Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1571/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mayılov Ülvi Arif oğlu (sədrlik edən), Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı «vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın qismən ləğv edilməsi, səyyar vergi yoxlamasının (növbədənkənar) keçirilməsi haqqında qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə cavabdehin «icraatın dayandırılması» barədə vəsatəti ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə (prosessual müddətlə bağlı) Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinəmüraciət edərək,cavabdehinzibatiorqanınxx xxxx 2020-ci il tarixli **********198351 saylı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərarının İddiaçı MMC-nin 10% dərəcə ilə 1.860.199,0 manat ÖMV hesablanmış və azaldılmaya görə VM-nin 58.1-ci maddəsinə əsasən 50% həcmində 930 100,00 manat maliyyə sanksyası tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşmateriallarındangörünürki, sonradaniddiaçıtərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin artırılaraq ilkin tələblə yanaşı cavabdehin «Səyyar vergi yoxlamasının (növbədənkənar) keçirilməsi haqqında» xx xxxx 2020-ci il tarixli **********138038 nömrəli qərarın da ləğv olunması xahiş etmişvəməhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin artırılması) qəbul olunmuşdur. İş materiallarından həmçinin görünür ki, cavabdeh tərəf birinci instansiya məhkəməsinə «icraatın dayandırılması barədə» vəsatət təqdim etmiş və vəsatətdə bildirilmişdir ki, İddiaçı MMC cavabdeh AR İN yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərarın qismən ləğv edilməsi tələbi üzrə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir və iş hazırda məhkəmənin icraatındadır. Belə ki, vergi orqanının xx xxxxxxx 2018-ci il tarixli **********165021 nömrəli qərarı əsasında vergilər və digər məcburi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə vergi ödəyicisinin fəaliyyətində növbəti səyyar vergi yoxlaması keçirilmiş, həmin yoxlamanın nəticəsi xx.xx.2020-ci il tarixli **********166303 nömrəli aktla rəsmiləşdirilmiş və nəticədə «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx xxxx 2020-ci il tarixli **********198351 nömrəli qərar qəbul edilmişdir. Bundan başqa, vergi orqanının xx xxxx 2020-ci il tarixli **********138038 nömrəli qərarı ilə vergi ödəyicisinin fəaliyyətində Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə əsasən vergilər və digər məcburi ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçının mübahisələndirdiyi vergi dövrü vergi orqanının xx xxxx 2020-ci il tarixli **********138038 nömrəli qərarı ilə yenidən səyyar vergi yoxlaması ilə yoxlanıldığını nəzərə alaraq hesab olunur ki, məhkəmə mübahisə ilə bağlı iş üzrə icraatı dayandırmalıdır. Göstərilənlərə və İPM-in 7.1-ci maddəsinə əsaslanaraq, hazırkı iş üzrə icraatın dayandırılması məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin «icraatın dayandırılması» barədə vəsatətinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi xx.xx.2020-ci il tarixdə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)-5384/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, vəsastətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən, apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X4 tərəflərindən verilmiş apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin məhkəmə tərəfindən mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X5 cavabdehin verdiyi apellyasiya şikayətinə qarşı «Etiraz»ı məhkəməyə təqdim etmiş və həmin «Etiraz»a uyğun izahat verərək bildirmişdir ki, iş üzrə icraatın dayandırılması barədə vəsatətin rədd edilməsi barədə qərardaddan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə (İPM) əsasən ümumiyyətlə apellyasiya şikayəti verilə bilməz və Azərbaycan Respublikası İPM-nin 83.4-cü maddəsinə əsasən «Bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər». Ona görə də nümayəndə cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-5384/2020 saylı qərarından verilmiş apellyasiya şikayətini mümkünsüz hesab edərək baxılmamış saxlayanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və şikayətin dəlilləri üzrə işin hallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 258.1-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 258.2-ci maddəsinə görə, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 395.1.2-ci maddəsinə görə isə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəməsinin qərardadından, həmin qərardad işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Həmin Məcəllənin 395.2-ci maddəsi ilə müəyyən olunmşdur ki, birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maəəddəsinə görə, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Həmin Məcəllənin 83.4-cü maddəsinə görə isə, bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Beləliklə də, işin qeyd olunan hallarını və prosessual qanunvericiliyin sözügedən tələblərini nəzərə alan məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən ayrıca mübahisələndirilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamış qərardaddan verilmiş şikayət mümkün sayılmamalı və şikayətçiyə birinci instansiya məhkəməsinin «icraatın dayandırılması» barədə vəsatətin təmin olunmaması barədə 2- 1(112)-5384/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından məhkəmənin iş üzrə yekun qərarı ilə birlikdə şikayət verməklə mübahisələndirmək hüquqları izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 83, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin «icraatın dayandırılması» barədə vəsatəti ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5384/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ülvi Mayılov Hakimlər Mirzə Tağızadə Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1571/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1571/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver