Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1570/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial X4 İdarəsinə qarşı “ona 09.12.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi (oğlu) X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı “ona 09.12.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2021 saylı 10 mart 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. NZ seriyalı ******* saylı 18.11.1978-ci il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçı 18 noyabr 1978-ci ildən 26.11.1980-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının 263 saylı 20 oktyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Göyçay rayon İnçə kənd Engels adına kolxozun əmək günü uçotu və hesablaşma kitablarında iddiaçının 1977-ci ildə 17 adam günü işləməklə 51 rubl (iş-48, vərəqə-99) və 1978-ci ildə 96 adam günü işləməklə, 2020 rubl (iş-56, vərəqə-78) əmək haqqı qazanmasına dair qeydlər vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********0 saylı 28 dekabr 2020-ci il tarixli məktubuna əlavə edilmiş qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı 25.12.2019-cu il tarixdə müayinə nəticəsində ictimai-iaşə müəssisələrindən kənar işləyə bilməklə 5 il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdur. 01 iyul 1981-ci il tarixdə doldurulmuş İT-İ seriyalı ******* saylı 01.07.1981-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Şəhər dispanserinə daxil olmadan əvvəl kolxozçu kimi 1 (bir) ilik əmək stajı olub (№99 01.09.77), 13.01.1981-ci il tarixdən (Əmr № 2&5 10.01.81) 03.03.1981-ci il tarixə qədər həyət işçisi vəzifəsində, 03.03.1981-ci il tarixdən (Əmr № 16&i 30.03.81) əməliyyat bölməsinin sanitar işində 20.11.1981-ci ilədək (Əmr №111 18.11.81), 01.12.1981-ci il tarixdən (Əmr №81-1 30.12.81-ci il) 01.01.1982-ci il tarixə qədər “Azərbalıq” birliyinin balıq emalı sənayesində 3- cü dərəcəli fəhlə peşəsində, 01.01.1982-ci il tarixdən (Əmr № 23 12.02.1982-ci il) Bakı Balıq Hislətmə zavodunda “Azərbalıq” birliyinin 5 nömrəli sahəyə 3-cü dərəcəli balıq emalı vəzifəsində, 01.01.1983cü il tarixdə (Əmr №18-1 28.03.83-cü il) 3-cü dərəcəli balıq emalçısı peşəsində, 01.09.1983-cü il tarixdən (Əmr №18-1 28.03.83) 26.08.1985-ci il tarixə (Əmr №157 26.08.85) balıq emalçısı peşəsində, 09.10.1985-ci il tarixdən (Əmr №133 08.10.85) Karton ağ mallar fabriki 5 nömrəli sahəyə yükdaşıyan peşəsində, 01.03.1988-ci il tarixdən (Əmr №49/k 22.03.88) həmin sexin fəhlə peşəsində, 10.05.1988-ci il tarixdən (Əmr №78/k 10.05.88) maşinist şagirdi peşəsində, 14.06.1988-ci il tarixdən 1-ci dərəcəli maşinist peşəsində (Əmr №100/k 14/06/88), 25.10.1989-cu il tarixdən (Əmr №166/k 27/10/89) 08.01.1990-cı il tarixə qədər (Əmr №4/k 04/01/90) 2-ci dərəcəli maşinist peşəsində, 10.03.1993-cü il tarixdən (Əmr 66 10.03.1993) Nizami rayon UTİ 61-ci mağazada 3-cü dərəcəii satıcı peşəsində, 05.12.1994-cü il tarixdən (Əmr № 366 05.12.1994) 15.12.1994cü il tarixə qədər (Əmr № 38-5 15.12.1994) 61/2 №-li mağazada satıcı peşəsində işləmişdir. 99 saylı 01.09.1977-ci il tarixli kolxozçunun əmək kitabçasından görünür ki, İddiaçı 1977-ci il üçün 143 adam günü, 1978-ci il üçün isə 95 adam günü işləmişdir. Bakı şəhəri Vergilər Departamenti 3 saylı filialı tərəfindən iddiaçıya verilmiş 12.04.2006-cı il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ********** VÖEN verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış Fərdi şəxsi hesab haqqında məlumatından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatına ünvanlanmış **********7 nömrəli 19 yanvar 2021-ci il tarixli müraciətinə X11 uçota nəzarət və sosial sığorta departamentində baxılmışdır, müraciətlə əlaqədar bildirilmişdir ki, sorğuda adı qeyd edilən vətəndaş İddiaçı (SUN: **********6) Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Monitorinq) altsistemindən əldə edilən məlumata əsasən 12 aprel 2006-cı il tarixdə fərdi sahibkar (özü-özünü sığortaedən) kimi uçota alınmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, fərdi sahibkar (özü-özünü sığortaedən) İddiaçı tərəfindən 2006-2016-cı illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat’lara (Forma B1) uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) və 2017-2019-cu illərin l-İV rübləri üzrə “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilməmişdir. Nazirliyin “X1 Sistemi”nin "Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölümündən əldə edilən məlumatlara əsasən vətəndaş İddiaçı **********413 nömrəli fərdi şəxsi hesabında hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar aşkarlanmamışdır. İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış **********53 saylı 26 iyun 2020-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən İİ qrup əlillərə əlliliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı tərəfində təqdim edilmiş sənədlərdən görünür ki, onun 15 il sığorta stajı yoxdur. Onun sığorta stajı 13 il 7 ay 7 gün təşkil edir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial X4 İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 09.12.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1959-cu ildə anadan olmuş, 26 noyabr 1978-ci ildən 18 noyabr 1980-ci ilədək hərbi xidmətdə olmuş, bundan sonra müxtəlif işlərdə 15 dekabr 1994-cü ilədək 13 il 7 ay 7 gün işləmişdir. 1998-ci ilin yanvar ayından isə sahibkarlıq fəaliyyəti ilə (taksi fəaliyyəti) məşğul olmağa başlamış, sonradan 12 aprel 2006-cı il tarixdə fərdi qaydada vergi ödəyicisi kimi qeydə alınmış, bu fəaliyyətini də 2019-cu ilədək davam etdirmişdir. Onun ümumilikdə, 37 il sığorta stajı olmuşdur. O, 26 noyabr 1978-ci ildən 18 noyabr 1980-ci ilədək hərbi xidmətdə olduğundan və 1998-ci ilin yanvar ayından hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş zəruri ödənişləri həyata keçirdiyindən bu dövrlər ərzində iddiaçının fəalliyyəti sığorta stajına daxil edilməlidir. Onun 15 yaşından İİ qrup əlillik aldığı tarixədək, yəni 60 yaşınadək əmək qabiliyyətli yaş dövrü hesab edilir. Yəni, onun 45 il əmək qabiliyyətli yaş dövrü olmuşdur. Buna görə də əmək qabiliyyətli yaş dövrü hesab edilən 45 ilin hər tam ili üçün 4 ay sığorta stajı, yəni 180 ay, yəni 15 il (45x4=180:12=15) sığorta stajı olmalıdır. Əmək kitabçasına əsasən onun sığorta stajı 13 il 7 ay 7 gün təşkil etməsi və hərbi biletinə əsasən 2 il müddətinə həqiqi hərbi xidmətdə olmağı artıq iddiaçıya əlilliyə görə əmək pensiyası almaq hüququ verir. Cavabdehin etirazları: İddiaçı iddia ərizəsində 26 noyabr 1978-ci ildən 18 noyabr 1980-cı ilədək hərbi xidmətdə olduğunu, hərbi xidmətdən sonra isə 15 dekabr 1994-cü ilədək müxtəlif işlərdə işlədiyini, 1998-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, 12.04.2006-cı il tarixdən fərdi qaydada vergi ödəyicisi kimi qeydə alındığını, fəaliyyətini 2019-cu ilədək davam etdirdiyini və ümumilikdə 37 il sosial sığorta stajı olduğunu, buna baxmayaraq 1998-ci ildən sonrakı əmək fəaliyyəti dövrünün cavabdeh tərəfindən nəzərə alınmadığını qeyd etmişdir. Halbuki iddiaçı tərəfindən sahibkarlıqla məşğul olduğu dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənməmiş və sığortaedən heç bir fəaliyyət kodu üzrə hesabat göndərməmişdir. Yuxarıda göstərilən xüsusatlardan çıxış edərək İddiaçı tələb olunan sosial sığorta stajı və pensiya kapitalı olmadığı üçün əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan başqa, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 25.12.2019-cu il tarixli qərarı ilə İİ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixdən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) iki şərtə uyğun gəlməsi tələb olunur: 1) 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Tələb olunan stajın hesablanması: İddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, ona İİ dərəcə əlillik 25.12.2019-cu il tarixdə təyin olunmuşdur. İddiaçıya əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan staj: (60-15)*4/12=15 il. Tələb olunan sığorta kapitalının hesablanması: (15*12)*144:192=135, 135*200=27.000. İddiaçının iddia etdiyi ümumi iş stajı 21 il 7 ay təşkil edir. (1998-2006-ci illər əmək kitabçasında qeyd edilmədiyindən cavabdeh tərəfindən sosial sığorta stajına daxil edilməmişdir.) İddiaçının iddia etdiyi ümumi iş stajı illərinin sığorta kapitalına çevrilməsi: Bunun üçün, iddiaçının 2006-cı il yanvarın 1- dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanmalıdır. (21 il tam iş stajı x 306 manat) + (306 manat ; 12 ay x 7 ay) = 6604.5 manat. 1 iyul 2017-ci il tarixdən etibarən Qanuna edilmiş dəyişikliklərə əsasən, Qanunun 29.1-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. İddiaçının 01.01.2006-cı il tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6604.5 manat pensiya kapitalının pensiya hüququ yaranan tarixə (25 dekabr 2019-cu il tarixə) indeksləşdirilmiş məbləği 15.594 manat təşkil edir. Göründüyü kimi, iddiaçının iddia etdiyi illər sosial sığorta stajına əlavə edildiyi təqdirdə, əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı tələbi ödənsə də, fərdi hesabın sığorta hissəsində tələb olunan sığorta kapitalı tələbi ödənmir. Belə ki, əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 27.000 manat pensiya sığorta kapitalına qarşı iddiaçının iddia etdiyi illər əlavə edildiyi təqdirdə, fərdi hesabının sığorta hissəsində 15.594 manat pensiya kapitalı yaranmış olacaq. Göründüyü kimi, hətta iddiaçının iddiası təmin edilsə belə, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsində İİ qrup əlillərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan ikinci şərt ödənmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2021 saylı 10 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2021 saylı 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən işin əsas halları nəzərə alınmamışdır. Cavabdehin etirazında onun iş stajının cəmi 13 il 7 ay 4 gün olması, bu staja görə hesablanmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi qeyd edilmişdir. Cavabdeh onun 2006-cı ilədək işlədiyi günləri hesablamış, bu zaman onun hərbi xidmət və taksi fəaliyyəti ilə məşğul olduğu dövr nəzərə alınmamışdır. Məhkəmə onun ümumiyyətlə hərbi xidmətdə olduğu dövrü öz qərarında göstərməmiş, onun taksi fəaliyyəti ilə məşğul olması ilə əlaqədar məhkəməyə heç bir sübutun təqdim edilməməsini göstərmişdir. O, taksi fəaliyyəti ilə məşğul olmasına icazə verilməsi barədə səhadətnaməni məhkəməyə təqdim etmişdir. Həmin şəhadətnamənin məhkəmə sorğularına əsasən arxivdə tapılmaması onun təqsiri deyildir. Onun əmək kitabçasına əsasən sığorta stajının13 il 7 ay 4 gün təşkil etməsi, 2 il müddətinə hərbi xidmətdə olması, 1998-ci ilin yanvar ayından hüquqi şəxs yaratmadan sahiblkarlıq fəaliyyəti ilə məşğul olması artıq ona əlilliyə görə pensiya almaq hüququ verir. O, 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1987-ci ildə həmin institutu bitirmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi (oğlu) X5 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında iddiaçının təhsil aldığı illərin əmək kitabçasındakı qeydlər olan dövrlə üst-üstə düşdüyünü, onun taksi fəaliyyəti ilə məşğul olmasına baxmayaraq sosial sığorta haqlarının ödənilməməsini, bu səbəbdən də kapitalının qeydə alınmamısını bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Mərkəzi Təyinat İdarəsinə qarşı tələbi “ona 09.12.2019-cu il tarixdən əlilliyə görə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Bununla bağlı iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçünı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun sığorta stajının və pensiya kapitalının kifayət qədər olmaması səbəbindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Həmin imtina məktubu ilə razılaşmayan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş və işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə onun tələbinin təmin edilməsindən imtina edərkən ona istinad etmişdir ki, dəfələrlə tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən 1998-ci ilin yanvar ayından 2006-cı ilə qədər olan dövrdə fəaliyyətini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən iddianın rədd olunması ilə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. İddiaçıya 25.12.2019-cu il tarixdən ikinci qrup əlillik təyin edilmişdir. Ona İİ qrup əlil kimi pensiya təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur – 1) tələb olunan sığorta stajı mövcud olmalıdır və 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu şərtlərdən hər hansı birinin olmaması, əlilliyə görə pensiya təyin olunmasını istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin olunması üçün bu şərtlərin mövcudluğu ardıcıl araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən «əmək qabiliyyətli yaş dövrü» ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü ehtiva edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsində isə on beş yaşına çatmış hər bir şəxsin işçi kimi əmək müqaviləsinin tərəfi ola biləcəyi nəzərdə tutulmuşdur. Birinci şərtlə bağlı olaraq cavabdehin bildirdiyi kimi, iddiaçının 15 il sığorta stajı (əlillik dərəcəsi verilərkən tamam olan 60 yaş - əmək qabiliyyətli yaş dövrü 15 yaş = 60- 15*4/12=15 il) mövcud olmalıdır. Lakin iş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün o, 09.12.2019-cu il tarixədək 15 il sosial sığorta stajına malik deyildir. Belə ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən kolxozçu kimi 1 (bir) ilik əmək stajı (kolxozçunun əmək kitabçası 01.09.1977), 13.01.1981-ci il tarixdən 03.03.1981-ci il tarixə qədər, 03.03.1981-ci il tarixdən 20.11.1981-ci ilədək, 01.12.1981-ci il tarixdən 01.01.1982ci il tarixə qədər, 01.01.1982-ci il tarixdən 26.08.1985-ci il tarixədək, 09.10.1985-ci il tarixdən 08.01.1990-cı il tarixə qədər, 10.03.1993-cü il tarixdən 15.12.1994-cü il tarixə qədər işlədiyi dövrlər də nəzərə alınmaqla 11 il 7 ay 6 gün, 18 noyabr 1978-ci ildən 26.11.1980-ci ilə qədər hərbi xidmətdə olduğu 2 il 8 gün nəzərə alınmaqla, cəmi 13 il 7 ay 14 gün stajı vardır. İddiaçının 1982-ci ildən 1987-ci ilə kimi ali təhsil aldığı müddət isə həmin dövr əmək kitabçasına əsasən işlədiyi dövrlə üst-üstə düşdüyü üçün nəzərə alınmır. İddiaçının “1998-ci ilin yanvar ayından sahibkarlıq fəaliyyəti (taksi sürücüsü kimi) ilə məşğul olmasına və 2006-cı ildən 2019-cu il tarixə qədər fərdi sahibkar kimi fəaliyyət göstərməsi ilə əlaqədar həmin dövrlərin onun stajına daxil edilməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu iş stajını və işlədiyi dövrdə əmək haqqından sosial tutulmaların aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, təqdim etdiyi “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa dair patent” sənədi isə onun həmin dövrlərdə əmək fəaliyyətini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmçinin Bakı şəhəri Vergilər Departamenti 3 saylı filialı tərəfindən iddiaçıya verilmiş 12.04.2006-cı il tarixli vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə də ona ********** VÖEN-nin verildiyini təsdiq edir, bu fakt isə həmin dövrdə VÖEN-nin aktiv olub, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını, sosial sığorta haqqlarını Fonda ödəməsini təsdiqləmir və sonuncu hal iş materialları, o cümlədən cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi “Fərdi şəxsi hesab haqqında” məlumat sənədi ilə təkzib olunur. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiqi baxımından qiymətləndirildikdə iddiaçının əlilliyə görə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanunun 12.1-ci maddəsində tələb olunan 15 il sığorta stajına qarşı 13 il 7 ay 14 gün stajının olduğu müəyyən olunur. Digər tərəfdən, “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Hazırki işdə iddiaçının 1994-cü ilə qədər əmək fəaliyyətinin olduğunu nəzərə alaraq Kollegiya qeyd edir ki, onun fərdi hesabında 2006-cı il yanvar ayının 1-dən sonra pensiya kapitalı mövcud olmadığından və iş stajı 2006-cı ilə qədər olduğundan iddiaçının pensiya kapitalı Qanunun 27.1-ci maddəsinə əsasən hesablanır. Hazırki işdə iddiaçıya əlilliyə görə əmək pensiyanın təyin olunması üçün 27.000 manat ((15 x 12) x 144 : 192 = 135; 135 x 200 = 27000 manat) pensiya kapitalı tələb olunduğu halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 6604.5 manat (iddiaçının istinad etdiyi 21 il 7 ay iş stajı götürülsə belə, (21 il tam iş stajı x 306 manat) + (306 manat : 12 ay x 7 ay) = 6604 manat) pensiya kapitalının pensiya hüququ yaranan tarixə (25.12.2019-cu il tarixə) indeksləşdirilmiş məbləği 15.594 manat təşkil edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona əlilliyə görə pensiya təyin olunması üçün tələb olunan iş stajı və pensiya kapitalı kifayət qədər olmadığına görə birinci instansiya məhkəməsi ona əlilliyə görə əmək pensiyasının təyin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də qəbul edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin iddianın rədd olunması barədə qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1401/2021 saylı 10 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-1570/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1570/2021
07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver