Məhkəmə qərarları › İş №2-1(103)-1588/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1588/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1588/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyytinə qarşı “istifadəsində olan torpaq sahəsinin daimi istifadyə verilməsinin cavabdehə həvalə edilməsi tələbinə dair” inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsinin və apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyytinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “istifadəsində olan torpaq sahəsinin daimi istifadyə verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu Pirallahı qəsəbəsində İddiaçı istifadəsinə verilməsinin rəsmiləşdirilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Cavabdeh ötürülmüş prosessual müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası barədə ərizə onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarı Bakı şəhər İcra Hakimiyyətinə göndərilməmiş və həmin qərar icra edilməsi üçün daxil olduqda, mövcudluğu bəlli olmuşdur. Sorğu verilərək qərar məhkəmədən rəsmən tələb olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli məktubu ilə xx.xx.2022-ci il il tarixdə icra hakimiyyətinə daxil olmuşdur. Odur ki, həmin qərardan apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş və üzrlü səbəbdən ötürülmüş müddətin bərpa olunmasına və işin apellyasiya qaydasında baxılması üçün apellyasiya şikayətini baxılmasını xahiş edilir. Məhkəmə kollegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iş materiallarına istinadən, izahatında bildirdi ki, birinci instansiya məhkəməsinin qərarını cavabdeh 2013-cü ildə almış, məhkəmənin icra edilməsi üçün göndərilən qərarını isə 2016-cı ildə aldığı halda, onun 2023-cü ildə təqdim olunmuş ərizəsinə əsasən müddət üzürlü səbəbdən buraxılmış hesab oluna bilməz. Ona görə də hesab edir ki, ərizə təmin olunmamalı, apellyasiya qeyri-mümkün sayılmalıdır. İİ. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin müddətin bərpası barədə ərizəsi və apellyasiya şikayəti üzrə icraat mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Cavabdehin müddətin bərpası barədə ərizəsindən göründüyü kimi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarının ona göndərilmədiyini, sorğu verdikdən və qərar icra hakimiyyətinə xx.xx.2022-ci il il tarixdə daxil olduqdan sonra, hazırkı ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət etdiyini bildiriərək müddəti buraxılmasını üzrülü hesab edir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunan həqiqi hallar aşağıdakılardan ibarətdir: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013cü il tarixli qərarı məlumat üçün poçt vasitəsilə məhkəmənin 11 mart 2013-cü il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş və qərarın göndərildiyi məktub sonuncuya xx.xx.2013-cü il tarixdə çatdırılmışdır (poçt qəbzi ştrix kod S062057739AZ) Bundan sonra, qərar, məhkəmənin 29 aprel 2013-cü il tarixli məktubu ilə icra edilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş, həmin qərarın göndərildiyi məktubu da sonuncu xx.xx.2013-cü il tarixində almışdır (ştrix kod: SS094632542AZ). Daha sonra, qərarın icrası barədə məhkəmyə məlumat verilmədiyinə görə məhkəmənin 17 fevral 2016-cı il tarixli məktubu ilə təkrarən, qərar poçt vasitəsilə icra olunması üçün Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş və xx.xx.2016-cı il tarixdə sonuncuya çatdırılmışdır (ştrix kod SS285212587AZ). Beləliklə də tədqiq olunan sənədlərə əsasən müəyyən olunur ki, cavabdehə məhkəmənin qərarı xx.xx.2013, xx.xx.2013 və xx.xx.2016-cı il tarixlərdə poçt vasitəsilə çatdırılmışdır. İş materiallarının 53 və 55-ci vərəqlərindən isə görünür ki, cavabdeh 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə və həmin qərardan apellyasiya şikayəti ilə məhkəməyə xx.xx.2023-cü il tarixində müraciət etmişdir. Belə olan halda, birincisi, İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük apellyasiya şikayəti vermə müddəti 5-9 ildən də çox ötürüldüyü halda, cavabdehin təqsiri olmadan, buraxılmış hesab oluna bilməz. İPM-in 24.1-ci maddəsinin tələbindən də görünür ki, bu məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Göründüyü kimi, buraxılmış prosessual müddətin bərpasına proses iştirakçının təqsiri olmadan buraxıldığı hallarda yol verilir. Konkret halda isə cavabdeh tərəfindən onun təqsiri olmadan müddətin buraxıldığı sübuta yetirilmir. Tədqiq olunan sübutlarla müəyyən olunun hallardan göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermə müddətini 1 ildən də çox olan müddətə ötürmüşdür. Belə olan halda, İPM-in 24.4-cü maddəsinin tələbinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar,eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla,müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Koneret halda, Məcəllənin qeyd olunan tələbində sadalanan istisna halları baş verməmişdir. Belə olan təqdirdə cavabdehin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1198/2013 saylı 07 mart 2013-cü il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi və həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Qeyd olunanlara əsasən və İPM-in 23, 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d i: Cavabdehin ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi və apellyasiya şikayəti üzrə icraat mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar