Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1577/2023 13.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X7 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının və onun nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6676/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli Əmrin ləğv edilməsi və işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı AR FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində beşillik bağlaşma əsasında “gizir” rütbəsində xidmət etmiş, 2021-ci il tarixli “Fəxri Fərman”la və xx.xx.2021-ci il tarixli, 1209/ş nömrəli “Əmri”nə əsasən “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi”nin “Xilasedici 3-cü X11” medalı ilə təltif olunmuşdur. Qeyd olunanlara baxmayaraq “27” dekabr 2021-ci il tarixdə iddiaçı təltif edildikdən sonra komandir onu otağına çağıraraq “Ərizə” yazmağını tələb etmiş, o, çarəsiz qalaraq ərizəni yazmış, daha sonra “04” fevral 2022-ci il tarixdə ona hərbi komissarlıqdan zəng olunaraq hərbi biletini ləb götürməsi bildirilmişdir.Həmin tarixdə Hərbi Komissarlığa gedib “11” iyul 2012- ci il tarixli, ******* nömrəli “hərbi biletini” götürdükdə onu xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli “Əmr”lə işdən çıxarıldığı və bunun səbəbi kimi isə “hərbi biletində yazılan “xidməti uyğunsuzluğun” olması ona məlum olmuşdur. Halbuki, həmin əmr ona rəsmi şəkildə verilməmiş və ümumiyyətlə bu barədə nazirliklə və Xüsusi Riskli Xilasetmə Xidməti ilə danışaraq hansı səbəbdən onun bu cür qanunsuz və əsassız maddə ilə işdən çıxarılmağını maraqlandıqda ona düzgün bir məlumat verilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh Xilasetmə Xidməti arasında xx.xx.2019-cu il tarixdə hərbi xidmətə qəbul haqqında bağlaşma imzalanmış, bundan sonra Xidmətin müvafiq əmri ilə hərbi xidmətə qəbul edilmişdir. xx.xx.2019-cu il tarixli bağlaşma ilə o, Xilasetmə Xidmətində 5 il müddətinə gizir vəzifəsində xidmət etməyi öz öhdəsinə götürmüş, buna baxmayaraq xx.xx.2021-ci il tarixdə ərizə (təqrir) ilə N nömrəli hərbi hissənin xüsusi riskli xilasetmə taborunun komandirinə müraciət edərək xidməti vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin "E” bəndinə əsasən ehtiyata buraxılmasını xahiş etmişdir. Həmin ərizə iddiaçı tərəfindən yazılaraq imzalanmışdır. İddiaçı ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə uyğun olaraq 2 dəfə fərdi söhbət aparılmış və söhbət vərəqələri onun tərəfindən imzalanmış və Xilasetmə Xidmətinin xx.xx.2021- ci il tarixli 0627/ş nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün SHXÇDX Bakı şəhəri Nərimanov rayon idarəsinə göndərilmişdir. İddia ərizəsində istinad olunmuş hallar tamamilə əsassızdır və bu halları sübut edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6676/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir və məhkəmə icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “ …İddia ərizəsinə ədalətli şəkildə hüquq normalarına əsasən baxılmamışdır. Belə ki, ilk əvvəl qərarın 3-cü bəndinin 4-cü hissəsində göstərilən məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlərdə qeyd olunan Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi sənədin nə olduğu və nə haqqında olduğu barədə ümumiyyətlə məlumatı yoxdur. Digər tərəfdən məhkəmədə aydın olmuşdur ki, işdən çıxarılmağı ilə bağlı əmri ilə tanış olmamış və tələb etməsinə baxmayaraq heç bir tədbir görülməmişdir. Əmri ilə məhkəmə zalında tanış olmuşdur. Məhkəmə zamanı ona yazdırılan ərizənin müxtəlif hədə-qorxu vasitəsilə “Affekt” halına salınaraq yazdırıldığını bildirmişəm. FHN tərəfindən məni vaxt itirmədən işdən çıxarmaqa çalışmaları səbəbilə affekt halında şəxsi iradəsi olmadan yazdırdıqları ərizədə tərəfindən tarix (gün,ay,il,) yazıılmamışdır. Bu da Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş kargüzarlığın aparılmasına dair Təlimatın 13-cü maddəsinin tələblərinə ziddir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq, onunla ən azı iki dəfə fərdi söhbət aparılmalı, biri isə 2 ay əvvəl aparılmalı idi. Məhkəməyə təqdim olunan “yalançı” fərdi söhbətləri onun tərəfindən yazıldığını təsdiqləməmişdir. Belə ki, əgər ekspertizaya versə appelyasiya və digər instansiyalara şikayət verə bilməyəcəyini söylədikləri üçün ekspertiza etməmişdir. Ümumiyyətlə, affekt halında olduğu üçün birdən onu aldadıb yazdıra biləcəklərini düşündü. Məhkəməyə təqdim edilən fərdi söhbət vərəqələri isə “Hərbi xidmətkeçmə haqqında əsasnamə”nin 162-ci maddəsinin tələblərinə uyğun deyildir. Hakimin qərarının 5-ci hissəsində 162-ci maddənin tələbləri göstərilib. Lakin tələblərin qaydalarına əməl olunmadığının şahidi olmaqına baxmayaraq iddianının əsası kimi göstərilib.Belə ki, 162-ci maddəsəinə əsasən birinci söhbət buraxılmaqa təqdim olunmazdan qabaq aparılır (yəni ərizə ilə müraciət edən zaman) mənim yazdığım “ərizə” isə xx.xx.2021-ci il tarixində olmuşdur və həmin tarixdədə qeydiyyata düşmüşdür. Onunla, guya birinci aparılan söhbət xx.xx.2022-ci il tarixində aparılmış, lakin belə hal ola bilməz və FHN tərəfindən mənim bu tarixdə fərdi söhbət apardığımı təsdiq edə bilməzlər.Tərəflərindən sənəd saxtalaşdırılmışdır. Əsasnaməyə görə aparılan söhbətin məzmunu söhbət vərəqəsində göstərilməlidir.Təqdim etdikləri söhbət vərəqəsi isə qısa və konkretdir. Qüsursuz xidmət göstərən hərbiçi ilə belə söhbət aparılması sadəcə gülünc və savadsız vəziyyətdir. Digər bənddə göstərilir ki, birinci söhbət bilavsitə rəis və hərbi hissə komandiri tərəfindən, ikinci söhbət isə bilavasitə rəis tərəfindən aparılmalıdır. Təqdim edilən söhbət vərəqəsində isə hər iki söhbət vərəqəsi maddi texniki təminat üzrə qərargah rəisinin müavini Seyidəhməd Nurayev tərəfindən tərtib olunaraq imzalanıb. Qərəzli məsələ odur ki, birinci söhbət bilavasitə rəis və ya hərbi hissə komandiri tərəfindən aparılmalı idi. İkinci söhbətdə isə Seyidəhməd Nurayev hərbi hissə komandiri v.m.i.e kimi bu söhbəti aparmışdır. Eyni şəxs tərəfindən iki dəfə söhbət aparılması, ikinci söhbətin isə bilavasitə rəis tərəfindən aparılmasızəruri olduğu halda hərbi hissə komandiri v.m.i.e tərəfindən aparılması qanunauyğunsuzluğun bir səbəbidir və söhbətlərin eyni vaxtda aparıldığını sübüt edir. Bu sənədlər sübüt sayılmağına baxmayaraq iddiamız sübütsuz sayılaraq rədd edilir.Eyni zamanda yoldaşımın da mənimlə eyni tarixdə Nazirliyə çağırılaraq ərizə yazılmasını tələb edilməsi bu məsələnin qərəzli şəkildə olduğunu sübüt edir. Yoldaşının məhkəməyə vəsatəti hakim tərəfindən “işinizi çoxaltma” deyilərək rədd edilmişdir. Hakimin qərarında bildirilir ki, yoldaşıma məcbur ərizə yazıdırılan zaman yazılan səs yazısında mənim işdən çıxmağımla bağlı heç bir məlumat yoxdur. Halbuki, səs yazısına diqqətlə qulaq asılanda bildirilir ki ,“yoldaşımı niyə çıxarırsız bibimə görə” və eyni tarixdə belə səsin yazılmasıda bir sübut sayılmırmı? Yoldaşımın vəsatətinin qəbul edilməməsinin səbəbi bəlkədə səs yazısıdır. Digər qərəzli, məhkəmə, əgər əvvəlcədən o qənaətə gəlmişdirsə ərizəni özü yazmışdır, iddia əsassızdır, niyə 6 dəfə məhkəmə iclası keçirilmişdir. Son iclasda hakimin hansı səbəbə qərarın dəyişdirdiyi məlum deyil. İşdən çıxarıldığı gün ona FHN tərəfindən Fəxri Fərman və 3-cü dərəcəli döş nişanı verilmişdir. Bu da sübüt edir ki, o, iki ay əvvəl işdən çıxmaqla bağlı müraciət etməmiş, əgər etsə idi bu təltiflər mənə verilməzdi. X8 həmin tarixdə verildiyini notariusda təsdiq edən sənədi hakimə təhvil verdi. Hakim isə bunu əsas saymayaraq FHN-ə sorğu göndərdi. Lakin haqqsız olduqları üçün heç bir cavab vermədilər. Bu məsələdə qərarda öz əksini tapmamışdır...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi Z.Haqverdiyeva apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi İ.Rzayev iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, etiraza uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının hazırkı məhkəmə iclasında iddiaçının şifahi vəsatəti nəzərə alınmaqla, şahid qismində dindirilən iddiaçının xidmət etdiyi hərbi hissənin qərargah rəisi X3 ifadəsində aşağıdakıları göstərmişdir: - “Sabiq əməkdaş gizir İddiaçı xx.xx.2019-cü ildə Xidmət rəisinin müvafiq əmri ilə hərbi hissəyə Xidmətin Xüsusi riskli xilasetmə və mühafizə alayının Xüsusi riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə tağımının “Deqazasiya və dezaktivasiya manqası”nın mütəxəssis-deqazatorçusu vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci ildə Xidmət Rəisinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. O, yazdığı təqrirlə özü müraciət etmiş, buna təzyiq olmadığını və ehtiyata buraxılmasına etiraz etmədiyini göstərmişdir. Sonradan təqdimat hazırlanaraq və xx.xx.2021-ci ildə xidmətə uyğusnuluğa görə ehtiyata buraxılmışdır.” Daha sonra şahid S.Nurayev ona verilən sualları cavablandırarkən aşağıdakıları bildirmişdir: -“Hərbi Xidmətkeçmə haqqında” əsasnamədə hərbi qulluqçuları ilə söhbətləşmələr aparıla bilər, intizam pozuntu verilərkən, rütbə, vəzifə verilərkən və ya geri çəkilərkən söhbət aparıla bilər. 2 ay qabaqdan söhbət aparılması, qanuna uyğundur, qanunsuz deyil. 27-si söhbətləşmə aparılıb və 27 si əmr verilib, ehtiyyata buraxılmasında elə bir məhdudiyyət yoxdur ki, hərbi qulluqçu ondan söhbət aparılandan sonra müəyyən vaxt ərzində ehtiyyata buraxılmalıdır. Fərz deyil ki, ehiyata buraxılacaq deyə bu söhbət aparılır. Söhbət aparılmaqla bağlı 3-4 maddə var. Öz yazısı ilə əmədaş özü yazır ki, etirazım yoxdur. Birinci söhbət zamanı “xahiş olunan sualların yerinə yetirilməsinə münasibəti”, “hərbi qulluqçuların digər xahiş və sualları”və “xahiş və sualım yoxdu” yazıb söhbətləşməyə öz qoluyla imzalayıb. Söhbətləşmə öz imzası ilə öz iştirakı ilə aparılıb. Saxtalaşma ilə bağlı sübut varsa göstərsin. Burada qol da özünün də, “razıyam” xahiş edirəm” sözləti də hamısı öz imzası ilədir. Birinci söhbətləşmədə o, hərbi hissənin qərargah rəisi kimi söhbət aparmışam, mayor Nurayev, 2-ci söhbətləşmədə mən komandir vəzifəsini müvəqqəti icra edən şəxs kimi söhbət aparmışdır...” İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İddiaçının tələbindən göründüyü kimi, xidmətdən xaric edilməsi barədə cavabdeh Xilasetmə Xidmətinin barəsində olan xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli əmrinin ləğv edilməsini və xidmətinə bərpa edilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarında qeyd etmişdir ki, iddiaçı ona qarşı rəhbərlik tərəfindən qərəzli münasibət göstərildiyini, həmçinin, xidməti uyğunsuzluğa görə işdən çıxarılmasına dair iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinin könüllü yazılmamasını qeyd etsə də, buna dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, onun həyat yoldaşının və digər şəxsin səs yazısını əks etdirən disk təqdim edilsə də, həmin disk məhkəmə iclasında dinlənilmiş və iddiaçının işdən çıxarılması ilə bağlı hər hansı məlumat həmin diskdə əks olunmamışdır. Həmçinin, cavabdeh inzibati orqan olaraq əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edən sənədləri (iddiaçının ərizəsi, söhbət vərəqələri və s.) məhkəməyə təqdim etmiş və fərdi söhbətlər zamanı iddiaçı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması barədə xəbərdar edilmiş və iddiaçı buna etiraz etməmişdir ki, keçirilən məhkəmə iclaslarında iddiaçı həmin söhbət vərəqələrini özünün doldurduğunu və imzaladığını bildirmişdir. Beləliklə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmiş bununla da mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 0627/ş nömrəli əmr qəbul olunarkən, maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, konkret halda, iddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2021-ci il tarixdə xidmətdən azad olunması barədə təqriri özü yazdığını təsdiq edir, lakin bu zaman mübahisələndirir ki, həmin təqriri o öz iradə ifadəsi ilə deyil, təsir altında yazmağa məcbur olmuşdur. Lakin qeyd olunan halda iddiaçı ən azından, Azərbaycan Respublikası FHN-nin 140 nömrəli xx.xx.2007-ci il tarixli əmri ilə təsdiq olunmuş fövqalədə hallar orqanları işçilərinin etik davranış Qaydaları”nın 2.3-2.5-ci bəndləri baxımından, vicanlılıq nümunəsi olmaq və səməmilik göstərmək əvəzinə, ona edilən təsirin nədən ibarət olduğunu, konkret olaraq ehtiyata buraxılması barədə təqririn yazılmasına hansı formada məcbur edildiyini açıqlamır və bu zaman nədən çəkinərək həmin ərizəni yazdığını əsaslandırmır ya da, əksinə, açıqlanması özünün ziyanına ola biləcəyindən çəkinir. Halbuki, istinad etdiyi halları sübut etməyə borcludur. Digər tərəfdən, ona təsir göstərildiyini bəyan edən iddiaçı tabe olduğu yuxarı orqana da şikayətini (şikayət instansiyası) bildirməmiş, təqririni də geri götürməmişdir. Hazırkı apellyasiya mərhələsində, iddiaçının qeyd olunan dəlililinin həqiqətə uyğunluğunun yoxlanılması üçün, onun təşəbbüsü ilə məhkəməyə şahid qismində dəvət olunmuş - iddiaçının xidmət etdiyi hərbi hissənin qərargah rəisi X1 məhkəməyə verdiyi qeyd olunan ifadəsindən də göründüyü kimi, Xidmətin sabiq giziri S.Haverdiyev beşillik bağlaşma əsasında xx.xx.2019-cü ildə Xidmət rəisinin müvafiq əmri ilə hərbi hisəəyə riskli xilasetmə bölüyünün Radiasiya və kimyadan mühafizə tağımının “Deqazasiya və dezaktivasiya manqasının mütəxəssis-deqazatorçusu vəzifəsinə təyin edilmiş və özü xx.xx.2021-ci il tarixdə Xidmət Rəisinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə (xidməti uyğunsuzuluğa görə) əsasən ehtiyata buraxılmışası barədə yazılı təqrirlə müraciət etmiş, onunla söhbət aparıldıqdan sonra, təqdimat hazırlanaraq və Xidmət rəfisinin xx.xx.2021-ci il tarixli əmri ilə ehtiyata buraxılmışdır. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə də nəzərdə tutulur ki, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Tərəflər arasında işin mübahisələndirilməyən halıdır ki, konkret halda, iddiaçının öz arzusu ilə deyil, xidməti uyğunsuzluqla ehtiyata buraxılmasının mənası ondan ibarətdir ki, o, 2019-cu ildə bağlaşma əsasında xidmətə qəbul edilərkən, üzərinə öhdəliyinə götürdüyü 5 illik xidmət müddətini pozaraq, vaxtından əvvəl xidmətdən ehtiyata buraxımasınıxahiş etmişdir. İddiaçının onunla aparılan İ və İİ söhbətlərin qanunvericiliyin tələblərinə uyğun olmadığını mübahisələndirən dəlillərinə gəldikdə isə qeyd olunmalıdır ki, ən azından, təqriri yazdığı və əmr verildiyi gün onunla söhbət aparıldığını təsdiq etməsi – bütün bunlar onun xidmətdən ehtiyata buraxılması barədə rəhbərlik qarşısında iradə ifadəsini nümayiş etdirməsini ehtiva edir ki, sonuncu da məhz, onun bu iradə ifadəsini və istəyini, onunla söhbət aparılmasından asılı olmayaraq, yerinə yetirmişdir. “Fövqalədə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun 33.1.1-ci maddəsi də nəzərədə tutur ki, öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə fövqaladə hallar orqanları əməkdaşının; xidmət keçməsinə xitam verilir. Beləliklə də iddiaçının apellyasiya şikayətinin onu xidmətdən getməsi üçün təqriri yazarkən ona təsir göstərildiyini, onunla aparılan söhbətlərin qanunvericiliyə uyğun olmadığını bildirərək, cavabdehin onun xidmətdən ehtiyyata buraxılması barədə xx.xx.2021-ci il tarixli 0627/ş nömrəli əmrinin qanunsuz olduğunu mübahisələndirən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Başqa sözlə, əmrin ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə, mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6676/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6676/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1577/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1577/2023
13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver