Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1568/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «Daxili İşlər orqanlarında qüsursuz xidmətə görə 1-ci və 2-ci medalların verilməsi öhdəliyinin qoyulması» tələbinə dair iddiası ilə əlaqədar inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2458/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540 ünvanda), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Daxili İşlər orqanlarında qüsursuz xidmətə görə 1-ci və 2-ci medalların verilməsi öhdəliyinin qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o 33 il ərzində Daxili İşlər oqalarında xidmət aparmışdır. Vəzifə borcunu yerinə yetirən zaman ağır xəsərət almaqla 3-cü qrup əlil olmuşdur. İşlədiyi müddət ərzində 20 il qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı almışdır. Ancaq qüsursuz xidmətə görə 1-ci və 2-ci dərəcəli medalları verilməyib. xx xxxxx 2006-cı il tarixli 97-111Q nömrəli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının Əsasnaməsinə əsasən xidmət illərə görə 3 medal təltif edilmişdir. Onlar 1-ci dərəcəli medal 10 il qüsursuz xidmətə görə, 2-ci dərəcəli medal 15 il qüsursuz xidmətə görə və 3-cü dərəcəli medal 20 il qüsursuz xidmətə görə medallar. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10,15 və 20 il xidmət keçmiş (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) əməkdaşlar təltif edilirlər. Qeyd etdiyi kimi, 33 il ərzində xidmətdə olduğu zaman ona bir dənə də medal verilməyib. Bu barədə dəfələrlə Daxili İşlər Nazirliyinə müraciət elmişdir. xx.xx.2019-cu il tarixli AR DİN Baş Kadrlar İdarəsinin məktubu ilə ona bildirmişdir ki, «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif etmə Qaydalarının məddələrinə əsasən hazırda daxili işlər orqanlarında xidmət edən və xidmətin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən DİN-nin tabeliyəndəki orqan və hissə rəislərinin daxili işlər naziri qarşısında yazılı formada vəsatət əsasında bir qayda olaraq hər il «Polis günü» münasibətilə əməkdaşların təltif olunması nəzərdə tutulmuşdur. xx.xx.2019-cu il tarixli AR DİN Baş Kadrlar İdarəsi eyni məzmunlu məktubu göndərmişlər. Əlavə olaraq qeyd etmişlər ki, «arxiv şəxsi işinin öyrənərkən, xidmət müddəti ərzində ümumilikdə 9 dəfə, o cümlədən xx.xx.2007, xx.xx.2008, xx.xx.2008 və xx.xx.2012-ci illərdə barənizdə intizam tənbehlərin tətbiq edilməsi müəyyən edilmişdir.» Bu faktla əlaqədar bildirir ki, Azərbaycan Respublikasının «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının Əsasnaməsində bu barədə heç bir qeyd yoxdur. Ondan da artıq, «Polis haqqında» Qanunun 33-cü maddəsində və Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli 168- İİ Q saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114-cü bəndində nəzərdə tutulmuş polis əməkdaşlarına tətbiq edilən intizam tənbəhlərin müddəti Əsasnamənin 123-cü maddəsində göstərilən kimi 1 ildir. Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 1-ci və 2-ci medalların ona verilməsini Daxili İşlər Nazirliyinin üzərinə goyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh iddiaya dair «Etiraz və mülahizələr»ini məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı 1958-ci ildə Bakı şəhərində anadan olmuş, 1991-ci ildə DİN-in X6 Məktəbini bitirmişdir. İddiaçı xx xxxxxx 1980-ci il tarixdən daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, «Azərbaycan Respublikasının xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə xx.xx.2013-cü ildə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, istefada olan polis mayorudur. Xidmət müddəti ərzində 15 dəfə mükafatlandırılmış, 9 dəfə intizam məsuliyyətinə cəlb olunmuşdur. Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli Qanunu ilə təsdiq olunmuş «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə bağlı qanunvericiliyin tətbiqinin təmini məqsədilə Daxili İşlər Nazirliyinin xx xxxx 2006-cı il tarixli əmri ilə qeyd olunan medalla təltif etmə Qaydaları müəyyən edilərək təsdiq edilmişdir. «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif etmə Qaydalarına görə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş, xidmətinin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən və şəxsi davranışı «Daxili işlər orqanları əməkdaşlarının davranış Kodeksi»nə uyğun olan əməkdaşlar təltif edilməyə xidmət apardığı orqan rəisinin yerli attestasiya komissiyası ilə razılaşdırılmış rəyi əsasında təqdim olunurlar, bu məsələyə bir qayda olaraq əməkdaş daxili işlər orqanlarında xidmət etdiyi ərəfədə baxılır. Xidmət müddəti ərzində - Xidməti vəzifələrinin icrasına tam məsuliyyətlə yanaşmadığına, normativ sənədlərin tələblərinə riayət etmədiyinə, xidməti intizam qaydalarını pozduğuna görə «Azərbaycan Respublikasının Daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin tələblərinə əsasən İddiaçı barəsində dəfələrlə intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Daxili işlər orqanlarında xidmət etdiyi müddət ərzində İddiaçı xidmət apardığı orqan tərəfindən «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif edilməsi ilə əlaqədar rəy təqdim olunmamışdir. Göstərilənlərə əsasən bildirirlər ki, «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş (təqaüdə çıxmış) sabiq əməkdaşların təltif edilməsi normativ hüquqi sənədin tələblərinə zidd olduğundan istefada olan polis mayoru İddiaçı medalın 2-ci və 1-ci dərəcələri ilə təltif edilməsi əsassız olduğuna görə mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən İddiaçı «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 2-ci və 1ci dərəcəli medalların verilməsinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2020 saylı, xx xxx 2020-ci il tarixliqərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun gəlməyən vəziyyətdə, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, işdəki faktiki hallar aydınlaşdırılmamış və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya dair «Etiraz və mülahizələr»ə uyğun izahat verərək, şikayətin əsassız olduğundan təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2020 saylı, xx xxx 2020-ci il tarixliqərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehin «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» 1-ci və 2-ci dərəcəli medalların verilməsinin cavabdehə həvalə edilməsi» barədə müraciətin təmin edilməməsinə dair qərarını mübahisələndirərək «arxivdə şəxsi işin öyrənilərkən, xidmət müddəti ərzində ümumilikdə 9 dəfə, o cümlədən xx.xx.2007, xx.xx.2008, xx.xx.2008 və xx.xx.2012-ci illərdə iddiaçının barəsində intizam tənbehlərin tətbiq edilməsinin müəyyən edilməsi ilə razılaşmayaraq həmin faktın Azərbaycan Respublikasının «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalının Əsasnaməsində qeyd olmadığı səbəbindən qərarın ləğv edilərək, ona 1-ci və 2-ci dərəcəli medalların verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan, İddiaçı əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.2013-cü il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin İddiaçı ünvanladığı 0xx/xx-24564R-3219 saylı xx xxx 2019-cu il tarixli məktubdan qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif etmə Qaydalarına əsasən hazırda daxili işlər orqanlarında xidmət edən və xidmətin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən, DİN-in tabeliyindəki orqan və hissə rəislərinin daxili işlər naziri qarşısında yazılı formada qaldırdıqları vəsatət əsasında bir qayda olaraq hər il «Polis günü» münasibətilə əməkdaşların təltif olunması nəzərdə tutulduğu, habelə daxili işlər orqanlarının sabiq əməkdaşlarının göstərilən medalarla təltif edilməsi nəzərdə tutulmadığından müraciətinin müsbət həllinin imkan xaricində olduğu bildirilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin İddiaçı ünvanladığı 0xx/xx-24564/2R-3219 saylı xx xxxxxx 2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, arxiv şəxsi işində ümumilikdə 9 dəfə, o cümlədən xx.xx.2007, xx.xx.2008, xx.xx.2008 və xx.xx.2012-ci illərdə barənizdə intizam tənbehlərin tətbiq edilməsi müəyyən edilmiş, daxili işlər orqanlarında xidmət etdiyi müddətdə adı qeyd olunan medallarla təltif olunması əməkdaşların «daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalla təltif edilməsini tənzimləyən normativ sənədin tələblərinə zidd olduğundan mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının 2006-cı il 21 aprel tarixli Qanunu ilə təsdiq olunmuş «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə bağlı qanunvericiliyin tətbiqinin təmini məqsədilə Daxili İşlər Nazirliyinin xx xxxx 2006-cı il tarixli əmri ilə qeyd olunan medalla təltif etmə Qaydaları müəyyən edilərək təsdiq edilmişdir. «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif etmə Qaydalarına görə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş, xidmətinin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən və şəxsi davranışı «Daxili işlər orqanları əməkdaşlarının davranış Kodeksi»nə uyğun olan əməkdaşlar təltif edilməyə xidmət apardığı orqan rəisinin yerli attestasiya komissiyası ilə razılaşdırılmış rəyi əsasında təqdim olunurlar. İşin araşdırılan halları ilə isə müəyyən edilir ki, xidmət müddəti ərzində İddiaçı barəsində «Azərbaycan Respublikasının Daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin tələblərinə əsasən intizam tənbehi tədbirləri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı «Daxili İşlər orqanlarında qüsursuz xidmətə görə 1-ci və 2-ci medalların verilməsi öhdəliyinin qoyulması» üçün intizam cəzasının almadığını sübut etməlidir. Birinci instansiya məhkəməsi həmçinin onu qeyd etmişdir ki, «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı ilə təltif etmə Qaydalarına görə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş, xidmətinin son 3 ilində intizam cəzası almamış, xidməti vəzifələrini nümunəvi yerinə yetirən və şəxsi davranışı «Daxili işlər orqanları əməkdaşlarının davranış Kodeksi»nə uyğun olan əməkdaşlar təltif edilməyə xidmət apardığı orqan rəisinin yerli attestasiya komissiyası ilə razılaşdırılmış rəyi əsasında təqdim olunur, lakin göründüyü kimi İddiaçı «Azərbaycan Respublikasının xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə xx.xx.2013-cü ildə daxili işlər orqanlarında xidmətdən xaric olunmuş, hazırda istefada olan polis mayorudur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi onu da düzgün olaraq qeyd etmişdir ki, daxili işlər oranlarında xidmət keçən əməkdaşların təltif olunması həmin inzibati orqanın rəhbərinin diskresion səlahiyyətləri çərçivəsindədir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 73.3.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə isə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunanlara məcmu halda Qiymət verərək birinci instansiya məhkəməsinin hazırki mübahisə ilə əlaqədar gəldiyi qənaəti ilə razılahşır ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur və iddiaçıya «Daxili İşlər orqanlarında qüsursuz xidmətə görə 1-ci və 2-ci medalların verilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi hazırki mübahisə ilə əlaqədar düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı sayaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvi üçün əsas verə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2458/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1568/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1568/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver