Məhkəmə qərarları › İş №2-1(103)-1586/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1586/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1586/2025 05.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məmmədova Musayeva Leyla qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının tutulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9261/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 13 iyun 2019-cu il tarixdən əvvəlki vəzifəsinə bərpa olunduğu vaxtadək məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(112)-161/2020 nömrəli qərarından verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 saylı qərarı ilə təmin edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının ona aid hissədə ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin yuxarıda sözügedən qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1134/2022 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kassasiya şikayəti təmin olunmamışdır. Onunla bağlanmış 12 iyul 2012-ci il əmək müqaviləsinə xitam verilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarının mənə aid hissəsi ləğv edilmişdir. Sözügedən məhkəmə qərarının hüquqi nəticəsinə əsasən 03 may 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 baş məsləhətçi- baş əmək müfəttişi vəzifəsinə bərpa edilmişdir. Məhkəmə aktları əsasında qanunsuz və əsassız olduğu təsdiq olunan 13 iyun 2019-cu il tarixli əmr əsasında həmin tarixdən məcburi iş buraxma səbəbindən işə bərpa olunduğu vaxtadək əmək haqqını ala bilməmişdir. Tərəfindən müvafiq mediasiya proseduruna əməl edildikdən sonra göstərilən iddia tələbi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3587/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh dövlət orqanı ilə arasında yaranmış əmək münasibətlərinin mülki münasibət deyil, inzibati münasibət olmasına istinad olunaraq iddia ərizəsinin qəbulundan imtina olunması və hazırkı iddia ilə aidiyyəti inzibati məhkəməyə müraciət etməyi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9261/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı İddiaçı aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1134/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2022-ci il tarixli, 2-1(103)-197/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3587/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverməzliyinə görə imtina edilmişdir. İddiaçı izah edilmişdir ki, hazırkı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ var. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 251/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 sentyabr 2023-cü il tarixli 2- 1(103)-197/2023 nömrəli qərardadı ləğv edilmişdir. İddiaçının qərara izah verilməsi barədə ərizəsi rədd edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/3- 4- 716/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı öz arzusu ilə 15 may 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla 03 may 2023-cü il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçıla son haqq-hesabın aparılması təmin edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********1 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının Əmək və X5 Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu İİ tarixli **********7 nömrəli əmrinin 1.3-cü yarımbəndi ləğv edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin **********4 saylı xx.xx.2022-ci il tarixli əmrinə əsasən “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Aparatının və yerli orqanlarının ştat cədvəllərinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il 17 dekabr tarixli əmrinin icrası haqqında" Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17 dekabr 2019-cu il tarixli **********5 nömrəli əmrinə aşağıdakı yarımbəndlər əlavə edilmişdir: “3.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqviləsinə 17 dekabr 2019-cu il tarixdən xitam verilsin. 4.2. Əmək müqviləsinə xitam verilmiş İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2 il müddətində ehtiyat kadr kimi saxlanılsın və bu barədə məlumat Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə təqdim edilsin. 5.2. Azərbaycan. Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş İddiaçı orta aylıq əməkhaqqının 1.7 misli miqdarında işdənçıxarma müavinətinin ödənilməsi təmin edilsin”. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3-17/3- 4- 679/2023 saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyul 2022-ci il tarixli 2-1 (102)-1134/2022 nömrəli Qərarına uyğun olaraq İddiaçı 03 may 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətində daimi dövlət qulluğuna qəbul edilərək işə bərpa olunmuş və Xidmətin X1 baş məsləhətçi-baş əmək müfəttişi vəzifəsinə təyin edilsin. İddiaçı malik olduğu “2ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsinə görə 03 may 2023-cü il tarixindən hər ay 65 manat məbləğində əlavə haqqın ödənilməsi təmin edilmişdir. Dövlət qulluğu vəzifəsində qulluq stajına malik olan İddiaçı dövlət qulluğunda 10 ildən yuxarı qulluq stajı nəzərə alınaraq 03 may 2023-cü il tarixindən hər ay aylıq vəzifə maaşının 20 faizi miqdarında əlavə haqqın ödənilməsi təmin edilmişdir. İddiaçı 03 may 2023-cü il tarixindən hər ay aylıq vəzifə maaşının 1,1 misli həcmində əlavənin ödənilməsi təmin edilmişdir. - ФВ-İ seriyalı 081086 saylı 1994-cü il tarixli diplomdan görünür ki, İddiaçı Azərbaycan Neft və Kimya İnstitutunun “maşınqayırmada iqtisadiyyat və idarəetmə” ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019cu il tarixli **********7 nömrəli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 işçilərinin tutduqları vəzifədən azad edilmələri haqqında” əmrindən görünür ki, əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X3 adları aşağıda qeyd olunan vəzifələrdə qulluq keçən işçilər 13 iyun 2019-cu il tarixdən tutduqları vəzifədən azad edilmiş və onlarla bağlanmış əmək müqavilələri müvafiq olaraq ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17/2-H-7401/2024 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma müddətinə görə ödənişin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız 26 iyul 2024-cü il tarixli 3-17/1-H-17156/2024 nömrəli məktuba aidiyyəti üzrə baxılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 72.2-ci maddəsində inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Qeyd edilən məsələ ilə əlaqədar məhkəmə icraatı getdiyindən müraciət baxılmamış saxlanılır. Nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 3-17/2-H-2241/2024 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” iddia tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2022-ci il tarixli 2- 1(102)-1134/2022 nömrəli Qərarına aidiyyəti üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Həmin Qərarın “işə bərpa” hissəsində icrasını təmin etmək məqsədilə 16 fevral 2023-cü il tarixində görüş üçün Nazirliyə dəvət edilmişdir. Görüş zamanı Nazirliyin 17 dekabr 2019-cu il tarixli **********7 nömrəli əmri ilə Nazirlik yanında X6 Xidmətinin 4 saylı region üzrə X6 ləğv edildiyindən əvvəl çalışdığı vəzifəyə analoji olan Xidmətin X1 baş məsləhətçi-baş əmək-müfəttişi vəzifəsi təklif olunmuşdur. Qərarın “işə bərpa edilmə" tələbi üzrə icrasını təmin etmək üçün aşağıdakı sənədlərin təqdim edilməsi xahiş edilir: Ərizə; Kadrlar uçotunun şəxsi vərəqəsi; Tərcümeyi-hal; Şəxsiyyət vəsiqəsinin, diplomatik və ya xidməti pasportun (vardırsa) surəti; Dövlət sosial sığorta şəhadətnaməsinin surəti; Sağlamlıq haqqında arayış (forma 86 A); Şəkil 3x4-2 ədəd, 4x6- 2 ədəd; Məhkumluq olmaması barədə arayış. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası İPM-nin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-197/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-161/2020 saylı iş üzrə 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmışdır. İddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13 iyun 2019-cu il tarixli, **********7 saylı qərarı İddiaçı aid hissədə (1.3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin 4 saylı region üzrə X2 baş məsləhətçi - baş əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə 12 iyul 2012-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin) ləğv edilmişdir. Qərar qanuni qüvvəsini almışdır. Lakin hal-hazıradək əmrin ləğv edilməsinin hüquqi nəticələri aradan qaldırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, qüvvədə olan məhkəmə qərarı icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında həyata keçirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Məhkəmə tərəfindən iddia hüquqi cəhətdən iki mərhələdə yoxlanılır. İlkin mərhələdə iddianın mümkünlüyü şərtlərinin mövcud olub-olmaması yoxlanılır. Yalnız iddianın mümkün sayıldığı təqdirdə məhkəmə tərəfindən növbəti mərhələdə onun əsaslılığı yoxlanılır. Mümkünlük şərtləri tərəflərin təşəbbüsündən asılı olmayaraq məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Mümkünlük şərtlərinin ödənilmədiyi hallarda iddianın əsaslılığının yoxlanılması və ona mahiyyəti üzrə baxılması istisna edilir. Bu yanaşma məhkəmə qənaəti prinsipinin məqsədlərinə xidmət edir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olubolmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. Məhkəmə diqqətə çatdırır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, tələbkar (iddiaçı) qüvvədə olan yekun məhkəmə aktının lazımi qaydada icra olunmamasına dair ərizə ilə (həmin işlə bağlı) Bakı İnzibati məhkəməsinə müraciət edə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9261/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar