Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1574/2025 19.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Nümayəndə və X2 tam ortaqlı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs qismində X6 cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: qərarın ləğv edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X7 ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndələri X1 və X5 iştirakları ilə, İddiaçı Nümayəndə və X2 tam ortaqlı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (adi cəlbetmə qaydasında üçüncü şəxs qismində X6 cəlb edilməklə) “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-3330/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Nümayəndə və X2 tam ortaqlı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********295700 nömrəli kameral uyğunsuluq barədə iddiaçıya məktub göndərilmişdir. Məktubda qeyd edilmişdir ki, iddiaçı 2022-ci il ərzində Fərdi sahibkar X6 ilə (VÖEN **********) ümumilikdə 61730 manat əmətəəsiz əməliyyat aparmışdır və vergi orqanı tərəfindən həmin əməliyyatları izahatla birlikdə təsdiq edən sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli qərar çıxarılmışdır və həmin qərara əsasən iddiaçıya 2022-cü ilin yekunu üzrə əlavə olaraq kameral qaydada 12346 manat mənfəət vergisi hesablanmışdır. Cavabdehin məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən fərdi sahibkar X8 ilə əmtəəsiz əməliyyat keçirərək sənədlər əldə edilmişdir və bu səbəbdən gəlirdən çıxılan xərclərə aid edilmir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 109.9-cu maddəsinə istinad edilərək 12346 manat kameral qaydada mənfəət vergisi hesablamışdır. Müəssisə yarandığı tarixdən bu günə qədər pambıq istehsalı ilə məşğuldur. Müəssisədə buxar qazanı yerləşir və həmin qazan ancaq qaz və ya yağlarla işləyə bilər. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və digər dövlət sənədlərindən görünür ki, müəssisədə qaz xətti yoxdur və qazdan istifadə edilmir və burada aydın şəkildə bilinir ki, istehsal edilmiş mallar yağdan istifadə edilələrək istehsal olunub. İddiaçı ilə fərdi sahibkar X8 ilə bağlanmış müqaviləyə əsasən müqaviləyə əlavədə göstərildiyi kimi, tullantı yağın daşınması və çatdırılması X4 üzərinə düşdüyündən ona məsus 10-L0-370 dövlət qeydiyyatlı furqon tipli Moskviçlə iddiaçıya çatdırılıb. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, fərdi sahibkar X8 xx.xx.2023-cü il tarixindən riskli vergi ödəyicisi hesab edildiyindən Vergi Məcəlləsinin 175ci maddəsininin məqsədləri üçün verginin əvəzləşdiriməsinə yol verilmir.
3. Cavabdeh tərəfindən verilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən iddiaçının xx.xx.2002-ci il tarixdən vergi ödəyicisi kimi dövlət qeydiyyatına və xx.xx.2021-ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatına alındığı, əsas fəaliyyətinin “əczaçılıq preparatlarının və materiallarının istehsalı” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı iddiaçı tərəfindən əmtəəsiz əməliyyatlar çərçivəsində 2022-ci il ərzində əldə edilmiş elektron qaimə fakturalar üzrə 61730 manat vəsaitin xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün hesablama metodu ilə təqdim olunmuş mənfəət vergisi bəyannaməsində gəlirlərin əldə edilməsi ilə bağlı xərclərə daxil olunduğu müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, lakin iddiaçı tərəfindən uyğunsuzluq məktubuna cavab olaraq izahat məktubunun təqdim edilməsinə baxmayaraq dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci il üçün mənfəət vergisi üzrə 12 346 manat vergi məbləği hesablanaraq xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 384 760 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 373 106,93 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, xammal-materiallar 334 228,13 manat) göstərilərək, 11 653,07 manat vergiyə cəlb edilən mənfəət olmaqla 2 330,61 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “xammal-materiallar” sətrində qeyd olunan 334228,13 manat məbləğin 61730 manat hissəsinin qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 12 346 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilən dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 384 760 manat ümumi gəlirlər (çıxılmalardan sonra), 373 106,93 manat ümumi gəlirdən çıxılan xərc (o cümlədən, xammal-materiallar 334 228,13 manat) göstərilərək, 11 653,07 manat vergiyə cəlb edilən mənfəət olmaqla 2 330,61 manat mənfəət vergisi bəyan edilmişdir. Kameral vergi yoxlaması zamanı 2022-ci ilin mənfəət vergisi bəyannaməsində “Xərclər” bölməsinin “xammal-materiallar” sətrində qeyd olunan 334228,13 manat məbləğin 61730,0 manat hissəsinin qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot-baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmiş və bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək gəlirlərin əldə edilməsi ilə bağlı xərc olaraq nəzərə alınmamış və 12 346,0 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda Şirkətin istehsal fəaliyyəti ilə məşğul olmasına baxmayaraq vergi orqanında adına qeydiyyatdan keçmiş təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı Şirkət tərəfindən 2022-ci ildə elektron qaiməfaktura ilə X3 (VÖEN: **********) 61730 manat dəyərində işlənmiş mühərrik yağlarının alındığı, X4 təqdim etdiyi elektron qaimə-fakturalarda qeyd olunan malların yük gömrük bəyannamələri, elektron qaimə-faktura və elektron alış-aktlarına əsasən almadığı, yəni təsdiqedici sənədlərlə almadığı malların satışının həyata keçirildiyi müəyyən edilmişdir. Bu səbəbdən X8 tərəfindən aparılmış əməliyyatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq vergi orqanı tərəfindən əmtəəsiz əməliyyatlar hesab edilərək vergi orqanı tərəfindən riskli vergi ödəyici olması barədə haqqında xx.xx.2023-cü il tarixli **********376000 nömrəli qərar qəbul edilmişdir. İnzibati araşdırma dövründə aparılan əlavə araşdırma zamanı da X4 elektron qaimə-fakturalar əsasında Nümayəndə və X2 Tam Ortaqlı İddiaçınə işlənmiş mühərrik yağlarının təqdim edilməsinə baxmayaraq həmin malların alışını təsdiq edən sənədlərin (elektron qaimə-faktura, alış aktı, yük gömrük bəyannamələri və s.) olmadığı müəyyən edildi.
4. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-3330/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2- 1(103)-1574/2025 saylı qərardadı ilə hazırki iş üzə X8 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilsin.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri A.Həsənova və E.Hacızadə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.
11. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. İşdən görünür ki, iddiaçı ********** nömrəli VÖEN əsasında dövlət qeydiyyatına alınmışdır və hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, H.Hüseynov küçəsi, ev 23A, mənzil 63-dür.
13. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar əsasən iddiaçıya 12346 manat əlavə vergi borcu hesablanmışdır.
14. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 28 sentyabr 2023-cü il tarixli **********098400 saylı qərarı ilə cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********154900 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş inzibati şikayət təmin edilməmiş və həmin qərar dəyişdirilmədən saxlanmışdır.
15. Apellyasiya baxışı zamanı X8 tərəfindən göndərilən, "xxxx" MMC tərəfindən qəbul edilən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaiməfakturalar təqdim edilmişdir.
16. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” **********376000 №-li Qərarı ilə vergi ödəyicisi X8 (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır (103.2.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.).
21. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə X8 arasında 2022-ci ildə aparılmış alqı-satqı əməliyyatları əmtəəsiz əməliyyat kimi qiymətləndirilərək, iddiaçı tərəfindən elektron qaimə fakturalar üzrə 61730 manat məbləğ xərc sənədi kimi nəzərə alınmamış və bu səbəbdən iddiaçıya vergi borcu hesablanmışdır.
22. Vergi Məcəlləsində göstərilmişdir ki, bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir (108.1. ). Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir (109.9.).
23. Qeyd edilməlidir ki, iddiaçının 2022-ci ildə X8 ilə apardığı alqı-satqı əməliyyatının əmtəəsiz əməliyyat hesab edilərək 61730 manat məbləğin xərc sənədi kimi nəzərə alınmamasına səbəb olaraq onun həmin malları Cəbrayıl Bayramovdan alması, həmin malların X4 alışında müəyyən edilməməsi və bu səbəbdən riskli vergi ödəyicisi siyahısına daxil edilməsi olmuşdur.
24. Vergi Məcəlləsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir(13.2.82.).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda göstərilmişdir ki, bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir (1.1). Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər (2.1.).
26. Qeyd edilməlidir ki, iddiaçı ilə X8 arasında aparılmış və əmtəəsiz hesab edilən əməliyyatlar 2022-ci aparılmışdır. X4 riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar isə cavabdehin iddaya yazılı etirazında da qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Belə çıxır ki, X8 iddiaçı ilə müvafiq əməliyyatları apararkən riskli vergi ödəyisi siyahısına daxil edilməmişdi. Belə olan halda iddiaçı qabaqcadan onun riskli vergi ödəyicisi siyahısına daxil ediləcəyini bilə bilməzdi.
27. Eyni zamanda cavabdeh iddiaya etirazında iddiaçının istehsal fəaliyyəti ilə məşğul olmasına baxmayaraq onun qeydiyyatdan keçmiş təsərrüfat subyektinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, həmin hal iddiaçının apardığı konkret əməliyyatın əmtəəsiz olmasına dəlalət edə bilməz. Belə ki, cavabdeh qeyd edilən hala əsaslanırsa, onda iddiaçı tərəfindən aparılmış bütün əməliyyatlar əmtəssiz hesab edilməli idi.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
30. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
31. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 2-1(112)-3330/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev