Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1586/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndələri X2 və Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik dərəcəsinin müəyyən olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…6 iyul 2020-ci il tarixdən 1 yanvar 2022-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. 21 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Tərtər – Ağdərə istiqamətində “sağ çiyin qurşağının qəlpə yarası” xəsarətini almışdır. 21 oktyabr 2020-ci il tarixdən 8 noyabr 2020-ci il tarixədək X5 Mərkəzində "sağ körpücük və sağ çiyin nahiyəsinin kor qəlpə yaralan" diaqnozu ilə stasionar müalicədə olmuşdur. 15 fevral 2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş, “Nevrasteniya F48" diaqnozu təyin olunmuşdur. 18 fevral 2022-ci il tarixdə Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə omuş və ona "Posttravmatik stress pozuntusu. Gərginlik baş ağrıları. Nevrasteniya” dianqozu qoyulmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir. 21 oktyabr 2020-ci il tarixdən 8 noyabr 2020-ci il tarixədək X5 Mərkəzində: 18 fevral 2022-ci il tarixdə Müdafiə Nazirliyinin MHP-da müayinə və müalicədə olmuşdur. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri belədir: “qanın ümumi kliniki analizi (xx.xx.2022): Hb-155 q/l, Leyk-7,9 x103/ul, RBC-5,41 x10%/ul, EÇS-5 mm/saat. Sidiyin ümumi kliniki analizi (xx.xx.2022): xüsusi çəkisi-1018, rəngi-sarı, reaksiyası-turş, zülal-yox, şəkəryoxdur. EKQ (xx.xx.2022): sinus ritmi, ÜEO normaldır. Abdominal USM (xx.xx.2022)qaraciyər, mədəaltı vəzi, böyrəklər, dalaq patologiyasızdır. DQOF (xx.xx.2022): ürək, ağciyərlər normaldır. Sağ çiyin nahiyəsində yumşaq toxumada böyüyü 14 mm ölçüdə olmaqla iki ədəd metal qəlpə var. Üst dodaq nahiyəsində yumşaq toxumada iki ədəd kiçik ölçülü metal qəlpə var". Diaqnoz və xəsarətin (yaralanmanın, trəvmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarında qeyd edilir:” Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, Sağ çiyin nahiyəsinin və üst dodaq nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr), gərginlik tip baş ağrıları”. İddiaçıya TƏBİB-in "X5 Mərkəzi” PHŞ tərəfindən verilən çıxarış epikrizində də qeyd olunmuşdur ki, sağ çiyin nahiyəsinin yumşaq toxumasında 0.6 x0.3 sm, sağ tərəfdə İ fəqərə səviyyəsində yumşaq toxumada 1.5x1 Osm ölçüdə kənari qeyri dəqiq çıxış qapısı olmayan qəlpə yaraları təyin edilir. Əlavə olaraq qeyd olunur ki, AR Müdafiə Nazirliyi tərəfindən arayış təqdim edilmişdir. Diaqnoz və xəsarətin(yaralanma, travma, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HNK-ın qərarında göstərilir:”sağ çiyin qurşağı nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı. Yumşaq toxumaların yad cisimi(metal qəlpə)” təyin edilmişdir. Həmçinin, təqdim edilmiş travma haqqında arayışda göstərilir ki, xx.xx.2020- ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Tərtər Ağdərə istiqamətində “sağ çiyin qurşağının qəlpə yarası”xəsarətini almışdır. AR Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi”PHŞ tərəfindən ona təqdim edilən arayışda da qeyd edilir ki, xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, ona “Nevrasteniya F48” diaqnozu təyin edilmişdir. Sadalanan bütün sənədlər Dövlət TibbiSosial Ekspertiza Agentliyində mövcud olmasına baxmayaraq, 25 iyul 2022-ci il tarixdə, iddiaçıya əlilliyin təyin edilməsində imtina edilmişdir…» Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: «…iddiaçının əlillik vəziyyətinə Bakı 23 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 15 aprel 2022-ci il tarixli, 0092003AADQ4 nömrəli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,. Sağ çiyin nahiyəsinin və üst dodaq nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı,yumşaq toxumalarının yad cisimləri( metal qəlpələr).(xx.xx.2020) Kəskin asteno nevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə İddiaçı 8 iyul 2022-ci il tarixdə əyani müayinədə olmuş və ona “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçıya sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: - Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur...» Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı əlillik dərəcəsinin müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Hakim məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə, diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05,2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması mevarlarrnda maddələrdən birini aid etmək mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırılır ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil izahatında qeyd etmişdir ki, 2-ci ekspertiza zamanı iddiaçının xəstəliyinin olduğu müəyyən edilmiş və həmin rəydə qeyd edilən F-43.1 uzunmüddətli posttravmatik stres pozuntusu «Əlilliyin müəyyən olunması meyarları»nın 7-ci bəndinə - Psixi və davranış pozuntularına daxildir. Qanunvericilikdə ağırlaşma mütləq şərt olaraq nəzərədə tutulmamışdır. Rəydə qeyd olunur ki, uzunmuddətli olduğuna görə və müalicə ilə aradan qaldırılması mümkün olmadığından qanunvericiliyə əsasən əlilliyin təyin edilməsi üçün əsaslar mövcuddur. İddiaçının əziyyət çəkdiyi diaqnoz «Əlilliyin müəyyən olunması meyarlar»nın 7.5.1-ci bəndinə uyğun gəlir. Odur ki, məhkəmədən qərarın qüvvədə saxlanılmasını xahiş edir. İddiaçının digər nümayəndəsi H.Şahliyeva 44 günlük Qarabağ müharibəsində aldığı qəlpə yaralarından hələ də əziyyət çəkdiyini, mütəmadi qulluq tələb olunduğunu bildirərək, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası»nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. İş materiallarından (o cümlədən, müəayinə sənədlərindən, Hərbii həkim komissiyasının şəhadətnaməsindən, Bakı 23 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 15 aprel 2022-ci il tarixli, 0092003AADQ4 nömrəli göndərişindən və s.) görünür ki, iddiaçı 21 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (Tərtər- Ağdərə istiqamətində) “sağ çiyin qurşağının qəlpə yarası” xəsarətini almış, həmin tarixdən 8 noyabr 2020-ci il tarixədək X5 Mərkəzində "sağ körpücük və sağ çiyin nahiyəsinin kor qəlpə yaralan" diaqnozu ilə stasionar müalicədə olmuş, 15 fevral 2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzində müayinə olunmuş, “Nevrasteniya F48" diaqnozu təyin olunmuş, daha sonra, 18 fevral 2022-ci il tarixdə Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə omuş və ona "Posttravmatik stress pozuntusu. Gərginlik baş ağrıları. Nevrasteniya” dianqozu qoyulmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsi tərəfindən hərbi həkim komissiyasına göndərilmiş və xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələrinə görə müəyyən olunmuşdur ki, ona: - “Qanın ümumi kliniki analizi (xx.xx.2022): Hb-155 q/l, Leyk-7,9 x103/ul, RBC-5,41 x10%/ul, EÇS-5 mm/saat. Sidiyin ümumi kliniki analizi (xx.xx.2022): xüsusi çəkisi-1018, rəngi-sarı, reaksiyası-turş, zülal-yox, şəkər-yoxdur. EKQ (xx.xx.2022): sinus ritmi, ÜEO normaldır. Abdominal USM (xx.xx.2022)-qaraciyər, mədəaltı vəzi, böyrəklər, dalaq patologiyasızdır. DQOF (xx.xx.2022): ürək, ağciyərlər normaldır. Sağ çiyin nahiyəsində yumşaq toxumada böyüyü 14 mm ölçüdə olmaqla iki ədəd metal qəlpə var. Üst dodaq nahiyəsində yumşaq toxumada iki ədəd kiçik ölçülü metal qəlpə var". Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarında qeyd edilir:” Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, Sağ çiyin nahiyəsinin və üst dodaq nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumalarının yad cisimləri (metal qəlpələr), gərginlik tip baş ağrıları” diaqnozu qoyulmaqla, Mərkəzi Hərbi Həkim Komissiyasının 23 fevral 2022-ci il tarixli qərarı ilə səbəb əlaqəsi «Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır» kimi şəhadətləndirilmişdir. Daha sonra, Bakı 23 nömrəli Birləşmiş şəhər Xəstəxanasının 15 aprel 2022-ci il tarixli, 0092003AADQ4 nömrəli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr,. Sağ çiyin nahiyəsinin və üst dodaq nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapığı,yumşaq toxumalarının yad cisimləri( metal qəlpələr).(xx.xx.2020) Kəskin asteno nevrotik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə iddiaçıya əllik təyinatından imtina verilmişdir. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qəbaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. İşdən görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən, məhkəmənin 10 yanvar 2023-cü il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyi tərəfindən, cavabdeh Agentliyin eksperti G.Ə.Ələkbərovanın daxil olduğu ekspert komissiyası tərfindən icra olunaraq xx.xx.2023-cü il tarixli rəy verilmişdir. Daha sonra isə məhkəmənin xx.xx.2023-cüil tarixli ikinci bir qərardadı ilə əlavə suallar da qoyulmaqla, yenidən ekspertiza təyin edilmiş və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin bu dəfə öz ekspertləri tərəfindən tədqiqat aparılaraq xx.xx.2023-cü il tarixli rəy tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Agentliyin ekspertinin ekspert komissiyasının tərkibində Birliyin ekspertləri adından tərtib olunmuş xx.xx.2023-cü il tarixli ilkin rəyi verməkdə qanunvericiliklə müəyyən olunmuş səlahiyyətə malik olmadığından rəydə gəlinmiş nəticələr sübut əhmiyyətli məlumatlar kimi qiymətləndirilə bilməz. Ən azından ona görə ki, «Ekspertiza fəaliyyəti haqqında» Qanunun 10-cu maddəsinin birinci hissəsinin tələbinə görə məhkəmə ekspertizsnının təyin olunması barədə qərarı (qərardadı) aldıqdan və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə bağlandıqdan sonra həmin idarənin ekspertləri sırasından zəruri biliyə malik olan və qoyulmuş suallara cavab verə bilən konkret ekspertə və ya ekspertlərə ekspertizanın aparılmasında tapşırık verəmək məhkəmə ekspertizası rəhbərinin vəzifəsidir. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 99.2-ci maddəsinin tələbi də məhz onu nəzərədə tutur ki, ekspertiza ekspert idarələrinin işçiləri və ya məhkəmə tərəfindən tapşırılan digər mütəxəssislər tərəfindən keçirilir. Ekspertizanın keçirilməsi bir neçə ekspertə tapşırıla bilər. Digər tərəfdən onu da qeyd etmək lazımdır ki, MPM-in 20.2.1-ci və 21.1-ci maddələrinin tələbinə görə sinin tələbinə görə isə ekspert işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən, yaxud vəkillərindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa, ekspert özü-özünə etiraz etməyə borcludur. Beləliklə də qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alan məhkəmə kollegiyası belə qənaətə glir ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinin öz ekspertləri tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ikinci ekspert rəyini sübut qismində tədqiq olunmasını mümkün hesab edilməlidir. İşə əlavə olunmuş, sözügedən ekspert rəyində isə ekspertlər, qarşılarında qoyulmuş süallar üzrə aşağıdakı nəticəyə gəlmişlər: 1) Vətəndaş V.M.Şahlıyevin xx.xx.2023-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinəsi zamanı onda “F 43.1-uzunmüddətli posttravmatik stres pozuntusu” olması müəyyən edilmişdir. İş materiallarında olan əlillik vəziyyətinin TibbiSosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlər tam doldurulmuşdur. Göndərişlərdə müalicələrin qısa müddətli olması, şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilmədi. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1-ci bəndinə görə bu Qayda «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi TibbiSosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 2) İddiaçı hazırda əziyyət çəkdiyi xəstəlik xroniki olduğundan “F- 43.1-Uzunmüddətli posttravmatik stres pozuntusu” müalicə yolu ilə tam aradan qaldırılan deyildir. 3) Vətəndaş İddiaçı həmin diaqnozla əlaqədar hazırda əlavə bərpa müalicəsinə ehtiyac yoxdu. Ekspertlərin gəldiyi həmin nəticənin təhlil olunduqda müəyən olunur ki, tədqiq olunan 088 forma tibbi göndərişdə təsbit olunan diaqnozda təsbit olunan uzunmüddətli posttravmatik stres pozuntusu“ birincisi müalicə yolu ilə aradan qaldırılması mümkün olmayan xəstəlik olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq olunmuş «Əlilliyin müəyyən olunması meyarları” 7-ci bölməsində F-43.1 kodu altında əlilliyə əsas verir. Belə ki, həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.5-ci bəndinə əsasən «evrotik, streslə əlaqədar və somatorun pozuntular» bəndinin 7.5.1-ci yarımbəndinin «F43.1.» kodunda «posttravmatik stres pozuntusu» əlillik təyininə əsas verən xəstəlik kimi qiymətləndirilmişdir. Beləliklə də, işin tədqiq olunan sübutlarla müəyyən olunan hallarına və qanunvericiliyin tələblərinə əsasən cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçıya əlillik təyinindən imtinasının əsassız olduğu və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Birinci instansiya məhkəməsi qərarında da məhz, yuxarıda göstərilənlər nəzərə alınmaqla, iddianın təmin olunması barədə mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini, eyni zamanda baxmayaraq ki, qanunvericiliklə əlilliyə əsas verən hallar müəyyən olunmuşdur, onun diskression səlahiyyətinə məhkəmə tərəfindən müdaxilə edildiyini və maddi hüquq normalarının pozulması ilə qanusuz qərar qəbul olunduğunu mübahisələnirən dəlillərini tamamilə əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1965/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1965/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1586/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1586/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver