Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1571/2024 19.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2, X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi”” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçı barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli **********30000 №-li məsuliyyətə cəlb edilmə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı faktiki olaraq ərzaq və gündəlik təlabat mallarının satışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Axırıncı dəfə xx.xx.2022-ci il tarixində müəssisədə sonuncu operativ vergi nəzarəti qaydasında yoxlama aparılmışdır. Operativ vergi nəzarəti təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və ergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Nəzarət zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2022-ci il tarixli № **********130000 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır, bu qərarla fiziki şəxs İddiaçı 131.051,16 AZN məbləğində vergi borcu hesablanmışdır. Əslində mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiytləndirilməmişdir. Fiziki şəxs İddiaçı əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları perativ vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, eyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Həmin qərardan xx.xx.2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ikayət verilmiş, lakin 22 noyabr 2022-ci il № **********220500 saylı qərarla inzibati şikayət təmin edilməmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Operativ vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin ozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın xx.xx.2022-ci il tarixli məsuliyyət qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Vergi qanunvericiliyin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması vergi ödəyicisinə izah olunmamışdır. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinə əsasən yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə saslandırılmalıdır. Əsaslandırılma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlat, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. Bu fakt vergi orqanı tərəfindən onun üzərinə qoyulmuş vəzifənin tələblərinə əməl olunmadığını təsdiq edir. Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə görə vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifəsidir. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı operativ vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv dilməsi üçün əsasdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Gəlirlərin və xərclərin uçotunu üquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Göründüyü kimi vergi qanunvericiliyinə görə vergi ödəyicisinin gəlir və xərclərinə dair məbləğlər müvafiq qaydada sənədləşdirildikdən onra həm mühasibatlıq, həm də vergi uçotunda əks oluna bilər. Ciddi hesabat bankları, müqavilələr, təhvil-təslim aktları və digər maliyyə sənədləri ilə təsdiq olunan gəlir və xərc məbləğləri vergi qanunvericiliyi tərəfindən qəbul olunur. Mühasibat uçotu elektron formatda aparılmayan vergi ödəyicisindən götürülən elektron məlumat – adi excell cədvəl əsasında gəlirin müəyyən edilməsinin heç bir əsası yoxdur. Çünki gəlirə dair elektron məlumatlar yalnız vergi ödəyicisinin elektron mühasibatlıq proqramından ötürüldüyü halda, əsaslı mənbə kimi istifadə oluna bilər. Bu halda da həmin elektron məlumat digər sənədlər ilə təsdiq olunmalıdır. Əks halda bu məlumat proqram təminatının texniki xətası kimi qəbul olunur. Vergi orqanının gəlir və xərcə birtərəfli yanaşması əsaslı hesab olunarsa, yenə də həmin məlumat qanuni hesab olunaraq, istifadə oluna bilməz. Çünki Vergi Məcəlləsinin 43.2.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi yoxlaması zamanı nümunə kimi götürülən əşyalar xüsusiyyətindən asılı olaraq qablaşdırılır, zəruri hallarda isə yoxlayıcı tərəfindən möhürlənir. Həmin Məcəllənin 43.6-cı maddəsinə örə sənədlərin və nümunə kimi əşyaların götürülməsi sənədləri və əşyaları götürülən şəxslərin və (və ya) onların nümayəndələrinin, habelə müşahidəçilərinin iştiraki ilə həyata keçirilir. Zəruri hallarda sənədlərin və nümunə kimi əşyaların götürülməsində iştirak etmək üçün mütəxxəssis dəvət oluna bilər. Bu maddələrin tələbi və vergi ödəyicisinin mənafenin qorunması qaydada qablaşdırılması və möhürlənməlidir. Əks halda, həmin məlumatın həqiqliyi sual doğurur. Hətta həmin müəssisədə əvvəlki dövrlərdə aparılmış vergi yoxlamaları zamanı qat-qat aşağı məbləğlərdə vergi hesablamasının olması müəyyən edilmişdir, vergilərin azadılması faktları mövcud olmamışdır. Bunlar hamısı fiziki şəxs X4 qarşı qeyri-obyektiv mövqeni nümayiş etdirir. Eyni zamanda vergi ödəyicisinin vergi orqanına qarşı etimadının itməsinə səbəb olur. Keçirilmiş operativ vergi yoxlaması zamanı müəssisənin iqtisadi fəaliyyəti vergi orqanı tərəfindən əsassız olaraq məhdudlaşdırılmışdır. Belə ki, müəssisə barədə heç bir riskli vergi ödəyicisi olması barədə qərar olmamasına baxmayaraq fiziki şəxs elektron sisteminə qanunsuz müdaxilələr olunmuş, fiziki şəxsin komputer sistemindən flaş kart Excel formada qara mühasibatlıq məlumatları ilə həqiqətə uyğun olmayan vergilər hesablanmışdır. Belə ki, vergi orqanının mövqeyinə əsasən fərdi sahibkara məxsus 1 (bir) ədəd yaddaş qurğusunda (flaşkart, 32 GB) olan məlumatların və 2021-2022-ci illər üzrə satış dövriyyəsi barədə cədvəl şəklində məlumatın götürülməsi həyata keçirilmişdir. Təbii ki, bu fiziki şəxsin z öhdəliklərini yerinə yetirilməsinə, qarşı müəssisələrlə elektron sənəd mübadiləsi aparmaq imkanlarını məhdudlaşdırmışdır. Halbuki fiziki şəxs İddiaçı öz qanuni fəaliyyət dövründə vergi orqanında qeydiyyatdann keçirdiyi təsərrüfat subyektlərində kassa aparatları vasitəsi ilə pərakəndə şəkidə alıcılara təqdim etmişdir. Bunları təstiq edən bütün mühasibat sənədləri, kassa aparatından ZET çıxarışlar vergi orqanına təqdim edilmişdir ki, buradan vergi tutma obyektində, yəni fiziki şəxsin dövriyyəsində heç bir kənarlaşma, mal qalığının mövcudluğu müəyyən edilməmişdir. Vergi orqanı isə qərəzli olaraq həmin fiziki şəxsin təqdim etdiyi mallara görə elektron qaimənin təqdim edilməməsi əsası ilə ergi məbləği hesablamışdır. Bu isə birbaşa olaraq fiziki şəxsin sərbəst iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki fiziki şəxsin fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Bu isə vergi orqanının formal olaraq əsassız və amansız sanksiyasını istisna edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Vergilərin, sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********30000 nömrəli qərarı ləğv edilmişdir. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, etirazda da məhkəməyə təqdim edilmiş cədvəllərdən müəyyən olunur ki, mallar ştrix kodlar üzrə çeşidlənmiş və müvafiq hesablamalar məhz həmin mallara, dövriyyəyə və iddiaçının özünün də qəbul etdiyi cədvəllərə uyğun aparılmışdır. Məhkəmə iddiaçının maraqlarından çıxış edərək, ƏDV-dən azad olunan malların hesablama da əks olunmamasını göstərirsə, sual yaranır ki, məhkəmə buna hansı qənaət əsas götürülərək gəlmişdir, həmin ştrix kodların hansıları ƏDV- dən azad olunan məhsullardır və ya ƏDV-dən azad olunan məhsulların dəyəri ümumi qərarla hesablanan məbləğin hansı hissəsini təşkil edir. Görüldüyü kimi, məhkəmə öz qərarında bu məqamlara toxunmulmadan istinad etmişdir. Vergi Məcəlləsində “qara mühasibatlıq” anlayışı yoxdur. Həmçinin, hazırkı məqamda da həmin elektron fayllarda əldə olunmuş cədvəllərin (iddiaçı öz əl yazması ilə həmin dövriyyənin ona aid olmasını bildirir) “qara mühasibatlıq” sənədləri kimi nəzərə alınması əsassızdır. Belə ki, istər məhkəmə prosesində də, istərsə də operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı həmin cədvəllərin ona aid olduğunu bildirdiyi halda, məhkəmə əsassız olaraq, həmin sübutları mötəbər sübut kimi qəbul etmir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə həvalə edilmişdir. Həmçinin, eyni məcəllənin 16.1.3-1-ci maddəsinə əsasən, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Məhz göstərilən vəzifələr vergi ödəyicisi tərəfindən yerinə yetirilmədiyindən və ya lazımınca yerinə yetirilmədiyindən, vergi orqanı vəzifəsinə uyğun olaraq, operativ vergi nəzarəti tədbiri həyata keçirmiş və müvafiq dövriyyəyə uyğun olaraq, ƏDV-i məbləği hesablamışdır. Bunlara baxmayaraq, məhkəmə həmin mötəbər sübutları əsassız olaraq, ilkin sənədlər olmadığını bildirmiş və “qara mühasibatlıq” sənədlərinə aid etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməməsi barədə məhkəmənin gəldiyi qənaət başa düşülən deyildir. Belə ki, operativ vergi nəzarəti zamanı yuxarıda qeyd edilən məlumatların əldə olunması tələbinə, nə Vergi Məcəlləsində, nə operativ vergi nəzarəti qaydalarında nədə ki, praktikada rast gəlinir. Həmçinin, mənbəyi bəlli olan məlumatların mövcud olduğu və bu məlumatların aidliyi iddiaçı tərəfindən təsdiq olunduğu halda, məhkəmənin haqsız və qanunsuz olaraq gəlidiyi nəticə VM-nin tələblərinə ziddir. Məhkəmə qeyd edir ki, qərarın qəbul edilməsində ekspert rəyi mötəbər sübut edilmişdir. Bu hissə ilə bağlı qeyd edilmişdir ki, həmin ekspert rəyinin əsassız və qanunsuz olduğu ilə bağlı xx.xx.2023-cü il tarixli **********302800 nömrəli “Mülahizə” təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmənin müvafiq qərarında hüquqi qiymət verilməmişdir. Bu isə məhkəmə qərarının özünü və ədalətliliyini şübhə altına alır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vvergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2.eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır İş materiallarından görünür ki, cavabdeh tərəfindən 23 sentyabr 2022-ci il tarixli **********130000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 131051,16 manat əlavə dəyər vergisi hesablanmışdır. İşin faktiki hallarından məlum olur ki, həmin əlavə dəyər vergisi vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən müəyyən edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən həmin elektron yaddaş qurğusunda olan məlumatlara əsasən əldə edilmiş bütün dövriyyə ƏDV-yə 18%-lə cəlb olunmaqla, ƏDVdən azadolmalar çıxılmadan vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh vergilərin hesablanması zamanı qanunvericilik aktlarına uyğun tərtib edilmiş, vergi ödəyicisinin vergitutma məqsədləri üçün gəlir və xərclərini təsdiq edən ilkin uçot sənədlərindən istifadə etməli olduğu halda, mənbəyi bəlli olmayan və mötəbərliyi şübhə doğuran elektron daşıyıcı məlumatlarından (“qara mühasibatlıq” sənədlərindən) istifadə etmişdir. Kollegiya bildirir ki, qanunvericiliyin tələbinə görə, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Lakin vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “....hazırkı iş üzrə “qara mühasibatlıq” sənədləri əsasında hər hansı hesablamanın müəyyən edilməsi imkan xaricindədir. Belə ki, “qara mühasibatlıq” sənədlərinin təqdim edilməli olması ilə yanaşı, həmin “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı; ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara stənilən formada dəyişiklik edilibedilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin.” Eyni zamanda qeyd edilməlidir ki, “qara mühasibatlıq” sənədlərində olan yazılışların bilavasitə vergi ödəyicisi üzrə aparılmış əməliyyatlara (alış, satış, borc və ya digər) aid olub-olmaması, “qara mühasibatlıq” adlanan sənədlərdə olan yazılışları icra edən şəxs, yazılışların hansı dövrə aid olması, alqı-satqı və digər əməliyyatların predmeti olan malın və ya xidmətin (işin) adı; ölçü vahidi, miqdarı, göstərilən rəqəmlər pul vəsaitini ifadə edirsə, həmin vəsaitin faktiki olaraq daxil olub-olmaması, fayllardakı məlumatlara istənilən formada dəyişiklik edilib-edilməməsi imkanı və s. müəyyən olunmalıdır ki, həmin sənədlər hesablama üçün əsas təşkil edə bilsin. Oxşar işlər üzrə Ali Məhkəmənin mövqeyini əsas götürən Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyyətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Əlavə olaraq Kollegiya qeyd edir ki, iş materiallarında olan 09 iyun 2023-cü il tarixli 9/2888 N°-li ekspert rəyində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən 23 sentyabr 2022-ci il tarixli **********130000 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla vergi ödəyicisinə əlavə olaraq hesablanmış 131051,16 manat əlavə dəyər vergisi hər hansı bir sənəd əsasında deyil, yalnız vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən müəyyən edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən həmin elektron yaddaş qurğusunda olan məlumatlara əsasən əldə edilmiş bütün dövriyyə ƏDV-yə 18%-lə cəlb olunmaqla, ƏDVdən azadolmalar çıxılmadan vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, vergi ödəyicisinin fəaliyyəti faktiki olaraq ərzaq və gündəlik təlabat mallarının satışı olmuşdur ki, həmin məhsulların içində ƏDV-dən azad olan məhsulların da (un məmulatları, kənd təsərrüfatı məhsulları və s.) satışı öz əksini tapmışdır. Lakin, yuxarıda qeyd edildiyi kimi, vergi orqanı tərəfindən elektron yaddaş qurğusunda olan məlumatlar da nəzərə alınaraq vergilər hesablanarkən, həmin dövriyyədən azadolmaların nəzərə alınması müəyyən olunmur. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Cavabdehin apelyasiya şikayətinin dəlillərini formal mülahizələrdən ibarət hesab edən Kollegiya bildirir ki, apelyasiya şikayətində məhkəmə qərarının ləğv edilməsinə əsas olacaq hər hansı mötəbər dəlil qeyd edilməmiş, eyni zamanda cavabdeh tərəfindən qəbul edilən və iddiaçının mübahisələndirdiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilə bilinməmişdir. AR İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4532/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1571/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1571/2024
19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver