Məhkəmə qərarları › İş №2-1(103)-1578/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1578/2021

24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1578/2021 24.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və veteran vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin ona verilmiş rədd cavabının qanunsuz hesab edilməsi, N6 mart N2-ci ildən N iyul N2-ci ilə kimi N nömrəli hərbi hissədə xidmət etməsi və döyüş əməliyyatlarda iştirak etməsi faktının təsdiq edilməsi, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Müdafiə Nazirliyinə ona veteran adının və vəsiqəsinin verilməsi barədə müraciət etmişdir. Tərəfindən arxiv arayışı təqdim olunmaması ilə əlaqadar ərizə geri qaytarılmışdır. Müdafiə Nazirliyi ona cavab verərək Nazirlər Kabinetinin qərarına istinad edərək bildirmişdir ki, veteran adı və vəsiqəsinin verilməsi arxiv məlumatı olduğu təqdirdə verilə bilər. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Arxiv İdarəsinə ona arxiv arayışı verilməsi barədə müraciət etmişdir. Arxiv idarəsi uzun çoxsaylı şikayətlərdən sonra ona cavab verərək bildirmişdir ki, “N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 58 №-li əmrində (əsas §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin N-N5 mart N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır”. İddiaçı arxiv arayışı əlavə edərək yenidən MN-nə müraciət etmiş və bütün sənədləri əlavə etmişdir. Bu dəfə cavabdeh yenidən eyni məzmunda ona cavab verərək, sənədlərin surətlərini, arxiv arayışını təqdim etdikdə iddiaçının müraciətinə baxılacağı bildirilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçıya şifahi cavab verilərək bildirilmişdir ki, Müdafiə Nazirliyi onun barədə arxiv məlumatları aşkar edilmədiyinə görə müharibə veteranın adının və veteran vəsiqəsinin verilməsi barədə müraciəti təmin edilməmişdir. İddiaçı Müdafiə Nazirliyi tərəfindən verilmiş rədd cavabını qeyri-qanuni, əsassız hesab edir. Belə ki, iddiaçı N6.03.N2-ci ildə Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə qulluq etmişdir. N2-ci ilin iyun ayında hərbi hospitalda müalicə almışdır. Müalicə aldıqdan sonra hərbi hissəyə qayıtmışdır. Döyüş əməliyyatlarında iştirak etmişdir. 08.07.N2-ci ildə N saylı hərbi hissədən ordu sıralarından tərxis olunmuşdur. Sadəcə hərbi biletdə döyüş əməliyyatlarında iştirak etməyi barədə qeydlər olsa da, həmin qeydlərin üzərinə möhür vurulmamışdır. Belə ki, hərbi biletində N6.03.N2-ci ildən 08.07.N2-ci ilə kimi N saylı hərbi hissədə xidmət etməsi göstərilmişdir. Hətta hərbi biletdə döyüş əməliyyatında iştirak etməsi də qeyd olunsa, möhür vurulması yaddan çıxmışdır. Buna görə iddiaçı ona müharibə veteranı adı və vəsiqəsi verilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun, eyni zamanda, qanunvericilik normaları ilə əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, arxivdə müvafiq sənədlərin mövcud olmaması iddiaçını səhvi deyil. Həmin hal iddianın təmin olunmamasına əsas ola bilməz. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 06.04.2020-ci il tarixli 5/2- 4627 saylı arayışında göstərilmişdir ki, N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 58 №-li əmrində (əsas- §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №li hərbi hissə komandirinin N-N5 mart N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 20.05.2020-ci il N/M-76N4 il saylı məktubundan müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədi Müdafiə Nazirliyinin aparat nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verılməsi” üzrə komissiyanın N5.05.2020-ci il tarixlı iclasında baxılmış və barəsində müsbət Qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxiv 06.04.2020-ci il tarixli 9/2-4027 nömrəli arayışında olan məlumatlara əsasən hərbi biletin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi təsdiq olunmadığına hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına gorə məlumatın iddiaçıya aid olub-olmaması təsdiq olunmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.20N8ci il tarixli 422 nömrəli Qərarını əsas tutaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Vətəndaşların müraciətləri haqqında” Qanunun N4.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı N5.02.2020-ci il tarixli N/M-25N3 saylı, 24.04.2020-ci il tarixli N/M-6363 saylı məktublarından müəyyən edilir ki, iddiaçıya “Müharibə veteranı” vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən sənədləri (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini, şəxsiyyət vəsiqəsinin surətini, yaralanma haqqında sənədi, əgər varsa hərbi xidmətiniz haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyi qeyd edilməklə ətraflı ərizəsini Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərildiyi təqdirdə komissiyanın iclasında baxılaraq müvafiq qərar qəbul olunmasının mümkünlüyü bildirilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı 22.05.2020-ci il tarixli N/M-M-7740 saylı və 3N.05.2020-ci il tarixli N/M-80N8 saylı məktublarından müəyyən edilir ki, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N5.05.2020-ci il tarixli iclasında baxılmış və 687 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. - İddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətininin 7-ci səhifəsindəki N8-ci bəndindən görünür ki, “N6.03 – 08.07.92-ci ildə N nömrəli hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur” qeydi imza edilməyərək, üzərində xətt çəkilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02.03.202N-ci tarixli 3N2 saylı məktubdan görünür ki, N96N-ci il təvəllüdlü İddiaçı 29.N0.N979-cu il tarixdə Nərimanov rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 0N.NN.N979-cu il tarixdən N2.N0.N98N-ci il tarixədək SSRİ SQ-də xidmət etmişdir. Ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi uçotdan çıxarılmışdır. Azərbaycan Respublikası SQ-də hərbi xidməti barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04.03.202N-ci tarixli 9/2-N953 saylı məktubdan görünür ki, N () №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 58 №-li əmrində (əsas: §2, səh-69, əmrdə atasının adı yazılmamışdır) müqavilənin vaxtı bitdiyi üçün İddiaçı şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. N () №-li hərbi hissə komandirinin N6-3N mart N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N () №-li hərbi hissə komandirinin 0N-N5 mart N2-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 26.02.2020-ci il tarixli M-4394 saylı arayışından görünür ki, Məmmədov XN rayon Məhkəməsinin 03 may 20N3-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.N-ci maddəsinə əsasən N il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə N il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. - Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsindən görünür ki, Azərbaycan SSR Bakı şəhəri Nərimanov rayonu Hərbi Komissarlığı tərəfindən 23.N0.N979-cu il tarixdə verilmiş, H3 ******* nömrəli hərbi biletin xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı məxsus olması, N5.06.N2-ci ildən 30.06.N2-ci ilədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hospitalında müalicə alması və hərbi hospital tərəfindən verilmiş 30.06.N2-ci il tarixdə 45 saylı xəstəlik barədə şəhadətnamənin xx.xx.N96N-ci il təvəllüdlü İddiaçı məxsus olması faktı müəyyən edimişdir. - Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 08.N0.2020-ci il tarixli qətnaməsindən görünür ki, Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayəti geri qaytarılmışdır. - Binəqədi rayon Məhkəməsi tərəfindən verilmiş arayışdan görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi biletin ərizəçiyə məxsus olması, hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” tələbi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 27.08.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamə N3 noyabr 2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin N-ci bölməsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, baxılan iş üzrə Mərkəzi Arxivin 06.04.2020-ci il tarixli 9/2-4027 nömrəli arayışında olan məlumatlara əsasən hərbi biletin N7-ci qrafasındakı hərbi hissəyə daxıl olma tarixi və əmrin nömrəsi təsdiq olunmadığına, hərbi hissədən çıxarılmağı barədə məlumatda atasının adı yazılmadığına gorə məlumatın iddiaçıya aid olub-olmaması təsdiq olunmadığı üçün, habelə iddiaçıya məxsus НЗ № ******* saylı hərbi biletin surətininin 7-ci səhifəsindəki N8-ci bəndində isə “N6.03 – 08.07.92-ci ildə N nömrəli hərbi-hissənin tərkibində erməni işğalçılarına qarşı mərdliklə vuruşmuşdur” qeydi imza edilməyərək, üzərindən xətt çəkildiyindən iddiaçının hərbi xidmətə qanuni əsaslarla daxil olması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Binəqədi rayon Məhkəməsinin 2(00N)-3423/2020 saylı 08.N0.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının “hospitalda müalicə olunması və hospital tərəfindən verilmiş arayışın ərizəçiyə məxsus olması faktının təsdiq edilməsi” xəsarətlərin məhz döyüş bölgəsində alındıgı anlamına gəlmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin N2.04.202N-ci il tarixli, 2-N(NN2)-2347/202N saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən N ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən N ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar