Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1577/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, X2 və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1397/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə iddiaçının ailəsinə ünvanlı dövlət sosial yardımın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli, 2-1(112)-5828/2020 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sonuncunun ərizəsi əsasında əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı müvafiq qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 09.02.2017-ci il tarixli **********14601 nömrəli ilk müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994(051)500-14-48 telefon nömrəsinin bəyan edilməməsi səbəbindən; 13.03.2017-ci il tarixli **********V602 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda yaşamadığından; 19.07.2018-ci il tarixli **********08801 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən; 10.03.2020 tarixli, **********15101 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmaşından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; 11.03.2020 tarixli, **********15102 nömrəli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin “Ərizə Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən; Sonuncu 08.05.2020 tarixli **********15103 nömrəli müraciətinə görə ona münasibətdə sosial yardımın təyin edilməsindən “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. 27 iyul 2020-ci ilin tarixində vətəndaşın müraciəti əsasında ərizəbəyannamədə qeyd etdiyi ünvanda (Xudu Məmmədov 2942, mənzil 47) maddi - məişət şəraitinin müayinəsi aparılmış və ailənin orta aylıq gəlirinin 437 manat (137 manat aliment, gündəlik 10 manat günəmuzd işdə qazanc) olduğu müəyyən edilmişdir. Bu isə iki nəfərlik ailənin ehtiyac meyarından (160 manat x 2 = 320 manat) çoxdur (437>320). Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına 4 nömrəli Əlavəyə uyğun olaraq “Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat" tərtib edilmiş və iddiaçı özü həmin sənədi imzalamışdır. Beləliklə, təmsilçisi iddiaçı olan iki nəfərlik ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan yuxarı olduğundan ünvanlı dövlət sosial yardımı almaq hüququna malik deyil. Həmçinin, iddiaçı 08.10.2020-ci il tarixli məhkəmə iclasında özü bu faktı qismən etiraf etmişdir. Belə ki, o, gündə deyil, vaxtaşarı olaraq evlərə təmizliyə getdiyini və bundan gəlir etdiyini bildirmişdir. Bu da iddiaçının “Ərizə-bəyannamə”də gəlirləri barədə məlumatı natamam və qeyri-düzgün göstərdiyini sübut edir. Ailənin orta aylıq gəliri 437 manat olmasa belə, iddiaçının məbləğindən asılı olmayaraq hər hansı gəlirini - hazırkı halda günəmuzd işdən gəliri olduğu bəyan etməməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.1-ci maddəsinə əsasən (“Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda) birbaşa imtina səbəbidir. Belə ki, Qanunun 10.1-ci maddəsinə əsasən, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Buna görə də İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə iddia tələbi təmin olunmamalıdır. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1397/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə tərəflərin bərabərlik hüququnu pozmuş, birtərəfli və əsassız qərar qəbul etmişdir. Bu zaman məhkəmə cavabdehə qarşı loyal münasibət bəsləməklə onu hərtərəfli müdafiə etmişdir. Belə ki, iddia tələbini rədd edən məhkəmə əsaslandırmağa çalışmışdır ki, guya aylıq gəlirlərini gizlətmiş və o aylıq 437 manat gəlir əldə edir. Halbuki, o heç zaman 300 manat aylıq gəlir əldə etməmişdir, 137 manat isə alimentdir. O uşaq üçün 137 manat aliment alır. Digər gəlirləri barədə məlumat isə uydurma və yalandır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 5a611ad156014529ac5a4513014fcb68 nömrəli bildirişdən görünür ki, iddiaçının **********14601 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş +994 (051) 500- 14-48 telefon nömrəsinin bəyan edilməməsi səbəbindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 758b37df217d440390b10a3d0fa36c24 nömrəli bildirişdən görünür ki, iddiaçının **********14602 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından maddi məişət yoxlaması zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyindən - ailə göstərilən ünvanda yaşamadığından imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” d4fddca8e031498290c19e49458988e0 nömrəli bildirişdən görünür ki, iddiaçının 19.07.2018-ci il tarixli **********08801 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən 120701142x50125 abonent kodunun aşkarlanmaması səbəbindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” cd6148bcc67641a4a27be20e541b65b1 və 7c9c127a67ae4bb39a82380e174c8db4 nömrəli bildirişlərdən görünür ki, iddiaçının müvafiq olaraq 10.03.2020 tarixli, **********15101 saylı və 11.03.2020 tarixli, **********15102 nömrəli müraciətlərinə görə sosial yardımın təyin olunmasından ailənin ərizə-bəyannamədə göstərdiyi ünvanda yaşamaması səbəbindən imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair” 94f1cd6f767f4a0382cc041b4bf7ad2e nömrəli bildirişdən görünür ki, iddiaçının 08.05.2020 tarixli **********15103 saylı müraciətinə əsasən sosial yardımın təyin olunmasından “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbəbindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş 27 iyul 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının yaşadığı Xudu Məmmədov 2942, mənzil 47 ünvanında yerləşən mənzilə baxış keçirilmişdir. İddiaçı ilə əri arasında olan nikah ləğv edilmişdir. 137 manat məbləğində aliment alır. 10 manat günəmuzd işləyir. İş materiallarına əlavə edilmiş 11 mart 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatdan görünür ki, iddiaçının ərizə-bəyannamədə göstərdiyi ünvan qeyri-dəqiq olduğu üçün müayinə keçirmək mümkün olmamışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə ünvanlı yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir. Həmin Qanunun 4.2.1-ci bəndinə əsasən,sosial yardımının əsas prinsiplərindən biri, sosial yardım yalnız aztəminatlı ailələrə təyin olunmasıdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin Qanunun 6.2 və 6.3-cü maddələrinə görə sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidir. Sosial yardımın təyin olunmamasına, məbləğinin azaldılmasına və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Həmin Qanunun 10.3-cü maddəsinə görə sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün olmayan məlumatların verilməsi səbəbindən artıq yardım ödənildiyi hallarda, sosial yardım alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005- ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1, 10.2 və 10.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericliyin tələblərinə əsasən ünvanlı dövlət sosial yardımı dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Aztəminatlı ailə dedikdə isə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə nəzərdə tutulur. Ehtiyac meyarı dedikdə, ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə hər il üçün qanunvericiliklə müəyyən olunan hədd nəzərdə tutulur. Ünvanlı sosial yardımın təyin edilməsi isə müvafiq olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Aztəminatlı ailə hesab edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının normaları ilə tənzimlənir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2-ci bəndinə görə, sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada «Elektron hökumət» və ya Nazirliyin «esosial» internet portallarında yerləşdirilmiş X3 və X6 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə görə sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə əsasən çəlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərar çıxarılır. Sosial yardımın təyin olunmasına imtina olunmalı hallar, həmin Qaydaların 3.7-ci bəndlərində göstərilmişdir. İddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olmağı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş telefon nömrəsinin bəyan edilmədiyi, ailənin göstərilən ünvanda yaşamadığı, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən məlumata əsasən abonent kodunun aşkarlanmadığı, ailənin gəlirləri barədə məlumatın düzgün göstərilmədiyi göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hallar öz təsdiqini tapdığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları”nın 1.2-ci bəndində müəyyən edilən hallar iddiaçının ailəsinə münasibətdə mövcud olmadığı üçün onun ailəsinə ünvanlı sosial yardımın verilməsindən imtina edilməsi barədə cavabdehin hərəkətləri qanunauyğun olmuşdur. “İnzibati icraat haqqında” qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. İddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi barədə müraciətlərinə əvvəlki imtina cavablarında göstərilmiş ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən, İddiaçı adına rəsmiləşmiş telefon nömrəsinin bəyan edilməməsi, ailənin göstərilən ünvanda yaşamaması, "xxxx" ASC tərəfindən təqdim edilən məlumata əsasən abonent kodunun aşkarlanmaması ilə bağlı qeyd edilməlidir ki, sosiall yardımın təyin olunmasından imtinaya əsas olmuş hallar iddiaçı tərəfindən aradan qaldırılmış, sonuncu imtina cavabında da məhz bu hallar mübahisələndirilməmişdir. İddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, 27 iyul 2020-ci ilin tarixli “ailənin maddi - məişət şəraitinin müayinəsi” barədə məlumatda iddiaçının 137 manat məbləğində aliment aldığı, 10 manat günəmuzd işlədiyi qeyd olunmuşdur, iddiaçının 137 uşağa görə manat aliment alması tərəflər arasında mübahisələndirilməyən haldır. Cavabdeh iddiaçının 10 manat günəmuzd işlədiyini qeyd etsə də, bunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Odur ki, iddiaçının ərizəbəyannamədə öz gəlirləri barədə məlumatın düzgün göstərilməməsi barədə iddiaçının imtinası əsassızdır. Bələliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları»ın 3.7.6-cı bəndinə göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1397/2021 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməli, İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. Nəticə hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2-1(112)-1397/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1577/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1577/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver