Məhkəmə qərarları › İş №2-1(103)-1583/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1583/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1583/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2364/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun yəni, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü ilədək Bakı şəhər 10 saylı orta texniki peşə məktəbində təhsil aldığı və xx.xx.1997-ci il tarixdən xx xxxxxx 2006-ci il tarixədək “xxxx” ATSC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona 63 yaş 6 ayının tamam olduğu xx xxx 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Bakı şəhəri Binəqədi rayon şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə doğulmuşdur. xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək 10 nömrəli texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək X10nda dülgər-dəzgahçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1976-cı il tarixdən xx.xx.2007-ci il tarixədək X10nda müxtəlif peşələrdə əmək fəaliyyətini davam etdirmişdir və xx.xx.2007-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.1997-ci il tarixdən X8 bazasında “Bakı X10” ATSC yaradılmışdır. Yaşa görə əmək pensiyası hüququ yarandığına görə cavabdehə müraciət etmiş, cavabdeh ona yaşa görə əmək pensiyası təyin olunmasından imtina etmişdir. xx.xx.1971-xx.xx.1974= 2 il 10 ay 21 gün texniki peşə məktəbi; xx.xx.1974-xx.xx.1974= 0 il 3 ay 17 gün X10; xx.xx.1974-xx.xx.1976=01 il 11 ay 12 gün hərbi xidmət; xx.xx.1976xx.xx.2007-ci il=30 il 0 ay 27 gün X10 olmaqla, cəmi 34 il 01 ay 27 gün əmək stajı vardır. Həmçinin xx.xx.1971-ci il tarixdən xx.xx.1974-cü il tarixədək olan müddətdə Bakı şəhəri 10 saylı orta texniki peşə məktəbində təhsil aldığı müddət də sosial sığorta stajına daxil edilməlidir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2364/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 22- 1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Lakin vətəndaşın fərdi hesabının yığım hissəsində heç bir pensiya kapitalı toplanmamışdır və xx.xx.1997-ci ilədək ümumi sosial sığorta stajı 22 il 9 ay 12 gün təşkil edir. İş materiallarına əlavə edilmiş sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanunun 7.1-ci maddəsinə əsasən işəgötürən, məcburi dövlət sosial sığorta haqqını ödədiyi bütün işçiləri haqqında məlumatları dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. Lakin DSMF Mərkəzi sosial Sığorta və X9 tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış sorğuya cavab məktubuna əsasən, “xxxx” ASC tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda vətəndaş İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sisteminin Sığorta (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. Məhz bu fakt ona əsas verir ki, 2006-2007-ci ilin hesabatlarında adı mövcud olmayan, dolayısıyla əmək haqqından heç bir ödəniş tutulmayan vətəndaşın işlədiyi müəssisə tərəfindən 2006-cı ildən əvvəlki tarixdə də dövlət büdcəsinə ödənişlər həyata keçirilməmişdir. Əmək pensiyası hüququ məcburi dövlət sosial sığorta haqları ödənildikdə mövcud olur. Digər tərəfdən “xxxx” ASC-nin xx.xx.1997-ci ildən xx.xx.2007-ci ilədək dövr üzrə fəaliyyət göstəribgöstərməməsi və qeyd olunan dövrdə işçilərə ödənilən əmək haqqından tutulan vergilər üzrə büdcəyə ödənişlərin həyata keçirilib-keçirilməməsi barədə Bakı İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış sorğuya cavab məktubunda qeyd olunduğu kimi həmin müəssisə 1999-cu ildə vergi uçotuna alınmışdır. Həmçinin “xxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2018 tarixli arayışda vətəndaşın əmək haqqı barədə qeydlər öz əksini tapmamışdır. Bununla yanaşı Milli Arxiv İdarəsinin xx.xx.2020 tarixli sorğuya cavab məktubunda “xxxx” ASC-nin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi qeyd olunmuşdur. Məhkəmənin istinad etdiyi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018 tarixli Qanuna gəlincə, Qanunun məzmunundan da görünür ki, 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci il 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən hər hansı formada kompensasiya edilməmişdir, sadəcə silinmişdir. Üstəlik qeyd olunan Qanunun 3-cü maddəsinə əsasən, 2015-ci ildən etibarən məcburi dövlət sosial sığorta borclarına görə tətbiq edilmiş maliyyə sanksiyaları müəyyən şərtlər daxilində öz qüvvəsini saxlamışdır. Borcların silinməsi faktı yaşa görə pensiya təyin edilməsi üçün əsas deyil. Çünki pensiya təyinatı məhz həmin əmək haqqından tutulan və dövlət büdcəsinə keçirilən ödənişlər hesabına həyata keçirilir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyi ilə əvəz edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1954-cü ildə Balakən rayonunda anadan olmuşdur. O, işə qəbul olunana qədər xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilədək 10 saylı PTU-da təhsil almışdır. xx.xx.1974-cü ildə X10 UİM BBT Peşə təhsili üzrə göndərişə müvafiq olaraq 3-cü dərəcəli dəzgahda işləyən xarrat vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1974-cü ildə Sovet Ordusu sıralarına xidmətə çağırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1976cı ildə Xarrat sexinə dəzgahda işləyən 3-cü dərəcəli xarrat vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1977-ci ildə bu sexdə 3-cü dərəcəli yapışdırıcı xarrat vəzifəsinə keçirilmişdir. xx.xx.1978-ci ildə Bu sexdə 4-cü dərəcəli yapışdırıcı xarrat vəzifəsinə keçirilmişdir. xx.xx.1983-cü ildə Azərbaycan SSR Nazirlər Sovetinin 72 saylı xx.xx.1982-ci il tarixli Sərəncamına, Bakı şəhər sovetinin 05/980 saylı xx.xx.1982-ci il tarixli Sərəncamına və Baş Bakıtikinti idarəsinin 532 1s saylı xx.xx.1982-ci il tarixli Əmrinə müvafiq olaraq X10 Baş Bakıtikinti idarəsinin “Tikinti şöbəsinin” tabeliyinə keçirilmişdir. xx.xx.1987-ci ildə Baş Bakıtikinti idarəsinin 248 saylı xx.xx.1987-ci il tarixli Əmrinə əsasən müvafiq olaraq X10 Baş Bakıtikinti idarəsinin AEİB (ağac emalı üzrə İstehsalat Birliyinin) tabeliyinə keçirilir və Baş Bakıtikinti idarəsinin X10 AEİB (ağac emalı üzrə İstehsalat Birliyinin) adlanır. xx.xx.1991-ci il çoxişlənən istehlak malları sahəsinə keçirilmişdir. xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 383 saylı xx.xx.1997-ci il tarixli Sərəncamına əsasən BBTİ-nin X8 bazasında “xxxx” ATSC adlandırılmışdır. xx.xx.2007-ci ildə Dülgərlik sexinin geniş tələbat (Şirpotreb) sahəsinin işçisi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir (Azərbaycan SSRİ Nazirlər Sovetinin Dövlət Texniki peşə təhsili komitəsi tərəfindən xx xxxx 1974-cü ildə verilmiş ******* nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surəti, Hərbi bilet НЗ № ******* təsdiq olunmuş surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçasının təsdiq olunmuş surəti). “xxxx” ASC tərəfindən verilmiş 01/009 №li xx.xx.2018-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı xx xxxx 1974-cü ildən (Əmr № 65-c, xx.xx.1974) keçmiş BBTİ-nin X8 indiki “xxxx” ASC-nin dülgərlik sexində Dəzgahçı dülgər işinə qəbul edilmiş, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək Hərbi xidmətdə (hərbi bilet HZ № 2487609) olmuş, xx xxxxxx 1976-cı ildən Dülgərlik Sexində 3-cü dərəcəli dəzgahçı dülgər (Əmr № 119 c, xx.xx.1976) işində davam etmiş, xx.xx.1991-ci ildən (Əmr № 32 c, xx.xx.1991) həmin sexdə (şirpotreb) geniş təlabat sahəsinə keçirilmişdir. xx.xx.2007-ci il tarixindən (Əmr № 03 k, xx.xx.2007-ci il) öz xahişi ilə işdən azad edilmişdir. “xxxx” ASC-də rekonstruksiya işləri ilə əlaqədar olaraq arxiv sənədləri dəfələrlə köçürüldüyünə və 2000-ci ildə baş vermiş zəlzələ zamanı sənədlərin saxlanıldığı binada tavanın çökməsi nəticəsində sənədləri su basdığına, söküntü altında qaldığına, sənədlərin çoxunun itirildiyinə görə İddiaçı əmək haqqı barədə arayış vermək mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinin 383 saylı, 03.07.97-ci il tarixli sərəncamına əsasən BBTİ-nin X8 bazasında “xxxx” ATSC-ti yaradılmışdır. xx xxx 2009-cu il tarixli **********1 saylı qeydiyyatla Azərbaycan Respublikası Vergilər Nazirliyi BŞVD-nin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən “xxxx” ASC adlandırılmışdır. İddiaçının müraciətinə cavab olaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********7 №li imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajı yaşa görə əmək pensiyası hüququnun olduğu, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş sonuncu dəyişikliklərə əsasən 22-1.1-ci maddəsində 2019-cu il yanvar ayının 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablandığı, fərdi hesabının yığım hissəsində heç bir pensiya kapitalı qeydə alınmadığından 2006-cı il tarixədək olan sosial sığorta stajının 25 il kimi hesablana bilmədiyi, həmçinin xx.xx.1997-ci ilədək ümumi sosial sığorta stajının 22 il 9 ay 12 gün təşkil etdiyi, xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixə qədər işlədiyi “xxxx” ASC tərəfindən sosial sığorta haqları ödənilmədiyindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə alına bilmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsinin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 5/393 №li xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “xxxx” ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş **********726600 №li xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, vergi orqanında olan uçot məlumatlarına əsasən “xxxx” ASC xx.xx.1999cu il tarixdə ********* nömrəli VÖEN-lə vergi orqanında uçota alınmış və xx.xx.2004-cü il tarixdə inventarlaşdırmadan keçərək, müəssisəyə vergi orqanı tərəfindən ********** nömrəli VÖEN verilmişdir. Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları vergi uçotuna alındığı tarixdən etibarən aktivdir. Hər bir işçi üzrə məlumatların vergi bəyannamələrində əks etdirilərək vergi orqanına təqdim edilməsi qeyd edilən dövrlərdə qanunvericilikdə nəzərdə tutulmadığından həmin hissədə müraciətin icrası mümkün olmamışdır. Şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən qeyd olunan dövr ərzində dövlət büdcəsinə 855,12 manat əmək haqqından tutulan gəlir vergisi hesablanmış, lakin dövlət büdcəsinə əmək haqqından tutulan gəlir vergisi üzrə ödəniş aparılmamışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Mərkəzi Sosial Sığorta və X9 tərəfindən verilmiş **********0 №li xx xxx 2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr üçün hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatın verilməsi Mərkəzi Sosial Sığorta və X9 tərəfindən mümkün olmamışdır. “xxxx” ASC tərəfindən 2006-2007-ci illər üzrə təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda İddiaçı məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanın məlumatları öz əksini tapmamışdır. İddiaçının sığorta stajının xx.xx.1997-xx.xx.2007-ci il tarixədək illərə münasibətdə cavabdeh tərəfindən mübahisələndirilmişdir. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanmış müddəalarından göründüyü kimi, əmək pensiyanın təyin edilməsi üçün zəruri olan şərt şəxsin müəyyən sığorta stajına malik olmasıdır. Sığorta stajına isə müvafiq müəssisə, idarə və ya təşkilatda işləyənlərin iş dövrü müddətləri aiddir. İşin müəyyən edilmiş hallarına görə isə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (mübahisələndirilən dövr) “xxxx” ASC-də işlədiyi illərə dair əmək kitabçasında qeyd aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; - 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir; - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Yuxarıda sadalanan işin hallarından müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər (iddiaçıya məxsus diplom, hərbi bilet və əmək kitabçasında qeyd olunmuş məlumatlar nəzərə alınmaqla) 34 (otuz dörd il) 2 (iki) ay 1 (bir) gün iş stajı var. Şəxsin xx xxxxxx 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı xx xxxxxx 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə pensiya 63 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malk olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə görə təhsil müddətinin sığorta stajı kimi hesablanmasının nəzərdə tutulmadığına dair dəlil əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajı xx.xx.1997-xx.xx.2006-cı illərə münasibətdə mübahisələndirilsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyini təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanunun 1 -ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Göründüyü kimi, qanunvericiliklə iddiaçının işlədiyi müəssisə də daxil olmaqla bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2006-cı il tarixə yaranmış borcları xx.xx.2018-ci il tarixdən silinmişdir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu (xx.xx.2006-cı il tarixədək olan dövr üzrə) təsdiq olunsa belə, bu, özü özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən 5 hal kimi təsbit edilməmişdir. Belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin imtinası əsaslı olmamış, işə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2- 1(112)-2364/2020 saylı qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Binəqədi rayon nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı inzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-2364/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar