apellyasiya şurası İddiaçı, GB şirkətinə aid 915655 ((ilkinlik GB, xx.xx.2006, 2436937) saylı, beynəlxalq qeydiyyatla 35-ci və 43-cü sinif xidmətləri üzrə mühafizə olunan "İHG" əmtəə nişanı adi standart şriftlərlə verilmiş sözdən ibarət olmasına düzgün qiymət verməmişdir. Belə ki, "İHG" əmtəə nişanı adi standart şriftlərlə verilmiş sözdən ibarət olmaqla "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar")-ın 2-ci maddəsinin 3-cü abzasının "Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər" əsasında "İHG" nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər, mühafizə olunur. Yəni, daha əvvəl ilkinliklə mühafizə olunan "İHG" əmtəə nişanı tərkibidə olan "HG" istənilən qrafik yazılışda istifadə oluna bilər, mühafizə olunur, işarəsi kimi yazılışda da mühafizə olunur, istifadə etmə hüququ vardır. Apellyasiya şurası ******* saylı (ilkinlik MU, xx.xx.2021, MU/M/2021/35191) saylı beynəlxalq qeydiyyatın mühafizə olunan "İHG ONE REWARDS", əmtəə nişanının fəaliyyət müddətinin səhv olaraq xx.xx.2023-cü il tarixdə bitdiyini göstərmişdir. Halbuki təqdim edilmiş sübutla ******* saylı beynəlxalq qeydiyyatın fəaliyyət müddətinin xx.xx.2032-ci il olduğu aydın görünür. Apellyasiya şurası "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar")-ın 29.6. "Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması", 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə), b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə tətbiq etməklə müqayisə etməli olduğu halda, bu normamı tətbiq etməmişdir. Apellyasiya şurası sözdən ibarət əmtəə nişanların ekspertizası zamanı qarşı qoyulan kombinə edilmiş əmtəə nişanlarının sözdən ibarət hissəsinin eynilik və oxşarlığını araşdırarkən əsas və birinci kriteriya rolunu oyanayan səs üzrə (fonetik) oxşarlığı araşdırmalı və "Qaydalar"in 29.6.2. bəndini tətbiq etməli olduğu halda tətbiq etməmiş səhv etmiş, nəticə etibarı ilə səhv qərar vermişdir. Belə ki, "Qaydalar" 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən ediliməsi zamanı a) "İHG" (ihg) sözü ilə "HG" (hg), səslərinin oxşar olması; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı - "İHG" (ihg) və "HG" (hg), səslərinin oxşar olması; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi "İHG" (ihg) və "HG" (hg) işarələrdə səslər uyğundur biri-birinə nəzərən yerləşməsi ardıcıllığı eynidir; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu - hər iki işarədə "ihg", "hg" bir hecadan ibarətddir, yerləşməsinin eyni ardıcıllıqla mövcuddur, yəni oxşadır; d) işarədə olan hecaların miqdarı - hər iki işarə bir hecadan ibarət olmaqla oxşardır; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer - hər iki işarədə "hg" işarəsi üst-üstə düşür, oxşardır; ə) kar və cingiltili tərkibin yaxınlığı - "hg" tərkibin üst-üstə düşməsi ilə oxşardır; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri-"hg" hissəsi üst-üstə düşür, oxşardır; g) bir nişandan (işarədən) digərinə daxil olma -"hg" hissəsinin digərinə daxil olması ilə oxşardır vurğu kriteriyalarının üst-üstə düşməsi ilə; Beləliklə, Qaydalar" 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq bütün kriteriyaları üzrə "İHG" və "HG" nişanların səslənmə üzrə qarışdırılacaq dərəcədə oxşar olması sübuta yetirilir.Apellyasiya şurasında gətirilmiş dəlilləri, normaları tətbiq etməklə müqayisə etməli olduğu halda, öz qərarını qüvvədə olan qanun və qaydalara müvafiq olaraq düzgün hüquqi qiymət verməmiş, nəticə etibarı ilə səhv qərar vermişdir.Göründüyü kimi "Qaydalar" 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq - a) ümumi görünüşlü (müşahidə) təəssüratı - hər iki nişanın "HG" işarəsinin "Qaydalar"-ın 2-ci maddəsinin 3cü abzasının tələblərinə görə "İHG" sözündə "HG" işarəsinində hərflərin bitişik yazılışla işarəsi kimi, istifadə etmə hüququ olması ilə oxşardır; b) şriftin növü - hər iki nişan (işarə) latın şrifti ilə olmaqla oxşardır; ç) hərflərin biri-birinə nəzərən yerləşməsi "HG" işarəsinin ardıcıl yerləşməsi ilə oxşardır; d) hərflərlə yazılmış sözlərin əlifbası - hər iki nişan (işarə) latın əlifbası ilə verilməsi oxşardır; Beləliklə, "Qaydalar" 29.6.3. Qrafiki (görünüşlü) əsas oxşarlıq kriteriyaları üzrə də "İHG" və " nişanların qrafiki oxşarlıq üzrə qarışdırılacaq dərəcədə oxşar olması sübuta yetirilir. Apellyasi şurası öz qərarını əsaslandırmaq üçün sözdən ibarət əmtəə nişanların ekspertizası zamanı üçüncü kriteriya olan - "Qaydalar" 29.6.4., Məna etibarı ilə (semantik) oxşarlığı araşdırılmamışdır. a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, .... ifadələrin mənaca üst-üstə düşməsi - "İHG" "İnterContinental Hotels"- işarəsinin abbviaturası olması və "İHG" işarəsinin - "xxxx" işarəsinin abbviaturası olması ilə mənacada oxşar olması sübuta yetirilir. Apellyasiya şurası 29.6.5. maddəsinin əsaslarını "Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də, müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər" normaları tətbiq etməklə hüquqi qiymət verməli olduğu halda, qanunsuz olaraq təsviri hissə kimi qiymət verməklə və qabartmaqla, səhv qərar vermişdir. Apellyasiya şurası bu nişanların 29.9.1 və 29.9.2-ci bəndlərlənin tələbləri baxımından ümumiyyətlə nəzərə almamışdır: 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. "İddiaçı", Böyük Britaniya şirkəti "İHG" əmtəə nişanı 35-ci sinif - “Biznesin idarə edilməsi və idarəetmə xidmətləri; işgüzar görüşlər üçün şəraitin təmin edilməsi; kommersiya informasiya xidmətləri; mehmanxana idarəçiliyi və mehmanxana françayzinqinə aid biznes məsləhəti və biznes məsləhət xidmətləri; mehmanxana idarəetmə xidmətləri (digərləri üçün); reklam, marketinq, təbliğat və təşviqat xidmətləri və bununla bağlı məlumat xidmətləri, bütün bu cür xidmətlər həmçinin kompüter məlumat bazasından və ya İnternetdən onlayn şəkildə təqdim olunur; İnternetdə həyata keçirilən satışların emalı üçün biznesin idarə edilməsi xidmətləri; telefon zəng mərkəzlərinin fəaliyyəti; işə qəbul, məşğulluq və kadrların idarə edilməsi xidmətləri; rabitə (ictimaiyyətlə əlaqələr); loyallıq sxemləri və həvəsləndirmə sxemlərinin fəaliyyəti və onlara nəzarət; yuxarıda göstərilən bütün xidmətlərə aid məlumat məsləhət və məsləhət xidmətləri" və 43-cü sinif - "Otel xidmətləri, motel xidmətləri, yaşayış yerinin təmin edilməsi; müvəqqəti yaşayış xidmətləri; mehmanxanada yerləşmə və digər yaşayış yerləri üçün bron xidmətləri; yaşayışla bağlı tətil məlumatları və planlaşdırma; bar xidmətləri, kokteyl salonu və gecə klubu xidmətləri; kafe xidmətləri, restoran və snack bar xidmətləri; yemək və içkilərin verilməsi üçün iaşə xidmətləri; konfrans, görüş və sərgi obyektlərinin təmin edilməsi; otelə giriş və çıxış xidmətləri; mehmanxanalarla bağlı elektron məlumat xidmətləri; yuxarıda qeyd olunanlarla bağlı məsləhət və məsləhət xidmətlər" xidmətləri bütövlükdə " " əmtəə nişanının 35-ci və 43-cü sinif xidmətlərini əhatə etməsi və istehlakçılarda eyni təsəvvür yaratması və istehlakçıları yanıltması ilə bazarda yanaşı mövcud ola bilməyəcəyini, çaşmaya səbəb olduğunu nəzərə alaraq özünün qanunla qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya şurasına müraciət etmişdir. Nişan sahibi "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" 25-ci maddəsindən irəli gələn hüquqları əsaslanaraq: "Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir" əsasında müraciət etmişdir. Apellyasiya şurası bu əsaslarla verilən müraciətə qiymət verərkən -"Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarların əmtəələrindən və göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir" göstərsə də, nişan sahibinin qanunla qorunan hüquqlarının müdafiəsi üçün müraciət etməsinə, mövqeyinə əks qiymət vermişdir. Halbuki, Azərbaycan Respublikası bazarında - "İddiaçı, GB şirkəti özünün "İHG" əmtəə nişanına qorunan hüquqlarının müdafiəsi üçün Apellyasiya şurasına müraciət etmişdir. Lakin Apellyasiya şurası onun "İHG" əmtəə nişanı ilə "HG" işarəsini oxşar saymamış, səhv qərar vermişdir. Apellyasiya şurası səhv qərar verməklə, İddiaçı, GB şirkəti və onun ana şirkəti İnterContinental Hotels Group PLS (İHG) Company şirkətinin Heydər Əliyev adına X9nda "İnterContinental" otelində istifadə olunan "İHG" əmtəə nişanının həmin hava limanında, "xxxx" MMC, AZ otelinin əmtəə nişanı ilə fəaliyyəti istehlakçıları yanıltması, istehlakçılarda çaşma yaratması "xxxx" MMC, şirkətinə onların nüfuzundan yararlanmağa, əsassız varlanmağına şərait yaratmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarının və Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin “X12” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi hissədə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddia təmin edilmiş və "xxxx" MMC, AZ 1044, Bakı şəh., Xəzər rayonu, Binə qəs., X8 Hava Limanı (AZ) “X12” əmtəə nişanının 2023 0381 (ilkinlik xx.xx.2022 ərizə № 2022 02702) 35-ci sinif – reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti” və 43-cü sinif “ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər; müvəqqqəti yaşayışın təmin edilməsi xidmətləri” üzrə qeydiyyatı etibarsız sayılsın və həmin qeydiyyata xitam verilməsi öhdəliyi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs "xxxx" MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə qeyd edir ki, iddiaçının iddia tələbi heç bir hüququi əhəmiyyət daşımayan və hüquqi əsaslanması olmayan bir tələbdir. İddiaçı“İddiaçı” şirkətinin adına Azərbaycan Respublikası ərazisində aşağıdakı əmtəə nişanları qeydiyyata alınmışdır: 1. VOCO AN İHG HOTEL - əmtəə nişanıƏmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundan sonra – ƏXBT) 35 və 43-cü sinif xidmətləri üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında № 2020 0892 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2019). Əmtəə nişanı xx.xx.2029-cu il tarixinə qədər etibarlıdır. 2. 915655 beynəlxalq qeydiyyat nömrəli İHG əmtəə nişanıƏXBT-nin 35 və 43-cü sinif xidmətləri üzrə xx.xx.2006-cı il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2017- ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir (2017/14 Gaz). Nişan halhazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. 3. ******* beynəlxalq qeydiyyat nömrəli İHG ONE REWARDS əmtəə nişanıƏXBTnin 35-ci sinif xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Həmin qeydiyyat xx.xx.2022-ci il tarixdə (2022/35 Gaz) Azərbaycan Respublikasının ərazisinə şamil edilmişdir. 4. ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanıƏXBTnin 35-ci sinif xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. (2022/25 Gaz). Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir. Bizə məxsus olan "xxxx" əmtəə nişanı ƏXBT-nin 1-45-ci sinif əmtəələri və xidmətləri üzrə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC (ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev, X9(AZ)) adına Azərbaycan Respublikasında № 2023 0381 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2022). Əmtəə nişanı xx.xx.2032-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında "xxxx" söz birləşməsi hüquqi mühafizə obyekti hesab edilməmişdir. Məhkəmə Kollegiyasının nəzərinə çatdırmaq istəyi ki, birinci instansiya məhkəməsində iş araşdırılan zaman hərtərəfli araşdırılmamışdır. Məhkəmə işə obyektiv yanaşmayaraq iddiaçının mövqeyindən yanaşmaqla iddiaçı“İddiaçı” şirkətinin adına qeydiyyata alınmış olan “İHG və İHG ONE REWARDS” nişanları ilə "xxxx" nişanlarının oxşar olması qənaətinə gəlmişdir. İddiaçı qeyd olunan nişanlarla onlara məxsus olan nişanın eyni ərazidə xidmət göstərdiyini bildirsə də, onu təsdiq edəcək hansısa sənədi məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi isə bu kimi mühüm və əhəmiyyətli faktı görməzdən gəlmişdir. "xxxx" MMC isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınarkən ünvanı “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 Limanı” olaraq qeydiyyata alınmışdır. Bunu cavabdeh X6 məhkəməyə təqdim etdiyi sənədlərdən də müəyyən etmək olur. Belə olan halda iddiaçının iddia tələbinin əsassız olduğu bir daha öz təsdiqini tapmış olur. Bundan başqa, iddiaçı“İHG və İHG ONE REWARDS” nişanlarla "xxxx" nişanlarının oxşar olmasını və bu istehlakçıları çaşdırmağa səbəb olduğunu bildirsə də, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən birinci instansiya məhkəməsinə də təqdimolunmuş sənədlərdən aydın olur ki, "xxxx" MMC dövlət qeydiyyatına alınarkən iddiaçının göstərdiyi "xxxx" MMC sözləri ilə yox "xxxx" MMC sözləri ilə qeydiyyata alınmışdır. Burdan da aydın şəkildə görünür ki, iddiaçıya məxsus nişanlarla bizə məxsus olan nişan arasında istər orfoqrafik istərsə də orfoepik frmalara uyğun olacaq hansısa oxşarlıq yoxdur. Bundan başqa Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən "xxxx" MMC-nin nişanının Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun tələblərinlə əsasən müvafiq icra orqanı tərəfindən Dövlət Reyestrində qeydiyyata alınmışdır. İddiaçının iddia etdiyi tələbdəki kimi hansısa oxşarlıq və ya eynilik olsaydı təbii ki, Əqli Mülkiyyət Agentliyi bizə məxsus olan nişanı Dövlət Reyestrində qeydiyyata alınmasından imtina etmiş olardı. Bu hal bir daha təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları kifayət qədər araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmənin işə tamamilə başqa prizmadan, yəni əmtəə nişanlarının biridigərini təqlid etməsi kimi yanaşması işin tamamilə başqa istiqamətdə araşdırılması və nəticədə, ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. İşdə olan çoxsaylı sənədlərin tam şəkildə araşdırılmaması, bununla bağlımüvafiq qurumlara sorğuların göndərilməməsi hüquqlarımızı pozmuş və ədalətli məhkəmə araşdırması təmin olunmamışdır. Eyni zamanda cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərarında qeyd edir: “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun (əslində, “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” olmalı idi) 29-cu maddəsində İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması kriteriayalrı müəyyən edilmişdir. Qeyd edilən normanın dispozsiya şərtlərinin hazırkı mübahisəyə tədbiqi baxımından iddiaçının “İHG” əmtəə nişanı ilə üçüncü şəxsin əmtəə nişanı müqayisə edildikdə üçüncü şəxsin əmtəə nişanında istehlakçıları yanıldacaq dərəcədə oxşarlığın olması müəyyən edilir”. Məhkəmənin bu mülahizəsinə münasibətdə qeyd edir ki, Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” nın (bundan sonra-Qaydalar) 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır.Qaydaların 29.4cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Qaydaların 29.5-ci bəndinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır. Əmtəə nişanını təhlili zamanı müəyyən edilir ki, nişanda mərkəzi hissədə qara rəngdə xüsusi təsvir verilmiş, aşağı hissədə isə qara rəngdə “hotels və group” sözləri verilmişdir. Əmtəə nişanında "xxxx" söz birləşməsi hüquqi mühafizə obyekti hesab edilməmişdir. İddiaçının və məhkəmənin “HG” kimi dəyərləndirdiyi təsvirə diqqətlə baxıldıqda isə, onun 90 dərəcə sağa fırlanmış “qədəh” olması da aydın görünür. Bu səbəbdən nişanın müqayisəli təhlili yalnız təsviri hissəyə münasibətdə aparılmalıdır. Göründüyü kimi müqayisə edilən nişanlar müxtəlif obrazlarda və təsvirlərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər, ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, qrafiki yazılışı, rəng və ya rənglərin uzlaşması (kombinasiyası), nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu baxımından qarışdırılacaq dərəcədə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar. Qeyd olunan hallar məhkəməyə verilən izahatlarda da öz əksini tapmışdır. Lakin məhkəmə tərəfindən göstərilən xüsusatlar nəzərə alınmamaqla qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdilər. Digər üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırkı iş üzrə apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından müəyyən edilir ki: İddiaçı “İddiaçı” şirkətinin adına Azərbaycan Respublikası ərazisində aşağıdakı əmtəə nişanları qeydiyyata alınmışdır: 1. VOCOAN IHG HOTEL əmtəə nişanı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (bundansonra – ƏXBT) 35 və 43-cü sinif xidmətləri üzrə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında № 2020 0892 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi - xx.xx.2019). Əmtəə nişanı xx.xx.2029-cu il tarixinə qədər etibarlıdır.
2. 915655 beynəlxalq qeydiyyat nömrəli İHG əmtəə nişanı ƏXBT-nin 35 və 43-cü sinif xidmətləri üzrə xx.xx.2006-cı il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2017-ci il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir (2017/14 Gaz). Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir.
3. ******* beynəlxalq qeydiyyat nömrəli İHG ONE REWARDS əmtəə nişanı ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Həmin qeydiyyat xx.xx.2022-ci il tarixdə (2022/35 Gaz) Azərbaycan Respublikasının ərazisinə şamil edilmişdir.
4. ******* beynəlxalq qeydiyyat nömrəli əmtəə nişanı ƏXBT-nin 35-ci sinif xidmətləri üzrə xx.xx.2022-ci il tarixdə beynəlxalq qeydiyyata alınmışdır. Nişana xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazisində hüquqi mühafizə verilmişdir. (2022/25 Gaz). Nişan hal-hazırda Azərbaycan Respublikası ərazisində qüvvədədir.
əmtəə nişanı ƏXBT-nin 1-45-ci sinif əmtəələri və xidmətləri üzrə Hotels Groupxx.xx.2023-cü il tarixdə "xxxx" MMC (ünvan: AZ1044, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev, X9 (AZ)) adına Azərbaycan Respublikasında № 2023 0381 nömrə ilə qeydiyyata alınmışdır (əmtəə nişanının ilkinlik tarixi xx.xx.2022). Əmtəə nişanı xx.xx.2032-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında "xxxx" söz birləşməsi hüquqi mühafizə obyekti hesab edilməmişdir.
Hotels Group İddiaçı üçüncü şəxsin adına qeydə alınmış əmtəə nişanını etibarsız hesab edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində X3 Şurasının A 92/23 №-li, 25 avqust 2023-cü il tarixli Qərarına əsasən “iddiaçı tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi barədə qərarında qeyd etmişdir ki, “Hər iki əmtəə nişanı “İHG” və “HG” səslərindən ibarəddir. Azərbaycan dilində həmin sözlərin səslənməsi “i haş ge” və “haş ge” kimi səslənir. Eyni zamdanda sözlərin ingilis dilində - "xxxx" sözlərinin səslənməsində də, yaxın və uyğun səslərin mövcudluğu, hər iki nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı, eyni zamanda yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi müəyyən edilir. Həmçinin hər iki nişanda olan “HG” sözü eyni mənanı verdiyindən və eyni cür səsləndiyindən hecaların miqdarı, işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer, nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakter, bir nişandan (işarədən) digərinə daxil olma və vurğu oxşardır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 3. Əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Maddə 6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; ... Maddə 10. Əmtəə nişanının ilkinliyi bu Qanunun 9-cu maddəsinə uyğun olaraq iddia sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma daxil olduğu tarixdən müəyyənləşdirilir. Əmtəə nişanının ilkinliyi Paris Konvensiyasının iştirakçısı olan ölkədə birinci iddia sənədinin verildiyi tarixdən də müəyyənləşdirilə bilər (Konvensiya ilkinliyi)... Əmtəə nişanının ilkinliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində beynəlxalq qeydiyyatın tarixi ilə də müəyyənləşdirilə bilər. Maddə 25. Əmtəə nişanı üzərində müstəsna hüquq. Əmtəə nişanının qüvvədə olduğu müddətdə nişan sahibinin Azərbaycan Respublikasının ərazisində onun barəsində sərəncam verməyə və ondan istifadə etməyə müstəsna hüququ vardır. Qeydiyyata alınmış əmtəə nişanının sahibi razılığı olmadan ona məxsus əmtəə nişanının əhatə etdiyi əmtəə və ya xidmətlərlə eyni, yaxud onlara oxşar əmtəə və ya xidmətlər üçün eyni və ya oxşar əmtəə nişanından (işarədən) üçüncü şəxsin ticarətdə istifadə etməsinin qarşısını almaqda müstəsna hüquqa malikdir (əgər belə istifadə nəticəsində əmtəə və ya xidmətlərin qarışdırılma ehtimalı yaranırsa). Eyni işarə eyni əmtəə və ya xidmətlərdə istifadə olunduqda qarışdırma ehtimalı yaranmış hesab edilir. ... Əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Maddə 29. Əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatının etibarsız sayılması. Əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: (...) əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. (...) Maddə 31. Əmtəə nişanlarının və coğrafi göstəricilərin qeydiyyatının ləğvi. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: (...) bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”:
29. İddia olunan nişanın (işarənin) mühafizə qabiliyyətinin yoxlanılması (...) 29.3. Bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. 29.6. Sözlərdən ibarət iddia edilən nişanların yoxlanılması 29.6.1. Sözlərdən ibarət olan nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir: a) sözlərdən ibarət nişanlarla (işarələrlə); b) kompozisiyaya daxil olan sözlərdən ibarət elementlərin kombinasiyalı nişanları (işarələri) ilə. Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığı səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) ola bilər: 29.6.2. Səs üzrə (fonetik) oxşarlıq aşağıdakı əlamətlərlə müəyyən edilir: a) müqayisə edilən nişanda (işarədə) yaxın və uyğun səslərin mövcudluğu; b) nişanı (işarəni) təşkil edən səslərin yaxınlığı; c) yaxın səslərin və səs uyğunluğunun (ahəngdarlığın) biri-birinə nəzərən yerləşməsi; ç) uyğun gələn hecaların və onların yerləşməsinin mövcudluğu; d) işarədə olan hecaların miqdarı; e) işarənin tərkibində səs uyğunluğunun (ahəngdarlığın) üst-üstə düşdüyü yer; ə) kar və cingiltili tərkibin yaxınlığı; f) nişanın (işarənin) üst-üstə düşən hissələrinin xarakteri; g) bir nişandan (işarədən) digərinə daxil olma; ğ) vurğu. 29.6.3. Qrafiki (görünüşlü) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) ümumi görünüşlü (müşahidə) təəssüratı; b) şriftin növü; c) hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər, böyük və ya sətri hərflər); ç) hərflərin biri-birinə nəzərən yerləşməsi; d) hərflərlə yazılmış sözlərin əlifbası; e) rəng və ya rənglərin uzlaşması (kombinasiyası). 29.6.4. Məna etibarı ilə (semantik) oxşarlıq aşağıdakı əlamətlər əsasında müəyyən edilir: a) nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu, o cümlədən nişanda (işarədə) öz əksini tapan müxtəlif dillərdə olan ifadələrin mənaca üst-üstə düşməsi; b) nişanda (işarədə) olan elementlərdən birinin üzərinə düşən, müstəqil əhəmiyyətə malik məntiqi vurğuların üst-üstə düşməsi; c) nişanda (işarədə) öz əksini tapan məna və ideyaların əkslikləri. 29.6.5. Bu Qaydaların 29.6.1—29.6.4 bəndlərində göstərilənlərin hər biri istər ayrıca və istərsə də müxtəlif quraşmalarda (birləşmələrdə) nəzərə alına bilər. 29.7.1. Təsviri və üçölçülü formalı nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə olunur: a) təsviri nişanlarla (işarələrlə); b) həcmi nişanlarla (işarələrlə); c) kompozisiyaya daxil olan təsviri və həcmi nişanların (işarələrin) elementlərindən ibarət kombinasiyalı nişanlarla (işarələrlə). 29.7.2. Təsviri və həcmi nişanların (işarələrin) oxşarlığı aşağıdakı əlamətlərlə müəyyən edilir: a) xarici forma; b) simmetriyanın mövcud olması və ya olmaması; c) nişanın (işarənin) mənası; ç) nişanın (işarənin) növü və xüsusiyyətləri (naturallığı, karikaturalığı və s.); d) rənglərin və boyaların keyfiyyətinin uzlaşması. 29.7.3. Bu Qaydaların 29.7.1 və 29.7.2 bəndlərində göstərilənlər istər ayrılıqda və istərsə də müxtəlif birləşmələrdə nəzərə alına bilər. 29.8.1. Kombinasiyalı nişanın (işarənin) oxşarlığını müəyyən etmək üçün onlar aşağıdakılarla müqayisə edilirlər: a) kombinasiyalı birləşmələrlə; b) yoxlanılan kombinasiyalı nişanın (işarənin) tərkibinə element kimi daxil olan nişanların (işarələrin) görünüşü ilə. 29.8.2. Kombinasiyalı nişanların (işarələrin) oxşarlığının təyini zamanı bu Qaydaların 29.6.1—29.6.5 və 29.7.1—29.7.3 bəndlərində göstərilən əlamətlərdən istifadə olunur, həmçinin həmin əlamətlərin mənasının eyni və ya oxşar elementlərlə iddia olunan nişanda (işarədə) olması tətbiq olunur. 29.9.1. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. 29.9.2. Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi məhkəmə İHG əmtəə nişanı ilə əmtəə nişanını müqayisəli
Hotels Group təhlilini aparmış və nəticədə üçüncü şəxsin əmtəə nişanında istehlakçıları yanıldacaq dərəcədə oxşarlığın olması müəyyən edildiyi qənaətinə gəlmişdir.
Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” nın (bundan sonra-Qaydalar) 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Qaydaların 29.4-cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Qaydaların 29.5-ci bəndinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır. Üçüncü şəxsə məxsus əmtəə nişanını təhlili zamanı müəyyən edilir ki, nişanda mərkəzi hissədə qara rəngdə xüsusi təsvir verilmiş, aşağı hissədə isə qara rəngdə “hotels və group” sözləri verilmişdir. Əmtəə nişanında "xxxx" söz birləşməsi hüquqi mühafizə obyekti hesab edilməmişdir. İddiaçının və məhkəmənin “HG” kimi dəyərləndirdiyi təsvirə diqqətlə baxıldıqda isə, onun 90 dərəcə sağa fırlanmış “qədəh” olması da aydın görünür.
Bu səbəbdən nişanın müqayisəli təhlili yalnız təsviri hissəyə münasibətdə aparılmalıdır. Göründüyü kimi müqayisə edilən nişanlar müxtəlif obrazlarda və təsvirlərdə təqdim edilmişdir. Bu isə həmin nişanların istər, ümumi görünüşlü (müşahidə) təəssüratı, istərsə də hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış baxımından qarışdırılacaq dərəcədə oxşar olmadığını deməyə əsas verir. Müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olması, ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, qrafiki yazılışı, rəng və ya rənglərin uzlaşması (kombinasiyası), nişanda (işarədə) olan anlayış, ideya uyğunluğu baxımından qarışdırılacaq dərəcədə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar. Digər tərəfdən qeyd edilməlidir ki, "xxxx" MMC dövlət qeydiyyatına alınarkən iddiaçının göstərdiyi "xxxx" MMC sözləri ilə yox "xxxx" MMC sözləri ilə qeydiyyata alınmışdır. Burdan da aydın şəkildə görünür ki, iddiaçıya məxsus nişanlarla üçüncü şəxsə məxsus olan nişan arasında istər orfoqrafik, istərsə də orfoepik frmalara uyğun olacaq hansısa oxşarlıq yoxdur. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının qeyd edilən digər əmtəə nişanlarında “VOCO”, AN İHG HOTEL, “ONE REWARDS” sözləri olduğu halda, üçüncü şəxsin əmtəə nişanında qeyd edilən sözlər yoxdur. Odur ki, qeyd edilən əmtəə nişanlarının da oxşarlığı müəyyən edilmir. 14 sentyabr 1995-ci il tarixdə Azərbaycan Respublikasının da qoşulduğu "Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 1-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sənaye mülkiyyəti hüquqlarının mühafizəsi üçün, bu Konvensiyanın tətbiq edildiyi ölkələr tərəfindən bir təşkilat təsis edilmişdir. Həmin maddənin 2-ci hissəsinə görə, sənaye mülkiyyəti hüquqlarının mühafizəsi patentlər, faydalı modellər, sənaye nümunələri, ticarət markaları (əmtəə nişanları), xidmət markaları (əmtəə nişanları), firma adları, mənşə adları və məxrəc işarətləri, haqsız rəqabətin qarşısının alınmasını əhatə edir. Paris Konvensiyasının bütün sənaye mülkiyyəti hüquqları baxımından, "bərabərlik" və "ilkinlik hüququ" olmaqla, iki əsas prinsipi mövcuddur. "Bərabərlik prinsipinə" görə, bütün üzv ölkələr konvensiyaya üzv olan digər ölkə vətəndaşlarına, öz vətəndaşlarına verdiyi sənaye mülkiyyəti hüququ mühafizəsinin eynisini verməyə məcburdur. Paris Konvensiyasına üzv olmayan ölkə vətəndaşları isə, üzv ölkələrdən birində yaşadığı vaxt və ya bu ölkələrdən birində ciddi (həqiqi), yaxud faktiki bir müəssisəsi (fəaliyyəti) olması halında bu hüquqlardan faydalana bi lər. "İlkinlik hüququ prinsipinə" görə, hər hansı bir üzv ölkədə "sənaye mülkiyyəti hüquqlar”nın hər hansı biri üçün müraciət edən şəxs, "patentlər və faydalı modellərdə" 12 ay, "əmtəə nişanları və sənaye nümunələri"ndə 6 ay üçün ilkinlik hüququ əldə edirlər. hüquqlarım kobud şəkildə pozulduğundan apelyasiya şikayəti etmək zərurətim yaranmışdır. Qeyd etdiklərim mənim hüquqlarımın pozulmasına və Məhkəmənin ədələtsiz Qərar çıxarmasına səbəb olmuşdur. Həm Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun və digər hüquqi əhəmiyyətli sənədlərin tələbləri, həm də Beynəlxalq Səviyyədə təsdiq olunmuş sənədlərin də tələblərində açıq şəkildə görünür ki, Bakı İnzibati Məhkəməsi icraatında olanişə qərəzli mövqedən yanaşmış, məhkəmə icraatı zamanı həm cavabdehlər həm də 3- cü şəxslər kifayət qədər sübutlar tədqim etmələrinə baxmayaraq məhkəmə onları araşdırmadan, yalnız iddiaçını mövqeyindən yanaşmaqla qərar qəbul etmişdir. Paris Konvensiyasının 10-cu (Haqsız rəqabət) maddəsində göstərilir ki, Üzv dövlətlər İttifaqda iştirak edən dövlətlərin vətəndaşlarını haqsız rəqabətdən effektiv mühafizə etməyə borcludurlar. Haqsız rəqabət aktı sənaye və ticarət fəaliyyətində istənilən vicdanlı qaydalara zidd rəqabət aktı sayılır. Xüsusilə qadağan etmək lazımdır: rəqibin müəssisəsinin, məhsulunun və ya sənaye və ticarət fəaliyyətinin hər hansı qaydada qarışdıra bilməsinə (istehlakçını çaşdıra bilməsinə) səbəb olan bütün hərəkətlər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayətləri əsaslı olduğundan təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4531/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin və üçüncü şəxs "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4531/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı « Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının 8 sentyabr 2023-cü il tarixdə alınmış № A92/23, 25 avqust 2023-cü il tarixli qərarının ləğvi və "xxxx" MMC, AZ 1044, Bakı şəh., Xəzər rayonu, Binə qəs., X8 Hava Limanı (AZ) adına “X12” əmtəə nişanının 2023 0381 (ilkinlik xx.xx.2022 ərizə № 2022 02702) 35-ci sinif - reklam; biznes sahəsində menecment; biznes sahəsində inzibati fəaliyyət; ofis xidməti” və 43-cü sinif “ərzaq məhsulları və içkilərlə təminetmə üzrə xidmətlər; müvəqqqəti yaşayışın təmin edilməsi xidmətləri” üzrə qeydiyyatının etibarsız sayılması; Əqli Mülkiyyət Agentliyinin Patent və X2 Mərkəzinin “X12” əmtəə nişanının xx.xx.2022 ərizə № 2022 02702 üzrə qərarının ləğv edilməsi » tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.