Məhkəmə qərarları › İş №2-1(103)-1573/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1573/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1573/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrlərin ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-320/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 iyun 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdeh orqan tərəfindən barəsində verilmiş 100/847Ş saylı 03 avqust 2017-ci il tarixli və 01 oktyabr 2017-ci il tarixli 100/977ş saylı əmrlərin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-320/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-320/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1658/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-320/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara qalınmışdır. Qərardan narazı qalan İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-235/2019 saylı 29 yanvar 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1658/2018 saylı 04 sentyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 25.01.2021-ci il tarixdə İddiaçı tərəfindən yeni açılmış hallara dair ərizə verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-320/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarına yeni açılmış hallar əsasında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə və ona əlavə onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)- 320/2018 saylı 04 aprel 2018-ci il tarixli qərarı ilə əmirlərin ləğv olunması və əvvəlki işə bərpa olunmağına dair iddiası təmin edilməmiş, qərardan verdiyi apelyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. İddia ərizəsində göstərdiyi kimi, 2003-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində baş müstəntiq vəzifəsində işləmişdir. Müharibə veteranı, gömrük xidməti polkovnikidir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 03 avqust 2017-ci il tarixli, 100/847ş nömrəli əmri ilə tutduğu vəzifədən azad edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sərəncamına götürülmüşdür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 02 oktyabr 2017-ci il tarixli 100/977ş nömrəli əmri ilə "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin 69-cu maddəsinə istinad edilməklə həmin Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmişdir və gömrük oranlarında xidmətinə xitam verilmişdir. Əmr verilərkən Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədrinə ünvanlanmış "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin bir sıra əməkdaşlarının fəaliyyətində yol verilmiş qanun pozuntularını doğuran səbəb və şəraitinin aradan qaldırılmasına dair" 14 sentyabr 2017-c il tarixli 06/03-277 saylı təqdimatına istinad edilmişdir. Eləcə də vətəndaş X2 şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarı əsas götürülmüşdür. İddiası əsasında Bakı İnzibati Məhkəməsində 2-1(81)- 320/2018 saylı iş üzrə araşdırma aparılarkən cavabdeh məhkəməyə 15 mart 2018-ci il tarixli 06/02-1033 saylı məktub göndərərək qərarın surətini məhkəməyə göndərməkdən imtina etmiş, hərəkətini qanun normalarına istinad etməklə əsaslandırmamış, yalnız qərarın göndərilməsinin məqsədəmüvafiq olmadığını bildirmişdir. Həmin qərar qanunla qorunan və təminat verilən hüquq və mənafelərinə toxunduğundan dəfələrlə cavabdehə məktubla müraciət edərək qərarın surətinin verilməsini xahiş etmişdir. 20 avqust 2020-ci il tarixli məktubuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 07 oktyabr 2020-ci il tarixli, 06/03-405/912-18 saylı məktubla qərarın göndərilməsindən imtina edilmiş, əsas olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.2-ci maddəsinə istinad edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun hərəkətləri qanunsuz olmuşdur. Belə ki, həmin qərar barəsində verilmiş şikayətin araşdırılması nəticəsində qəbul edilmişdir. Bundan başqa tutduğu vəzifədən azad edilməsinə, gömrük orqanlarından xaric edilməsinə, gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair əmrlərin qəbul edilməsində əhəmiyyətli rol oynadığı üçün həmin qərarın surətinin verilməsindən imtina edilməsi qanunsuzdur. O, Səbail rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarın surətinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə müraciətindən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarın surəti 04 dekabr 2020-ci il tarixli qərarı ilə verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarı ilə tanışlıqdan sonra ona konkret hansı hüquqlarının pozulduğu məlum olmuşdur. Belə ki, qərarın nəticəvi hissəsində vətəndaş X2 müraciətində göstərdiyi xüsusatlar həm özü, həm də iş üzrə izahat vermiş digər şəxslər tərəfindən təkzib edildiyindən, ərizədə göstərilənlər təsdiqini tapmadığından, cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Bundan başqa qərarın nəticəvi hissəsində xidməti yerinə hər hansı təqdimatın göndərilməsinə dair bənd yoxdur. Qərarda hətta inzibati xətaya yol verdiyi də göstərilməmişdir, çünki belə xəta etməmişdir. Məhkəmə onun iddiası üzrə qərar qəbul edərkən nə onda, nə də məhkəmədə Cinayət işi başlanmasının rədd edilməsi haqqında 14 sentyabr 2017-ci il tarixli qərarın surəti olmamış, məhkəmənin tələbinə baxmayaraq, həmin qərar məhkəməyə təqdim edilməmiş, odur ki, qərarın nəticəvi hissəsində göstərilənlər yeni açılmış hal kimi qiymətləndirilməlidir. İnzibati-iqtisadi məhkəmədə icraat zamanı məhkəmənin və onun tələb etməsinə baxmayaraq, Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevə həmin komitənin istintaq idarəsinin rəisi cənab Rəşad Zalov tərəfindən ünvanlanmış 03.08.2017-ci il tarixli raportun surətini ala bilməmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsinə qarşı "öhdəlik qoyulmasına dair" iddia ilə müraciətindən sonra həmin raportun surəti ona verilmişdir. Raportla tanışlıq zamanı müəyyən etmişdir ki, yazılanlar saxtadır. Raportun son abzasında göstərilir ki, guya onunla şifahi söhbət aparılmış və o, sadalalan pozuntuları təsdiq etmişdir. Həmin məlumatların həqiqəti əks etdirmədiyi raportun özündən də görünür. Belə ki, raport 03.08.2017-ci il tarixdə tərtib edilibsə və raportda X8 03.08.2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xəttinə zənginə istinad edilirsə, deməli onunla şifahi söhbət də 03.08.2017-ci il tarixdə aparılıb. Həmin tarixdə o, xəstə olmuşdur, stasionar qaydada müalicə olunmuşdur və onunla heç yerdə, heç kəs bu mövzuda söhbət aparmamışdır. Raportda l(089)-286/2017 saylı cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qərardadına gəldikdə isə bildirir ki, ona qərardadla tanış olmaq imkanı yaradılmamış, həm də həmin qərardad raport tərtib edildiyi tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsinin dəftərxanasına daxil olmamışdır, həmin qərardada raportun tərtibi zamanı istinad edilə bilməzdi. Bundan başqa müstəntiqin icraatında olan işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına görə müstəntiqə başqa cəzalar da verilə bilərdi, işdən azad edilmə ən ağır cəzadır, yol verildiyi iddia olunan pozuntuya adekvat deyil. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-320/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-320/2018 saylı 11 mart 2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə yeni açılmış hallar əsasında baxılaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti yeni açılmış hallar barədə ərizə və ona əlavənin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdi ki, qarardad qanunsuz və əsassız olduğundan ləğv edilmali, 1 saylı Bakı İnzibati İqtisadi Mahkamasinin 2-l(81)-320/2018 saylı, 04 aprel 2018-ci il tarixli qararı üzrə icraat "yeni açılmış hallara dair” ərizə üzrə təzələnməli, həmin qarar lağv edilərək iddianın tamin edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş üzrə icraat zamanı prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. O, Səbail rayon məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarın surətinin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdi. Məhkəməyə müraciətindən sonra Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarın surəti 04 dekabr 2020-ci il tarixli qərar ilə verilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən qəbul edilmiş "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarı ilə tanışlıqdan sonra ona konkret hansı hüquqlarının pozulduğu məlum olmuşdur. Belə ki, qərarın nəticəvi hissəsində vətəndaş X2 müraciətində göstərdiyi xüsusatlar həm özü, həm də iş üzrə izahat vermiş digər şəxslər tərəfindən təkzib edilmədiyindən, ərizədə göstərilənlər təsdiqini tapmadığından, cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Bundan baqa qərarın nəticəvi hissəsində xidməti yerinə hər hansı təqdimatın göndərilməsinə dair bənd yoxdur. Qərarda onun hətta inzibati xətaya yol verdiyi də göstərilməmişdir, çünki belə xəta etməmişdi. Məhkəmə iddia üzrə qərar qəbul edərkən nə onda, nə də məhkəmədə "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" 14 sentyabr 2017-ci il tarixli qərarın surəti olmamış, məhkəmənin tələbinə baxmayaraq həmin qərar məhkəməyə təqdim edilməmişdir, odur ki, qərarın nəticəvi hissəsində göstərilənlər yeni açılmış hal kimi qiymətləndirilməlidir. İnzibati-iqtisadi məhkəmədə icraat zamanı məhkəmənin və onun tələb etməsinə baxmayaraq Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri cənab Aydın Əliyevə həmin komitənin istintaq idarəsinin rəisi cənab Rəşad Zalov tərəfindən ünvanlanmış 03.08.2017-ci il tarixli raportun surətini ala bilməmişdi. Azərbaycan Respublikası Gömrük Komitəsinə qarşı "öhdəlik qoyulmasına dair" iddia ilə müraciətindən sonra həmin raportun surəti ona verilmiş, raportla tanışlıq zamanı müəyyən etmişdi ki, yazılanlar saxtadır. Raportun son abzasında göstərilir ki, guya onunla şifahi söhbət aparılmış və o, sadalalan pozuntuları təsdiq etmişdi. Həmin məlumatların həqiqəti əks etdirmədiyi raportun özündən də görünür. Belə ki, raport 03.08.2017-ci il tarixdə tərtib edilibsə və raportda X8 03.08.2017-ci ildə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin qaynar xəttinə zənginə istinad edilirsə, deməli onunla şifahi söhbət də 03.08.2017-ci il tarixdə aparılıb. Həmin tarixdə isə o, xəstə olmuş, stasionar qaydada müalicə olunmuş və onunla heç yerdə, heç kəs bu mövzuda söhbət aparmamışdı. Raportda l(089)-286/2017 saylı cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 iyul 2017-ci il tarixli qərardadına gəldikdə isə, ona qərardadla tanış olmaq imkanı yaradılmamış, həm də həmin qərardad raport tərtib edildiyi tarixdə Azərbaycan Respublikası Gömrük Komitəsinin dəftərxanasına daxil olmamışdı. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı xidməti vəsifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarını kobud şəkildə pozduğuna görə Komitənin 100/847ş saylı 03.08.2017-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülmüşdür. Sonra iddiaçı “Gömrük orqanlarında xidmət” haqqında Əsasnamənin 69-cu maddəsinə əsasən intizam məsuliyyətinə cəlb edilməklə Komitənin 100/977ş saylı 02.10.2017-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilərək, Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilmiş və onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, onun icraatına verilməklə araşdırılıb qanuna müvafiq tədbir görülməsi tapşırılmış, materiallar üzrə hər hansı araşdırma aparılmamışdır. İddiaçı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq vəzifəsində çalışdığı və ibtidai istintaqını apardığı cinayət işləri üzrə aradan qaldırılması mümkün olmayan kobud prosessual pozuntulara yol verməsi səbəbindən onun barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 14.07.2017-ci il tarixdə və Suraxanı rayon Məhkəməsi tərəfindən 04.08.2017-ci il tarixdə xüsusi qərar çıxarıldığı müəyyən edilmişdir. İddiaçı Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın mövcudluğundan 15.03.2018-ci il tarixdə məlumatlı olsa da, o, 14.09.2017-ci il tarixli həmin tarixdən 3 ay müddətinə deyil, ona məlum olan vaxtdan 2 il 10 ay sonra müraciət etmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının məhkəmə icraatının təzələnməsinə əsas olan sonradan aşkar olunmuş hər hansı yeni sübutların və ya halların məhkəməyə təqdim edilməməsinə, həmçinin yeni açılmış hallarla bağlı ərizənin veilməsi üçün müəyyən edilmiş müddətin buraxılmaqla verildiyinə əsaslanaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, iş üzrə tərəflərin izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan 03.08.2017-ci il tarixli vəzifədən azad edilmə haqqında əmrdən görünür ki, İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 44-cü maddəsinin tələblərini poduğuna görə tutduğu vəzifədən azad edilərək sərəncama götürülmüşdür. Raportdan görünür ki, İddiaçı təhkim edilmiş seyfin açılaraq keçirilib içərisindəki sənədlərin təhvil götürülməsini məsələsinin həll edilməsi məqsədilə telefon əlaqəsi vasitəsilə dəfələrlə İdarəyə dəvət edilməsinə baxmayaraq, müxtəlif bəhanələrlə İdarəyə gəlməkdən imtina etmiş, sərəncama götürüldüyü vaxtdan 34 gün sonra, 07 sentyabr 2017-ci ildə günün ikinci yarısında İdarəyə gəlmiş, lakin seyfin açarının evində qaldığını bildirərək 08 avqust 2017-ci ildə İdarəyə gələcəyini və təhvil-təslimdə iştirak edəcəyini vəd edərək getmiş, 08 avqust 2017-ci ildə isə İdarə rəhbəri tərəfindən mobil telefonuna edilmiş zənglərə cavab versə də, saat 16:30-a qədər İdarəyə gəlməmişdir. 14.09.2017-ci il tarixli təqdimatdan görünür ki, vətəndaş X5 bacısı Gülnarə Əliyeva barəsində aparılan cinayət işi üzrə araşdırmaya xitam verilməsi ilə bağlı İddiaçı ondan 20000 ABŞ dolları məbləğində pul istədiyini və aldığını, lakin verdiyi vədə əməl etməyərək işə xitam vermədiyini, həmin müraciət əsasında yoxlama aparılmış, vətəndaşın müraciətində göstərdiyi xüsusatların öz təsdiqini tapmadığı, İddiaçı qohumu vasitəsilə tanış olduğu Canay Çağlar və Həsən Əliyevin xahişi ilə öz xidməti vəzifələrinin icrası ilə bağlı olmayan İstintaq İdarəsinin digər müstəntiqi Toğrul İbrahimlinin icraatında olan cinayət işi ilə əlaqədar xidməti zərurətdən irəli gəlməyən maraq göstərməklə istintaqın gedişi barədə tam, hərtərəfli və obyektiv aparılmasına mane olmayan ümumi xarakterli məlumatlar əldə etmiş, X9 Əliyevlə qeyri-prosessual münasibətlərə daxil olmaqla onlara məsləhətlər verdiyi qeyd edilmişdir. Eyni zamanda İddiaçı tərəfindən istintaqı tamamlanmış ********* və ********** saylı cinayət işi üzrə aradan qaldırılması mümkün olmayan kobud pozuntulara yol verdiyinə görə onun barəsində xüsusi qərar çıxarılmışdır. 02.10.2017-ci il tarixli raportdan görünür ki, İstintaq İdarəsinin rəisi Rəşad Zalovun 34/20/021581 saylı 08.09.2017-ci il tarixli raportuna əsasən Arza Həsənovun xidməti otağına 09.09.2017-ci il tarixdə baxış keçirilərək aşkar edilmiş əşyalar barədə izahat verilməsi üçün İddiaçı 14.09.2017-ci il tarixdə Daxili Təhlükəsizlik İdarəsinə dəvət edilmiş, lakin o, çağırışa gəlməmiş, ona məxsus ***-***-**-** telefon nömrəsi vasitəsilə onunla əlaqə yardılmış və telefon söhbəti zamanı o Dövlət Təhlükəsizlik İdarəsinə gələrək izahat verməkdən imtina etmişdir. 14.09.2017-ci il tarixli aktdan da görünür ki, İddiaçı 14.09.2017-ci il tarixdə İdarəyə gələrək izahat verməkdən imtina etmişdir. 14.09.2017-ci il tarixli aktdan da görünür ki, İddiaçı 25.09.2017ci il tarixdə İdarəyə gələrək izahat verməkdən imtina etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-286/2017 saylı 14.07.2017-ci il tarixli və Suraxanı rayon Məhkəməsinin 1(010)-172/2017 saylı 04.08.2017-ci il tarixli xüsusi qərarlarından görünür ki, İddiaçı barəsində CPM-nin tələblərini kobud şəkildə pozulması hallarına yol verdiyinə görə xüsusi qərar çıxarılmışdır. 100/977ş saylı 02.10.2017-ci il tarixli əmrdən görünür ki, xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, xidməti intizam qaydalarının tələblərini kobud şəkildə pozduğuna görə Komitənin 100/847ş saylı 03 avqust 2017-ci il tarixli əmri ilə tutduğu vəzifədən azad edilərək Komitənin sərəncamına götürülən Komitənin İstintaq İdarəsinin sabiq baş müstəntiqi, gömrük xidməti polkovniki İddiaçı “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 8-ci bəndinə əsasən gömrük orqanlarından xaric edilərək onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə mübahisə edilən məhkəmə qərarı haqqında məlumat, icraatın təzələnməsi üçün əsaslar, məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat və ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat göstərilməlidir. Ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir (100, 103,104,106). Hazırki işdə iddiaçının “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” barədə verdiyi ərizəsinin məzmunundan görünür ki, həmin ərizədə “yeni açılmış hallar”ın əsası kimi göstərilən hal işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hal kimi qəbul edilə bilməz. Digər tərəfdən, iş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 dekabr 2020-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, iddiaçı 14 sentyabr 2017-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”ın mövcudluğundan məlumatlı olmuşdur. Lakin buna baxmayaraq yeni açılmış hallar barədə ərizəni qanunvericiliklə müəyyən edilmiş müddəti ötürülməklə vermişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Həmin Məcəllənin 103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Hazırki işdə iddiaçının ərizədə istinad etdiyi hal sonradan sübutların və ya halların aşkar olunması ilə bağlı deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsindəki dəlillər qanunvericiliyin tələblərinə görə qanuni qüvvədə olan məhkəmə qərarının yeni açılmış hal üzrə icraat qaydasında ləğv edilməsi üçün əsas yaratmır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “yeni açılmış hallar” barədə ərizəsində göstərdiyi hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək yeni açılmış hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-320/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar