Məhkəmə qərarları › İş №2-1(103)-1571/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1571/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1571/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1354/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 20.07.2020-ci il tarixli imtinasanın qeyri-qanuni hesab edilərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı rəsmi əmək fəaliyyətinə 1983-cü ildən başlamış, 01.11.2006-ci il tarixdən 18.07.2014-cü il tarixinədək yeraltı, xüsusi zərərli iş şəraitində, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Yol xidmətində yoi fəhləsi peşəsində, 18.07.2014-cü il tarixdən isə hazıradək həmin QSC-nin Yol xidmətində yol montyoru peşəsində işləyir. Xüsusi zərərli iş şəraitində uzun müddət işləyərək müvafiq iş stajına malik olduğundan ona güzəştli şənlərlə əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərlə cavabdeh Dövlət Sosial Miidafıə Fondunun Xüsusi» Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, İdarənin 22.06.2020-ci il tarixli cavabı ilə sənədlərin tam şəkildə təqdim olunmadığına əsassız olaraq istinad edərək müraciətinin təmin olunmasından imtina edilmişdir. Sənədlərin tam şəkildə tərəfindən təqdim olunmasına baxmayaraq müraciətindən imtina edildiyindən həmin tələblə cavabdehə təkrarən müraciət etmiş, cavabdeh idarənin 20.07.2020-ci il tarixli cavabı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyinə, xüsusilə zərərli iş şəraitlərində işlədiyi yol fəhləsi və yol montyoru peşələrinin Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyası”na daxil edilmədiyinə istinad edərək buna iddiaçının hüququnun olmasına baxmayaraq ona güzəştli şərflərlə pensiya təyin edilməsindən növbəti dəfə imtina olunmuşdur. Tələb olunan əmək stajına malik olmağı cavabdehə təqdim etdiyi əmək kitabçasında, xüsusi zərərli iş şəraitində, tələb olunan (12 il 06 ay) müddətdəndə artıq, 13 il 08 ay iddiaçının işləməyi haqqında "xxxx" QSC-nin 15.05.2020-ci il tarixli arayışı ilə təsdiq olunmasına, işlədiyi peşələrin Nazirlər Kabinetinin Qərarında əksini tapdığına xüsusilə zərərli əmək şəraiti üzrə güzəştli şərtlərlə təyin olunacaq əmək pensiyalarına görə pensiya kapitalına da güzəştlərin tətbiq edilməsinə baxmayaraq cavabdehin iddiaçının müraciətindən imtina etməsi qeyri-qanunidir. İddiaçıya “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajına malik olmağı cavabdehə təqdim edilmiş əmək kitabçası və “Bakı Metropoliteni" QSC-nin 15 05.2020-ci il tarixli arayışı ilə tam təsdiq olunur. Cavabdeh İdarənin 20.07.2020-ci il tarixli, **********4 saylı imtinası Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarının tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli, 12 saylı qərarının 21.5-ci bəndinə əsasən metropolitenlərdə - “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr, metropoliten müəssisələrinin briqadirləri, dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər, bütün adlarda ustalar (böyük ustalar və ustaların köməkçiləri) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısına daxil edilmişlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbnin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 20.07.2020-ci il tarixli imtisanı qeyri-qanuni hesab edərək, iddiaçının 60 yaşı tamam olduğu vaxtdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1354/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1354/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, əlavə olaraq fərdi hesabımın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməməlidir. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)- 1354/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1354/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin materiallarında olan: - iddiaçıya məxsus AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1960-cı il təvəllüdlüdür. - НЗ № ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı noyabr 26.10.1979-cu il tarixdən 04 dekabr 1981-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı əmək fəaliyyətinə 14.04.1983-cü il tarixdə başlamış, 01.07.1983-cü il tarixdən 27.03.1993-cü ildə Mərkəzi Xüsusi Rabitə İdarəsi Mərkəzi Xüsusi Rabitə və Mühafizə İdarəsi adlandırılmışdır. 02.01.1997-ci il tarixdə Vİİ dərəcəli feldyeger vəzifəsinə keçirilmişdir. 09.01.1998-ci ildə sürücü feldyeger vəzifəsinə keçirilmişdir. 11.03.1999-cu ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. 01.11.2006-cı il tarixdə 2 saylı yol hissəsi, 9-cu bölməyə 3-cü dərəcəli yol fəhləsi işinə qəbul edilmişdir. 17.01.2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin 289 saylı Sərəncamına əsasən BMP və “Az TMT” Scnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC quraşdırılmışdır. 23.07.2014-cü il tarixdə "xxxx" QSC-nin yol xidmətinin 2 saylı Yol hissəsinə 4-cü dərəcə ilə yol montyoru peşəsinə işə qəbul edilmişdir, hal-hazırda işləyir. - cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 saylı, 20.07.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək pensiyası təyin olunması barədə ərizəsinə baxılmış, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9 1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə Kişilər (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəıi orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına maiik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olduğu, "Əmək pensiyaları haqqında" Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsinin əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlot sosial sığorta naqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olduğu, İdarəyə təqdim edilən 3 may 1983-cü il tarixli iddiaçının l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan Bakı Metropoliteninin Yol xidmətində 01.11.2006- 18.07.2014-cü ii tarixləri arasındakı dövr ərzindən işlədiyi yol fəhləsi peşəsi və 18.07.2014cü il tarixdən bu günədək işlədiyi yol montyoru peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) nəzərdə tutulmadığı, eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdi. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 35802,57 manat təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkün olmadığı bildirilmişdir. - Azərbaycan Respubliksı "xxxx" QSC-nin A/128 saylı, 15 may 2020-ci il tarixi arayışdan görünür ki, İddiaçı həqiqətən 01.11.2006-cı ildən 18.07.2014-cü ilədək Bakı Metropoliteninin Yol xidmətində yol fəhləsi (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində - 24% zərərli iş şəraiti, iş saatı 23-30-05-30 dəkdir) peşəsində çalışmışdır. 18.07.2014-cü ildən “Bakı Metropoliteni" QSC-nin Yol xidmətində yol montyoru (iş yalnız gecə tuneldə xüsusi zərərli iş şəraitində - 24% zərərli iş şəraiti, iş saatı 23-30 - 05-30dəkdir) peşəsində işləyir. - Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq ünvanlanmış 40N-10/3-1029 saylı 05 oktyabr 2020-ci il tarixli məktubunda Bakı Metropoliteninin Yol xidmətinin işçisi İddiaçı Çümşüd oğluna zərərli əmək şəraitində işləməsi ilə bağlı 15.05.2020-ci il tarixli A/128 saylı arayış verildiyi, həmin arayışın doğruluğunu təsdiq edərək, İddiaçı xüsusilə zərərli əmək şəraitində işlədiyi peşə üzrə iş stajının 13 il 11 ay 02 gün (on üç il on bir ay iki gün) (02.10.2020-ci il tarixinə) təşkil etdiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5-ci - metropolitenlər maddəsi ilə tənzimləndiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 9.1, 31.1-ci maddələrini, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndini, Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»-nı tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanun qüvvəyə mindiyi zaman iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olmadığından iddiaçı barədində hazırda qüvvədə olan qanunun normaları tətbiq olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli qanunun 1.16-cı maddəsinə əsasən 9.1-ci maddədə “ 57” rəqəmləri “ 60” rəqəmləri ilə, “ 52” rəqəmləri “ 55” rəqəmləri ilə əvəz edilsin və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən yaş həddinə çatdığı zaman pensiyanın təyin olunması üçün O, azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmalı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli idi. Apellyasiya baxışı zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş fərdi hesabın sığorta hissəsində qeyd alınan pensiya kapitalı haqqında arayışa əsasən iddiaçının 2006-cı ilədən olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13.078,96 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 25.831,02 manat olmaqla cəmi pensiya kapitalı 38.909,98 manat təşkil edir. İddiaçının 60 yaşının tamam olduğu 11.05.2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39.600,00 manat məbləğində hesablanmışdır. Hazırki halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, habelə iddiaçının "xxxx" QSC-də işlədiyi fəhlə peşələri (yol fəhləsi, yol montyoru) Azərbaycan Republikasının Nazirlər Kabineti 23 yanvar 2007-ci il tarixli, 23 saylı qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməməsi qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2-1(112)-1354/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar