Məhkəmə qərarları › İş №2-1(103)-1577/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1577/2022

12.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1577/2022 12.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Oruczadənin sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyn və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti (hazırda "xxxx" mənzil tikinti kooperativi) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-554/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmaqla) iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2020-ci il tarixli 327 saylı sərəncamının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən, məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı Sərəncamının etibarsızlığının tanınması və həmin sərəncam əsasında aparılmış hərəkətlərin qanunsuz hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, Seriya FM № 010264 saylı “Qeydiyyat vəsiqəsi”nə əsasən Bakı şəhəri, Nərimanov rayonu, keçmiş 11-ci Zavağzal/Ə.Nəvai (hazırda K.Rəhimov) küçəsində yerləşən 12/18 saylı fərdi yaşayış evinin 1/42 pay hissəsi onun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmış və buna dair 154 saylı reyestr kitabında qeyd edilmişdir. Tək yaşayış yeri olan mənzilin Cavabdehin “Tikintiyə icazə verilməsi haqqında” sərəncamı əsasında "xxxx" MMC tərəfindən aparılmış çox mərtəbəli yeni binanın tikintisi ilə əlaqədar yararsız vəziyyətə salınmışdır. Hazırda, mənzilinin yerləşdiyi ərazinin bütün ətrafı digər vətəndaşlarla razılaşdırılaraq alınmış, tikinti işlərinə başlanılmış, hətta mənzilinin pilləkənləri sökülmüş və nəticədə mənzilindən maneəsiz istifadə hüququ kobud şəkildə pozulmuşdur. Tikinti işlərinin tikinti altı sahəsi evinə bitişik olduğundan evinin pəncərəsi tamamilə bağlanmışdır. Aparılan qazıntılar zamanı evinə külli miqdarda ziyan vurulmuş mülkiyyət hüququndan istifadə qanunsuz olaraq məhdudlaşdırılmışdır. Mənzilinin hər an uçma təhlukəsi ola bilər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin elektron informasiya sistemində tikinti obyektlərinə verilmiş icazə reyestrindən əldə etdiyi çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən sözügedən ərazidə tikinti işlərinin aparılmasına icazə Cavabdehin xx.xx.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə verilmişdir. Cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdehin təqdim etdiyi iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Sözügedən qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi müvafiq ərazi adiyyəti üzrə Cavabdehə tapşırılmışdır. Həmin Qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə obyektin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən Normativ Hüquqi aktın icrasının təmin edilməsi məqsədilə Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 393 nömrəli sərəncamı ilə rayonun Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və B.Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 2,15 ha torpaq sahəsinin "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi qərara alınmışdır. Mübahisə predmeti olan Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 393 nömrəli Sərəncamının bəndləri Nazirlər Kabinetinin sözügedən qərarının müddəalarını təkrarlayır. Eləcə də, mübahisə predmeti olan digər inzibati aktlar Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 139 nömrəli və xx.xx.2018-ci il tarixli 327 nömrəli sərəncamları, xx.xx.2017-ci il tarixli 20/17 saylı ayrıc aktı, obyektin tikintisinə icazə (xx.xx.2018-ci il tarixli, 29 nömrəli), Tikintiyə icazə barədə Xüsusi Nişan (xx.xx.2018-ci il tarixli 29 nömrəli) Nazirlər Kabinetinin sözügedən qərarının icrasına yönəlmiş aktlardır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli Müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 nömrəli Qərarının tələblərinə uyğun sözügedən ərazidə istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində olan sahədən 20 faizdən artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300500 manat məbləğində kompensasiyanın verilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. K.Rəhimov 12/18 ünvandaq yerləşən və istismar müddəti başa çatmış tikililərin də yerləşdiyi ərazi Nərimanov RİH başçısının xx.xx.2017-ci il tarixli 393 nömrəli Sərəncamı ilə razılaşdırılmış 20/17 saylı, 020 iş nömrəli “istifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən tikinti işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda 1ci mərtəbədə “Malakan” dini icmasının ibadət evi, 2-ci mərtəbədə isə 5 ailənin mülkiyyətində olan mənzillər mövcuddur. Həmin mənzillərdən biri də iş üzrə iddiaçıya məxsusdur. Həmin ərazidə tikinti təşkilatı tərəfindən artıq hər hansı tikinti işlərinin aparılması nəzərdə tutulmur. Nərimanov RİH başçısının sərəncamı ilə iddiaçının hansı hüquqlarının pozulması və bu pozuntunun nədən ibarət olması barədə hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Nərimanov RİH-nin xx.xx.2017-ci il tarixli 393 nömrəli Sərəncamı Nazirlər Kabinetinin sözügedən qərarının və qanunvericiliyin tələbləri qaydasında qəbul edilmiş, Dövlət Proqramının həyata keçirilməsi ilə yanaşı, vətəndaşların mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmiş əlverişli inzibati aktdır. Qeyd olunanlara əsasən iddiaçının özünəməxsus tərzdə subyektiv mülahizələrinə uyğun şəkildə qanun normalarını şərh etməsi mübahisə predmeti olan inzibati aktın etibarsız sayılması üçün əsas ola bilməz. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC ("xxxx" MTK) tərəfindən məhkəməyə təqdim olunmuş etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı “Bakı şəhəri Nərimanov rayonunun sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına əsasən Cavabdeh başçısı xx.xx.2018-ci il tarixli, 327 saylı Sərəncamı ilə Bakı şəhəri Nərimanov rayon B.Dadaşov, K.Rəhimov, Bakuvi və Qafur Rəşad küçələrinin kəsişməsində yerləşən ərazidəki qəzalı vəziyyətdə olan evlərin sökülərək, onların yerinə yeni yaşayış binalarının tikintisinə və sakinlərin həmin binalarda yeni mənzillərlə təmin olunmasına icazə verilmişdir. Bundan əvvəl isə Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli 393 saylı göstərilən ərazidə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında sərəncam verilmişdir. Sərəncamlar "xxxx" MTK tərəfindən qanunvericiliyin norma və tələblərinin qorunması ilə icra edilmişdir. Bütün sənədləşmələr tikinti norma və qaydalarının tələbləri çərçivəsində aparılmışdır. Cavabdeh tərəfindən 2.15 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli 20/17 saylı torpaq sahəsinin Ayrıc aktı ilə "xxxx" MTK üçün ayırılmışdır. Tikintinin layihə sənədləri AR FHN Tikintidə X2 Agentliyinin müvafiq ekspertiza mərkəzində ekspertizadan müsbət rəy almaqla keçmişdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti Obyektlərinə verilən koda dair "xxxx" MTK-ya şəhadətnamə verilmişdir. Həmin ərazidən 200-dən artıq ailə ilə müqavilə imzalanmış və həmin ailələr müvəqqəti yaşayış yerlərinə köçürülmüşdür. ünvan 1 ünvanda yerləşən istismar müddətini bitirmiş tikililərin yerləşdiyi ərazi də Cavabdehin başçısının xx.xx.2017ci il tarixli, 393 saylı Sərəncamı ilə razılaşdırılmış 20/17 saylı, iş nömrəsi 020 olan “İstifadəyə verilən torpaq sahəsinin Ayrıc Aktı”na əsasən inşaat işlərinin aparılması üçün ayrılmış ərazinin hüdudları daxilinə düşür. Göstərilən ünvanda Malakan dini icmasının ibadət evi yerləşir. İbadət evinin üstündə isə, yəni ikinci mərtəbədə 5 ailənin mülkiyyətində olan 5 ədəd mənzil mövcuddur. Həmin mənzillərdən biri də İddiaçı məxsusdur. Həmin ailələrdən 4-ü ilə müqavilə bağlanmış və mənzilləri söküntü üçün qəbul edilmişdir. İddiaçı isə həmin mənzildə yaşamadıqları üçün onlarla əlaqə yarada bilməmişdirlər və bu səbəbdən də müqavilə bağlanılmamışdır. Bundan əlavə Malakan Dini icması ilə apardıqları danışıqlar müqavilə bağlanması üçün nəticə verməmişdir. Belə ki, dini icmanın üzvləri köhnə ibadət evində qalmaqlarına qərar vermişdirlər. Onlar da, İcmanın qərarına hörmətlə yanaşaraq tikilini dini icmanın istəyinə uyğun olaraq söküntü üçün qəbul etməmişdir. Məntiqi olaraq ikinci mərtəbədə yerləşən mənzillər də hal-hazırda sökülməmiş qalmışdır. Lakin həm tikilinin istismar müddəti bitdiyindən, həm də sakinlər mənzillərini tərk edərkən özləri həmin mənzillərin qapıpəncərələrini, döşəmələrini söküb apardıqları üçün mənzillər tam yararsız vəziyyətə düşmüşdür. Həm dini icmanın, həm də ordakı sakinlərin xahişini nəzərə alıb onlar həmin mənzilləri və binanı öz hesabına təmir ediblər. Erroziyaya uğramış dəmir pilləkənlər dəmirbeton konstruksiyalı pilləkənlərlə əvəz olunmuşdur. Binanın dayanıqlılığını təmin etmək məqsədilə gücləndirmə işləri aparılmışdır, dam örtüyü yenilənmişdir. Sanitar qovşaqlar tikilmişdir ki, əvvələr burada sanitar qovşaq olmamışdır, yaxud da tam yararsız vəziyyətdə olmuşdur. Hal-hazırda ərazidə təmir-bərpa işləri yekunlaşdırılmışdır və İddiaçı öz mənzilindən sərbəst istifadəsi üçün heç bir maneə yoxdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-554/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun yazılmış və onunla əsaslandırılmışdır ki, Cavabdehin "xxxx" MMC-yə yeni hündürmərtəbəli binaların tikintisi məqsədi ilə verilmiş xx.xx.2018-ci il tarixli, 327 saylı Sərəncamı etibarsızdır, çünki qanunvericilikdə Cavabdehin hündürmərtəbəli binalara görə tikintiyə icazə vermək səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmə tamamilə yanlış olaraq sözügedən qərarı "İnzibati icraat haqqında" Qanunun 67-ci maddəsi ilə əsaslandırma etmiş və guya iddiaçının "aparılmış inzibati icraat barəsində məlumat verilməməsi"əsası ilə mübahisələndirdiyini, bunun isə sərəncamın etibarsızlığı üçün əsas olmadığını qeyd etmişdir. Eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinin "xxxx" MMC-yə istifadəyə və icarəyə verilməsi ilə bağlı heç bir hüquqmüəyyən edici sənəd mövcud deyil. Məhkəmə iclaslarında və məhkəmə qərarında tikintiyə icazəni Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1564 saylı məktubu ilə əsaslandırsalar da, həmin məktubda onun mənzilinin yerləşdiyi küçə -Koroğlu Rəhimov küçəsi qeyd edilməmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli 2-1(103)- 1577/2022 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində statusları ləğv edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən 3-cü şəxs "xxxx" MTK-nın nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası ilk öncə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65-ci maddəsi təşkil edir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati işin araşdırılmış hallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş "Yerli İcra Hakimiyyətləri haqqında" Əsasnamənin 4.5.4-cü, 4.8-ci, 4.11.11.5-ci (4.11.11.15 - İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək) 4.11.17, 4.12.3-1, 4.133.6, .15.2, 4.16.4 yarımbəndlərini rəhbər tutaraq, iddia edir ki, Cavabdehin hündürmərtəbəli binalara görə tikintiyə icazə vermək səlahiyyəti müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan isə etibarsızlığı tələb edilən sərəncamı qəbul edərkən səlahiyyətli olduğunu qeyd edir və bildirir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 292-İVQ nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarı qəbul edilmişdir. Məhkəmə kollegiyası gəldiyi nəticəni əsaslandırmaq üçün aşağıdakı sübutları diqqətə çatdırır: - Bakı şəhər Cavabdeh tərəfindən verilmiş 20/17, 020 iş №-li Ayrıc aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 393 saylı sərəncamı ilə Nərimanov rayonu, Q.Rəşad, B.Dadaşov və Y.Bakuvi küçələrinin kəsişməsində cizgidə göstərilən sərhədlər daxilində 2,15 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilib. Ayrıc aktı xx.xx.2017-ci il tarixdə 20/17 sayla qeydiyyata alınmışdır. - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Cavabdehə ünvanladığı 11 sentyabr 2017-ci il tarixli xx/xx-1564 nömrəli məktubundan müəyyən olunur ki, Nərimanov rayonu, Yəhya Bakuvi, Qafur Rəşad və Balami Dadaşov küçələrinin kəsişməsində yerləşən ərazidə "xxxx" MMC tərəfindən tikintisi nəzərdə tutulmuş çoxmərtəbəli yaşayış binalarının Bakı Dövlət Layihə İnstitu tərəfindən işlənilmiş tikinti planlaşdırma eskizinə rəy bildirməsi barədə xx.xx.2017-ci il tarixli 1/1176 nömrəli məktuba Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmış və təqdim olunmuş layihə Komitə tərəfindən razılaşdırılmışdır. - Bakı şəhər Cavabdeh tərəfindən verilmiş 20/17, 020 iş №-li Ayrıc aktının surətindən müəyyən olunur ki, Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli 393 saylı sərəncamı ilə Nərimanov rayonu, Q.Rəşad, B.Dadaşov və Y.Bakuvi küçələrinin kəsişməsində cizgidə göstərilən sərhədlər daxilində 2,15 ha torpaq sahəsi yaşayış binasının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə verilib. Ayrıc aktı xx.xx.2017-ci il tarixdə 20/17 sayla qeydiyyata alınmışdır. - Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 29 №-li icazə və tikintiyə icazə barədə xüsusi Nişanla Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 327 nömrəli sərəncamına əsasən 21500 kv. metr torpaq sahəsində hündürmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi “Azərinşaatlayihə’” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnistutu tərəfindən Cavabdehə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-00599 saylı məktubla təqdim olunmuş Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12/18 ünvannda yerləşən X5 məxsus fərdi yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2018-ci il tarixli aktdan müəyyən olunur ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və X3 şöbəsinin qrup rəhbəri Emil Zeynalov, mühəndisi Akif İbrahimov, Cavabdehin İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Eldəniz Əbdülov, Cavabdehin təsərrüfat şöbəsinin baş məsləhətçisi Azər Gülməmmədovun iştirakı ilə Cavabdehin 31 avqust 2018-ci il tarixli 1/943 nömrəli məktubuna əsasən, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 12/18 ünvanında yerləşən X4 məxsus fərdi yaşayış evinə vizual texniki baxış keçirilmişdir. Yaşayış evi 1921ci ildə ümumi həyətdə planda L şəkilli, iki və birmərtəbəli hissələrindən kommunal şəraitli inşa olunmuşdur. Ölçüləri 12,3 x 4,5; 6,3 x 8,0 metrdir. Divarların qalınlığı müvafiq olaraq 0,4-0,5 metr but və əhəngdaşından inşa edilmişdir. Evin birmərtəbəli hissəsinin damı yastıtipli olub, üstü ruberoidlə izolyasiya olunmuşdur. İkimərtəbəli hissəsinin isə damı çardaq tipli olub, ağac konsturksiyası üzrə asbest-şiferlə örtülmüşdür. Evin ikimərtəbəli hissəsində mərtəbəarası örtük monolit dəmir betondandır. Yaşayış evi uzun müddət təmirsiz istismar olunduğundan, divarlarda suvaq qatının tökülməsi, inşaat elementlərinin aşınması, mövcuddur. Evin mansarda hissəsində, tavanla divarın birləşməsində, divar boyunca eni 10 mm-ə qədər üfiqi aralanma əmələ gəlmiş və dam hissəsi deformasiyaya uğramışdır. Evin əhatəsində yerləşən yaşayış evlərində sakinlər köçürülmüş və evlər sökülərək ərazidə qazıntı işləri aparılmışdır. Söküntü zamanı evin qonşu evi ilə müştərək olan hissəsi sökülmüşdür. Yaxınlıqda qazılmış çala ilə evin arasındakı məsafə 2,0 metrdir. Yaxınlıqda inşaat işlərinin aparılması arzuolunmaz hadisələrin baş verməsinə səbəb ola bilər. Yaşayış evinin bu ərazidə istismar olunması təhlükəlidir və sakinlərin təhlükəsizliyinin təmin olunması Cavabdehə tövsiyyə olunur. Yaranmış vəziyyətin fövqəladə hal ilə əlaqəsi yoxdur. Evin texniki vəziyyəti yolverilməzdir. - Bakı şəhəri Cavabdeh Baçısının xx.xx.2017-ci il tarixli 393 №-li sərəncamı ilə rayonun Yəhya Bakuvi, Qfur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 2,15 ha torpaq sahəsi "xxxx" MMC-nin daimi istifadəsinə verilməsi; rayonun Yəhya Bakuvi, Qfur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə başlanılması məqsədi ilə "xxxx" MMC-yə aşağıdakılar həvalə edilmişdir; 2.1 "xxxx" MMC-yə ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi; 2.2 Ayrılmış torpaq sahəsinə "xxxx" MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququ əldə edilməsi; 2.3 Ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırılması; 2.4 Tikinti işlərinə başlamazdan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla, Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəy alınması; 2.5. Layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənilməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırılmaqla həmin kommunikasiya xətlərinin köçürülməsi; 2.6. Rayon Bakuvi 20, 22, 24, 26, 28, 30, 32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/184 Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sakinlərinin qarşılıqlı razılaşma əsasında yeni mənzillərlə təmin edilənədək, hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi.; 3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Bakuvi 20,22,24,26,28,30,32; Balaəmi Dadaşov 5,7,9,11,13,15,17,29; K.Rəhimov 10, 12/18 və Qafur Rəşad 13,15 nömrəli yaşayış binasının sökülməsi; 4.Sərəncamın 1 və 2-ci bəndələrinin tələbləri "xxxx" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RİH-yə müraciət edilməsi qərara alınmışdır. - Bakı şəhəri Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 139 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdrilməsi qaydalarının 3.2-ci bəndində uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, 02.05.-1564 nömrəli məktubu ilə razılaşdırılmış, Bakuvi 20,22,24,26,28,30,32; Baləmi Dadaşov 5,7,9,11,13,15,17,19; K.Rəhimov 10,12/18 və Qafur Rəşad 13,15 ünvanlarında yerləşən, qəzalı vəziyyətdə olan bir və iki mərtəbəli yaşayış binalarının sökülərək yerində yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Yəhya Bakuvi, Qafur Rəşad, K.Rəhimov və Baləmi Dadaşov küçələrinin ərazi planlaşdırma sənədləri təsdiq olunmuşdur. - Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 327 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1,75.1 və 75.6-cı maddələrini, Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2017-ci il tarixli, xx/xx-1564 nömrəli razılaşma məktubu, Cavabdeh başçısının xx.xx.2017-ci il tarixli, 393 və xx.xx.2018-ci il tarixli, 139 nömrəli sərəncamlarını Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 25830 nömrəli ekspertiza rəyini nəzərə alaraq; 1. Yəhya Bakuvi, Qafur Rəşad,Koroğlu Rəhimov və Baləmi Dadaşov küçələrinin kəsişməsində sökülmüş qəzalı binaların yerində "xxxx" MMC-nə yaşayış binalarının tikintisinə icazə verilməsi qərara alınmış və sərəncamın aiddiyyəti ünvanlara göndərilməsi Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbələrinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən hazırki iş üzrə verilmiş xx.xx.2021-ci il tarixli 10/3161 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov İcra Hakimiyyəti Başçısının 393 saylı xx.xx.2017-ci ci il tarixli sərəncamına əlavə olunmuş 20/17 saylı ayrıc aktına əsasən, "xxxx" MMC- nə yaşayış binalarının tikintisi üçün ayrılmış 2.15 ha torpaq sahəsi Yəhya Bakuvi, Qafur Rəşad, Koroğlu Rəhimov və Balaəmi Dadaşov küçələrinin kəsişməsində yerləşdiyini nəzərə alaraq, İddiaçı məxsus olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yaşayış binasının yerləşdiyi (Bakı şəhəri, 11-ci Zavağzal/Ə.Nəvai küçəsindəki, 50 otaqdan ibarət 660,08 kv. metr yaşayış sahəsindən, 1136,42 kv. metr ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) torpaq sahəsinin həmin sərəncamla ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür, (bax rəyə əlavə olunmuş sxemə). İddiaçı məxsus olan Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən yaşayış sahəsi (Bakı şəhəri, 11ci Zavağzal/Ə.Nəvai küçəsindəki, 50 otaqdan ibarət 660,08 kv. metr yaşayış sahəsindən, 1136,42 kv. metr ümumi sahədən ibarət olan 12/18 saylı fərdi yaşayış evinin 1/42 hissəsi) Cavabdehin xx.xx.2017-ci il tarixli 393 saylı Sərəncamı və ayrıc aktı ilə “Cavid-2016" məhdud məsuliyyətli cəmiyyətinə ayrılmış torpaq sahəsinin hüdudları daxilinə düşür. Lakin "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binası inşa olunarkən Cavabdehin xx.xx.2017-ci il tarixli 393 saylı Sərəncamının 1.1 və 2.2 bəndinin tələblərinə riayət olunmamışdır. Bakı şəhəri, Koroğlu Rəhimov 12/18 ünvanında yerləşən iddiaçı Lamiyyə Şahbazovanın mənzilinin yaşayış sahəsinin pəncərələrinin sındığını, elektrik xətti kəsildiyini, divarlarında və tavanlarında çatların olduğunu, suvaq qatının töküldüyünü nəzərə alaraq, İddiaçı mənzilinə ziyan dəydiyi və hal-hazırda yaşayış üçün yararsızdır. Həmin qüsurların “Cavid2016" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən çoxmənzilli yaşayış binasının inşası nətiçşşində əmələ gəlməsinin müəyyən olunması üçün, Azərbaycan Respublikasının Fövqələdə Hallar Nazirliyi Tikintidə X2 Aqentliyinin mütəxəssis rəyi təqdim edilməsi barədə vəsatət verilmiş, lakin bu günə qədər hər-hansı bir sənəd mütəxəsşis rəyi Mərkəzə təqdim olunmamışdır. Bu səbəbdən də, İddiaçı özünə məxsus olan yaşayış sahəsinin yararsız düşməsinə “Cavid-2016" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən aparılmış tikinti nəticəsində əmələ gəlməsini və hüquqlarının həyata keçirilməsinə hər hansı maneələr yaranmasına dair tədqiqat aparılmadı İşin araşdırılmış hallarına qiymət verərək Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda Bakı şəhəri Nərimanov RİH başçısının 21 avqust 2018-ci il tarixli, 327 saylı sərəncamının etibarsızlığının tanınması üçün İnzibati icraat haqqında Qanunun 65.1.2-ci maddəsində qeyd edilmiş əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. - 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. - 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2.). - 75.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. - 75.5-ci maddəsinə əsasən tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir: tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olubolmaması barədə rəy verilməsini (75.5.1.); - 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə-bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini (75.5.2.). - 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. - 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazənin surəti, habelə tikinti layihəsinin bir nüsxəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.1-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Əsasnamənin 6.8-cı bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmçinin, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 №li 25 fevarl 2016-cı il tarixli Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 482 №li Qərarı ilə ləğv olunmuşdur) ilə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ...... Bakı şəhəri Cavabdehnə .... aidiyyəti üzrə 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən ....... Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının......, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirmək həvalə olunmuşdur (bənd 1.1.). Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, «İnzibati icraat haqqında» AR Qanununun qəbulundan əsas məqsəd inzibati orqanların icraat qaydalarını hüquqi dövlət prinsiplərinə uyğunlaşdırmaq və şəffaflaşdırmaq, inzibati orqanların fəaliyyətinin qanuna əsaslanmasını təmin etmək, habelə vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların qanuniliyini məhkəmə qaydasında yoxlamaq hüququna daha etibarlı təminat verilməsindən ibarətdir. Bu Qanun hüquq və maraqlarına toxunulan vətəndaşı inzibati orqana münasibətdə xüsusi hüquqlarla təchiz edir, dövlətin hakimiyyət inhisarına malik olması səbəbindən demokratik hüquqi dövlətdə şəxsi və dövlət maraqlarının birbirini ədalətli şəkildə kompensasiyasını təmin etmək üçün dövlət orqanları və vətəndaşlar arasında bərqərar olmalı tarazlığı bərpa edir. Bununla da, mübahisələndirilən sərəncamın Bakı şəhəri Nərimanov rayon İHB tərəfindən ona verilmiş səlahiyyətlər çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” ilə ona verilmiş səlahiyyətlər çərçivəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq qəbul edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-554/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Aidə Hüseyn Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar