Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-157/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplomun tanınması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1526/2023 saylı 30 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası 30 iyun 2021-ci il tarixli 106204 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1526/2023 saylı 30 mart 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən verilmiş 725 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli bakalavr diplomu üzrə aldığı ixtisasının Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edərkən Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olmasına baxmayaraq, nəinki cavabdeh tərəfindən təqdim edilmiş sübutları şiafhi məhkəmə iclasında araşdırmamış, əlavə sübutların toplanılması istiqamətində addımlar atsa da, iddiaçının xeyrinə təqdim oluna biləcək sübutların mövcud olmamasını müəyyən etmiş, belə olan halda isə sadəcə onun iş yerinə əsaslanaraq qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsini kobud şəkildə pozmuşdur. Məhkəmə qərarının 5-ci bəndi ilə 24-cü bəndi bir-biri ilə paradoksal ziddiyyət təşkil edir. Belə ki, məhkəmə qərarını əsaslandırmaq üçün qərarının 24-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na istinad edərək qeyd edir ki, hazırki iddia tələbi üzrə qanunvericiliklə tanınmadan imtina edilməsinə dair əsasların olması müəyyən olunmur. Məhkəmə bununla cavabdehin təqdim etdiyi videomüsahibə yazısının əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəsə də, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bu mübahisələr üzrə hüquqi mövqeyinə bələd olduğu üçün qərarın 5-ci bəndində 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilini bilmə səviyyəsinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının “hüquqşünaslıq” ixtisasını mənimsəməsi üçün yetərli olub- olmaması barədə mütəxəssis rəyinin verilməsi barədə qərardad qəbul etdiyini qeyd edir. Məhkəmə qərarının 6-cı bəndində Bakı Dövlət Universitetinin müvafiq rəyin təqdim edilməsinin imkansızlığı ilə bağlı məktubuna istinad edir, bunun əvəzində iddiaçının dil biliyi ilə bağlı məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş yeganə mötəbər sübutu dəyərləndirmir və iddiaçının iş yerini göstərməklə kifayətlənərək iddia tələbini edir. Məhkəmə qərarının 25-ci maddəsində iddiaçının Penitensiar Xidmətdə qulluq keçməsini qeyd etsə də, nəzərə almamışdır ki, xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması ilə bağlı həm 2003-cü ildə, həm də 2023-cü ildə qəbul edilmiş normativ-hüquqi aktlarda “tanınma” anlayışının nədən ibarət olması dəqiq şəkildə göstərilmiş və iddiaçının sadəcə diplom əldə etməsi və hər hansı bir müəssisədə çalışması özü-özlüyündə tanınma ilə bağlı mütləq şəkildə müsbət qərarın qəbul olunması üçün əsas deyildir. Məhkəmə iş üzrə sübutları dəyərləndirərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələblərini pozmuşdur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməli olsa da, məhkəmə qərarında cavabdehin təqdim etdiyi sübuta ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1 (102)-821/2022 nömrəli qərarının 33- cü bəndində qeyd olunmuş məhkəmənin xüsusi biliklər tələb edən sahə üzrə öz mülahizələri əsasında qərar qəbul etməsinin yolverilməzliyi barədə hüquqi mövqeyini nəzərə almamış, öz mülahizəsi əsasında iddia tələbini təmin etmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil iddiaçının iddia tələbinin cavabdeh orqan tərəfindən təmin edildiyini və bununla da tərəflər arasında mübahisənin qalmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazıki işə cavabdehin nümayəndəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, İddiaçı ona Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası 30 iyun 2021-ci il tarixli 106204 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulmasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazilriyi Penitensiar Xidmətin 26 aprel 2022-ci il tarixli arayışında bildirilmişdir ki, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) ədliyyə leytenantı İddiaçı həqiqətən xidmətin göndərişi əsasında 2016-2021-ci illərdə Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəçilik Akademiyasında dövlət hesabına əyani təhsil almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 28 fevral 2023-cü il tarixli arayışında bildirilmişdir ki, Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin inspektoru (əməliyyat müvəkkili) ədliyyə leytenantı İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən xüsusi rütbəli kimi Penitensiar xidmətdə qulluqdadır. Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən verilmiş 725 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Bakalavr diplomuna əsasən İddiaçı “hüquqşünaslıq” ixtisasını müvəffəqiyyətlə bitirmiş və ona bakalavr ali ixtisas dərəcəsi verilmişdir. İddiaçı qeyd olunan diplomun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tədris dilini bilmə səviyyəsinin aldığı ixtisasın mənimsənilməsi üçün qənaətbəxş hesab olunmaması səbəbi ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Bununla bağlı birinci instansiya məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Bakı Dövlət Universitetinin Filologiya fakültəsindən İddiaçı tədris (rus) dilini bilmə səviyyəsinin Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyasının “hüquqşünaslıq” ixtisasını mənimsəməsi üçün yetərli olub-olmaması barədə mütəxəssis rəyinin verilməsi qərara alınmış, lakin rəyin verilməsi təmin edilməmişdir. Bununla bağlı işin apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı müraciətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın müddəalarına uyğun dəyərləndirilməsi və müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin olunması qərara alınmışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş məktubla bildirilmişdir ki, iddiaçıya verilmiş diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur. Məktuba əlavə edilmiş NS00020280 saylı şəhadətnamədən görünür ki, İddiaçı Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası tərəfindən verilmiş 106204 ******* nömrəli 30 iyun 2021-ci il tarixli diplom Azərbaycan Respublikasında tanınmış və keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq onun sahibinə təhsilin növbəti səviyyəsinə qəbul olunmaq və peşə tanınması ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçının hazırki iş üzrə tələbinin təmin edildiyi, buna görə də artıq tərəflər arasında mübahisənin mövcud olmadığı müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “ona Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası 30 iyun 2021-ci il tarixli 106204 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilərək müvafiq şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87-ci 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-157/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-157/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver