Məhkəmə qərarları › İş №2-1(103)-158/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-158/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-158/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)- 571/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20.01.2010-cu il tarixdən, 55 yaşdan pensiyanın 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi yenidən hesablanaraq yaranmış fərqin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 20.01.2012-ci il tarixdən, yəni 57 yaşdan 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və 17.10.2019-cu il tarixdən, yəni ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı o, xx xxxxxx 1955-ci il tarixdə Qazı- Məmməd (indiki Hacıqabul) şəhərində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakinidir. Onun 21.06.1971 - 20.05.2019-cu il tarixə kimi işləməklə 48 ildən artıq ümumi əmək stajı vardır. Həmin əmək stajının 21.06.1971 - 01.06.1972-ci il tarixə kimi “Şirvanneft”-də “avadanlıqların təmiri üzrə təmirçi-çlingər”, 04.08.1975 - 29.05.1995-ci il tarixə kimi isə “X5”-da “yığıcı”, “təmirçi-çilingər” və “elektrik qaynaqçısı”, 02.06.1995 25.10.2005-ci il tarixə kimi “Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatı”-da “elektrik-qaynaqçısı”, 21.09.2007 - hal-hazıra kimi “Azneft İB”-nin “Bibiheybətnefiqazçıxarma İdarəsi”-nin “Neftqaztikinti” Trestində “elektrik qaynaqçısı” peşəsində işləmişdir. Ona 20.05.2019-cu il tarixdə, yəni 64 yaşında cavabdeh təşkilat tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hal-hazırda təqaüdçüdür. “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən ümumi 25 il əmək stajını və 12 il 06 ay güzəştli iş stajını topladığına görə 20.01.2012-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Çünki «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə və həmin maddəyə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 57 yaşdan güzəştli şərtlərlə yaşa görə hüquq yaradır. Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, iddiaçının işlədiyi “elektrik-qaynaqçısı” peşəsi zərərli və ağır iş olduğundan, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 25 il ümumi və 12 il 06 ay xüsusi iş staja əsasən olmalıdır. Həmin stajlar 01.01.2006-cı il tarixə kimi toplanıldığı halda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun olmadığı qənaətinə gəlmişdir. Halbuki, iddiaçı 21.06.1971-ci ildən işlədiyindən və işlədiyi zərərli və ağır vəzifəyə əsasən tələb olunan xüsusi iş stajından 02.11.1992-ci il tarixdən “elektrikqaynaqçısı”peşəsində işlədiyi staja əsasən 01.01.2006-cı il tarixə kimi topladığından, həm 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajı tam vardır. Bu da «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüquq yaradır ki, belə olan halda 01.07.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən hüququnun yarandığı 20.01.2012-ci il tarixə təsadüf edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən 01.01.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun (23 sentyabr 1992, № 305) 13 maddəsinin “a” bəndinə əsasən işləmiş olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahısının XXXİİİ. Ümumi peşələr “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (23200000—19906)” kodu ilə göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş və səbəbinin üzürlü olması barədə əvvəlcədən məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası iclasa çağırılan tərəflərin (nümayəndələrinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan: - AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 09.12.2019-cu il tarixli **********7 saylı məktubda qeyd edilir: İdarəyə təqdim etdiyiniz 29 iyun 1971-ci il tarixində açılmış əmək kitabçanızda 02.01.1977 - 02.11.1992-ci il tarixləri arasındakı dövr ərzində Əli Bayramlı X5nda işlədiyiniz ekskavatorçu və slesar vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda nəzərdə tutulmamışdır. Bu səbəbdən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Hacıqəbul rayon İcra Hakimiyyəti Hacıqəbul rayon Dövlət Arxivinin 85 saylı 11.05.2017-ci il tarixli arxiv arayışından görünür ki, Sabirabad rayonu Poladtuğay kəndində yaşayan İddiaçı adı Hacıqabul rayon Dövlət Arxivində fond-22-də qorunub saxlanılan Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatının 1995-2005-ci illərə aid əmr kitablarında aşağıdakı kimi qeyd olunmuşdur: 1) Əmr 7, 02.06.1995-ci il tarixdən elektirik qaynaqçısı işinə qəbul edilmişdir. 2) Əmr 24, 25.10.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 16.05.2017-ci il tarixli 2 saylı güzəştli arayışından görünür ki, İddiaçı Ələsgər oğlu 04.08.1975-ci ildə 207 nömrəli əmrə əsasən keçmiş Əli Bayramlı X5na qəlblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmişdir və 02.01.1977-ci ildə 02 nömrəli əmrə əsasən həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir. 01.11.1977-ci ildə 139 nömrəli əmrə əsasən qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmişdir. 09.01.1983-cü ildə 107/N nömrəli əmrə əsasən həmin sexə 5-ci dərəcəli slesar keçirilmişdir. 07.12.1990-cı ildə 17/N nömrəli əmrə əsasən mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmişdir. 02.11.1992-ci ildə 52/N nömrəli əmrə əsasən mexaniki sexə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir. 29.05.1995-ci ildə 9/K nömrəli əmrə əsasən öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarına əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısına İddiaçı Ələsgər oğlunun pensiyaya çıxmaq hüququ var. - X1 məxsus 29.06.1971-ci ildə açılmış əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Ələsgər oğlu 21.06.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsinin 3 №-li mədənində mədənin ştatına avadanlığının quraşdırılması və təmiri üzrə ikinci dərəcəli çilingər işinə qəbul edilmişdir, 01.07.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsi “Şirvanneft” Neftqazçıxarma İdarəsinə çevrilmişdir, 01.07.1971-ci ildə istehslatın yeni idarəetmə sisteminə keçməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin istismar avadanlıqlarının yayma və təmir sexinə avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli çilingər işinə keçirilmişdir, 01.06.1972-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 №-li Rayon mühəndis və texnoloji xidmətinin avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər-çilingər işinə keçirilmişdir, 01.03.1973-cü ildə “Şirvanneft” NQÇİ-nin İstehsal xidməti bazasının istismar avadanlıqlarının yayma və təmir sahəsinə avadanlığın və qurğularının quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər çilingər işinə keçirilmişdir, 16.05.1973-cü ildə X2 azad olunmuşdur, 30.07.1975-ci ildə Əli Bayramlı drenaj boruları zavodunda qəlibləmə sexinə 3-cü dərəcəli elektrik sazlayıcısı qəbul edilmişdir, 02.01.1977-ci ildə həmin sexdə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir, 01.11.1977ci ildə qurutma sexinə 4-cü dərəcəli çilingər işinə keçirilmişdir, 01.09.1983-cü ildə çilingər işi üzrə 5-ci dərəcə verilmişdir, 07.12.1990-cı il tarixdə mexaniki sexinə 5-ci dərəcəli çilingər işinə keçirilmişdir, 02.11.1992-ci ildə mexaniki sexinə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir, 29.05.1995-ci ildə öz xahişi ilə işdən azad edilmişdir, 21.09.2007-ci ildə “Azneft” İB “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsində Təmir-Tikinti Sexinə 5-ci dərəcəli elektrik-qazqaynaqçısı peşəsinə işə qəbul edilmişdir, 22.04.2008-ci ildə AR ƏM 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün öz xahişi ilə işdə azad edilmiş və onun əmək müqaviləsinə xitam verilmişdir, 23.04.2008-ci ildə “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.06.2012-ci ildə 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə təyin edilmişdir, 04.11.2014-cü ildə bağlanmış əmək müqaviləsi AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir, 05.11.2014-cü ildə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində 2 saylı tikinti quraşdırma sahəsinə ƏÖD-4 olmaqla əl ilə qaynaqda elektrik qaynaqçı peşəsinə qəbul edilmişdir, 05.08.2015-ci ildə bağlanmış başqa işəgötürənlə əmək müqaviləsi bağlandığı üçün əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən öz təşəbbüsü ilə xitam verilmişdir, 06.08.2015-ci ildə SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölümünün 2 saylı tikinti quraşdırma sahəsinə EÖD-4 (dörd) olmaqla əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir və 04.04.2017-ci il tarixli qeydə əsasən həmin tarixədək orada işləyir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" ASC-nin güzəştli arayışına əsasən iddiaçı 04.08.1975-ci ildə 207 nömrəli əmrə əsasən keçmiş ƏliBayramlı X5na qəliblənmə sexinə 3-cü dərəcəli yığıcı işinə qəbul edilmişdir, 02.01.1977-ci ildə 02 nömrəli əmrə əsasən həmin sexə 4-cü dərəcəli ekskavatorçu işinə keçirilmişdir, 01.11.1977-ci ildə 139 nömrəli əmrə əsasən qurutma sexinə 4-cü dərəcəli slesar işinə keçirilmişdir, 09.01.1983-cü ildə 107/N nömrəli əmrə əsasən həmin sexə 5-ci dərəcəli slesar keçirilmişdir, 07.12.1990-cı ildə 17/N nömrəli əmrə əsasən mexaniki sexinə 5 dərəcəli slesar işinə keçirilmişdir, 02.11.1992-ci ildə 52/N nömrəli əmrə əsasən mexaniki sexə 6-cı dərəcəli elektrik qaynaqçısı işinə keçirilmişdir, 29.05.1995-ci ildə 9/K nömrəli əmrə əsasən öz xahişi ilə elektrik qaynaqçı işindən azad edilmişdir. Həmin arayışda qeyd olunan sahə, peşə və vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına daxil olduğu qeyd olunsa da, uyğun sahə və peşələr konkret göstərilməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda Metallurgiya istehsalatı (qara metallar) bölməsində nəzərdə tutulmuşdur, iddiaçının işlədiyi sahə isə həmin bölmədə nəzərdə tutulmuş sahəyə aid deyildir. Ümumi peşələr bölməsində istinad etdiyi peşə isə əl ilə qaynaq aparan elektrik qaynaqçısıdır, iddiaçı isə elektrik qaynaqçısı işləmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahıda nəzərdə tutulmamışdır. Bu səbəbdən də həmin dövr güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Göründüyü kimi, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalı, iddia təmin olunmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə - güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja gorə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a)yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Qeyd olunan qanunvericilik normalarına əsasən, baxılan iş üzrə iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olmalı, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) sorğu ünvanlanaraq İddiaçı 21.06.1971-01.06.1972-ci illər aralığında NQÇİ “Şirvanneft” idarəsidə işlədiyi çilingər peşəsinin istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıya uyğunluğu barədə (kod göstərilməklə) ətraflı məlumatın növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Məhkmənin sorğusuna cavab olaraq Şirkət tərəfində məhkəməyə daxil olmuş məktubda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1955-ci il təvəllüdlü İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 nömrəli mədənində 21.06.1971-ci il tarixdən 30.06.1971-ci il tarixədək 3-cü dərəcəli mədən avadanlıqlarının təmiri və quraşdırılması üzrə çilingər peşəsində işləyib və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin .(a) «Fəhlələr» bəndində qeyd edilən 2130200a-18559 kodlu “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər” peşəsinə uyğundur. İddiaçının əmək kitabçasına əsasən, O, 21.06.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsinin 3 №-li mədənində mədənin ştatına avadanlığının quraşdırılması və təmiri üzrə ikinci dərəcəli çilingər işinə qəbul edilmişdir, 01.07.1971-ci ildə “Şirvanneft” Neft Mədən İdarəsi “Şirvanneft” Neftqazçıxarma İdarəsinə çevrilmişdir, 01.07.1971-ci ildə istehslatın yeni idarəetmə sisteminə keçməsi ilə əlaqədar “Şirvanneft” NQÇİ-nin istismar avadanlıqlarının yayma və təmir sexinə avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli çilingər işinə keçirilmişdir, 01.06.1972-ci ildə “Şirvanneft” NQÇİ-nin 3 №-li Rayon mühəndis və texnoloji xidmətinin avadanlığın quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər-çilingər işinə keçirilmişdir, 01.03.1973-cü ildə “Şirvanneft” NQÇİ-nin İstehsal xidməti bazasının istismar avadanlıqlarının yayma və təmir sahəsinə avadanlığın və qurğularının quraşdırılması, təmiri və xidməti üzrə 2-ci dərəcəli dülgər çilingər işinə keçirilmişdir, 16.05.1973-cü ildə X2 azad olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi “Şirvanneft” Neft Mədən İdarəsinin idarəetmə sistemi dəyişdiyinə görə işlədiyi peşənin adı dəyişmiş, sonradan iddiaçının vəzifəsi artırılsa da, o, müxtəlif dərəcəli çilingər peşələrində çalışmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 01.07.1971-ci ildən 16.05.1973-cü ilədək işlədiyi müxtəlif dərəcəli çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft və qaz kondensatının hasilatı» yarımbölməsinin .(a) «Fəhlələr» bəndində qeyd edilən 2130200a-18559 kodlu “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi çilingər” peşəsinə uyğun hesab olunmalıdır. Eyni zamanda iddiaçının 02.11.1992-29.05.1995-ci illərdə “Şirvanneft” NQÇİ-də işlədiyi 6-cı dərəcəli elektrik qaynaqçısı və 02.06.1995-25.10.2005-ci illərdə Hacıqabul rayonu Kommunal Müəssisələri Kombinatında işlədiyi elektrik qaynaqçısı peşələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 33-cü bölməsinin 23200000—19906 yarımbəndində isə “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə uyğun olduğu müəyyən edilmişdir. Belə ki, oxşar iş üzrə məhkəmənin 11.11.2021-ci il tarixli, 2-1(103)-2078/2021 nömrəli sorğusuna cavab olaraq tikinti sahəsində ixtisaslaşmış "xxxx" ASC-nin cavab məktubunda elektrik qaynaqçısının vəzifə təlimatlarına əsasən tələb olunan metodlar vasitəsilə əllə qaynaq işini yerinə yetirmək kimi vəzifəsi də qeyd olunduğu, eyni zamanda, tikintiquraşdırma işlərinin yerinə yetirilməsi prosesində metalların qaynaq edilməsi elektrik qaynaqçısı tərəfindən əl ilə həyata keçirildiyi qeyd olunmuşdur. Beləliklə, iş materiallarına eyni zamanda, məhkəmə araşdırmasına əsasən iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısına əsasən güzəştli iş stajının 12 il 06 aydan çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Baxılan iş üzrə iddiaçı hazırki tələblə ilk dəfə 17.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.11 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün yəni 17.10.2016-ci il tarixdən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməlidir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın təmin edilməli olduğu, İddiaçı 20.01.2012-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17.10.2019-cu il tarixdən, yəni ərizə ilə müraciət etdiyi gündən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 07.04.2021-ci il tarixli, 2-1(112)-571/2021 saylı qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilsin. İddiaçı 20.01.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və 17.10.2019-cu il tarixdən əvvəlki 3 il dövrədək olan pensiya məbləğinin birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar