Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1569/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X6 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2132/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1942/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4978/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2935/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və onun vəzifələri şəxslərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə” iddiası üzrə işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2132/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Qarayeva). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə və onun bir sıra vəzifəli şəxslərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1942/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə hazırkı işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4978/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2935/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və onun vəzifələri şəxslərinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə” iddiası üzrə işin aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə daxil olmuşdur. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Vergilər Nazirliyindən ona qarşı olan maddi və mənəvi formada qanunsuz və ədalətsiz hərəkətləri onun maddi və mənəvi zərər çəkməyinə də səbəb olduğundan, vurulmuş maddi zərərin əvəzi kimi 60000.0 manat, ona vurulmuş mənəvi zərərin əvəzi kimi 60000.0 manat, ümumilikdə, 120000.0 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Vergilər Nazirliyinin cavabdeh vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia ərizəsi xx xxxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibat İqtisadi məhkəməsinə daxil olmuş, işə 2-1 (82)-1942/2019 nömrəsi ilə baxılmışdır. Həmin iş üzrə xx xxxxxx 2019-cu il tarixdə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Vergilər Nazirliyinin cavabdeh vəzifəli şəxslərinə ayrı-ayrılıqda qanunsuz əməlləri nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair məktubla iddiaçı tərəfindən müvafiq müraciət edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə **********664200 nömrəli cavab məktubu ilə həmin müraciət Vergilər Nazirliyi tərəfindən cavablandırılmışdır. Cavab məktubunun məzmunu iddiaçıya aydın deyildir. İddiaçı 2003-cü ildən cavabdeh orqanda müxtəlif vəzifələrdə xidmət etmişdir. İşlədiyi müddətdə əmək fəaliyyəti ağır stress şəraitində keçdiyindən onda 2015-ci il tarixdən şəkərli diabet xəstəliyinin əlamətləri aşkar olunmuşdur. Mümkün qədər sağlamlığının qayğısına qalmağa çalışmışdır. Lakin 2018-ci il tarixdən Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində vəzifəyə təyin olunan cavabdeh vəzifəli şəxslərin qanunsuz təzyiqləri nəticəsində iddiaçının ağır şəkərli diabet xəstəliyi şiddətlənmişdir. xx.xx.2018-ci il tarixdə işdə olarkən cavabdehin vəzifəli şəxslərinin təzyiqi nəticəsində iddiaçının səhhəti pisləşmiş, icazə alaraq evə gedib “103” təcili tibbi yardım xidmətinə zəng edib tibbi yardım istəmişdir. Həmin gün, yəni xx.xx.2018-ci il tarixdə iddiaçının valideyni, anası X1 Nazirliyinin vəzifəli şəxs qəbulunda olaraq iddiaçıya olan təzyiqlərin səbəbini soruşmuş, qanunsuz əməlləri dayandırmağı tələb etmişdir. İddiaçını anası qəbulda olarkən müxtəlif təzyiqlərlə qarşılaşmışdır. Bu barədə Vergilər Nazirliyinə şikayət teleqramı ünvanlanmışdır. Teleqrama cavab olaraq xx xxxx 2018-ci il tarixli **********790900 nömrəli cavab məktubu ünvanlanmışdır. Nəticədə iddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi ambulator müalicə almışdır. Ambulator müalicə vaxtı şəkərli diabet xəstəsi kimi qeydiyyata alınmışdır. Müalicədən sonra işə çıxmış, əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı əmək fəaliyyətini davam etdirməyə başlamazdan əvvəl hesab etmişdir ki, ona qarşı hər hansı təzyiqə yol verilməyəcəkdir. Əksinə olaraq, təzyiqlərin davamı olaraq xx.xx.2018-ci il tarixdə işdən sonra evdə şəkər xəstəliyi ilə bağlı koma vəziyyətinə düşmüş, təcili tibbi yardım xidmətinin yardımı nəticəsində həyatda qalmış, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi ambulator müalicə almışdır. Bildirilir ki, cavabdeh orqanın vəzifəli şəxslərinin müdaxiləsi nəticəsində xəstəliyinin şiddətlənməsi ilə bağlı əmək qabiliyyətinin olmadığı halda qəflətən Vergilər Nazirinin xx.xx.2018-ci il tarixli **********689300 №-li əmri ilə ilə xx.xx.2018-ci il tarixdən tutduğu dövlət vergi müfəttişi vəzifəsindən kənarlaşdırılmış və üç ay müddətinə Vergilər Nazirliyinin sərəncamına, xx.xx.2018-ci il tarixli **********319600 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən sərəncamdan çıxarılmışdır. Dəfələrlə müraciət etsə də, cavabdeh orqanın vəzifəli şəxslərinin müdaxiləsi nəticəsində gələn cavablar, demək olar ki, eyni məzmunludur. xx.xx.2019-cu il tarixli cavab məktubu göstərir ki, cavabdeh orqanın vəzifəli şəxslərin tərəfindən onun hüquqları pozulmuşdur. İddiaçının 3 gün müddətində işdə olmamasına baxmayaraq, cavabdehin vəzifəli şəxsləri bu halla bağlı, ümumiyyətlə, maraqlanmamışdır. Cavabdeh orqanın vəzifəli şəxslərinin hərəkətləri nəticəsində xəstəliyi ilə əlaqədar səhhətinin ağır vəziyyətdə olduğu halda, ondan heç bir izahat almadan və xidməti barədə heç bir araşdırma aparmadan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b" bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi barədə aldığı məlumat iddiaçıya son dərəcə ağır təsir etmiş və onun mürəkkəb səhhəti daha da mürəkkəbləşmişdir. İddiaçının 4 övladı vardır, övladları ilə yanaşı əlil həyat yoldaşı və anası da onun öhdəliyindədir. İddiaçının qəflətən işdən çıxarılmağı dolanışıq mənbəyi olan əmək haqqından məhrum edilməyi demək idi ki, bu da öhdəsində olan şəxslərin ac qalması kimi qiymətləndirilir. Xeyli zaman uzun illər işlədiyi kollektivdən belə formada uzaqlaşdırılmağı iddiaçıya ağır təsir etmişdir. İddiaçı sonradan araşdırma zamanı müəyyən etmişdir ki, o, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əsası ilə tutduğu vəzifədən azad olunmuşdur. Cavabdeh orqanın iddiaçının barəsində qanunvericiliyin tələblərinə əməl edilmədən əmək qabiliyyətsiz olduğu dövrdə işdən azad olunmağı barədə belə bir əmrin verilməsi iddiaçının səhhətinə çox ağır təsir etmişdir ki, indiyədək həmin təsirlərin aradan qaldırılması üçün mülkiyyətində olan əmlakların, demək olar ki, hamısı satılmış, əldə edilən məbləğ müalicəsinə xərclənmişdir. Bu da cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi və mənəvi zərər kimi qiymətləndirilməlidir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatı: İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz olduğundan ləğv edilməsini, cavabdeh Vergilər Nazirliyindən ona qarşı olan maddi və mənəvi formada qanunsuz və ədalətsiz hərəkətləri onun maddi və mənəvi zərər çəkməyinə də səbəb olduğundan, vurulmuş maddi zərərin əvəzi kimi 60000.0 manat, ona vurulmuş mənəvi zərərin əvəzi kimi 60000.0 manat, ümumilikdə, 120000.0 manat vəsaitin alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirmədən saxnılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlaını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 24 nömrəli şəhər poliklinikasının x-394 saylı tibbi arayışında göstərilmişdir ki, İddiaçı həmin poliklinikada dispanser qeydiyyatdadır. Diaqnozu şəkərli diabet xəstəliyidir; - Azərbaycan Respublikası Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının iddiaçıya ünvanlanmış 175 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubunda xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdə saat 13:29 radələrində “103” xidmətinə Suraxanı rayonu, S. Bəhlulzadə küçəsi, dalan 1, ev 3 ünvanından İddiaçı adına “halı pis” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkimi Vəkil Həsənov icra edərək, xəstə İddiaçı “essensial hipertenziya” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir; - Azərbaycan Respublikası Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının iddiaçıya ünvanlanmış x-73 saylı, xx.xx.2019-cu il tarixli məktubunun surətindən aydın olur ki, iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə baxılmış və cavab olaraq bildirilmişdir ki, İddiaçı xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə “Arterial hipertenziya” diaqnozu ilə ambulator müalicədə olmuş və 031993 nömrəli əmək iqtidarsızlığı vərəqəsi ilə təmin olunmuşdur; - Azərbaycan Respublikası Bakı Baş Səhiyyə İdarəsi Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının iddiaçıya ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli məktubunun surətindən aydın olur ki, onun xx.xx.2018-ci il tarixdə saat 22:05 radələrində “103” xidmətinə Suraxanı rayonu, S. Bəhlulzadə küçəsi, dalan 1, ev 3 ünvanından İddiaçı adına “halı pis, şəkər” səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 11 saylı bölmənin həkimi Həsiyyə Nəcəfova icra edərək, xəstə İddiaçı (49 yaş) “Şəkərli diabet İİ tip. Hipoqlikemik vəziyyət” diaqnozu qoymuş, müvafiq tibbi yardım göstərmişdir; - 24 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş SN 00006 seriyalı, 032108 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən bəlli olur ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək işdən azad edilmişdir. Diaqnoz ikinci tip arterial hipertenziya, son diaqnoz ikinci tip şəkərli diabet göstərilmişdir; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1942/2019 saylı xx.xx.2019- cu il tarixli qərardadından müəyyən edilir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyinə və Vergilər Nazirliyinin vəzifəli şəxslərinə qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmamışdır, ona görə ki, İddiaçı hazırkı iddiasında cavabdehlərin hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödənilməsini tələb etsə də, məhkəmədə iddianı qaldırmamışdan əvvəl həmin məsələ ilə əlaqədar cavabdeh tərəfə müraciət etmədiyi məhkəmə araşdırılması ilə müəyyən edilmişdi; - ИT-İ seriyalı, ******* saylı iddiaçıya məxsus əmək kitabçasının surətindən aydın olur ki, İddiaçı xx.xx.2003-cü ildən etibarən vergi strukturunda müxtəlif vəzifələrdə qulluq keçmiş, son olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********689300 saylı, xx.xx.2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən qulluğuna xitam verilərək tutduğu vəzifədən azad edilmiş və 3 ay müddətinə Vergilər Nazirliyinin sərənamına keçirilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********102500 nömrəli əmri ilə Vergilər Nazirliyinin sərəncamında saxlanılma müddəti xx.xx.2019-cu il tarixədək uzadılmış, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********319600 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən sərəncamdan çıxarılmışdır; - Azərbaycan Respublikası Vergilər Nazirliyinin iddiaçıya ünvanlanmış xx.xx.2019- cu il tarixli, **********408600 saylı məktubunun surətindən aydın olur ki, İddiaçı dövlər vergi orqanlarına işə bərpa edilməyi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış və aidyyəti üzrə baxılmaq üçün Vergilər Nazirliyinə daxil olmuş xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 3-cü hissəsinə əsasən vergilər nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə xitam verilərək tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüş və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixli əmrlə sərəncamdan çıxarılmışdır. Həmçinin, bildirilmişdir ki, araşdırma nəticəsində məlum olmuşdur ki, müraciətdə qeyd edilmiş xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə işdə olmamağı barədə əmək qabiliyyətinin olmaması vərəqəsi Vergilər Nazirliyi yanında X4 Araşdırılması Departamentinə təqdim olunmamışdır. Habelə, bildirilmişdir ki, İddiaçı Vergilər Nazirliyinin 11 saylı X2 müvafiq iş təklif edilmiş, lakin onun tərəfindən təklif qəbul edilməyərək imtina edilmişdir. Dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli, 141-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnaməyə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005- ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vegi orqanlarında işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq müsabiqə (test imtahanı və müsahibə) qaydasına aparılır; - İddiaçı Vergilər Nazirliyinin vəzifəli şəxslərinə ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli şikayət ərizəsində müvafiq vəzifəli şəxslərin ona və ailə üzvlərinə qarşı olan maddi və mənəvi formada qanunsuz ədalətsiz hərəkətləri onun və ailə üzvlərinin maddi-mənəvi zərər çəkməsinə də səbəb olduğundan, Vergilər Nazirliyindən ona vurulmuş maddi zərərin əvəzi kimi 15000 (on beş min) manat, hər biri vəzifəli şəxsdən ayrı-ayrılıqda ona vurulmuş maddi zərərin əvəzi kimi 15000 (onbeş min) manat, ona vurulmuş mənəvi zərərin əvəzi kimi 45000 (qırx beş min) manat, hər bir vəzifəli şəxsdən ona vurulmuş mənəvi zərərin əvəzi kimi 45000 (qırx beş min) manat, ümumilikdə, 120000 (yüz iyirmi min) manat vəsaitin alınaraq ona verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir; - İddiaçının maddi və mənəvi zərərin ödənilməsi barədə xx xxxxxx 2019-cu il tarixli müraciətinə cavab olaraq xx.xx.2019-cu il tarixli **********664200 saylı məktubda bildirilmişdir ki, bundan əvvəl Vergilər Nazirliyinə daxil olmuş eyni məzmunlu müraciət araşdırılmış və nazirliyin **********224200 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə cavablandırılaraq, qeyd olunmuş ünvana göndərilmişdir. İş materiallarına, eyni zamanda, tibbi müayinələrin nəticələrinə dair vərəqələr, Azərbaycan Respublikası Vergilər Nazirliyinin **********689300 saylı xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli **********102500 nömrəli və xx.xx.2018-ci il tarixli **********319600 nömrəli əmrlərinin surətləri, iddiaçı tərəfindən Vergilər Nazirliyinin vəzifəli şəxslərinə ünvanlanmış şikayət ərizəsinin kserosurəti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Məryəm Quliyevaya ünvanlanmış **********790900 saylı məktubunun surəti, son haqqhesabın aparılması üçün məlumatların göndərilməsi haqqında xidməti məktubun təsdiq edilmiş surəti və digər sənədlər əlavə edilmişdir. Beləliklə, işdə olan sənədlərdən məlum olur ki, İddiaçı dövlət vergi strukturunda uzun müddət müxtəlif vəzifələrdə xidmət etmiş, onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75- ci maddəsinin 3-cü hissəsinə əsasən Vergilər Nazirinin xx.xx.2018-ci il tarixli əmri ilə xitam verilərək tutduğu vəzifədən azad edilərək Vergilər Nazirliyinin sərəncamına götürülmüş, Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli **********319600 nömrəli əmri ilə xx.xx.2018-ci il tarixdən nazirliyin sərəncamından çıxarıldıqdan sonra Vergilər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən əmək vəzifələrinin yerinə yetirilməsi ilə bilavasitə əlaqəli olmaqla ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə bir neçə dəfə nazirliyə müraciət etmişdir. Lakin məsələ iddiaçıya münasibətdə öz müsbət həllini tapmadığına görə iddiaçı cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə ümumilikdə 120.000 manat məbləğində kompensasiyanın tutulması barədə məhkəmədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddiaçının ona vurulmuş mənəvi zərərin ödənilməsi barədə tələbini əsassız hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, əldən çıxmış fayda dedikdə, hüququ pozulmasaydı, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin başa düşülməsini nəzərdə tutur. Bu mənada əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəməyə lazımı sübutların əsli və ya lazımı qaydada təsdiq olunmuş surəti təqdim edilir. (Azərbaycan Respublikası MPM 81, 89.3-cü maddələri). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Plenum Qərarına əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənəvi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahi-zəsinə görə müəyyən olunmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərəri ödəmə öhdəliyinin əmələ gəlməsi üçün tələb olunan şərtlərə-vurulmuş mənəvi zərərin pulla ölçülməsi, mənəvi zərər şəxs(lər)in qanunazidd hərəkətləri ilə vurulmuş olması, şəxsin qanunazidd hərəkətləri ilə vurulmuş mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuranın təqsirinin müəyyən edilməsi aiddir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrü-bəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun x xxxxxx 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının müddəaları və X10 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavab-dehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli-əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, izti-rab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, iddiaçı mənəvi zərərin ödənilməsi barəsində tələb irəli sürmüş olsa da, müxtəlif xəstəliklər keçirilməsi ilə bağlı sənədlərin surətlərini məhkəməyə təqdim etməsinə baxmayaraq, həmin xəstəliklərin məhz cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı olmasını təsdiq edən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. İşin faktiki hallarından belə nəticəyə gəlmək olur ki, iddiaçı ona vurulmuş maddi zərərin cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində keçirdiyi xəstəliklərin müalicəsi üçün əmlak (pul və s.) sərf etməsi ilə əlaqələndirir ki, bu halda da yuxarıda göstərildiyi kimi iddiaçı həmin xəstəliklərin məhz cavabdehin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı olmasını sübuta yetirə bilmir. Beləliklə də cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Odur ki, cavabdehin mülki hüquq məsuliyyət daşıması, hər hansı zərərin əvəzinin onlar tərəfindən ödənilməsi istisna olunduğundan iddia əsassızdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi xüsusi olaraq o halı da göstərməyi zəruri hesab etmişdir ki, hazırkı işin nəticəsinin iddiaçının barəsində verilmiş müvafiq əmri ayrıca olaraq mübahisələndirdiyi məhkəmə icraatının yekunlaşması və onun xeyrinə qəbul ediləcək yekun məhkəmə qərarının qanuni qüvvəsini alması nəticəsində həmin əmrin qeyri-qanuni olmasının müəyyən edilməsi ilə bilavasitə əlaqəli olması kimi cavabdehin nümayəndəsinin etirazında qeyd etdiyi halla razılaşmır. Ona görə ki, iddiaçının barəsində verdiyi müvafiq əmrin qanunsuz olduğu məhkəmə müstəvisində sübuta yetiriləcəyi halda da, yuxarıda şərh edilmiş hal, başqa sözlə, ən önəmlisi törədilmiş qanunsuz hərəkətlər ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcud olması öz təsdiqini tapmır, nəzərə alınsa ki, iddiaçı tərəf də bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının barəsində verilmiş müvafiq əmrin mübahisələndirildiyi iş üzrə icraatın yekunlaşması və qəbul ediləcək yekun məhkəmə qərarının qanuni qüvvəsini almasının hazırkı işin nəticəsinə təsir etməyəcəyi qənaətinə gəldiyindən, iş üzrə icraatın dayandırılmasını məqsədəmüvafiq hesab etməmiş, işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini qanunvericiliyin tələblərinə uyğun hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2132/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1569/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1569/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver