Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1581/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “mənzildən qeydiyyatdan çıxarılma” barədə iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13602/2022 saylı, 06 dekabr 2022-ci il tarixli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 55-də yerləşən 36 nömrəli mənzildən X1 qeydiyyatdan çıxarılması vəzifəsinin Bakı Şəhəri Nizami rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13602/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X4 üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)-13602/2022 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmişdir. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaçı ilə üçüncü şəxs arasında razılıq əldə edildiyini, bu səbəbdən də verilmiş apellyasiya şikayətini geri götürdüyünü bildirdi və apellyasiya şikayətinin baxışına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı üçüncü şəxslə razılıq əldə etdiklərindən apellyasiya şikayəti üzrə məhkəmə baxışına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırki işdən görünür ki, üçüncü şəxs X1 nümayəndəsi və vəkili 23 may 2023-cü il tarixdə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək apellyasiya şikayətinin baxışına xitam verilməsini, Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2-1(112)- 13602/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13602/2022 saylı, 06 dekabr 2022-ci il il tarixli qərarından üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Üçüncü şəxs X3 izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1581/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1581/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver