Məhkəmə qərarları › İş №2-1(103)-1587/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1587/2023

25.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1587/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-1587/2023 (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı şəhəri 25 aprel 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçı iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 25 aprel 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə, 1117- MM4-0044 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cəmiyyətin fəaliyyət ərazisi ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61-dir. Fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmalk kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyat № 1117-MM4-0044 nömrə ilə qeydə alınaraq xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra – “Cəmiyyət” adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmalk kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Cəmiyyətin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər.

3. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 aprel 2020-ci il tarixli, 028/19 nömrəli qarşılıqlı razılıq müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verməyi, İddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürür

4. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 40/20 nömrəlıi maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 aprel 2020-ci il tarixində imzalanmış 028/19 saylı X2 əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur.

5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktuba əlavə edilmiş binaya dair istismara qəbul aktının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 672 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının xx.xx.2008-ci il tarixli aktına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonua, 980-cı məhəllə, X.Şusinski küçəsi 12, Q.Quliyev küçəsi 21, İ.Qasımov küçəsi 16 və S.Rüstəm küçəsi 61 saylı ünvanlarda 4 ədəd 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyriyaşayış sahəsi) (+texmərtəbə ilə) istimara qəbul edilmişdir.

6. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 09 aprel 2020-ci il tarixli, 28/19 saylı X2 əsasən açıq terassa sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi məqsədi ilə onun istifadədəsinə təhvil verməyi, o isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada həmin binanın izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. Hazırda yaşayış sahəsinin onun istifadəsinə verilməsi barədə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin razılığı olduğundan və həmin mərtəbə onun daimi istifadəsində olduğundan onun mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən sözügedən əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsində köməklik göstərilməsini xahiş etmişdir.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçılar X6 və İddiaçı Əlimirzə oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X4 iddiaçılar sırasından xaric edilməsini və "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19- cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 234,25 kvm. açıq terras sahəsi üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

9. İddiaçı Əlimirzə oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156.87 kv.m yaşayış, 47.97 kv.m yardımçı sahə üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

10. İddiaçı Əlimirzə oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.

11. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 028/19 №-li X2 əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi məqsədi ilə onun istifadəsinə təhvil verməyi, o isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünün ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. Aralarında bağlanmış müqavilə tam şəkildə icra olunmuş və buna dair "xxxx" MMMC tərəfindən ona 40/20 №-li, xx.xx.2020-ci il tarixli Maliyyə Arayışı verilmişdir. Göründüyü kimi "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsi qanuni olaraq onun mülkiyyətinə keçmişdir. Həmin sahələr üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır.

12. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 672 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sözügedən binanın 17 (+texmərtəbə) mərtəbəli, 1 girişli (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) olduğu göstərilmişdir. İddiaçının mülkiyyət hüququnun tanınmasına dair müraciət edilən 19-cu mərtəbə ilə bağlı aparılan araşdırma zamanı həmin mərtəbənin texniki mərtəbənin (halhazırda yaşayış təyinatlı) üstündə inşa edildiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan mərtəbə binanın istismara qəbul aktında öz əksini tapmadığından, ərizəninn icrası tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq o da qeyd edilir ki, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin aparılan araşdırma zamanı, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı vətəndaşa **********79 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyrikommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

16. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 aprel 2020-ci il tarixli, 028/19 nömrəli X2 əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verməyi, İddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 40/20 nömrəlıi maliyyə arayışına əsasən İddiaçı 09 aprel 2020-ci il tarixində imzalanmış 028/19 saylı X2 əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur. Bundan sonra İddiaçı qarşılıqlı razılıq müqaviləsində nəzərdə tutulmuş daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh qeyd olunan mərtəbənin binanın istismara qəbul aktında öz əksini tapmamasını, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativinin göstərildiyini, lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilməsini əsas gətirərərək müraciətin təmin edilməsindən imtina etmişdir.

17. ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının tikintisi "xxxx" MTK tərəfindən həyata keçirilsə də hazırda ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Qanunvericiliyin tələblərinə əsasən də Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini müəyyən etmək, cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək hüququ vardır. Hazırki mübahisə üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ünvan 1 ünvanında yerləşən binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünün ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini İddiaçı həvalə etmiş və görülmüş xidmətin əvəzinə həmin binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin öhdəliyi cavabdehin imtinasına əsasən icra edilməmişdir.

18. İddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı öhdəliyi tam olaraq icra edilmişdir. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan əmlakın yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MTK) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir.

19. İddiaçının qanunvericiliyin tələblərinə uyğun əldə etdiyi, faktiki istifadəsində olan yaşayış və yardımçı sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur.

20. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə, 28-ci maddəsinin İ və İİ bəndlərinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 119.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə, 2.2-ci maddəsinə, 8.0.6-cı maddəsinə, 10.1-ci maddəsinə, 15-ci maddəsinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

21.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5328/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.Hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)- 5328/2022 nömrəli qərarı ləğv olunmalıdır.İddiaçı müvafiq tələblə bağlı xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 672 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası”nın aktında sözügedən binanın 17 (+texmərtəbə) mərtəbəli,1 girişli (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) olduğu göstərilmişdir.İddiaçının mülkiyyət hüququnun tanınmasına dair müraciət edilən 19-cu mərtəbə ilə bağlı aparılan araşdırma zamanı həmin mərtəbənin texniki mərtəbənin (hal-hazırda yaşayış təyinatlı) üstündə inşa edildiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan mərtəbə binanın istismara qəbul aktında öz əksini tapmadığından, ərizənin icrası mümkün olmamışdır. Əlavə olaraq onu da qeyd edirlər ki, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Lakin, iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri- kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir.Həmin qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra (2013-cü il yanvarın 1-dən sonra) tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə təqdim olunmalıdır. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 302 saylı qərarı ilə “Tikinti obyektinin istismarına icazənin vahid forması" təsdiq edilmişdir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 74 saylı qərarı ilə 2019- cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil omaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə forması təsdiq edilmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 2-1(112)-5328/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası MPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər

27. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: . 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. . 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. . 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. . 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. . 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. . 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. . 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz.

28. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 122.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. - 122.2-ci maddəsinə əsasən əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək.

29. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə,... hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, .....daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda.....

30. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

31.Apellyasiya şikayətində qərar tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.(İPM-in 82-ci maddəsinə uyğun olaraq).

32. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia mümkün iddiadır.

34. Məhkəmə Kollegiyası iddianın mahyyəti ilə bağlı qeyd edir ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 aprel 2020-ci il tarixli, 028/19 nömrəli X2 əsasən "xxxx" MMMC ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verməyi, İddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 40/20 nömrəlıi maliyyə arayışına əsasən İddiaçı 09 aprel 2020-ci il tarixində imzalanmış 028/19 saylı X2 əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur. Bundan sonra İddiaçı qarşılıqlı razılıq müqaviləsində nəzərdə tutulmuş daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh qeyd olunan mərtəbənin binanın istismara qəbul aktında öz əksini tapmamasını, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativinin göstərildiyini, lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilməsini əsas gətirərərək müraciətin təmin edilməsindən imtina etmişdir.

35. Məhkəmə Kollegiyası qeyd edir ki, aşağıdakılara əsasən cavabdehin imtinası əsaslı olmuşdur: -1. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1-ci və 122.2-ci maddəsində mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nəzərdə tutulmuş hüquqlarına çoxmənzilli binanın texniki mərtəbəsinin (terrasa) yaşayış sahəsi kimi özgəninkiləşdirilməsinə dair hər hansı əqd bağlamaq səlahiyyəti daxil deyildir. - 2. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının tikintisi "xxxx" MTK tərəfindən həyata keçirilmiş, mübahisəli texniki sahənin (terrasa) yerləşdiyi həmin binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Lakin binaya dair istismara qəbul aktının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 672 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının xx.xx.2008-ci il tarixli aktına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonua, 980-cı məhəllə, X.Şusinski küçəsi 12, Q.Quliyev küçəsi 21, İ.Qasımov küçəsi 16 və S.Rüstəm küçəsi 61 saylı ünvanlarda 4 ədəd 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) (+texmərtəbə ilə) istimara qəbul edilmişdir. - 3. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə iddiaçı arasında razılaşma əsasında iddiaçıya özgəninkiləşdirildiyi iddia edilən sahə isə binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahədir.Yəni, binanın 19-cu mərtəbəsi yaşayış təyinatlı olmadığı halda, iddiaçı ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı təmin etmişdir. - 4. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; Göründüyü kimi, daşınmaz əmlakın qeydiyyatı üçün «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulan sənədlər təqdim edilmədən, cavabdehin üzərinə daşınmaz əmlakın qeydiyyatının aparılması öhdəliyinin qoyulması tələb olunmuşdur. - 5. Beləliklə, cavabdeh inzibati orqanın iddiaçının hazırkı mübahisə üzrə müraciətini təmin etməkdən imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə (hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə,......daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda.....) uyğun olmuşdur.

36. Odur ki, Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmayaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmalı və iddia tələbi rədd edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5328/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar