Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1572/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı və üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı üçüncü şəxs: (Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı) “borcun silinməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4699/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə 500 manat borc pulun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra, məhkəmənin - xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının vəsatətinə əsasən cavabdeh, əsl cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi ilə əvəz edilmiş, bundan da sonra xx.xx.2021-ci il tarixli qərardadla Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddianın əsaslarına cavabdeh tərəfindən hesablanmış görə 500 manat məbləğində vergi borcu 5.848,46 manat borcun tərkib hissəsidir. Həmin borcun bir hissəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı əsasında silinmiş, 500 manat hissəsi isə qalıq borc kimi saxlanılmışdır. Sonradan isə iddiaçı iddia tələbinə dəqiqləşdirərək, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə 500 manat məbləğində hesablanmış sosial sığorta və işsizlidən sığorta haqqlarının şəxsi hesab vərəqəsindən silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc vergi borcu deyil, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcdur, hazırkı məbləğlə hər hansı əlaqəsi mövcud deyildir. İddia ərizəsində istinad olunan qərardadla ddiaçının qeyd etdiyi vergi borcunun silinməsi qərara alınmamış, qanunvericiliyə uyğun olaraq vergi borcunun məhkəmə qaydasında alınması qeyri-mümkün hesab edildiyindən (siyahıya alınmış əmlakın hərracda satılması istisna olmaqla) iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan 500 manat borca münasibətdə isə xx.xx.2020-ci il tarixli bildirişdən göründüyü kimi, məcburi dövlət sosial sığorta üzrə hesablanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4699/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə hesablanmış 500 manat məbləğində sosial sığorta və işsizlidən sığorta haqqlarının İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, “...Məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu edilmiş , həmin sorğuya cavabında “X1 Sistemi”nin (Hesabat) altsisteminin “Borclara baxış” bölümündə İddiaçı DSMF-yə 0700 fəaliyyət növünün kodu üzrə məcburi dövlət sosial sığorta haqqına görə 500 manat borcu vardır” bildirilmişdir.Göründüyü kimi, aidiyyəti qürum borcun mövcudluğunu qeyd etsə də, sırf texniki səbəblərdən borcun yaranması ilə əlaqədar məlumat verə bilmədiyindən məhkəmə iddianı təmin edərkən bu əsasa istinad etmişdir. Baxmayaraq ki, məhkəmə öz mövqeyini sorğuya cavabla əsaslandırmışdır, hər bir halda həmin sorğuda proqram təminatından irəli gələn məsələ ilə əlaqədar borcun yaranması barədə məlumat verilmədiyi qeyd edilmişdir. Bu halda, məhkəmə işin obyektiv araşdırılması, əlavə sübutların təqdim edilməsi ilə bağlı qanunvericiliyin imkan verdiyi hədlər çərçivəsində öz hüquqlarından istifadə etməli idi...” Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Z.Orucov cavabdehin apellyasiya şikayətini müdafiə etdiyini bildirərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı DSMF-yə borcu olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclası barədə lazımi qaydada məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onlun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibatiProsessual Məcəlləsinin (“İPM”) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İşin hallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona hesablanmış və cavabdeh tərəfindən ödənilməsi tələb olunan 500 manat məbləğində sosial sığorta və işsizlidən sığorta haqqlarının şəxsi hesab vərəqəsindən silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qərarında iddianı təmin edərkən qeyd etmişdir ki, “...vergi orqanı borc ilə bağlı araşdırma aparmadan, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan “X1 Sistemi”nin “Boclara baxış” bölümündə göstərilmiş məlumatı mötəbər sübut kimi qəbul etməklə borcu əsas götürmüşdür... Hazırkı vəziyyətdə inzibati prosessual qanunvericiliyin tələbləri əsasında 500 manat borcun yaranması ilə bağlı halları sübut etmək vəzifəsi iddiaçının yox, cavabdehin öhdəliyindədir... Borcun əsasında dayanan hal müəyyən edilə bilmirsə, deməli borcun mövcudluğundan söhbət gedə bilməz. Hazırkı vəziyyətdə mövcudluğu sübut edilməyən borc, iddia tələbinin təmini əsası qismində çıxış etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin olunmalıdır...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 14.4. Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir: sosial sığorta haqqı dərəcəsi Sığorta haqqına cəlb edilən sığortaolunanın sığortaedənin cəmi aylıq gəlir gəlirlərindən tutulan vəsaiti hesabına ödənilən 200 25 3 faiz 22 faiz manatadək faiz 6 manat + 200 44 manat + 200 200 manatdan 25 manatdan çox olan manatdan çox olan çox olduqda faiz hissənin 10 faizi hissənin 15 faizi 14.5. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: - Bakı şəhərində 100 faiz... İş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya onun xx.xx.2019-cu il tarixinə ümumilikdə muzdlu və qeyri-muzdulu işdən əldə edilən gəlirləri üzrə 500 manat məbləğində borcu olduğu barədə bildiriş göndərilərək ödənilməsi tələb olunmuşdur. İşin 73-cü vərəqinə əlavə olunmuş üçüncü şəxsin təqdim etdiyi “X1 Sistemi”nin (Hesabat) altsisteminin “Borclara baxış” bölməsindən görünür ki, sığortaedənt iddiaçının məcburi dövlət sosial sığorta haqqına görə 500 manat borcu təsbit olunmuşdur. Lakin iş materiallarına əsasən həmin borcun hansı əsasını təşkil edən sənədlərin mövcudluğu müəyyən olunmur. Birincisi, işə əlavə olunmuş, cavabdehin iddiaçıya ünvanladığı “vergi ödəyicisinin fəaliyyətinin dayandırılmasına dair” məktubuna əsasən müəyyən olunur ki, iddiaçı sahibkarlıq fəaliyyətini xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək dayandırmışdır. Başqa sözlə, sözügedən cavabdeh tərəfindən bidiriş göndərilərkən onun sahibkarlıq faliyyəti mövcud olmamışdır. İşdən isə görünür ki, iddiaçının mübahisələndirilən borcla bağlı müraciəti cavabdeh tərəfindən onunla cavablandırılmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ollunmuş məlumatlara əsasən 1 oktyabr 2018-ci il tarixinə məcburi dövlət sosial sığorta məqsədləri üçün “Ticarət sahəsində sahibkarlıq fəaliyyəti i ilə məşğul olan fiziki şəxslər-Bakı şəhəri fəaliyyət növü üzrə 500 manat məbləğində borcu olmuşdur. Lakin iş materiallarına əsasən sözügedən borcun mənşəyi, nə vaxt və hansı hesabat dövründə, hansı arayış əsasında hesablandığı və hansı ilə aid borc olmasın barədə hər hansı sənəd-sübut mövcud deyil. Məhz, qeyd həmin hallara aydınlıq gətirilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına sorğu verilmiş, avab olaraq məhkəməyə 14 sentyabr 2021-ci il tarixli məktubu ilə təqdim olunmuş Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə X3 ünvanlanmış xx.xx.2021-ci il tarixli “Xidməti məktub”da aşağıdakılar qeyd olunmuşdur: “...Araşdırma zamanı “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində İddiaçı 2007ci və 2008-ci illərin 0700 olunduğu və həmin hesabatlarda borcun qeyd olunmadığı, lakin “Sığorta” (Hesabat) altsisteminin “Borclara baxış” bölümündə isə İddiaçı DSMF-yə 0700 fəaliyyət növünün kodu üzrə məcburi dövlət sosial sığorta haqları üzrə 500 manat borcunun öz əksini tapdığı müəyən edilmişdir. Əlavə olaraq bildirilir ki, sığortaedənin iş qovluğu və köhnə proqram təminatlarının (“RPA, DSMF İnforimation, AzSoft, AİVV) server bazaları Filiala verilmədiyindən müraciətdə qeyd olunan məsələlərin araşdırılması tərəflərindən mümkün olmamışdır.” Göründüyü kimi, ödənilməsi tələb olunan borc məbləğinin xx.xx.2019-cu il tarixindən əvvəl yarandığı aşkar görünsə də, məhz nə vaxt yarandığı, həmin borcun tərikibinin (əsas borc, faizlər, maliyyə sanksiyası) nədən ibarət olması, hansı dövrə aid olması və s. bütün bunlara dair təsdiqedici tutarlı və mötəbər sübutetmə vasitələri ilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə də DSMF-nin “X1 Sistemi”nin altsistemində “Boclara baxış” bölməsində sığortaedənin 500 manat borcunun qeydə alınmasına əsas olan hər hansı arayış ( hesabat) və ya yoxlama sənədi mövcudluğu müəyyən edilmədiyi halda, həmin məbləğin faktiki olaraq iddiaçının borcu kimi qiymətləndirilməsindən və həqiqiliyindən söhbət gedə bilməz. Çünki, ən azından, “Sosial Sığorta haqqında” Azərbaycan Rnespublikası Qanunun 9cu maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) məcburi dövlət sosial sığorta haqları üzrə məlumat və hesabatlar almaq; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq;sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək; özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək;sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək;könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək sığortaçının hüquq və vəzifəfələridir. Həmin Qanunun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. “İnzibati İcraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçıya hesablanmış “Borclara baxış” bölməsində iddiaçının məcburi dövlət sosial sığorta haqqından yaranmış borcu kimi təsbit olunmuş 500 manat borcun əsaslılığını sübuta yetirmək məhz, cavabdehin və onun tərəfində üçüncü şəxsin üzərinə düşən bir vəzifəsi halda, onlar tərəfindən həmin borcun əsasını təşkil edən mötəbər sübutlarla əsaslandırılmamışdır. Belə olan halda, cavabdeh tərəfindən həmin borcun iddiaçıdan ödənilməsieme tələb olunması qanunsuzdur. Azərbaycan Rnespublikasının Vergi Məcəlləsinin 3.8-ci maddəsi ilə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası,birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirə görə iddiaçıya hesablanmış 500 manat məbləğində sosial sığorta və işsizlidən sığorta haqqlarının onun şəxsi hesab vərəqəsindən silinməsinin cavabdehə həvalə olunmasını faktlar-nöqteyi nəzərindən mahiyyəti üzrə düzgün olan nəticəyə qiymətləndirir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işin obyektiv araşdırılmadğını və əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4699/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişşdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4699/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1572/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1572/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver