Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1570/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 01 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 11.000 manat sığorta məbləğinin alınması üçün mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Azərbaycan Respublikası Prezidentinin 01 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 11.000 manat sığorta məbləğinin alınması üçün mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2738/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “dövlət icbari sığorta məbləğinin ödənilməsinin öhdəyə qoyulmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X2 hərbi xidmət dövründə xəsarət alaraq ölməsi ilə bağlı qanunla nəzərdə tutulmuş 11.000 manat məbləğində dövlət icbari şəxsi sığorta məbləğinin ödənilməsini bir vəzifə olaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin öhdəsinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin 01 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 11.000 manat sığorta məbləğinin alınması üçün mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı xx xxxxxxxx 1962-ci il təvəllüdlü X5 Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış və 1994-cü ildən N saylı hərbi hissənin tərkibində baş leytenant kimi Tərtər rayonunda hərbi xidmətə başlamışdır. Həyat yoldaşı xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən ölüm haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamədə də ölümün səbəbinin hərbi xidmət dövründə baş beynin əzilib dağılması kimi göstərilmişdir. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1996-cı il tarixdə verilmiş arayışda onun ərazi bölövlüyü uğrunda hərbi əməliyyatlar zamanı həlak olması, həmçinin N saylı hərbi hissə komandirinin atası Sərkərov Firudinə xx.xx.1996-cı il tarixli bildirişində də xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasının baş verməsi nəticəsində həlak olması qeyd edilmişdir. Hərbi qulluqçu olan mərhum ərinin hərbi xidmət dövründə həlak olması ilə bağlı dövlət icbari şəxsi sığorta məbləği ona ödənilməmişdir. O, sığorta ödənişinin verilməsi ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmiş, lakin heç bir tədbir görülməmişdir və imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 11.000 manat birdəfəlik ödəmənin həyata keçirilməsi üçün İddiaçı mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Məhkəmə işə baxarkən və qərar qəbul edərkən işin faktiki hallarını düzgün araşdırmamış, habelə qəbul etdiyi qərarda maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına əsasən silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə şərait yaratmışdır. Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 5-1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Bu Fərmandan müddəalarından görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (şəhid) vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin qərarın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Mövcud sənədlərdən məlum olmuşdur ki, baş leytenant X5 xx.xx.1996-cı il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti vəzifələrini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuşdur. xx xxx 1994-cü il tarixdə atəşkəs elan olunmuşdur. X5 isə xx.xx.1996-cı il tarixdə, yəni atəşkəs dövründə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olmuş, lakin məhkəməyə təqdim olunan sənədlərin heç birində qeyd olunmamışdır ki, İ.F.Sərkərov hər hansı döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirərkən həlak olmuşdur. Həmçinin birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixdə vəsatətlə müraciət edilərək bildirilmişdir ki, mərhum X3 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “şəhid” statusu verildikdə onun vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi üçün adının müvafiq siyahıya daxil edilməsi məhkəmədən kənar həllini tapacaqdır və bu səbəbdən məhkəmə işinin icraatına xitam verilməsi xahiş olunmuşdur. Lakin məhkəmə ümumiyyətlə verilmiş vəsatətə münasibət bildirməmişdir. Tərəflərin izahatları Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıapellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon Şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər 3-cü şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuşdu ki, İddiaçı mərhum X2 həyat yoldaşıdır. Bakı şəhəri Binəqədi rayon Hərbi Komissarlığının 283 saylı xx.xx.2016-cı il tarixli arayışına əsasən iddiaçının həyat yoldaşı 1962-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının suverenliyi uğrunda Dağlıq Qarabağda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.1994-cü il tarixli arayışa görə leytenant X5 N saylı hərbi hissənin tərkibində torpaqların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş və buna görə də Nazirlər Kabinetinin 131 saylı qərarının bütün bəndlərindən istifadə etməyə hüququ vardır. AZ-İİ 016331 saylı xx xxxx 2019-cu il tarixli Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1996-cı il tarixdə hərbi xidmət dövründə baş beynin əzilib dağılması səbəbilə həlak olmuşdur. N saylı hərbi hissənin Binəqədi Rayonu Hərbi Komissarlığına ünvanlanmış 600 saylı bildirişdən görünür ki, 1962-ci il təvəllüdlü X5 xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında baş verməsi nəticəsində həlak olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 1/S-6227 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissə 1907. 1992xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkətinin 07-02-19 saylı xx.xx.2020-ci il tarixli məktubuna əsasən İ.F.Sərkərovun varisinə (varislərinə) sığorta ödənişi verilməmişdir. Bununla bağlı İddiaçı Azərbaycan Respublikası Prezidentinin 01 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 11.000 manat sığorta məbləğinin alınması üçün mərhum ərinin adının müvafiq siyahıya daxil edilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən onun tələbi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaçıya ünvanladığı S/4516 saylı xx.xx.2019-cu il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə 11000 manat sığorta məbləği verilir. Xidmətin Binəqədi rayon idarəsinin müvafiq uçot sənədlərinə və Müdafiə Nazirliyinin Təşkilat- Səfərbərlik İdarəsindən Xidmətin Aparatına təqdim edilmiş “1997-ci il avqustun 2dək həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar itkin düşmüş zabit və gizirlərin (miçmanların) siyahısı”na əsasən İsrail Sərkərov xx.xx.1996-cı il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən Tərtər rayonunda avtomobil qəzası ilə əlaqədar “baş beynin əzilib dağılması, beyin toxumalarına qan sızma, kəllə tacının əsası sümüklərinin sınması” nəticəsində həlak olmuşdur. Yuxarıda göstərilən qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) şəxslərin adının müvafiq siyahıya daxil edilməsi nəzərdə tutulmadığı üçün X2 adının həmin siyahıya əlavə edilməsi mümkün deyil. Əlavə olaraq, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 saylı Qərarının 4.1-ci bəndinin 3-cü abzasına əsasən şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Odur ki, müvafiq arayış olduğu halda müraciətdə qeyd olunan məsələyə yenidən baxıla bilər.” Bundan sonra İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İş üzrə müəyyən olunur ki, iddiaçının iddia tələbi “Azərbaycan Respublikası Prezidentinin 01 saylı xx.xx.2018-ci il tarixli Fərmanına əsasən 11.000 manat sığorta məbləğinin alınması üçün mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” barədədir. Cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsası “qanunvericilikdə hərbi xidmət dövrü müxtəlif səbəblərdən həlak olmuş (vəfat etmiş) şəxslərin adının müvafiq siyahıya daxil edilməsi nəzərdə tutulmadığı üçün X2 adının müvafiq siyahıya əlavə edilməsinin qeyri-mümkün olması” ilə bağlı olmuşdur. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanında qeyd edilmişdir ki, 1997-ci il avqustun 2-də “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır. Qeyd edilən Fərman həmin Qanunun tətbiqindən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Belə ki, Fərmanın qəbul edilməsində əsas 1997-ci il avqustun 2-də qüvvəyə minmiş “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün hərbi qulluqçulara (sığorta olunanlara) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. Fərmanın 1-ci bəndində qeyd edilmişdi ki, 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra-birdəfəlik ödəmə) verilsin. Fərmanın 4-cü bəndinə əsasən birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. Fərmanın 5-ci bəndinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən edir və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməlidir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin 706 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, mərhum İ.F.Sərkərovun şəxsi işindəki qeydlərə əsasən AR MN-nin 01235 saylı xx.xx.1994-cü il tarixli əmri ilə N saylı hərbi hissəyə maliyyə xidməti rəisi vəzifəsinə təyin olunmuşdur. AR MN-nin 0650 saylı xx.xx.1996-cı il tarixli əmri ilə xidməti vəzifəsini yerinə yetirərkən xx.xx.1996-cı ildə Tərtər rayonunda avtomobil qəzası nəticəsində həlak olduğuna görə AR Silahlı Qüvvələri zabit şəxsi heyəti siyahısından çıxarılıb. Göründüyü kimi, iddiaçının mərhum əri İ.F.Sərkərovun zabit şəxsi heyətində həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların kateqoriyasına aid olub, onun avtomobil qəzasında həlak olma səbəbinin isə məhz xidməti vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olması iş materialları ilə təsdiq olunur. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının 11.000 manat sığorta məbləğini alması üçün onun mərhum həyat yoldaşı X2 adının müvafiq siyahıya salınmasını tələb etmək hüququ vardır və həmin tələbin təmin olunması ilə bağlı məhkəmə düzgün qənaətə gəlmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi “mərhum X3 Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən “şəhid” statusu verildikdə onun vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi üçün müvafiq mübahisənin məhkəmədən kənar həllini tapacağı” barədə dəilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mərhum ərinin adının müvafiq siyahıya salınması üçün onun mütləq şəhid statusu alması qanunvericiliyin tələbləri baxımından mütləq deyil və ona belə statusun hələ verilməməsi iddiaçının hazırki iddia tələbinin təmin olunmaması üçün əsas ola bilməz. O ki qaldı apellyasiya şikayətinin“X2 hər hansı döyüş tapşırığını yerinə yetirərkən həlak olması barədə işdə müvafiq sübutların olmaması” barədə dəlilinə, bu dəlili də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, bu məhkəmə qərarının əsaslandırıcı hissəsində sadalanan və hüquqi qiymət verilən sübutları kollegiya iddiaçının iddiasının təmin olunması üçün yetərli hesab edir. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından qəbul edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2738/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1570/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1570/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver