Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1585/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1585 /2023 (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı şəhəri 20 iyun 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X5 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********63 nömrəli məktuba əlavə edilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvana dair müvafiq sənədlərdən olan:
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi Abşeron rayon Mənzil-İstismar hissəsinin 20 sentyabr 1993-cü il tarixli, 384 nömrəli məktubunun və 22 oktyabr 1993-cü il tarixli müqaviləsinin surətindən görünür ki, Abşeron rayon Mənzilİstismar hissəsinin rəhbərliyi və həmkarlar komitəsi Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən ünvan 1 ünvanında yaşayan Silahlı Qüvvələrin 20 ildən artıq xidmət etmiş veteranı X6 2 otaqlı, ümumi yaşayış sahəsi 54,0 kvm. olan 9-cu Badamdar küçəsi, ev 19 ünvanında mənzilin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilməsinə qərar vermiş və onunla müqavilə bağlanmışdır.
3. 28 Nömrəli Bakı şəhər Dövlət Notariat Kontorunda qeydə alınmış alıcı X11 ilə satıcı X7 arasında bağlanmış xx.xx.1993-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili alıcıya satmışdır.
4. 28 Nömrəli Bakı şəhər Dövlət Notariat Kontorunda qeydə alınmış 05 fevral 1994-cü il tarixli bağışlanma müqaviləsinin surətindən görünür ki, X11 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili İddiaçı1 bağışlamışdır.
5. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, 9cu Patamdar küçəsi, 19 №-li yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 72 №-li reyestr kitabında 10866 səhifə, qeydəalma 30/2310, xx.xx.1994-cü il tarixdə qeydiyyat aparılmışdır.
6. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edilmiş 12 avqust 1994-cü il tarixli, 30/469 nömrəli İddiaçı1 şəxsi mülkiyyətində olan mənzilin texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanında olan fin tipli həyət evinin texniki vəziyyəti qeydə alınmışdır. Sahənin xüsusiyyətləri: otaq 2, ümumi sahə yaşayış sahəsi: 26,0 kvm., 1-ci otaq 16,0 kvm., 2ci otaq 10,0 kvm., köməkiçi sahələr: bağlı balkon 12,0 kvm., qaraj 24,5 kvm. qeyd edilmiş, həyətyanı torpaq sahəsinin planı tərtib edilmişdir.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,90 kvm. olan daşınmaz əmlak İddiaçı1 xüsusi mülkiyyətindədir.
8. İddiaçı1 məxsus ünvan 3a dair tərtib edilmiş **********17-05101-093001 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, sənəd üzrə sahə 0,1 ha., faktiki sahə 0,1 ha., tikinti altı sahə 0,1 ha. göstərilmişdir. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 2, ümumi sahəsi 48,9 kvm., yaşayış sahəsi 25,2 kvm., yaşayış otağı 15,6 kvm., yaşayış otağı 9,6 kvm., mətbəx 9,7 kvm., sanitar qovşağı 1,2 kvm., sanitar qovşağı 3,4 kvm., dəhliz 5,8 kvm., balkon 3,6 kvm. qeyd edilmişdir
9. .Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmasını, fərdi qaydada istifadə olunan həyətyanı sahəsinin mövcud olmasını, eyni zamanda tikilinin digər şəxslərlə ümumi istifadədə olan sahəsinin mövcud olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsində göstərilənlərə uyğun olaraq həmin daşınmaz əmlakın fərdi yaşayış evi olduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin o cümlədən qarajın faktiki vəziyyətdə ölçüləri xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğundur. Eyni zamanda qeyd olunur ki, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir. Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir.
10. İdarə tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********52 №-li məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə tərəflərindən baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, qeyd olunan yaşayş evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
İş üzrə qəbuledilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının fərdi yaşayış evi olaraq dövlət qeydiyyatına alınaraq və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı1 məhkəməyə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən ümumi sahəsi 48,90 kvm. olan evin fərdi yaşayış evi kimi qeydə alınması və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlkildə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1994-cü il tarixli bağışlanma müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin qeydiyyat vəsiqəsi və texniki pasport cavabdehə təqdim edilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən çıxarış və texniki pasport verilmiş, lakin çıxarışda daşınmaz əmlakın növü mənzil yazılmış, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdehə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanda yerləşən daşınmaz əmlak üzrə mülkiyyət hüquqların fərdi yaşayış evi olaraq dövlət qeydiyyatına alınaraq və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış xahiş etmişdir. Lakin cavabdeh müraciətdən imtina etmişdir.
14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən İdarəyə təqdim edilməmişdir. Bununla bağlı İddiaçı1 **********52 qeydiyyat nömrəli, xx.xx.2021- ci il tarixli məktub ünvanlanmışdır. Müvafiq əmlaka dair ilkin qeydiyyat zamanı da təqdim olunan sənədlər mənzilə dair qəbul edilən hüquqmüəyyənedici sənədlər olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir.
15. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak ilkin olaraq fin tipli həyət evi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən 22 oktyabr 1993cü il tarixdə həmin ünvanda yaşayan X4 əvəzsiz mülkiyyətinə verilmişdir. X7 xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili X1, sonuncu isə həmin daşınmaz əmlakı İddiaçı1 bağışlamışdır. Bakı şəhəri, 9-cu Badamdar küçəsi, 19 №-li yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları qeydə alındıqdan sonra daşınmaz əmlakın faktiki vəziyyətinə dair səlahiyyətli orqan tərəfindən texniki pasport tərtib edilmiş, texniki pasportda daşınmaz əmlakın göstəriciləri və yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir. İddiaçı1 cavabdeh inzibati orqana müraciət edərək mülkiyyətində olan daşınmaz əmlakın fərdi yaşayış evi kimi yerləşdiyi torpaq sahəsi ilə birlikdə adına daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan mübahisəli daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçməsi, mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinın 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsini əsas gətirərək müraciəti təmin etməmişdir.
19. Mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğundan və texniki inventarlaşdırma orqan tərəfindən tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
20. Bundan əlavə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş 12 avqust 1994-cü il tarixli, 30/469 nömrəli tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmışdır.
21. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, həmin ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin, o cümlədən qarajın faktiki vəziyyətdə ölçülərinin xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğun olması, faktiki vəziyyətdə torpaq sahəsinin 0,06 ha. təşkil etməsi müəyyən edilmişdir.
22. Məhkəmə bir halı da vurğulayır ki, iddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarını əldə etməsi işin mübahisəsiz halıdır.
23. Eyni zamanda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, həmin ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin, o cümlədən qarajın faktiki vəziyyətdə ölçülərinin xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğun olması, faktiki vəziyyətdə torpaq sahəsinin 0,06 ha. təşkil etməsi müəyyən edilmişdir.
24. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 48,90 kvm. olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 0,06 ha-dən ibarət torpaq sahəsinin mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
25. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin 2-ci hissəsinə, 60-cı maddəsinin 2-ci hissəsinə, 71-ci maddəsinin 1-ci hissəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci, 11.1-ci, 15-ci, 17-ci, 19-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 139.3-cü, 152.1-ci, 227.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.1-ci, 13.5-ci, 13.2, 13.3-cü, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu, 10-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci, 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci, 4.1-ci, 8.0.5-ci, 8.0.8-ci, 12.1-ci, 13.7-ci, 15-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci, 103.1-ci, 88-ci maddəsinə istinad etmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
26. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
a) Apellyasiya şikayətinin dəlilləri
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilən “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun 8ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında qeyd olunan hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən İdarəyə təqdim edilməmişdir. Bununla bağlı X3 **********52 geydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Bildiririk ki, müvafiq əmlaka dair ilkin qeydiyyat zamanı da təqdim olunan sənədlər mənzilə dair qəbul edilən hüquqmüəyyənedici sənədlər olmuşdur.Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1- ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1.1. İcarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2.Məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş ikililərə dair: 8.0.10.2. Məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq- planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti prqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Prosses iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının verdiyi suallara cavabında bildirmişdir ki, həqiqətən də xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir.Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir.Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir.
30. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
32. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 4.1 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8.0.5 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Maddə 8.0.8 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. Maddə 12.1 daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 13.7 üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Maddə 15 hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
34. “Torpaq islahatı haqqında” Qanun:
Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir
35. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
36. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1- dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
37. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 2.2.3-inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1-öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
38. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
39. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
41. İddia tələbi və apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
42. Mübahisəli daşınmaz əmlak ilkin olaraq fin tipli həyət evi kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən 22 oktyabr 1993-cü il tarixdə həmin ünvanda yaşayan X4 əvəzsiz mülkiyyətinə verilmişdir. X7 xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan mənzili X1, sonuncu isə həmin daşınmaz əmlakı İddiaçı1 bağışlamışdır. Bakı şəhəri, 9-cu Badamdar küçəsi, 19 №-li yaşayış sahəsi mənzil olaraq İddiaçı1 adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmışdır. Mülkiyyət hüquqları qeydə alındıqdan sonra daşınmaz əmlakın faktiki vəziyyətinə dair səlahiyyətli orqan tərəfindən texniki pasport tərtib edilmiş, texniki pasportda daşınmaz əmlakın göstəriciləri və yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir.
43. Yuxarıda qeyd edilənlərin hüquqi davamı olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi ********** olan, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 48,90 kvm. olan daşınmaz əmlak İddiaçı1 xüsusi mülkiyyətindədir.
44. Həmçinin, İddiaçı1 məxsus ünvan 3a dair tərtib edilmiş **********17-05101-093001 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, sənəd üzrə sahə 0,1 ha., faktiki sahə 0,1 ha., tikinti altı sahə 0,1 ha. göstərilmişdir. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 2, ümumi sahəsi 48,9 kvm., yaşayış sahəsi 25,2 kvm., yaşayış otağı 15,6 kvm., yaşayış otağı 9,6 kvm., mətbəx 9,7 kvm., sanitar qovşağı 1,2 kvm., sanitar qovşağı 3,4 kvm., dəhliz 5,8 kvm., balkon 3,6 kvm. qeyd edilmişdir.
45. İddiaçı1 cavabdeh inzibati orqana müraciət edərək mülkiyyətində olan mənzilin fərdi yaşayış evi kimi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmaqla buna dair ona çıxarışın və texniki sənədin verilməsini xahiş etmiş, cavabdeh inzibati orqan mübahisəli daşınmaz əmlakın dövlət reyestrindən mənzil kimi qeydiyyatdan keçməsi, mənzilin yerləşdiyi torpaq sahəsinin iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinın 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim edilməməsini əsas gətirərək müraciəti təmin etməmişdir.
46. Məhkəmə kollegiyası iddiaçının mülkiyyətində olan əmlakın daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçməsi və qanunvericilikdə mənzilin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasının nəzərdə tutulmaması ilə bağlı dəlillərini əsassız hesab edir və bununla bağlı qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 54,0 kvm., yaşayış sahəsi 38,0 kvm. olan fərdi ev mənzil kimi qeydiyyata alınsa da, həmin mənzil ayrıca təcrid olunmuş fərdi yaşayış evi olduğundan, həmin evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğu nəzərə alınaraq, iddiaçının həmin evin altındakı sərhədlər daxilində torpağın əvəzsiz olaraq onun mülkiyyətinə verilməsini tələb etmək hüququ vardır.
47. Lakin məhkəmə Kollegiyası diqqətə çəkir ki, birinci instansiya məhkəməsinin qərardadı əsasında təqdim edilən - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmasını, fərdi qaydada istifadə olunan həyətyanı sahəsinin mövcud olmasını, eyni zamanda tikilinin digər şəxslərlə ümumi istifadədə olan sahəsinin mövcud olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsində göstərilənlərə uyğun olaraq həmin daşınmaz əmlakın fərdi yaşayış evi olduğu müəyyən edilir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi, ev 19 ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin o cümlədən qarajın faktiki vəziyyətdə ölçüləri xx.xx.1994cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğundur.
48. Yuxarıda adıçəkilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyində eyni zamanda qeyd olunur ki, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir. Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir.
49. Məhkəmə Kollegiyasının verdiyi suallara cavabında iddiaçı bildirmişdir ki, həqiqətən də xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir.Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir.Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir.
50. Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarına tətbiq edilən hüquq normalarına istinad edərək qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzil ümumi sahəsi 54,0 kv.m təşkil etsə də mülkiyyətində olan mənzilə bitişik əlavə qonaq otağı və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa etdiyi, faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil etsə də, həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa etdiyi və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi müəyyən edildiyindən bu hal həmin mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir.
51. Belə ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (Mülki Məcəllənin 11.1-ci maddəsi.)
52. Məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, iddiaçının tələbinin digər hissəsi mübahisəli mənzil fərdi yaşayış evi kimi qeydə alındığı təqdirdə həmin evin (mənzilin) yerləşdiyi torpaq sahəsinin, tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması, bunun da hüquqi imkanı kimi hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır.
53. Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin (iddiaçının mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması) təmin olunmasına hüquqi əsaslar olmaması, iddia tələbinin ikinci hissəsinin də, yəni həmin evin (mənzilin) yerləşdiyi torpaq sahəsinin tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasının təmin edilməsini mümkünsüz edir.
54. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
55. Göstərilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda cavabdehin iddiaçının müraciətini təmin etməkdən imtinası əsaslı və qanuni olduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı qənaəti düzgün olmamışdır.
56. Qeyd edilənlərə əsasən, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli, iddia rədd olunmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2422/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.