Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1584/2025 13.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 705 saylı xx.xx.2014-cü il tarixli qərarına əsasən Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.2014-cü Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri - diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sağ təpə-ənsə nahiyyəsində və döş qəfəsinin arxa səthində çapıq toxumaları” (Azərbaycan Respublikası SHXÇDX-nin Cəbrayıl rayon bölməsinin xx.xx.2014-cü il tarixli 737 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 71 saylı arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 148 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı Dost Mərkəzi tərəfindən təqdim edilmiş 3-17-7/2-E-12973/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondundan xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ikinci dərəcəli müharibə əlilliyinə görə 400 (dörd yüz) manat məbləğində prezident təqaüdü almışdır.
3. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 5-18-9/2-585/2024 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən İddiaçı həqiqətən Sabunçu rayonu Sabunçu qəsəbəsi N.Baybakov küçəsi Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır.
4. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0001 saylı göndərişə əsasən xx.xx.2015-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: Vİ Sinif - Siniı sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya) Postravmatik ensefalopatiya” diaqnozu ilə qiymətləndirilmiş və ona “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir.
5. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0002 saylı göndərişə əsasən xx.xx.2016-cı il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları = S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar) Kəllədaxili travma.Postravmatik ensefalopatiya qıcolma tutmaları ilə,ayda 6-7 dəfə.Hipertoniya xəstəliyi İİ st.ürək beyin forması” diaqnozu ilə qiymətləndirilmiş və ona (Meyar: 2.2 İkinci de rəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...) “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən əlillik təyin edilmişdir.
6. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0003 saylı göndərişə əsasən xx.xx.2021-ci il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların. zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992 ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez tez təkrarlanan qıcolma tutmaları ilə( ayda 5-6 dəfə) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət .Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ.Xroniki posttravmatik baş ağnsı, xroniki postravmatik kranialgiya.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozdmasıinterstisial (xronik) sistit. sidik kisəsi boynunun TUA-u əməliyyatından sidik kisəsinin diaqnostik sistoskopiya əməli - və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması” diaqnozu ilə qiymətləndirilmiş və ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” səbəbindən əlillik təyin edilmişdir.
7. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xxxxxxx0005 saylı göndərişə əsasən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “(Xəstəliklərin beynəlxalq təsnifatı: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların. zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...) Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992-ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə.Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması. Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət. Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ.Xroniki posttravmatik baş ağnsı, xroniki postravmatik kranialgiya.Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozdmasıinterstisial (xronik) sistit. sidik kisəsi boynunun TUA-u əməliyyatından sidik kisəsinin diaqnostik sistoskopiya əməli - və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması” diaqnozu ilə qiymətləndirilmiş və ona “diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir” səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir.
8. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının 3-17- 4/3-3-19205/2023 saylı 29 noyabr 2023-cü il tarixli qərarına əsasən Cəbrayıl rayon sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-26432/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. İddiaçı barədə Tibbi Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.
9. Bakı 12 nömrəli şəhər poliklinikası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş 0175003AAERC saylı xx.xx.2021-ci il tarixli göndərişdən (Forma 88) görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən Bakı 12 nömrəli şəhər poliklinikasında qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.1992-ci ildir. Xəstəliyin gedişi xronikidir. Əsas diaqnoz: T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə beyin travmasından (1992 ci il) sonrakı davamlı qalıq əlamətləri tez tez təkrarlanan qıcolma tutmaları ilə koordinasiyanın pozulması ilə Ağırlaşmalar: G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) imptomatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları (ayda 5-6 dəfə) R42 Başgicəllənmə və dayanıqlılığın pozulması, koordinasiyanın pozulması G93.8 Baş beynin digər dəqiqləşdirilmiş zədələnmələri, postravmatik ensefolopatiya tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə) Yanaşı xəstəliklər: M51.1 Sel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, L4-L5 f/a disk yırtığının çıxarılmasından sonrakı vəziyyət (2015-ci il) İ11 Ürəyin hipertenziv xəstəliyi, hipertoniya xəstəliyi İİİ mərhələ G44.3 Xroniki posttravmatik baş ağrısı, xroniki postravmatik kranialgiya R32 Dəqiqləşdirilməmiş sidiyi saxlaya bilməmək, kiçik çanaq üzvlərinin funksiyasının pozulması N30.1 İnterstisial (xronik) sistit, sidik kisəsi boynunun TUA-u əməliyyatından (2016) sidik kisəsinin (liaqnostik sistoskopiya (2017) əməliyyatından sonrakı vəziyyət R26 Hərəkətin və yerişin pozulmaları, yerişin və hərəkətin pozulması
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1960-cı il tarixində Cəbrayıl rayonunda doğulmuşdur. 1992-2000-ci illərdə Silahlı Qüvvələrdə zabit kimi həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı xx.xx.2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verilmişdir. 2015-ci ildən 2021-ci ilədək müddətli və xx.xx.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə örnək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2023-cü ildə pensiya və təqaüdüm dayandırılan zaman Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair elektron sistemə baxış keçirəndə məlum olmuşdur ki, müddətsiz əlilliyi elektron altsistemdə vardır, lakin cavabdeh pensiya və təqaüdünün dayandırılması barədə aidiyyəti orqanlara əsassız olaraq məktub göndərilmiş, pensiya və təqaüdü dayandırılmışdır, belə ki, ona qarşı bu çox haqsız mövqedir, çünki 2021-ci ildən müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən onun xx.xx.2021-ci ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlil olmağı barədə cavabdeh tərəfindən pensiya və təqaüdünün dayandırılması üçün aidiyyəti orqanlara göndərdiyi məktub əsassız hesab edilməli, pensiya və təqaüdü bərpa etməlidir. 2015-ci ildən etibarən 9 ildir müddətsiz əlildir, əlilliyi əsassız dayandırılmış, hər hansı bir ekspertizaya və müayinəyə göndərilməyinə etiraz edir, iddia tələbi üzrə hüquqi qiymət verilərək iddianın təmin edilməsi qanunamüvafiqdir. Əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki 2015-ci ildə qiymətləndirilmişdir və 2-ci dərəcə müddətsiz əlildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən əlilliyi bərpa edilməlidir.
12. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz ikinci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “əlilliyin ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya aid olan hissəsinin ləğv edilməsi və iddiaçıya xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
14. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cəbrayıl rayon sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.9-cu bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-H-26432/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixinə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində Tibbi-Sosial Ekspert Komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli xxxxxxx0005 saylı qərarı və iddiaçıya aid olan hissədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-19205/2023 saylı qərarın ləğv edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
16. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sahədə qərar qəbul edərək, cavabdeh orqanın diskression səlahiyətinə əsassız müdaxilə etmişdir. Belə ki, 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müyainlərlə həyat keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçınn təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-biri ilə uyğunluq təşkil etsin. Həmçinin, əlillik təyin edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır. Lakin, hazırki işdə sözügedən ağırlaşmalar mövcud deyildir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmuşdur. Etiraz iddiaya uyğun əsaslandırılmışdır.
c) Proses iştirakçılarının izahatları
19. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual
22.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ 23.Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. 24.Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
26. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 20-22-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
27. Belə ki, hazırkı işin hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik müəyyən edilmişdir. İddiaçı hazırda xx.xx.2021-ci il tarixdən ona təyin edilmiş müddətsiz 2-ci dərəcə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlilliyin bərpa edilməsini tələb edir.
28. Cavabdeh orqan isə əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması aparıldığını, araşdırma və qiymətləndirmənin nəticəsində vətəndaşa dair diaqnozun öz təsdiqini tapmaması səbəbilə əlillik təyinatının ləğv edildiyini bildirmişdir.
29. İş materiallarından göründüyü kimi, iddiaçıya 2015-ci ildən 2021-ci ilədək müddətli və xx.xx.2021-ci il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə örnək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə müddətsiz əlillik təyin edilmişdir.
30. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd olunan dəlili ilə bağlı qeyd edir ki, təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas cavabdeh qurum tərəfindən təqdim edilən inzibati icraat materallarında hər hansı bir məlumat yoxdur.
31. Göründüyü kimi, cavabdeh qurum tərəfindən inzibati icraatın başlanılmasına səbəb kimi əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının (xx.xx.2021) düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 33.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7463/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.