Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1581/2024 25.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın yenidən hesablanması və s” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2- 1(112)- 14325/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qarşı “əmək pensiyanın yenidən hesablanması və s” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı 10 dekabr 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə vermişdir. Məhkəmənin hüquqi yardımına uyğun olaraq iddia tələbinə yeni dəqiqləşmə verilərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya artıq hesablanmış 1089,04 manat məbləğində pensiyanın qanunsuz hesab edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili eyni zamanda ərizədə qeyd edilən 1089,04 manat məbləğin 1089,07 AZN hesab edilməsi və həmin məbləğin tələb edilməsinin qanunsuz hesab edilməsi kimi iddia tələbinin başa düşülməsi, qeyd olunan texniki səhvlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 10 dekabr 2023-cü il tarixli iddia tələbinə dəqiqləşmə barədə ərizənin icraata qəbulundan imtina edilmiş, digər ərizə texniki səhvlər də nəzərə alınmaqla icraata qəbul edilmiş iddia tələbi “cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya artıq hesablanmış 1089,07 manat məbləğində pensiyanın tələb edilməsinin qanunsuz hesab edilməsi və iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, iddiaçı əmək pensiyaçı statusuna keçdikdən sonra işləmiş, lakin əmək pensiyası hesablanması zamanı pensiya kapitalının artımı nəzərə alınmamış, iddiaçının qulluq stajına görə əlavələr azaldılmışdır. Eyni zamanda cavabdeh tərəfindən artıq pul vəsaitinin ödənildiyi qeyd edilmiş, həmin məbləğ geri tələb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli e-2- 1(112)-14325/2023 nömrəli qərarı (Hakim O.Həsənov) ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 1581/2024 saylı qərardadı ilə iddia tələbi İddiaçı artıq ödəmə adı ilə tələb edilən 1089,07 manat məbləğində pensiyanın tələb edilməsinin qanunsuz hesab edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi hissəsində mümkün sayılmamışdır. Məhkəməyə təqdim edilən əmək pensiyasının yenidən hesablanması haqqında 08 aprel 2024-cü il tarixli, 3-17-1/3-7-4133/2024 nömrəli qərardan görünür ki, iddiaçının əmək pensiyasının məbləği yenidən hesablanaraq 3257,09 (üç min iki yüz əlli yeddi manat doqquz qəpik) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi 08 aprel 2024-cü il tarixli qərara əsasən izahat verərək iddia tələbinin əmək pensiyasının yenidən hesablanması haqqında 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi hissəsində mübahisənin aradan qalxdığını qeyd etdi və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının hazırki pensiya məbləği 3257,09 manat müəyyən edilmiş, əlavə olaraq da ötən dövrlər üzrə məbləğlər həyata keçirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili sözügedən qərarla iddiaçıya əmək pensiyasının yenidən hesablandığını, əmək pensiyasında artım olduğunu bildirərək lakin iş üzrə icraata xitam verilməsinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi- “əmək pensiyasının yenidən hesablanması” tələbi, yəni iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması cavabdeh tərəfindən təmin olunduğundan, bununla da hazırki iş üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67ci maddəsini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia tələbinə “əmək pensiyasının yenidən hesablanması haqqında 27 iyul 2023-cü il və 27 aprel 2023-cü il tarixli qərarların ləğv edilməsi, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 06 il və daha çox işlədiyi dövr üzrə yığılmış sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq, qulluq stajına görə əlavələrin məbləği azaldılmamaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” hissəsində xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Günel Abbasova
Məhkəmə qərarları › İş №2-1(103)-1581/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1581/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver