Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1577/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və X4 ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “işlədiyi illərin sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməs” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-1847/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1974-1976-cı illərdə Lerik rayonun Babək adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Fioletov adına sovxozda, 1986-cı ildən 1994-cü ilədək Mistan adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1957-ci ildə Lerik rayonun Təngəbin kəndində anadan olmuşdur. Lerik rayonunda yaşadığı müddət ərzində 1974-1976 -cı illərdə Babək adına sovxozda, 1976-cı ildən 1986 -cı ilədək Fioletov adına sovxozda, 1986-cı ildən 1994-cü ilədək Misdan adına sovxozda fəhlə işləmişdir. Respublikada aparılan aqrar islahatlar nəticəsində sovxoz və kolxozlar ləğv edilmişdir. O cümlədən sonuncu işlədiyi Mistan savxozu da ləğv edilmişdir. Həmin vaxtdan da işdən azad olunmuşdur. Əmək kitabçası olmadığı üçün yuxanda qeyd etdiyim illər üzrə stajının müəyyən edilməsi mümkün olmamışdır. Bir iş yerindən digər iş yerinə köçürülmə zamanı yol vermiş nöqsanlara görə və sovxoz ləğv olunarkən sənədlər dövlət arxivinə təhvil verilmədiyindən 1994-cü ilədək işlədiyimə dair sənədləri ala bilmir. İddiaçı yuxarıda qeyd etdiklərini ərizəsində göstərməklə təqaüdə çıxmaq üçün Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsinə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. xx.xx.2018-ci il tarixli imtina məktubunda tələb olunan sığorta stajı olmadığı səbəbindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. O, ərizə ilə yaşadığı Nizami rayon məhkəməsinə müraciət etmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməklə yuxarıda qeyd etdiyi sovxozlarda işləməyi faktı müəyyən edilmişdir. Lakin Dövlət X5 Bakı şəhəri Nizami rayon şöbəsi Bakı Apellyasiya məhkəməsinə həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə maraqlı şəxs tərəfindən verilən şikayət qismən təmin edilməklə göstərilmişdir ki, iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1974-1976-cı illərdə Babək adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Fioletov adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 60 yaşdan, yəni xx.xx.2017ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-1847/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Məhkəmə Mübahisələri ilə İş İdarəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-1847/2020 saylı qərarın ləğv edilməsi və iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyn tələbinə əsasən işçinin iş stajını təsdiq edən sənəd əmək kitabçası hesab olunur. İddiaçı tərəfindən təqdim edilmiş arxiv arayışında qeyd olunan illərin əmək kitabçasında göstərilməməsinə baxmayaraq, məhkəmə qanunun tələbini pozaraq arayışı əsas əmək kitabçasını əvəz edən sənəd kimi qəbul edərək qanunsuz qərar qəbul etmişdir. Arxiv arayışının notariaı qaydada təsdiq edilməsi həmin arayışda qeyd olunan məlumatların həqiqiliyinin təsdiq edilməsi kimi qəbul edilə bilməz. Notarial qaydada təsdiq həmin arxiv arayışının əsli ilə eyni olmasını təsdiq edə bilər, həmin arayışın mötəbərliyini deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşdə olan Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 135/3 nömrəli arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 Babək adına kolxozda aşağıdakı üzrə əmək günü vardır (Fond 114, kitab 3, səhifə 47): 1974-cü il – 132 gün, 1975-ci il - 136 əmək günü, 1976-cı il – 36 əmək günü. Qeyd: kolxozda qadınlar üçün minimum əmək günü norması 80 (səksən) qəbul edilmişdir. O.Fioletov adına sovxoz üzrə xx xxxxxxxx 1976cı il tarixli 32 saylı əmrlə sovxoza fəhlə təyin edilmişdir (Fond 121, kitab 1, səhifə 15). Fioletov adına sovxoz üzrə xx xxxxxxx 1986-cı il tarixli 16 saylı əmrlə o, işdən azad edilərək, yeni təşkil edilmiş “Mistan” sovxozunun sərəncamına göndərilmişdir. İddiaçı pensiya yaşına çatdığından əmək pensiyasının təyin olunması üçün ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********3 saylı məktubu ilə iddiaçıya əmək pensiyasının təyin olunmasından imtina olunmuş və qeyd edimişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin ediimiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim edilmiş arxiv arayışında qeyd olunan illərə aid əmək stajı əmək kitabçasında qeyd olunmadığı üçün pensiya hesablanması zamanı həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, bu olmadıqda isə azı 25 il əmək stajı olduqda təyin edilir. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmiş və mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, “Əmək pensiya-ları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 2017-ci il iyul ayının 1-dək qüvvədə olan “Əmək pensiya-ları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010- cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunverici orqan 60 yaşı 2017-ci il iyul ayının 1-dək tamam olmuş və azı 12 il sığorta (əmək) stajı olan qadınların yaşa görə əmək pensiyası hüququnun yarandığını müəyyən edir. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pen-siya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta-olunan-ların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinin 6-cı bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilsə də, əmək stajını təsdiq edən əmək kitabçasına alternativ sənədlərdən biri də əmək stajını təsdiq edən arxiv arayışı hesab edilir və işçinin müvafiq fəaliyyət dövrünün onun əmək kitabçasında qeyd edilməməsi həmin dövrün əmək fəaliyyəti dövrü kimi nəzərə alınmaması üçün əsas deyildir. Həmçinin, işə əlavə edilmiş arxiv arayışının notarial qaydada təsdiq edilməsi həmin sənədin mötəbərliyinə ola biləcək şübhəni aradan qaldırır. İddiaçının, ümumilikdə, 12 ildən artıq iş stajının olması iş materiallarında olan arxiv arayışındakı qeydlərə əsasən təsdiq edilir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 60 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 60 yaşından, yəni xx.xx.2017-ci il ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, işə əlavə edilmiş arxiv arayışı əmək fəaliyyətini təsdiq edən sənəd kimi qəbul edilməklə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə 12 ildən artıq iş stajının olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı əsaslı və qanuni, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1847/2020 saylı, xx xxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respub-likasının Əmək və X3 Nazirliyi yanında Dövlət X5 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2-1(112)-1847/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aidə Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1577/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1577/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver