Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1569/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X7 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8643/2024 nömrəli, 09 dekabr 2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarının ləğv edilməsini və ona təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, xəstəliyi ilə əlaqədar olaraq ona 2022-ci ilə qədər 2 dəfə (1 dəfə 1 illik, 1 dəfə 5 illik omaqla) 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq 2ci dərəcə əlillik təyinatı aparılmışdır. xx.xx.2022-ci il tarixdə əlilliyi AA AA******* seriya nömrəli sənədlə əsassız şəkildə müddətsiz 3-cü dərəcəyə salınmışdır. 23 nömrəli şəhər poliklinikası tərəfindən əlilliyin gücləndirilməsi səbəbi ilə yenidən xx.xx.2022-ci il tarixdə C00002531ZPV seriya nömrəli forma 88 rəsmiləşdirilərək ƏƏSM Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə ötürülmüşdür. Həmin tarixli C00002531ZPV seriya nömrəli forma 88-ə TSERA tərəfindən “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi qeyd olunmamışdır” səbəbini qeyd etməklə imtinaya dair əsassız qərar qəbul olunmuşdur. Bununla əlaqədar olaraq TƏBİB-ə elektron müraciət ünvanlamışdır. TƏBİB-in müraciətlərlə iş departamentinin rəhbəri Emin Süleymanov rəsmi şəkildə bildirmişdir ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının yazılı məlumatına əsasən Sizə müəssisənin Həkim Məsləhət Komissiyası (HMK) tərəfindən Tibbi-Sosial Ekspertiza komissiyasına (TSEK) təqdim olunan göndərişdə əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı” qeyd olunmuşdur. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 1681 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2014), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, kəllədaxili hipertenziya ilə təzahür edən posstravmatik ensefalopatiya ilə nəticəsi. Xroniki beyin qan dövranının pozulması. Beyin atrofiyası. Partlayış travması (xx.xx.2014) sağ göz almasını dəlib keçən yaralanması, konyunktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, gözdaxili yad cismə görə aparılmış pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatı (xx.xx.2015), enukleasiya+implant cərrahi əməliyyatından (xx.xx.2018) sonrakı anoftalm nəticəsində görmə itiliyi 0 (sıfır). Qarnın ön divarının diagnostik mini laparotomiya əməliyyatından (xx.xx.2015) sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2014) nəticəsində sağ əlin birinci barmağının proksimal falangasının qəlpə yarası, proksimal falanqa sümüyünün sınığına, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən (xx.xx.2014) sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı. Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Çənə sümüyünün sağ yarısında yumşaq toxumada kiçik ölçülü metal qəlpələr” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Sol gözün mürəkkəb miopik astiqmatizmi M 3,0D və 1,0D nəticəsində görmə itiliyinin 0,7-ə qədər azalması, korreksiya etmir. İkincili hissəvi adentiya. Xroniki qastroduodenit, remissiya mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi ’’Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Lakin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsistemində qeyd olunan xəstəlik haqqında Şəhadətnamə aşkarlanmamışdır. Vətəndaşa Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 451 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Partlayış travması (xx.xx.2014), sağ göz almasının dəlib keçən yaralanması, konyunktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, gözdaxili yad cismə görə aparılmış Pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatından (xx.xx.2015) sonrakı vitreoretinopatiyası, görmə itiliyinin tam korluğa qədər azalması, sol gözün görmə itiliyi 1,0 olmaqla. Diaqnostik mini laparotomiya əməliyyatından (xx.xx.2015) sonrakı vəziyyət. Partlayış travması (xx.xx.2014) nəticəsində sağ əlin birinci barmağının distal falanqasının qəlpə yarasından sonrakı dəri çapığı və distal falanqa sümüyünün kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə. Döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən (xx.xx.2014) sonrakı vəziyyət. Döş qəfəsinin sağ yarısının yumşaq toxumalarının yad cismi (metal qəlpə)” diaqnozlu travmanıın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından snayper mərmisi ilə yaralandığını söyləmiş, başında qəlpələr olmasından, başının sağ tərəfində qıcanma, keyimə hissi olmasından, sağ gözünün olmamasından, sol gözün görməsində narahatlıqdan şikayətlənmişdir. Qəbul etdiyi medikamentoz preparatların adlarını xatırlamadığını bildirmişdir. Baxış zamanı alının sağ tərəfində, döş qəfəsinin sağ ön səthində çapıqlar, qarının ön səthində orta-orta laparotomiyanın çapığı izlənmiş, hərəkətləri sərbəst olmuşdur. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit müəyyən edilməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Döş nahiyəsinin MRT müayinəsinin nəticəsi “Mətndə qeyd edilən fəqərəarası disklərin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyaları” kimi qeyd edilmiş, klinik olaraq əlillik təyinatına əsas verməmişdir. X3 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının ön səthində kobud dartıcı çapıq toxuması, sağ Vİ qabırğa səviyyəsində yumşaq toxumalarda (0,5*0,6 mm ölçüdə) yad cismi (qəlpə). Sağ əlin İ barmağının distal falanqasının bitişmiş sınığı, əzələ atrofiyası, daimi ağrı sindromu ilə” kimi qeyd edilmiş, əyani müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7644 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Xroniki beyin işemiyası. Beyin qan dövranı pozulması. Kəllədaxili hipertenziya. Beyin atrofiyası. Anoftalm. Astiqmatizm” kimi qeyd olunmuşdur. X8 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “EEQ müayinəsi xəstə oyanıqlı (və ya yuxu zamanı) vəziyyətdə aparılıb. EEQ zamanı spesifik və qeyri-spesifik paroksizmal aktivlik tipli aktivlik gicgah və mərkəzi təpə nahiyəsində qeyd olunur” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2023-cü il tarixli Baş beyin MRT müayinəsinin nəticəsi “Hər iki beyin yarımkürəsində kiçik ölçülü qliotik ocaqlar. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi. Sağtərəfli anoftalmiya diqqəti cəlb etmişdir. Sağ göz yuvasının ətrafında çoxsaylı metal yad cisimlər” kimi qeyd edilmişdir. X9 adına xx.xx.2023-cü il tarixli 10558 nömrəli Tibbi rəyində diaqnoz "VİS OD=Anoftalm. VİS OS=Q,8 k/e (onda səkkiz). OD- Anoftalm orbitanın çoxsaylı metal yad cisimləri. Zədədən sonrakı vəziyyət. OS- Sadə miopik astiqmatizm. M3,0 və 1,0” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Oftalmoloq müayinəsinin nəticəsi ‘‘VİS OD anoftalm VİS OS 0,6 k/e. OD anoftalm. OS mürəkkəb miopik astigmatizm” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlara, instrumental və obyektiv müayinə nəticələrinə əsasən, xəstənin hazırkı vəziyyəti əlillik təyinatının gücləndirilməsinə əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır (gözdən əlil). Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8643/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarının ləğv edilməsi, İddiaçı təyin edilmiş 3-cü dərəcə əlilliyin dəyişdirilərək 2-ci dərəcə əlillik təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə heç bir zəruri araşdırma aparmadan, sırf ekspert rəyinə əsaslanaraq vətəndaşın qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa ikinci dərəcə əlillik dərəcəsinin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, bu birbaşa Agentliyin diskression səlahiyyətinə müdaxilədir. Göndərişdə qeyd olunan diaqnoza əsasən şəxsə 3-cü dərəcə əlillik müəyyən edildiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Halbuki, şəxsdə ikinci dərəcə əlilliyin olmasını heç bir tibbi sənədlər təsdiq edilmir. Sözügedən hal vətəndaşların əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə məhkəmənin mülahizəsi ilə əlillik təyin edilməsinə əsas vermir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarları”nın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçı apelyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8643/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarının ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8643/2024 nömrəli, 09 dekabr 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin hallarına görə, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar - gözdən əlilliyi olan şəxs səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Göz almasının degenerativ vəziyyəti, Sağ göz almasının dəlib keçən qəlpə yaralanmasına görə sağ göz almasının enakulyasiyasından sonrakı vəziyyət monokulyar korluq sağ gözün protezi Xroniki beyin-qan dövranı pozulması. Kəllədaxili hipertenziya. Beyin atrofiyası. Koqnitiv koordinator pozulmalarla. Kəllədaxili hipertenziya Nevrasteniya, kəskin asteno –nevrotik sindrom, Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonra dəri çapığı, döş qəfəsinin sağ yuxarı hissəsində metal qəlpə. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona 2-ci dərəcə əlilliyin təyin edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçıya əlillik təyin edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı qüvvədə olduğundan həmin Qaydaların normalarına əsasən əlillik təyin edilmişdir. Lakin sonradan, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. İddiaçının ona 2-ci dərəcə əlillik təyin edilməsi ilə bağlı müraciəti zamanı “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olduğundan, iddia tələbinin əsaslı olub-olmaması müəyyən edilərkən həmin Meyarların tələbləri yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinə tapşırılmışdır T 433/2024 №-li tarixli ekspert rəyində qeyd edilmişdir ki, 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından vətəndaş İddiaçı hal-hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi haqqında qəti fikir söyləmək mümkün olmadı. Lakin onun adına tərtib edilmiş tibbi sənədlərə əsasən 2014-cü ildə partlayış travması, sağ göz almasının dəlibkeçən yaralanması, konyuktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodonez, hemoftalm, buna görə aparılmış cərrahi müdaxilə sağ gözdə görmənin tam itməsi, sol gözdə görmənin 1,0D olması, diaqnostik mini laporatomiya əməliyyatından sonrakı çapıq, sağ əlin birinci barmağının distal falanqasmın qəlpə yaralanması, distal falanqanın bitişmiş sınığı, döş qəfəsinin kor qəlpə yaralanması, yumşaq toxumalarda yad cisimlər olması qeyd edilmişdir. İddiaçı xx.xx.2023-cü ildə “Respublika Neyrocərrahiyyə Xəstəxanası”nda döş qəfəsinin MRT müayinəsindən keçərkən fəqərəarası disklərin degenerativ dəyişiklikləri, Şmorl düyünləri və protruziyalı olması müəyyən edilmiş, xx.xx.2023-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə edilərkən sağ bazu oynağının ön səthində dartıcı çapıq toxuması, döş qəfəsində yumşaq toxumalarda yad cisimlər, sağ əlin birinci barmağında bitişmiş sınıq, əzələ atrofıyası, daimi ağrı sindromu” olması qeyd edilsə də, özünün xx.xx.2024-cü ildə əyani müayinəsində əzələ atrofıyasından başqa digər patoloji vəziyyət öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə “Respublika Klinik Xəstəxanasında ambulator tibbi kartada qoyulan diaqnoz xx.xx.2023-cü il tarixdə RNX-da aparılmış MRT müayinəsinin nəticələri ilə təsdiq edilir. İddiaçı görmə qabiliyyətinin sağ gözdə olmaması və sol gözdə 0,8 olması tibbi sənədlərdə göstərilənlərə əsasən inkar etmək olmaz. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçıda mövcud olan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri nəzərə alınaraq qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi, o cümlədən iddiaçının əyani (instrumental) müayinəsinin aparılması və iddiaçıda olan əsas diaqnozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçün cavabdehə 30 (otuz) gün müddət təyin edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli vətəndaşın əyani müayinə olunması haqqında məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Qiymətləndirmə nəticəsindən narazı qalan vətəndaş tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AADH8 nömrəli göndərişi rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2022-ci il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinə nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Sonuncu dəfə vətəndaş məhkəmə qərardadına əsasən xx.xx.2024-cü il tarixinə Agentliyə əyani müayinəyə dəvət edilmiş və müayinədə iştirak etmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirdiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2022ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar – gözdən əlilliyi olan şəxs səbəbilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdə İİ qrup əlillik müddətinin vaxtı bitdiyi üçün xx.xx.2022-ci il tarixdə 32 №-li şəhər poliklinikası tərəfindən yeni 3420003AABH2 №-li göndəriş rəsmiləşmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz - H44.5 Göz almasının degenerativ vəziyyəti; b) Ağırlaşma - G31 Sinir Sisteminin başqa rubrikalarda təsnif olunmayan digər degenerativ xəstəlikləri beyin atrofiyası, İ67.4 Hipertenziv ensofalopatiya, xroniki beyin qan dövranının pozulması, G93.2 kəllədaxili hipertenziya, H54.4 monokulyar korluq, H52.2 Astiqmatizm; c) Yanaşı - K52 Digər qeyri-infeksion qastroenteritlər və kolitlər, kataral kolit. Səthi qastrit, mədə durğunluq əlaməti. F48 Digər neqativ pozğunluqlar, asteno-nevrotik sindrom. K81 xolesistit. xx.xx.2022-ci il tarixdə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən yenidən 0092003AADH8 №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz İ63.8 Digər formalı beyin infarktı, İ67.4 beyin-qan dövranının pozulması, G93.2 kəllədaxili hipertenziya, G31 beyin atrofiyası, koknitiv koordinator pozulmalarla, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi; b) Ağırlaşma G93.2 kəllədaxili hipertenziya, H44.5 göz almasının degenerativ vəziyyəti, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi, G31.0 baş-beyinin məhdud atrofiyası, G31 beyin atrofiyası, koqnitiv koordinator pozulmalarla; b) Yanaşı F48.0 nevrasteniya, kəskin asteno-nevrotik sindrom, Y36.2 hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sağ əlin 1-ci barmağının distal falanqasında qəlpə yarasından sonrakı dəri çapığı, döş qəfəsinin yuxarı hissəsində metal qəlpə. Cavabdeh tərəfindən 08 aprel 2024-cü il tarixdə məhkəməyə təqdim edilən 3-17-4/3- 3-2548/2024 nömrəli qərarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş xəstəlik diaqnozları (H44.5), (H54.4), (H52.2), (İ67.4), (G93.2), (G31), (F48), Kataral kolit (K52), (K29.3), (K81) kimi qeyd edilmişdir. Cavabdeh 25 sentyabr 2024-cü il tarixli 3-17-4/3-3-6872/2024 nömrəli qərarında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7644 №-li ambulator xəstənin tibbi vərəqində diaqnoz İ63.8 digər formalı beyin infarktı, İ67.4 xroniki beyin-qan dövranının pozulması, G93.2 kəllədaxili hipertenziya, G31 beyin atrofiyası, Q11 Anoftalm, H52.2 Astiqmatizm kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır” kimi qeyd etmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin həkim komissiyası tərəfindən keçirilmiş əyani müayinə (oftalmoloq müayinəsi xaric) xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki, iddiaçıda olan diaqnozlar olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. İddiaçıya təyin edilmiş diaqnozlar instrumental müayinələrin nəticələrinə əsaslanmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. İddiaçının təqdim etdiyi tibbi sənədlərdən (Mərkəzi Hərbi Həkim Komissiyasının qərarlarından) müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü ildə RNX-da keçirilən baş-beynin MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının beyin yarımkürəsində kiçik ölçülü qliotik ocaqlar qeyd edilmişdir. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi izlənilir. Sağtərəfli anoftalmiya diqqəti cəlb etmişdir. Sağ göz yuvasının ətrafında çoxsaylı metal yad cismlər təyin edilir kimi qeyd olunmuşdur. Cavabdeh bu müayinə haqqında məhkəməyə məlumat təqdim etsə də, həmin müayinənin əlilliyin təyininə əsas olub-olmaması haqqında hər hansı bir fikir bildirməmişdir. Həmçinin, diaqnozun təyini üçün növbəti xx.xx.2023-cü ildə STM-da keçirilən EEQ insturmental müayinəsinin nəticəsi: EEQ zamanı spesifik və qeyri-spesifik paroksizmal aktivlik. Tipli aktivlik gicgah və mərkəzi təpə nahiyəsində qeyd olunur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik şəxsin məhkəməyə təqdim etdiyi T433/2024 №-li ekspert rəyində iddiaçının xx.xx.2023-cü ildə “Respublika Klinik Xəstəxanası”nda ambulator tibbi kartada qoyulan diaqnoz xx.xx.2023-cü ildə RNX-də aparılmış MRT müayinəsinin nəticələri ilə təsdiq edilir kimi qeyd edilərək təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən C00002531ZPV №li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz İ63.8 Digər formalı beyin infarktı , b) ağırlaşma G31.0 baş-beyinin məhdud atrofiyası, koqnitiv koordinator pozulmalarla, İ67.4 xroniki beyin qan dövranının pozulması, G93.2 xoş xassəli kəllədaxili hipertenziya, H52.2 astiqmatizm sol göz 20%, H44.5 göz almasın degenerativ vəziyyəti, S05.5 sağ göz almasının dəlib-keçən qəlpə yaralanmasına görə sağ göz almasının enukulyasiyasından sonrakı vəziyyət, H54.4 monukulyar korluq, sağ gözün protezi, sağ göz yuvası zəminin damının dağılması və ətrafında metal qəlpələr, c) yanaşı F48.0 kəskin asteno-nevrotik sindrom, Y36.2 sağ əlin 1ci barmağının distal falanqasında qəlpə yarasından sonrakı dəri çapığı və distal falanqa sümüyünün kafi bitişmiş sınığı, funksiyasının pozulması ilə döş qəfəsinin yuxarı hissəsində metal qəlpə müşahidə olunur. Alnın sağ tərəfində başın tüklü hissəsinə qədər yaradan sonrakı vəziyyət. K52 kataral kolit, səthi qastrit, mədə durğunluq əlaməti, K81 xroniki xolesistit. xx.xx.2024-cü ildə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən yenidən A00163658HVG №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər xx.xx.2022-ci ildə rəsmiləşdirilmiş C00002531ZPV №-li göndəriş ilə məzmunca eynilik təşkil etmişdir. Cavabdeh inzibati orqan həmin göndərişin natamam doldurulmasına əsaslanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK Altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi Altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan aydın olur ki, göndəriş natamam və ya yanlış doldurulduğu halda, TSEK tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılması üçün aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Nəticə etibarilə, məlumatların natamam olması səbəbindən TSEK əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. İddiaçının barəsində xx.xx.2024-cü ildə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1681 №-li yeni xəstəlik haqqında şəhadətnamə təsdiq edilmişdir. Bundan sonra iddiaçı barəsində həmin Şəhadətnamənin də nəzərə alınmaqla əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədilə 23 №-li Birləşmiş Şəhər Xəstəxanası tərəfindən J00184646XP1 №-li göndəriş rəsmiləşdirilmişdir. Sözügedən göndərişdə əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər aşağıdakılardır: a) əsas diaqnoz T90 Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2014), baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, kəllədaxili hipertenziya ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Xroniki beyin qan dövranının pozulması. Beyin atrofiyası. Çoxsaylı metal qəlpələr, b) Ağırlaşma G93.2 kəllədaxili hipertenziya. Partlayış travması Y36.4 (xx.xx.2014), sağ göz almasının dəlibkeçən yaralanması, konyuktivanın, buynuz qişanın çoxsaylı yad cisimləri, hifema, fakodenez, hemoftalm, gözdaxili yad cismə görə aparılmış pars plana vitrektomiya və yad cismin çıxarılması əməliyyatı (xx.xx.2015), enukleasiya+implant cərrahi əməliyyatdan (xx.xx.2018) sonrakı anoftalm nəticəsində görmə itiliyi 0 (sıfır). Qarnın ön divarının diaqnostik mini laparatomiya əməliyyatından (xx.xx.2015) sonrakı bərkimiş dəri çapığı. Partlayış travması (xx.xx.2014), nəticəsində sağ əlin birinci barmağının proksimal falanqasının qəlpə yarası, proksimal falanqa sümüyünün sınığına, döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz etməyən kor qəlpə yaralanmasına (xx.xx.2014) görə aparılmış yaranın birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı, kafi bitişmiş sınığı. Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının yad cismi (metal qəlpə). Çənə sümüyünün sağ yuxarısında yumşaq toxumada kiçik ölçülü metal qəlpələr”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. c) Yanaşı xəstəliklər M51.8 Th7, Th8 - Th9 fəqərəarası disklərin protruziyaları, T54.6 kökcük ağrı sindromu ilə, H52.2 “sol gözün mürəkkəb miopik astiqmatizmi М3 OD və 1,OD nəticəsində görmə itiliyi 0,7-yə qədər azalması, korreksiya etmir. İkincili hissəvi adentiya, xroniki qastroduodenit, remissiya mərhələsində, K52 kataral kolit, səthi qastrit, mədə durğunluq əlaməti (ümumi xəstəlikdir). TSEK-ə göndəriş səbəbi: Əlilliyin gücləndirilməsi (hərbi travma). xx.xx.2024-ci il tarixli J00184646XPİ №-li göndərişə TSEK tərəfindən xx.xx.2024-cü ildə “Şəxsin əlillik hüququnun operativ şəkildə müəyyənləşdirilməsi məqsədilə yaşadığı yer üzrə xidmət göstərən TSEK-ə yaxınlaşması zəruridir” səbəbilə imtina verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti 1 Serebrovaskulyar xəstəliklər İ60-İ69 2.1.3 Arterial hipertenziya l-lll dərəcə, 85-100 Müddətsiz hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə 3.3 Qeyri-infeksion enterit və kolit K50- K52 3.3.1 həzm funksiyasının mülayim pozulması - 35-60 2 il xəstəliklərin orta ağır təzahürü, tez- tez ishal (gündə 4-6 dəfə ), İİ dərəcə (BKİ 16,0-17,5) qidalanma çatışmazlığı ilə (zülal-enerji çatışmazlığı) 3.6.1 xolesistit K81 3.6.1 ağır gedişat, kəskinləşmələr ildə 5 dəfə və 35-60 2 il daha çox, tutmalar hər ay, fəsadlaşmalar (xroniki qara ciyər çatışmazlığı, pankreatit) 6.1 Başın travmalarının nəticələri T90 6.1.2 ümumi beynin təzahür edən pozuntuları 65-80 2 il ilə baş beynin əzilməsi, kontuziyası 6.1.6 vegeto-damar təzahür edən pozuntuları 50-60 2 il ilə baş-beynin əzilməsi, kontuziyası teztez baş verən paroksizmal vəziyətlərlə (gündəlik tutmalar) və (və ya) ümumi vəziyyətə təzahür edən təsirlə 8.2 Görmə sahəsinin dar alması (periferik, H00fiksasiya nöqtəsindən radius boyu) H59 8.2.5 konsentrik daralma, bir göz olmadan 60 Müddətsiz 11.1.2.5 psixi funksiyaların (davamlı koqnitiv və E00-E07 40-60 2 il affektiv-iradi pozuntularla astenik və asteno-nevrotik sindrom) mülayim pozuntusu ilə Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 1681 №li xəstəlik Şəhadətnaməsi: HHK-nın hərbi xidmətə yararlılıq haqqında qərarı: Xəstəliklər cədvəlinin 23b, 24c, 30b, 35b maddəsinin İM qrafasına və ƏTC-yə əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müşayiətçiyə zərurət var, zərurət yoxdur (lazım olmayanın üstündən xətt çəkilməli) 1 nəfər (zərurət olduqda, sayını, nəqliyyat növünü və getmə qaydasını göstərməli) “Hərbi travmadir, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır”. Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası 23 İ qrafa İİ İİİ qrafa qrafa Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri: C C C və b) funksiyaların mülayim dərəcədə pozulması ya B ilə Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası 24 İ qrafa İİ İİİ qrafa qrafa Baş-beynin, onurğa-beyninin damar xəstəlikləri: C C C və ç) funksiyaların cüzi dərəcədə pozulması ilə; ya B beynin nadir baş verən tranzitor işemiyaları; mərkəzi sinir sisteminin üzvi zədələnmə əlamətləri olmadan tez-tez baş verən bayılmalar Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası 30 İ qrafa İİ İİİ qrafa qrafa Skleranın, buynuz qişanın, qüzehli qişanın siliar cismin, göz büllurunun, damarlı qişanın, tor qişanın, şüşəyəbənzər cismin, görmə sinirinin xəstəlikləri:gözün yad cismi b) eyni dəyişikliklər bir gözdə və ya mülayim C C C və dərəcədə ifadə olunmuş halda hər iki gözdə ya B olduqda Maddə Xəstəliklərin adı, funksiyaların pozulma Hərbi xidmətə yararlılıq dərəcəsi kateqoriyası 35 İ qrafa İİ İİİ qrafa qrafa Korluq, zəif görmə, rəng görmə anomaliyaları b) bir gözün görmə itiliyinin 0,09 və aşağı olması və ya korluğu olduqda, digər gözün görmə itiliyinin 0,4 və yuxarı olması; bir gözün C C C və göz alması olmadıqda, digər gözün görmə ya B itiliyinin 0,4 və yuxarı olması; bir gözün görmə itiliyi 0,3 olduqda, digər gözün görmə itiliyinin 0,3-dən 0,1-dək olması 23b maddəsinin b bəndinə aşağıdakılar aiddir: «b» bəndinə aşağıdakılar aiddir: «a» bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit kimi göstərilmişdir. 24c maddəsinin c bəndinə əsasən aşağıdakılar aiddir: «c» bəndinə aşağıdakılar aiddir:
1. kəllədaxili klipləşdirmə və ya balonlaşdırma, yaxud süni tromblaşdırmanın köməyi ilə qan dövranından kənarlaşdırılan tək-tək arterial anevrizmalar;
2. bir gündən artıq saxlanmayan və sinir sistemi funksiyalarının pozulmaları olmayan mərkəzi sinir sisteminin davamsız ocaqlı simptomları (parezlər, paresteziyalar, nitq pozulmaları, beyincik əlamətləri) ilə müşayiət olunan beyin qan dövranının nadir (ildə 2 dəfədən çox olmayaraq) baş verən, keçib gedən pozulmaları (beynin tranzitor işemiyaları, hipertonik serebral krizlər);
3. emosional dayanıqsızlıq, əsəbilik, yaddaşın pisləşməsi, baş ağrısı, baş gicəllənməsi, yuxunun pozulması, qulaqlarda küy və s. şəklində beyin qan dövranı çatışmazlığının ilkin təzahürləri və birinci mərhələ xroniki dissirkulyator ensefalopatiya;
4. tez-tez (ildə 3 dəfə və çox) baş verən və uzun sürən (1 gün və artıq) tutmalarla keçən miqrenin müxtəlif formaları;
5. stasionar müayinə və müalicə sənədləri ilə təsdiq edilmiş beynin kəskin qanazlığı (sadə və qıcolma bayılmaları) ilə təzahür edən tez-tez (ayda 1 dəfə və çox) baş verən krizlərlə müşayiət olunan vegetativ-damar distoniyaları. Beləliklə, 23b və 24c, diaqnozları Nazirlər Kabinetinin 187 nömrəli Qərarın 6.1.1-ci bəndinə əsasən 40-60 faiz 1 il müddətinə, 6.1.5-ci bəndinə əsasən 40 faiz 1 il müddətinə olmaqla hər iki diaqnoz Nazirlər Kabinetinin 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nda 2 bal üzrə əlilliyin müəyyən olunmasına əsas verir. Bundan əlavə, əlilliyin müəyyən olunmasına əsas verən digər diaqnozlar da həmin qərarda öz əksini tapmışdır. Belə ki, həmin Qərarın 8.2.5-ci bəndinə əsasən konsentrik daralma, bir göz olmadan <40, lakin 20-dən geniş 60 faiz müddətsiz, 3.3.1-ci bəndinə əsasən qeyri-infeksion enterit və kolit 35-60 faiz 2 il müddətinə, 2.1.1-ci bəndinə əsasən arterial hipertenziya l-lll dərəcə, hipertoniya xəstəliyi İİİ mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə 35-60 faiz olmaqla 1 il müddətinə təyin edilir. İşin hallarından müəyyən edilir ki, cavabdeh iddiaçıda olan digər diaqnozların (əsas, ağırlaşma və yanaşı xəstəlikləri) nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin 21 avqust 2024-cü il tarixli 2-1(112)-8643/2024 nömrəli qərardadına əsasən əyani müayinədə iddiaçıda olan əsas diaqnozun və ağırlaşmaların, o cümlədən yanaşı xəstəliklərin faiz dərəcələri ayrı-ayrılıqda göstərilməklə əsaslandırılmış qərarın qəbul edilməsi üçün cavabdehə müddət təyin edilsə də, cavabdeh formal əyani müayinənin nəticələrinə dair formal qərar qəbul edərək məhkəməyə göndərmiş və imtinasını əsaslandırmamışdır. Halbuki, iddiaçıda olan diaqnozların mövcud olub-olmaması əyani (vizual) müayinə nəticəsində ətraflı (instrumental) müayinənin nəticələri ilə təsdiqi mümkün ola bilərdi. Qeyd edilən diaqnozların mövcudluğu isə, keçirilmiş ekspertiza tədqiqatı və Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiqini tapır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Bənd 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Bənd 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. Normanın məzmunundan da bəlli olur ki, şəxsdə əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal olduqda hər bir hal ayrılıqda qiymətləndirilir. İddiaçıda mövcud olan diaqnozlara Nazirlər Kabinetinin 187 № li Qərarı ilə təsdiq edilmiş Meyarların tələbi baxımından nəzər yetirdikdə müəyyən etmək olur ki, Meyarların 8.2.5-ci bəndinə əsasən 60 faiz, 6.1.1-ci bəndinə əsasən 40-60 faiz təyin edilir. Əlilliyin qiymətləndirilməsi qaydalarını sadalanan normalarının tələbinə əsasən, faiz göstəriciləri fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla yəni 60+10=70 faiz götürülür, həmçinin əlilliyin müəyyən edilməsinə əsas verən digər diaqnozların hər birindən 5 faiz götürülməklə (misal üçün 6.1.5-ci bəndinə əsasən 40 faiz, 3.3.1-ci bəndinə əsasən 35-60 faiz, 2.1.1-ci bəndinə əsasən 35-60 faiz olmaqla bu 3 diaqnozdan hərəsindən 5 faiz götürülməklə 3x5=15 faiz). Qaydaların normalarını hazırkı işə tədbiqi zamanı müəyyən edilir ki, cavabdeh iddiaçıya 2 dərəcə əlilliyin təyin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları”: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Belə ki, cavabdehin 08 aprel 2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarından müəyyən edilir ki, iddiaçıya təyin edilmiş xəstəlik diaqnozları (H44.5), (H54.4), (H52.2), (İ67.4), (G93.2), (G31), (F48), Kataral kolit (K52), (K29.3), (K81) kimi qeyd edilmişdir. Cavabdeh 25 sentyabr 2024-cü il tarixli 3-17-4/3-3-6872/2024 nömrəli qərarında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli 7644 №-li ambulator xəstənin tibbi vərəqində diaqnoz İ63.8 digər formalı beyin infarktı, İ67.4 xroniki beyin-qan dövranının pozulması, G93.2 kəllədaxili hipertenziya, G31 beyin atrofiyası, Q11 Anoftalm, H52.2 Astiqmatizm kimi qeyd olunmuş, klinik olaraq öz təsdiqini tapmamışdır” kimi qeyd etmişdir. Halbuki, iş materiallarında müəyyən edilir ki, cavabdehin həkim komisiyyası tərəfindən keçirilmiş əyani müayinə (oftalmoloq müayinəsi xaric) xarici görünüşə əsaslanan formal əyani müayinədən ibarət olmuşdur. TSEK-in əyani müayinənin nəticəsi lazımi qaydada, xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi və xarici görünüşə əsaslanan formal əyani müayinənin nəticələrinə əsaslanmışdır. Halbuki, iddiaçıda olan diaqnozlar olub-olmaması əyani (vizual) müayinə nəticəsində müəyyən edilməsi mümkün deyildir. İddiaçıya təyin edilmiş diaqnozlar instrumental müayinələrin nəticələrinə əsaslanmamışdır. TSEK-in əyani müayinənin nəticəsi olaraq qəbul etdiyi qərarı lazımi qaydada, şəxsin xüsusi halları ilə əlaqələndirilməklə əsaslandırılmamış, göndərişdə göstərilmiş diaqnozlar müvafiq tibbi sənədlərə istinadla deyil, ümumi ifadələrdən istifadə edilməklə inkar olunmuşdur. Əyani müayinənin nəticəsində qəbul edilən qərarlara münasibətdə nəzərə alınmalıdır ki, sözügedən müayinələr şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirildiyi barədə nəticəyə gəlməyə imkan verən şəkildə aparılmalıdır. Bu zaman çıxarılan qərarlar şəxsin hərtərəfli, funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələrinə, mütəxəssislərin ətraflı obyektiv məlumatlarına, aparılmış müalicə tədbirləri və onların səmərəliliyinə, klinik proqnozlara əsaslanmalıdır. İddiaçının təqdim etdiyi tibbi sənədlərdən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarlarından müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü ildə RNX-da keçirilən baş-beynin MRT müayinəsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçının beyin yarımkürəsində kiçik ölçülü qliotik ocaqlar qeyd edilmişdir. Baş beynin mülayim kortikal atrofik dəyişikliyi izlənilir. Sağtərəfli anoftalmiya diqqəti cəlb etmişdir. Sağ göz yuvasının ətrafında çoxsaylı metal yad cismlər təyin edilir kimi qeyd olunmuşdur. Cavabdeh bu müayinə haqqında məhkəməyə məlumat təqdim etsə də, həmin müayinənin əlilliyin təyininə əsas olub-olmaması haqqında hər hansı bir fikir bildirməmişdir. Həmçinin, diaqnozun təyini üçün növbəti xx.xx.2023-cü ildə STM-da keçirilən EEQ insturmental müayinəsinin nəticəsi: EEQ zamanı spesifik və qeyri-spesifik paroksizmal aktivlik. Tipli aktivlik gicgah və mərkəzi təpə nahiyəsində qeyd olunur. Səhiyyə Nazirliyinin “MTE və PA Birliyi” publik hüquqi şəxsin məhkəməyə təqdim etdiyi T433/2024 №-li ekspert rəyində iddiaçının xx.xx.2023-cü ildə “Respublika Klinik Xəstəxanası”nda ambulator tibbi kartada qoyulan diaqnoz xx.xx.2023-cü ildə RNX-də aparılmış MRT müayinəsinin nəticələri ilə təsdiq edilir kimi qeyd edilərək təsdiq edilmişdir. Hazırkı vəziyyətdə iddiaçıya münasibətdə əlilliyin səbəbinin müəyyən edilməsinə nəzərən hərbi həkim komissiyasının qərarı mövcuddur, iddiaçının ona əlilliyin təyin edilməsini tələb etdiyi diaqnoz öz təsdiqini tapır və Meyarlarda mövcuddur. Onun ağırlaşmalarına uyğun əlilliyin dərəcəsinin və müddətinin müəyyən edilməsi isə cavabdehin diskresion səlahiyyətlərinə aiddir. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunubolunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə istinad edərək qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh inzibati orqan eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarı iddiaçı ilə bərabər 23 nəfər şəxsin barəsində verilmişdir. Buna görə də TSEK-nın qeyd olunan qərarı bütövlükdə deyil, iddiaçıya münasibətdə ləğv olunması qeyd olunmaqla Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8643/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı cavabdeh inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarının İddiaçı münasibətdə ləğv edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8643/2024 saylı, 09 dekabr 2024-cü il tarixli qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-2548/2024 nömrəli qərarının İddiaçı münasibətdə ləğv edilməsi göstərilməklə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev