Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1588/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-409/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-409/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçının “xxxxx” Birgə Müəssisəsində işlədiyi illər güzəşli iş stajı kimi nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır (hakim A.Abdullayeva). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər “xxxxx” Birgə Müəssisəsinin layihələrində briqadada bənna və betonçu peşələrində işlədiyi üçün ona güzəştli şətlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildən əmək fəaliyyətinə başlamış və 2002-ci ilə qədər ayrı-ayrı iş yerlərində işləmişdir. xx.xx.2002-ci ildən xx.xx.2018-ci ilə qədər “xxxxx” Birgə Müəssisəsinin layihələrində briqadalarında bənna və betonçu peşəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə x xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri başlığı altında nəzərdə tutulmuş a) fəhlələr yaşa görə güzəştli şərtlərlə bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanırlar. Ona pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh ona pensiya təyin edilməsindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmiş və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun olmaması bildirilmişdir. Hesab edir ki, cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubu qanunsuz və əsassızdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, çıxışında göstərmişdir ki, iddiaçının əmək kitabçasının çox hissəsi xarici dildə tərtib edildiyi üçün həmin əmək kitabçasında iddiaçının hansı peşələrdə işləməsini müəyyən etmək mümkün deyil. İddiaçının təqdim etdiyi “xxxxx” tərəfindən xx.xx.2019-cu il tarixdə tərtib edilmiş arayışda göstərilmişdir ki, iddiaçı həmin müəssisədə bənna və betonçu vəzifəsində çalışmışdır. Lakin iddiaçının əmək kitabçası və təqdim etdiyi iş yerindən arayışda qeyd edilən bənna və betonçu peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “bina, qurğu və digər obyektlərin inşası, yenidən quqrulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmadığından iddiaçıya güzəştli şərtlərlə pensiya təyin etmək mümkün deyil. Həmçinin, məhkəmə iddiaçının işlədiyi peşələrin ona güzəştli şərtlərlə pensiya hüququ verdiyini qərarında qeyd etsə də, həmin peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda hansı bölmədə və hansı kod altında göstərildiyini müəyyən etməmişdir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsi nəticəsinə gəlir. Belə ki, işdə olan AZE seriyalı, 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Gədəbəy rayonu, Şınıx kəndində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 1976-1978-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979xx.xx.1979; xx.xx.1980-xx.xx.1980; xx.xx.1981-xx.xx.1981; xx.xx.1982-xx.xx.1982; xx.xx.1983-xx.xx.1983; xx.xx.1984-xx.xx.1984; xx.xx.1985-xx.xx.1985; xx.xx.1986xx.xx.1986; xx.xx.1987-xx.xx.1987; xx.xx.1987-xx.xx.1987; xx.xx.1988-xx.xx.1988; xx.xx.1991-xx.xx.1997; xx.xx.2002-xx.xx.2007; xx.xx.2009-xx.xx.2012; xx.xx.2012xx.xx.2014; xx.xx.2014-xx.xx.2017; xx.xx.2018-xx.xx.2018-ci il tarixlərdə müxtəlif peşələrdə işləmişdir. İşdə olan “xxxxx” Birgə Müəssisəsi tərəfindən verilmiş AZF-2019/08-K nömrəli, xx.xx.2019-cu il tarixli güzəştli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-xx.xx.2007-ci il tarixlərdə “xxxxx” X8-058 saylı layihəsində bənna peşəsində; xx.xx.2009-xx.xx.2012-ci il tarixlərdə “xxxxx” X8078/081 layihəsində betonçu peşəsində; xx.xx.2012-xx.xx.2014-cü il tarixlərdə “xxxxx” X8-084 layihəsində betonçu, bənna peşəsində; xx.xx.2014-xx.xx.2017-ci il tarixlərdə “xxxxx” X8-087 layihəsində bənna peşəsində; xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə “xxxxx” X9-094 layihəsində bənna peşəsində işləmişdir. Cəmi güzəştli iş stajı 13 il, 07 ay, 18 gün ( on üç il, yeddi ay, on səkkiz gün) təşkil edir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a) fəhlələr bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənnalar bəndlərinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraicətinə cavab olaraq verilmiş “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx xxxxxxxx 2019-cu il tarixli, ********** nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərdə qeyd olunan xx.xx.2009-xx.xx.2012-ci il və xx.xx.2012-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxxx” Birgə Müəssisəsində işlədiyi betonçu peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində nəzərdə tutulmamışdır. Qeyd olunanlar nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşdə olan məhkəmənin sorğusuna əsasən “xxxxx” Birgə Müəssisəsi tərəfindən verilmiş AZF-2020/203/L nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı xxxxx BM-də işlədiyi xx.xx.2009-xx.xx.2012-ci il tarixləri ərzində betonçu və xx.xx.2012-xx.xx.2013-cü il tarixləri ərzində isə betonçu, bənna peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, Peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsində “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş a)fəhlələr bəndinin asfalt-beton döşəyənlər və bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daimi işləyən bənnalar bəndlərində nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinasında əsaslandığı illər üzrə, yəni iddiaçının xx.xx.2009-xx.xx.2012-ci il tarixləri ərzində betonçu və xx.xx.2012- xx.xx.2013-cü il tarixləri ərzində isə betonçu, bənna peşəsində işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğu halda, həmçinin iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi əmək stajı olmasına baxmayaraq, cavabdeh əsassız olaraq iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Birinci instansiya məhkəməsi iddiaçının işləmiş olduğu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin Siyahısı»nda nəzərdə tutulduğunu qeyd etsə də, həmin peşələrin hansı bölməyə aid olduğunu göstərməmişdir. Adı çəkilən Siyahıda " 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" bölməsində "bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar" peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Həmin bölmədə "betonçu" peşəsi nəzərdə tutulmamışdır və bu peşəni güzəştli iş stajı kimi qəbul etmək olmaz. İşdə olan əmək kitabçası ilə iddiaçının "xxxxx" birgə müəssisəsində xx.xx.2002xx.xx.2007-ci illərdə (05 il 03 ay 05 gün) bənna; xx.xx.2009-xx.xx.2012-ci illərdə betonçu; xx.xx.2012-xx.xx.2013-cü illərdə betonçu ;xx.xx.2013-xx.xx.2014-cü illərdə ( 01 il) bənna, xx.xx.2014-xx.xx.2017-ci illərdə (02 il 05 ay 20 gün) bənna; xx.xx.2018- xx.xx.2018-ci il tarixlərdə (11ay 22 gün) bənna peşələrində işlədiyi müəyyən edilir. İddiaçının cəmi 09 il 08 ay 17 gün güzəştli iş stajı vardır. Beləliklə işin halları ilə iddiaçının azı 25 il sığorta stajına malik olduğu, bu müddətdən 12 il 06 ayından az güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışması müəyyən olunur. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri ilə razılaşır və hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə kollegiyası yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-409/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdehin nümayəndəsi və vəkili S.Əliyev tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-409/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X12 X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Xumar Mərdanova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1588/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1588/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver