Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1569/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X6 oğlunun, Üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla, qərarın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər (Əzizbəyov) rayonu XDSİK-nin 28.10.1991-ci il tarixli, 20 nömrəli qərarının etibarsızlığının tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçı SOCAR-ın İddiaçı eyni zamanda ərizə ilə müraciət edərək apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qərardad iddiaçı tərəfə göndərilmiş, lakin işçilərin xəstələnməsi səbəbindən aidiyyəti üzrə vaxtında çatdırılmamışdır. Həmçinin nümayəndə qismində iştirak edən Vəkil1 qərardad təqdim edilməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 Zalıd oğlu ərizəni müdafiə edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini və apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizəyə etiraz edərək apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili və nümayəndəsi ərizəyə etiraz edərək ötürülmüş prosessual müddətin bərpa edilməməsini və apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsini xahiş etdi. Kollegiya tərəflərin və üçüncü şəxsin nümayəndələrinin izahatını dinləyib, ərizəni müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarında olan məhkəmə qərardadının göndərilməsi barədə məktubdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadı 03 fevral 2021-ci il tarixdə iddiaçı SOCAR-ın İddiaçınə göndərilmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, iddiaçı sözügedən qərarı 11 fevral 2021-ci il tarixdə almışdır (iş vər. səh 56). 02 aprel 2021-ci ildə iddiaçı tərəfin nümayəndəsi X5 məhkəməyə müraciət edərək 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərdardadın nümayəndə kimi ona təqdim edilmədiyini bildirmiş və həmin qərardadın iddiaçı SOCAR-ın İddiaçınə rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin iddiaçıya ünvanladığı 09 aprel 2021-ci tarixli məktubunda qeyd edilmişdir ki, 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardad 03.02.2021-ci il tarixdə rəsmi qaydada sifarişli poçt göndərişi ilə SOCAR-ın İddiaçı hüquqi ünvanına (ünvan 1ında olan “Poçt göndərişinin verilməsi haqqında xəbərnamə”yə əsasən qeyd edilən qərardad Birliyin hüquqi ünvanına (İlqar Ağamalıyev) 11.02.2021-ci il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İddiaçı tərəf 26 aprel 2021-ci il tarixdə məhkəməyə ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və appelyasiya şikayəti təqdim etmişdir. Beləliklə, göründüyü kimi iddiaçı SOCAR-ın İddiaçı mübahisələndirdiyi qərardaddan apelyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş 10 günlük prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (24.2) Ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. (24.3) Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz (24.4). Ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir. (24.5) Buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. (24.6) Sadalanan normalardan görünür ki, prosessual müddətlər yalnız maraqlarına toxunulmuş proses iştirakçılarının ərizəsinə əsasən bərpa olunur. Ərizədə tərəfin müddəti nə üçün buraxdığı əsaslandırılmalıdır. Başqa sözlə tərəf müddət buraxılmasının nəyə görə ondan asılı olmadığını əsaslandırılmış şəkildə izah etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası iddiaçının ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində qeyd etdiyi mübahisə edilən qərardadın nümayəndəyə təqdim edilməməsi və işçilərin xəstə olması səbəbindən qərardadın aidiyyəti üzrə vaxtında çatdırılmaması dəlilini məhkəmə qərardadından şikayət verilməsi imkanını aradan qaldıran üzürlü səbəb hesab etmir. Belə ki, iddiaçı tərəf hüquqi şəxs olduğundan mübahisələndirilən qərardadın həmin hüquqi şəxsin hüquqi ünvanına göndərilməsi kifayətdir. Digər tərəfdən işçilərin xəstə olması halı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hüquqi şəxsin işçilərinin xəstə olması apelyasiya şikayətinin vaxtında verilməməsinə əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə görə apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, ötürülmüş prosessual müddətin bərpasına dair ərizə təmin edilməməli, iddiaçı SOCAR-ın İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadından verdiyi apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı SOCAR-ın İddiaçı ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. İddiaçı SOCAR-ın İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2209/2021 saylı, 26 yanvar 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qeyrimümkün hesab edilsin və apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1569/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1569/2021
16.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver