Məhkəmə qərarları › İş №2-1(103)-1584/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1584/2022

21.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1584/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Mirzəyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, 3-cü şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “sərəncamın ləğv edilməsi” tələbinə dair idiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışa əsasən İddiaçı MMC 12 mart 2018-ci ildə qeydiyyata alınaraq ona ********** dövlət qeydiyyat nömrəsi verilmişdir. Azərbaycan Respublikası Bakı şəhər Cavabdeh Başçısının 296 nömrəli 16 iyul 2018-ci il tarixli Sərəncamına əsasən Nərimanov rayonunun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4.44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Həmin sərəncamın 2-ci bəndinə əsasən “X7” MMC-nin çoxmənzilli yaşayış binalarının tikintisinin başlanılması məqsədi ilə İddiaçı MMC-yə torpaq sahəsinin yerində qəbul edilməsini və onun sanitar vəziyyətinə nəzarət edilməsini; ayrılmış torpaq sahəsinə İddiaçı MMC tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi; ərazinin və obyektin memarlıq-planlaşdırma həllini layihələndirmə ərəfəsində RİH ilə razılaşdırmasını; tikinti işlərinə Fövqəladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza İdarəsindən xüsusi rəyin alınmasını; layihə-axtarış işləri aparılarkən mühəndis kommunikasiya xətləri aşkar edildikdə, Baş Plan işlənməzdən əvvəl RİH və əlaqədar təşkilatlarla razılaşdırmaqla həmin kommunikasiya xətlərinin köçürülməsini; rayonun Təbriz küçəsi 83, 85; Həsənoğlu küçəsi 12, 12a, 14, 14a, 16, 16a, 83a, 85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sakinləri qarşılıqlı razılaşma əsasında, yeni mənzillərlə təmin edilənədək hər ay kirayə haqqı ödənilməklə, müvəqqəti olaraq başqa mənzillərə köçürülməsi həvalə edilmişdir. Həmin sərəncamın 3-5-ci bəndlərinə əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq rayonun Təbriz küçəsi 83,85; Həsənoğlu küçəsi 12,12a,14,14a,16,16a,83a,85a və A.M.Cümə küçəsi 11, 11a nömrəli yaşayış binalarının sökülməsini; sərəncamın 1-ci və 2-ci bəndlərinin tələbləri "X5" MMC tərəfindən tam yerinə yetirildikdən sonra Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikinti layihəsinin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə RlH-ə müraciət edilməsini; bu sərəncamın ilkin olaraq yalnız layihələndirmə üçün əsas olduğu həvalə edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdehin Başçısı cənab A.Fərzəliyevə ünvanlanmış 001 saylı 09 iyun 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “X6” MMC tərəfindən ərazinin layihələndirmə, planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti- planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb, təsdiq edilmişdir. Eləcə yerin geoloji xüsusiyyətləri, kommunikasiya xətlərinin yerləşmə yerlərinin təsbit edilərək xəttlərin köçürülməsi layihələri, ekoloji vəziyyətini öyrənilməsi və tikinti və şəhərsalma qaydalarının tələblərinə uyğun müvafiq addımlar atılmışdır. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə qarşılıqlı razılaşmalar əldə edilmişdir. Beləliklə 296 saylı 16 iyul 2017-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamına uyğun olaraq memarlıq-planlaşdırma həllini layihələndinnəsinin və tikinti layihənin razılaşdırılması, tikintiyə icazə barədə sərəncamın verilməsi və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması və digər müvafiq razılıqların verilməsi zərurəti yaranmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 7-163/2 saylı 22 sentyabr 2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 296 saylı Sərəncamı ilə Nərimanov rayonu, Təbriz, İ.Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində çoxmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün İddiaçınə ayrılmış ərazidə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikintiyə hazırlıq işlərinin başlanması barədə məktuba baxılmışdır. Bununla əlaqədar olaraq, qaldırılan məsələnin ətraflı araşdırılması məqsədilə tərəflərindən Cavabdehə müraciət edilmişdir. Aparılan araşdırma nəticəsində, rayon icra hakimiyyəti tərəfindən təqdim edilmiş və əldə olunan müvafiq sənədlərə əsasən Cavabdeh başçısının 296 saylı xx.xx.2018-ci il tarixli Sərəncamı ilə sözügedən ünvanda mövcud qəzalı binaların sökülməsi, yerində hündürmərtəbəli çoxmənzilli binaların tikintisi məqsədilə 4.44 ha torpaq sahəsinin "X5” MMC-yə ayrıldığı bildirilmişdir. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, "X5” MMC tərəfindən müvafiq sənədləşdirmə işlərinin başa çatdırılmadığı, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, əhalinin köçürülməsi və ərazinin hasarlanaraq tikintiyə hazırlıq işlərinə başlanılmadığı, eləcə də nəzərdə tutulan tikintiyə dair layihə sənədləri mövcud şəhərsalma normalarına və prinsiplərinə uyğun hazırlanmadığından Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli Sərəncamı ilə İddiaçı MMC-yə dair Sərəncamın qüvvədən düşdüyü qeyd edilmişdir. Hazırda İddiaçı MMC cavabdeh Bakı şəhəri Cavabdehə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, 25 fevral 2016-cı il tarixli “Bakı Şəhər Nərimanov rayonun sosialiqtisadi inkişafının sürətləndirilməsi barədə” qərarını rəhbər tutaraq, Bakı şəhər Cavabdeh Başçısının 296 saylı, 16 iyul 2018-ci il tarixli “çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə Nərimanov rayonu Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülməsini və yerində yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə, 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin daimi istifadəsinə verilmişdir. Yuxarıda göstərilən sərəncamdan sonra, “X5" MMC tərəfindən ərazini layihələndirilmə-planlaşdırma işlərinə başlanılmış və ərazinin tikinti- planlaşdırma eskizi və izahat yazısı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb təsdiq edilmişdir. O cümlədən, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri ilə danışıqlar apararaq, böyük bir qismi ilə ilkin razılaşmalar əldə edilmiş, layihə-axtarış işlərinə başlanılmış, mühəndis kommunikasiya xətlərinin müəyyən edilməsi, yerin ekoloji xüsusiyyətlərin öyrənilməsi, yaşıllıqların köçürülməsi və s. işlərlə məşğul olunmağa başlanılmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdehə rəsmi ərizə ilə müraciət edərək tikintiyə icazə barədə sərəncamın, xüsusi nişanın və digər müvafiq razılıqların verilməsi zərurətini nəzərə alaraq köməklik göstərilməsini xahiş etmişlər. Bu zaman, "xxxx" MMC adlı bir şirkət ərazini hasara almağa başladı və şifahi olaraq bildirdiyinə görə, həmin ərazi İcra Hakimiyyəti tərəfindən sərəncamı ilə onlara ayrılmışdır. Dərhal Azərbaycan Respublikası Nazirlər Kabinetinə və Cavabdehə teleqrammalar vuraraq, məsələyə aydınlıq gətirilməsini, pozulmuş hüquqların bərpa edilməsinə köməklik göstərmələri xahiş edilmişdir. Lakin hər hansı cavab verilmədiyi üçün, təkrar həmin orqanlara müraciət edilmişdir. xx.xx.2020-ci il tarixdə poçtla daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 7-163/2 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilir ki, Cavabdehin 356 saylı, xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MMC-yə verilmiş 296 saylı, 16 iyul 2018-ci il tarixli sərəncam ləğv edilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən İddiaçı MMC-yə heç bir bildiriş, xəbərdarlıq edilmədən, hər hansı irad bildirilmədən, xx.xx.2018-ci il tarixdə İddiaçı MMC-nin adına verilmiş sərəncam ləğv edilmiş və bu barədə məlumat verilməmişdir. Cəmi 2 ay yarımdan sonra şirkətə verilmiş sərəncamın hər hansı səbəb, əsas göstərilmədən, qısa müddət ərzində ləğv edilməsi heç bir hüquqi məntiqə, anlayışa, qanuna sığmır. Halbuki göstərilən tarixdən sonra da tərəflərindən ərazidə, Cavabdeh və digər müvafiq təşkilatlarla müvafiq işlər görülmüşdür. Sərəncamın ləğv olunması barədə onlara bildirilməmiş, gizli saxlanılmışdır. Elə bu hal Cavabdehin saxtakarlığa yol verdiyinin, açıq-aşkar qanunvericiliyin tələblərini pozduğunun bariz nümunəsidir. Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı əsassız və qanunsuz hesab edilərək ləğv olunmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində icraat: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, torpaq sahəsi dövlət orqanının qərarına əsasən qanunla müəyyən edilmiş qaydada verilmişdir. Həmin torpaq sahəsinin geri alınmasına heç bir hüquqi əsas olmamış, əksinə tam qanunsuz olmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş sərəncam qanuni və əsaslı olduğu üçün onun ləğv edilməsi barədə iddiaçının tələbi əsassızdır. Həmin sərəncamın ləğv edilməsi üçün qanunla müəyyən edilmiş hallar mövcud deyildir. Bununla bağlı 3-cü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçılarsı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Bakı şəhəri Cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbi “mübahisələndirmə haqqında” iddia növünə aid olub, mübahisələndirilən inzibati aktın ləğvi ilə bağlı iddiaçı məlumatlandırıldığı vaxtdan qanunla müəyyən edilmiş müddət daxilində məhkəməyə müraciət etdiyi üçün onun iddiası mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, 16 iyul 2018-ci il tarixli sərəncamla Nərimanov rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması üçün iddiaçının istifadəsinə 4.44 ha torpaq sahəsi verilmiş, lakin sonradan Cavabdeh Başçının 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə ilkin sərəncam ləğv edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən həmin sərəncamda göstərilən tələblərə riayət edilmədiyinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən sərəncam yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsinin MMC-nin daimi istifadəsinə verilməsi ilə bağlı qəbul olunmuş və həmin sərəncamın ilkin olaraq yalnız yaşayış binasının layihələndirməsi üçün əsas olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. Həmin Əsasnamənin 6.9-cu bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı qəbul edilən normativ xarakterli və qeyri-normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanına əsasən: 4.7-1. həmin Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları. Cavabdehin 296 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə rayonun Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə 4,44 ha torpaq sahəsi İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Lakin sonradan Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamı ilə İddiaçı MMC tərəfindən “Çoxmənzilli yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamı (xx.xx.2018-ci il tarixli 296 nömrəli sərəncamı) hüquqi qüvvədən düşmüşdür. Bundan sonra isə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 55 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin yerləşdiyi 2,7520 ha torpaq sahəsi, həmin tikililərin istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün qeyd olunan ərazidə, yəni Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli və Bakı şəhər İcra Hakimiyyətinin 55 saylı xx.xx.2020-ci il tarixli sərəncamlarından sonra əvvəllər İddiaçı MMC-yə ayrılmış 4,44 ha torpaq sahəsinin yerdə qalan 1,688 ha (4,44-2,7520=1,688) torpaq sahəsinin kimin istifadəsində qalması və müvafiq İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsinə dair hər hansı sərəncamın qəbul edilib-edilməməsi barədə məhkəməyə məlumat verilməsi ilə əlaqədar Cavabdehə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cavabdehin 356 saylı xx.xx.2018-ci il tarixli və Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamlarından sonra əvvəllər İddiaçı MMC-yə ayrılmış 4.44 ha torpaq sahəsinin yerdə qalan 1.688 ha torpaq sahəsi dövlətin mülkiyyətində qalmışdır. Eyni zamanda xx.xx.2022-ci il tarixdə daxil olmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 55 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müsbət rəyləri nəzərə alınmaqla yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 2.7520 ha torpaq sahəsi "xxxx" MMC-yə icarə əsasında istifadəsinə verilmişdir. Həmçinin məlumat üçün bildirilmişdir ki, yerquruluşu planında nəzərdə tutulan torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsinin kimin istifadəsində olmasına dair Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatında hər hansı məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunmalıdır ki, sərəncamın icrasını təşkil edib, yoxlayıb və buna nəzarəti həyata keçirmək qanunla cavabdehin səlahiyyətinə daxildir. Cavabdeh tərəfindən qəbul edilmiş 356 saylı xx.xx.2018-ci il tarixli sərəncamda iddiaçının xeyrinə verilmiş 296 saylı 16 iyul 2018-ci il tarixli sərəncamın ləğv edilməsinin səbəbi kimi göstərilmişdir ki, İddiaçı MMC tərəfindən hazırki tarixə müvafiq sənədləşdirmə və razılaşdırma işləri başa çatdırılmamış, əhalinin köçürülməsi, ərazinin hasara alınması və tikinti işlərinə başlanılmamış, ümumiyyətlə sözügedən ünvanda təqdim olunmuş layihəyə uyğun olaraq bina tikintisi məsələsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərliyinin, şəhərsalma prinsipləri və əhali sıxlığı əmsallarına ciddi riayət olunması barədə son tövsiyələri ilə ziddiyyət yaratmışdır. Həmçinin məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçı xx.xx.2018-ci il tarixli sərəncamda göstərilənlərlə bağlı həqiqətən də nəinki cavabdehin 01 oktyabr 2018-ci il tarixli sərəncamı qəbul edilənə qədər, hətta həmin sərəncamın qəbulundan sonra indiyənədək keçən müddət ərzində onun xeyrinə qəbul olunmuş sərəncamın icrasını tam yerinə yetirməmiş, ondan tələb olunan işləri görüb bitirməmişdir, belə ki, bu halları təsdiq edə biləcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə, mübahisələndirilən sərəncam iddiaçının xeyrinə olan sərəncamın müvafiq bəndlərinin tələblərinə iddiaçı tərəfindən əməl edilməməsi ilə bağlı qəbul edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı xeyrinə verilmiş inzibati aktın icrası ilə bağlı dövlət orqanlarının və ayrı-ayrı fiziki və hüquqi şəxslərin müdaxilə etdiyini bildirsə də, bu müdaxilənin məhz nədən ibarət olmasını, başqa sözlə cavabdeh inzibati orqan tərəfindən edilən “müdaxilənin” hansı hərəkətlərdə ehtiva olunduğunu bildirməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.2018-ci il tarixli sərəncamının qəbul edilməsi qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, Bakı şəhəri Cavabdeh 356 saylı xx.xx.2018-cı il tarixli sərəncamıqanunvericiliyin tələblərinə müvafiq olaraq normativ hüquqi aktların icrasının təmin edilməsi zərurətindən qəbul edilmiş inzibati aktdır və bu akt mübahisəli ərazidən köçürülməsi planlaşdırılan sakinlərin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir, qanunidir və onun ləğv edilməsi üçün əsas yoxdur. Kollegiya onu da nəzərə alır ki, həmin sərəncamın ləğv edilməsi üçün nə “İnzibati icraat haqqında” Qanunun 67-69cu maddələrində, nə də digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslardan hər hansı biri hazırki işdə mövcud olmadığından iddiaçının tələbi təmin oluna bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia üzrə cavabdehin mübahisələndirilən inzibati aktı onun qəbulu ilə bağlı qanuna zidd əməli müəyyən edilmədiyindən ləğv edilə bilməz. Odur ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddianın rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın təmin olunması üçün əsas yaratmadığından qəbul edilmir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2021 saylı 25 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyalə Cəmilova Hakimlər: Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar