Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1580/2023 05.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş X2 və İstismarı Birliyi ilə bağlamış olduğu 24 avqust 2005-ci il tarixli 35641 saylı müqavilə əsasında qanuni istifadəsinə və sahibliyinə verilmiş olan, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0,25 ha ölçülü 3929 saylı bağ sahəsi ilə bağlı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılması, həmin torpaq sahəsi ilə bağlı çıxarış və texniki sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş X2 və İstismarı Birliyi ilə bağlamış olduğu 24 avqust 2005-ci il tarixli 35641 saylı müqavilə əsasında Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0,25 ha ölçülü 3929 saylı bağ sahəsi iddiaçının qanuni istifadəsinə verilmiş, həmin vaxtdan faktiki sahibliyindədir. Torpaq sahəsinin qanuni istifadəsində olması rayon İH-nin aidiyyəti şöbəsinin təsdiq etdiyi situasiya/mövqe (yerləşmə) planı ilə təsdiq edilmiş və iddiaçıya yerləşmə plan-sxemi təqdim olunmuşdur. xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin xx.xx.2021-ci il tarixli bildirişlə ona imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “qeyd edilən bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə şərti olaraq göstərdiyiniz ərazi ümumi hasar daxilindədir. AR Mülki Məcəlləsinin 176-cı maddəsinə əsasən tərəfinizdən hasarlama və mərzçəkmə işlərinin aparılması zəruridir”. xx.xx.2021-ci il tarixində iradların əsassızlığı ilə bağlı dəlillərini ifadə edərək təkrarən cavabdeh orqana müraciət ünvanlamış və hüquqlarının qeydiyyatında iddiaçıya köməklik göstərilməsini xahiş etmiş, lakin xx.xx.2021-ci il tarixli imtina bildirişinin dəlillərinə istinad olunaraq oxşar məzmunlu xx.xx.2021-ci il tarixli məktubla hüquqlarının qeydiyyatından yenidən imtina edilmişdir. Hesab edir ki, cavabdehin süni bəhanələrlə hüquqlarının qeydiyyatından imtina olunması tamamilə qanunsuz və əsassızdır. Artıq 17 ildir ki, iddiaçının faktiki hüquqi sahibliyi və qanuni istifadəçiliyi heç vaxt hər-hansı fiziki şəxs və ya dövlət orqanı tərəfindən mübahisələndirilməmiş, bağ mübahisəsiz qaydada iddiaçıya məxsusdur. Onu da qeyd edir ki, bağ sahəsi iki tərəfdən yolla əhatə olunub, digər 2 qonşu iddiaçının uzaq qohumlarıdır, torpağı vaxtılə birlikdə almışlar ki, bağ evi tikərək qonşu olub birlikdə yaşasınlar. Onların artıq hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. Sonradan üzrə iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı X2 və İstismarı Birliyi ilə bağlanmış 24 avqust 2005-ci il tarixli 35641 saylı müqavilə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0,25 ha ölçüsü olan 3929 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən göstərilən ərazi və torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə **********56 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı X2 və İstismarı Birliyi ilə bağlanmış 24 avqust 2005-ci il tarixli 35641 saylı müqavilə əsasında istifadəsinə verilmiş Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0,25 ha ölçüsü olan 3929 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin iddiaçıya ünvanlanmış **********52 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, “Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ sahəsində yerləşən “3929” nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə bağlı bildiririk ki, qeyd olunan bağ nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksinə tapmamışdır. Bundan əlavə şərti olaraq göstərdiyiniz ərazi ümumi hasar daxilindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsin əsasən tərəfinizdən hasarlama və mərzçəkmə işlərinin aparılması zəruridir. - İddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X2 və İstismarı Birliyi arasında bağlanmış 24 avqust 2005-ci il tarixli, 35641 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları massivində yerləşən, 0.25 hektar torpaq sahəsi olan 3929 saylı bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********426 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi elektron kadastr baza məlumatlarına əsasən araşdırılmışdır. İddiaçının nümayəndəsinin 3929 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Dübəndi bağ massivində ümumi hasarlanmış ərazi daxilində yerləşən şərti sərhədli 0.25 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının nümayəndəsinin 3929 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən ərazinin sxematik xəritəsi yoxdur. Qeyd olunan səbəbdən bağ sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olubolmamasını, bağların sxematik xəritəsinə uyğun olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi ümumi hasarlanmış ərazidə yerləşir. Ümumi hasarlanmış ərazi daxilində 3973, 3975 və 3951 nömrəli bağ sahələri dövlət qeydiyyatına alınmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********04 saylı məktubundan görünür ki, qeyd olunan ərazinin sxematik xəritəsi mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçının mərhum atasına ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarəsi tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən order) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edilmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Hazırkı iş üzrə iddiaçının tələbi bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı hazırki hazırkı tələblə cavabdehə müraciət etsə də, ərizə cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, iddiaçı ilə Azərbaycan Respublikası Bakı şəhər icra Hakimiyyəti Başçısının Aparatının X2 və İstismarı Birliyi arasında bağlanmış 24 avqust 2005-ci il tarixli, 35641 nömrəli müqaviləyə əsasən iddiaçıya Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində yerləşən 0,25 ha ölçülü 3929 saylı bağ sahəsi ayrılmışdır. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh inzibati orqana qanunvericiliklə nəzərdə tutulmuş sənədlər təqdim edilməsinə baxmayaraq, cavabdeh iddiaçının ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdehin imtinasında göstərilən dəlillər məhkəmənin aldığı mütəxəssis rəyi ilə təkzib edilmişdir. Belə ki, mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi elektron kadastr baza məlumatlarına əsasən araşdırılmışdır. İddiaçının nümayəndəsinin 3929 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Dübəndi bağ massivində ümumi hasarlanmış ərazi daxilində yerləşən şərti sərhədli 0.25 ha torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən hüquqları dövlət qeydiyyatına alınmış digər torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının nümayəndəsinin 3929 nömrəli bağ sahəsi kimi iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Dübəndi bağ massivində yerləşən ərazinin sxematik xəritəsi yoxdur. Qeyd olunan səbəbdən bağ sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmamasını, bağların sxematik xəritəsinə uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsi ümumi hasarlanmış ərazidə yerləşir. Ümumi hasarlanmış ərazi daxilində 3973, 3975 və 3951 nömrəli bağ sahələri dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə rəyi mötəbər sübut kimi qəbul edir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Cavabdehin “Bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması” və “hasarlama və mərzçəkmə işlərinin aparılması zəruridir” dəlilləri ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, müvafiq bağ sahəsinin sxematik xəritədə öz əksini tapmaması (halbuki iş üzrə heç sxematik xəritə də mövcud deyil), yaxud hasarlama aparmaması iddiaçının təqsiri hesab edilə bilməz və bu hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq imtina üçün əsas deyildir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki stifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10847/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1580/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1580/2023
05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver