Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1576/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Cəmilova Xəyalə Nəbi qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- N(NN2)-395/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-395/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya verilmiş MV 023924 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən o, müharibə veteranıdır. Vəsiqə ömürlükdür, onun ləğv edilməsi barədə qərar mütləqdir. Belə bir qərar isə yoxdur. İş materiallarında olan 6.04.N994-ci il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iki dəfə yaralanmışdır. Əgər o, Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanmışdırsa, deməli müharibə veteranıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası onun yaralanmağını şəhadətləndirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşin hallarından görünür ki, iddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış xx.xx.20N9cu il N/S-NN866 saylı məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirilmişdir ki, ona "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.20N9-cu il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.20N9-cu il tarixli 9/2-N0264 nömrəli arayışına əsasən müalicədən sonra xidmət yerinə qayıtmağı barədə məlumat olmadığından ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Müalicədə olmağı ilə əlaqədar sənəd müvafiq sənəd (və ya arayış) sənədlərə əlavə olunaraq təkrar təqdim olunarsa, komissiyanın iclasında yenidən baxılaraq müvafiq qərar qəbul oluna bilər. Bundan sonra İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə» iddia ərizəsi ilə N saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. İş materiallarında olan: - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli 0N2-4627-N220 saylı məktubda göstərilmişdir ki, xx.xx.N970-ci ildə Kürdəmir rayonunda doğulmuş İddiaçı cinayət təqibi və məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur; - İddiaçıya məxsus AO seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.N970-ci il təvəllüdlü Salmanov X2 rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.N988-ci ildə hərbi hissəyə göndərilmiş, xx.xx.N988-ci ildə N saylı hərbi hissədə hərbi and içmişdir. xx.xx.N990-cı ildə SSRİ MN-nin 37N saylı xx.xx.N990-cı il tarixli əmri ilə silahlı qüvvələr sırasından ehtiyata buraxılmışdır. Hərbi biletin 6-cı qrafasında iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N995-ci il tarixədək N saylı hərbi hissənin tərkində xidmət etməsi barədə qeyd aparılmışdır. Hərbi biletin N4-cü qrafasında göstərilmişdir ki, İddiaçı xx.xx.N992-ci ildən xx.xx.N994-cü ilədək Füzuli, Qubadlı bölgələrində N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.N994-cü il tarixdə ağır yaralanmışdır. Biletin “xüsusi qeydlər” hissəsində göstərilmişdir ki, Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.200N-ci il tarixli amnistiya aktına əsasən “amnistiya” olunmuşdur. (İş: 230, səhifə: 45 amnistiya qovluğu). Sonuncu qeyd Bakı şəhəri Qaradağ rayon hərbi komissarı F.Cəbrayılov tərəfindən imzalanmış və qeydə möhür icra edilmişdir; - Mərkəzi Hərbi Poliklinikanın Hərbi Həkim Komissiyası sədrinin verdiyi 2892 saylı, xx.xx.N994-cü il tarixli arayışın təsdiq edilmiş surətindən aydın olur ki, serjant İddiaçı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyi zaman xx.xx.N994-cü il tarixdə ağır yaralanmış, bununla bağlı olaraq xx.xx.N994-cü il tarixdən xx.xx.N994 cü il tarixədək rayon hərbi xəstaxanasında müalicə almışdır; - Müdafiə Nazirliyinin İşlər X3 xx.xx.20N9-cu il tarixli 9/2-N0264 saylı arayışında aşağıdakılar göstərilmişdir: Bakı şəhərindən göndərilmiş İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 44 №-li əmrilə (əsas: § N, sıra N52, səh 42, əmrdə hərbi rütbəsi göstərilməyib) xx.xx.N992-ci il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək 4-cü ehtiyat taborunun əsgəri vəzifəsinin icrasına başlamışdır. N №-li hərbi hissə komandirinin xx xxxxxx N993-cü il tarixli 58 №-li əmrilə 4-cü ehtiyat taborunun hərbi qulluqçusu, sıravi İddiaçı (əsas: § 7. sıra 20, səh N4, əmrdə vəzifəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək 5-ci tabora təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 300 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu İddiaçıh oğlu (əsas: § 9, sıra 75, səh 3N, əmrdə atasının adı Nurullah yazılmışdır, hərbi rütbəsi və vəzifəsi göstərilməyib) N №-li hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq 5-ci MAT-un hərbi qulluqçusu İddiaçı N №-li hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 3N0 №-li əmrilə (əsas: § 2, sıra N, səh 20, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) məzuniyyətə getmiş hesab olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N994-cü il tarixli 326 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu XN (əsas: § 7, sıra 3, əmrdə soyadı Solmanov yazılmışdır) "çavuş” hərbi rütbəsi verilərək bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. xx.xx.N994-cü il tarixdən hospitala gedib qayıtmadığı üçün 5-ci MAT-un hərbi qulluqçusu, sıravi İddiaçıh oğlu N nömrəli hərbi hissə komandirinin xx xxxx N994-cü il tarixli 430 nömrəli əmrilə (əsas: § 8, sıra 7, səh 33, əmrdə vəzifəsi göstərilməyib, hərbi rütbəsi “sıravi” yazılmışdır) ştatdan kənar edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxx N995-ci il tarixli 739 №-li əmrilə 5-ci MAT-un hərbi qulluqçusu, çavuş İddiaçıh oğlu (əsas. § N, sıra N, əmrdə atasının adı Nurullah yazılmışdır, vəzifəsi göstərilməyib) xx.xx.N995-ci il tarixdən hərbi hospitala getmiş hesab edilərək qida təminatına yazılmışdır; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının N03 saylı xx.xx.2002-ci il tarixli qərarının təsdiq edilmiş surətindən aydınolur ki, Qaradağ RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, N995-ci ildən fərarilik etdiyi üçün barəsində Füzuli qarnizonu hərbi prokurorluğu tərəfindən xx.xx.200Nci ildə amnistiya qərarı tətbiq edilmiş, vətəndaş İddiaçı, döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.N994 və xx.xx.N995-ci illərdə aldığı yaralanma - diaqnoz: “Qarnın kor güllə yaralanması, nazik bağırsağın zədələnməsinə görə 85 sm rezeksiyası və yan-yana anastomozundan sonrakı periton boşluğunda bitişmə prosesi, təxliyyə funksiyasının mülayim dərəcədə pozulması ilə. Boynun arxa səthinin kor qəlpə yaralanması nəticəsində yumşaq toxumaların çoxsaylı metal qəlpələri, İİV boyun fəqərəsinin arxa çıxıntısının bitişmiş sınığı, funksiyanın cüzi dərəcədə pozulması ilə” nə səbəbə ki, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunmuşdur (Mirqasımov adınaRespublika Klinik xəstəxanasının xx.xx.N994-cü il tarixli çıxarış epikrizi və N saylı hərbi hissənin tibbi xasiyyətnaməsi, Qaradağ RHK-nın xx.xx.2002-ci il tarixli 440 saylı arayışı, Füzuli qarnizonu hərbi prokurorluğunun xx.xx.200N-ci il tarixli amnistiya qərarı). “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Əsas: MN MHHK-nın 6N saylı, xx.xx.2002-ci il tarixli protokolu; - Füzuli hərbi prokurorunun xx xxxxx 200N-ci il tarixli “amnistiya qərarına əsasən cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarının təsdiq edilmiş surətindən aydın olur ki, N saylı hərbi hissənin əsgəri İddiaçı haqqında amnistiya qərarına əsasən cinayət işinin başlanması rədd edilmişdir; - SHXÇDX-nin Bakı şəhəri Qaradağ rayon idarəsinin xx.xx.2020-ci il tarixli 629 saylı məktubunda bildirilmişdir ki, N970-ci il təvəllüdlü İddiaçı keçmiş Qaradağ rayon hərbi komissarlığı tərəfindən xx.xx.N992-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmış, N saylı hərbi hissədə hərbi xidmət keçmiş, xx.xx.N994-cü il tarixdə yaralanmış, tərxis olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən hərbi xidmət keçməsi barədə arayışı Xidmətin Qaradağ rayon idarəsində olmadığı üçün nə vaxta qədər hərbi xidmət keçməsi barədə məlumatın verilməsi mümkün deyil. Füzuli hərbi prokurorluğu tərəfindən xx.xx.2002-ci il tarixdə haqqında cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı əhv olunması barədə qərarın saxlama müddəti başa çatdığı üçün məhv edilmişdir; - Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan daxil olmuş xx.xx.2020-ci il tarixli, HP 0N/258 saylı məktubda bildirilmişdir ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı Füzuli hərbi prokurorluğuna müraciəti ilə bağlı xx.xx.200N-ci il tarixdə barəsində Azərbaycan Respublikası CPM-nin 39.N.N2-ci maddəsinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin həmin illərə aid sənədlər və materiallar saxlama müddəti keçməsi səbəbindən qanunamüvafiq qaydada məhv edildiyindən qeyd edilən material barədə ətraflı məlumat vermək mümkün deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyalarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən təsdiq edilir. Qanunvericiliyin imperativ tələbinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin N-ci hissəsinin 8ci abzasında deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Hərbi Əks-kəşfiyyat Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “müharibə veteranı” adı verilir. Həmin Qərara dəyişikliklər edilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.20N8-ci il tarixli 422 №-li Qərarına əsasən: "... Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkumedilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İPM-in 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçının hərbi biletinin surətində N4-cü bənddə qeyd edilmişdir ki, o, Füzuli- Qubadlı bölgələrində gedən döyüşlərdə iştirak etmişdir. Lakin hərbi biletdə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair məlumat yazılmamışdır. Digər tərəfdən, Qanunun yuxarıda göstərildiyi tələbi ilə müəyyən edilmişdir ki, döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi istisna edilir. İşdən müəyyən olunur ki, iddiaçı barəsində amnistiya aktına əsasən bəraətverici əsas olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu əsasdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsini istisna edən hal mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, beləşərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya «Müharibə veteranı» adının və müvafiq vəsiqəsinin verilməsini istisna edəcək faktiki şərtin mövcudluğunu sübut edə bilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslıdır. Bu səbəbdən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-395/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın Qərardan, təqdim edildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: İkram Şirinov Hakim: Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-1576/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1576/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver