Məhkəmə qərarları › İş №2-1(103)-1589/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1589/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1589/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X13 X1rşı Baş Prokurorluğuna işə qəbul edilənədək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməsi və ümumilikdə 18 il 08 ay 7 gün prokurorluq işçi kimi 2016-ci il tarixdən pensiya hüququnun yaranmasını nəzərə alınmaqla pensiyanın həmin tarixdən hesablanaraq dirdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı barədə inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3666/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3666/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim M.Hacıbəyova). Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X13 X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 2016-cı ildən prokurorluq işçisi kimi pensiya hüququnun yaranmasını və həmin tarixdən hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək, Baş Prokurorluğuna işə qəbul edilənədək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməsi və ümumilikdə 18 il 08 ay 7 gün prokurorluq işçi kimi 2016-cı il tarixdən pensiya hüququnun yaranmasını nəzərə alaraq, pensiyanın həmin tarixdən hesablanaraq dirdəfəyə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qоyulmаsı barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2016-ci ildən 2-ci qrup əlilliyə görə əmək pensiyası alır. İddiaçı 40 ilə yaxın ümumi iş stajının 4 il 3 ayını Azərbaycan Respublikası Baş Prokurorluğunda xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində olmuşdur. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx xxxxx 1991-ci il 14 nömrəli əmrinə əsasən Baş prokurorluq tərəfindən “Vahid istintaq əməliyyat” qrupu yaradılmışdır. Həmin qrupun tərkibi Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından ibarət idi. İddiaçı prokurorluqda işlədiyi dövrlərdə yəni 1991-ci ildən 1994-cü ilin noyabr ayınadək həmin qrupun üzvü kimi xüsusilə mühüm işlər üzrə müstəntiq xidməti vəzifəni həyata keçirmək üçün Dağlıq Qarabağda müharibə bölgələrində göndərildi. Qarabağda müxtəlif döyüş bölgələrində Xocalı, Xankəndi, Kəhricahan, Şuşa və Laçın rayonlarında gedən döyüşlərdə iştirak edərək xidməti vəzifəni həyata keçirmişdir. 1994-cü ilin noyabr ayında Tovuz rayon Prokurorunun köməkçisi vəzifəsinə təyin edilmişdir. 1995-ci-ci ilin iyul ayında Baş prokurorun əmrinə əsasən vəzifədən azad edilmişdir. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı Bakı şəhəri Nizami rayon məhkəməsinin qətnaməsi ilə təsdiq edilmiş və Qarabağ veteranı statusu verilmişdir. Həmin vaxtlarda Azərbaycan Respublikası Hərbi Prokurorluğu yarandığından iddiaçı prokurorluğun hərbi qulluqçu statusu kimi döyüş bölgələrində xidməti vəzifəni həyata keçirmişdir. Hərbi qulluqçuların statusu və qulluq keçmə haqqında qanunvericiliyə əsasən döyüş bölgələrində və müharibə zonalarında işləyən hərbi qulluqçular bir iş günü üç iş günü kimi hesab edilir. Həmin vaxtlarda iddiaçıya baş prokurorluq tərəfindən ödənilən əmək haqqı vəzifə maaşının iki qat həcmində olmuşdur. Pensiya hüququ 2016-ci ildə yarandığı üçün prokurorluqda əmək stajı 12 il 09 ay olduğundan və prokurorluq işçisi kimi əmək pensiya hüququq yaranmışdır. Bundan başqa X12 X8 Dövlət X9 Milli Tədqiqat Universitetində 6 il təhsil müddətini, “Qazanxana” kooperativində 1 il 04 ay hüquqşünas, X14 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddəti, 2 il hərbi xidmətdə olduğu müddəti prokurorluqda olan iş stajına daxil edilməlidir. 2016-ci ilin əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən 5 il prokurorluq orqanlarında əmək stajı olan şəxslərə prokurorluq işçisi kimi pensiya hüququ vardır. İddiaçı cavabdehə müraciət edərək əmək pensiyanın prokurorluq işçisi kimi 2016-ci il tarixdən yarandığını nəzərə alaraq yenidən hesablanması və bugünədək hesablanaraq birdəfəyə ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə əsassız olaraq imtina etmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: İddiaçı verdiyi apellyasiya şikayətində göstərmişdir ki, iddiaçı x xxxxx 1991-ci il tarixdən xx xxxxx 1993-cü il tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda Qarabağda aparılan döyüş əməliyyatlarında 2 il həm döyüşmüş, həm də istintaq-əməliyyat işləri ilə məşğul olmuşdur. xx xxxxx 1991-ci ildən xx xxxxxx 1994-cü il tarixədək 1 il 7 ay Baş Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, xx xxxxxx 1994 il tarixdən xx xxxx 1995-ci il tarixədək döyüş ərazisi olan Tovuz Rayon Prokurorluğunda 8 ay işləmişdir. Həmin vaxtlarda Azərbaycan Respublikası Hərbi Prokurorluğu yaranmadığndan o, prokurorluğun hərbi qulluqçu statusu kimi döyüş bölgələrində xidməti vəzifəsini həyata keçirmişdir. Hərbi qulluqçuların statusu və qulluq keçmə haqqında qanunvericiliyə əsasən döyüş bölgələrində və müharibə zonalarında işləyən hərbi qulluqçular bir iş günü üç iş günü kimi hesab edilir. Həmin vaxtlarda iddiaçıya baş prokurorluq tərəfindən ödənilən əmək haqqı vəzifə maaşının iki qat həcmində olmuşdur. İddiaçı apellyasiya şikayətində əlavə olaraq qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Baş Prokurorluğuna mühüm işlər üzrə müstəntiq vəziəsinə qəbul edilənədək X10 X8 Dövlət X9 Milli Tədqiqat Universitetində 6 il təhsil, “Qazanxana” Kooperativində 1 il 04 hüquqşünas vəzifəsində işlədiyi, X14 Zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi, 2 il hərbi xidmətdə olduğu müddətlərdə onun əmək stajı vardır. Belə olan təqdirdə 9 il 08 ay 7 gün əmək stajının prokurorluqda olan əmək stajına daxil edilməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı tərəfindən iddia tələbini təsdiq edən sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin,əmək kitabçasının,“Müharibə veteranı” vəsiqəsinin, AR Baş prokurorluğunun arayışının,məhkəmə qətnaməsinin surətləri,cavabdehin imtina məktubu təqdim edilmişdir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və X6 Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X7 İdarəsinın iddiaçıya ünvanlanan xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktuba əsasən, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.4.1-ci maddəsinə əsasən prokurorluq orqanlarında azı 35 il qulluq stajı olan prokurorluq işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 20.8.1-ci, 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd edilənləri nəzərə alaraq, sizə prokurorluq orqanının əməkdaşı kimi əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1957-cı il təvəllüdlüdür, o,xx.xx.1976-ci ildən xx.xx.1978-cı ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası prokurorluğunda baş prokuroru yanında DQMV üzrə prokurorluğunun DİN və DTK-nın vahid istintaq əməliyyat qrupuna 5 il müddətinə xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Respublika baş prokurorluğu ümumi nəzarət idarəsi həddibuluga çatmayanlar haqqında qanunların icrasına nəzarət şöbəsinin prokuroru vəzifəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Respublika prokurorluğu arbitraj işləri üzrə məhkəmə qərarlarının qanuniliyinə nəzarət şöbəsinin prokuroru vəzifəsində, Tovuz rayon prokurorunun köməkçisi vəzifəsində çalışmışdır; Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)-4140/2015 saylı iş üzrə qəbul edilmiş xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının xx xxxxx 1991-ci ildən xx xxxxx 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında erməni qəsbkarları ilə döyüşlərdə iştrak etməsi faktı müəyyən edilmişdir. İddiaçıya 2016-ci ildən 2 -ci dərəcəli əlilliyinə görə pensiya təyin edilmişdir. İddiaçı hal-hazırda onun Azərbaycan Respublikası Baş Prokurorluğuna işə qəbul edilənədək mövcud 9 il 8 ay 7 gün əmək stajının prokurorluqda güzəştli şərtlərlə 9 il əmək stajına daxil edilməklə, ümumilikdə 18 il 08 ay 7 gün prokurorluq işçisi kimi əmək stajını nəzərə alınmaqla prokororluq işçi kimi 2016-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh iddiaçıya prokurorluq orqanının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçıya 2016-ci ildən əlilliyə görə pensiya təyin edildiyi nəzərə alınarsa prokurorluq işçisi kimi pensiya təyin edilməsini tələb etməklə onun əmək pensiyasının bir növündən digər növünə, yəni əlilliyə görə pensiyadan yaşa görə pensiyaya keçirilməsini tələb etdiyi müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada 9.4-cü maddəsinə əsasən, prokurorluq orqanlarında qulluq etmiş aşagıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır.( 9.4.1) prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri. (9.4.2) yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri. Prokurorluq işçilərinə yaşa görə əmək pensiya təyin edilməsinin şərtləri həmçinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”Qanunda da nəzərdə tutulmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.4-cü maddəsinə (xx.xx.2018-ci il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş prokurorluq işçıləri yaşa görə pensiya hüququna malikdirlr və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. Qeyd edilmiş qanun normalarından göründüyü kimi, prokurorluq işçisi kimi yaşa görə pensiya ən azı 60 yaşı tamam olmuş şəxslərə 25 il və daha çox ümumi iş stajı olduqda və bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etdikdə və ya prokurorluq orqanlarında azı 25 il qulluq stajı olan şəxslərə təyin edilir. İşdə olan sənədlərdən göründüyü kimi iddiaçı prokurorluq orqanlarında cəmi 4 il 3 ay xidmət etmişdir. İddiaçının prokurorluq stajına eyni zamanda X12 X8 Dövlət X9 Milli Tədqiqat Universitetində 6 il təhsil müddətini, “Qazanxana” kooperativində 1 il 04 ay hüquqşünas, X14 zavodunda 04 ay 7 gün hüquqşünas vəzifəsində işlədiyi müddəti, 2 il hərbi xidmətdə olduğu müddəti prokurorluqda olan iş stajına əlavə edilməsi, prokurorluq orqanlarında işlədiyi ( xx.xx.1991-ci ildən xx.xx.1995-ci il tarixədək) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı 4 il 3 ay müddətin güzəştli qaydada hesablanmaqla ümumi prokurorluq stajının 18 il 08 ay 7 gün olmasını nəzərə alınması tələbi Azərbaycan Respublikasının qanunvericiliyinin müddəalarına uyğun deyil. Belə ki, “Zabit heyətinə mənsub şəxslərə,gizirlərə,miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər,ədliyyə, gömrük,miqrasiya, feldyeger rabitəsi, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında ”Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli qərarına görə qərarda göstərilmiş şəxslərin pensiya təyin olunması üçün Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin biq ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Qərardan göründüyü kimi onun müddəaları prokurorluq işçilərinə şamil edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx xxxxx 1991-ci ildən xx xxxxx 1993-cü ilə kimi Qarabağ uğrunda döyüş zonalarında hərbi döyüşlərdə iştrak etməsi faktı ilə bağlı onun prokurorluq orqanlarında xidmət etdiyi ümumi 4 il 3 ay müddətinin güzəştli şərtlərlə hesablanması üçün qanuni əsaslar mövcud deyil. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx xxxx 2001-ci il tarixli Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə, ədliyyə və ya digər hüquq- mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Həmin orqanlardan, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdən prokurorluğa qulluğa qəbul edilmiş işçilərin xidmət illəri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən olunmuş qaydada prokurorluqda xidmət illərinə daxil edilir. Göründüyü kimi, sadalanan iş illəri, təhsil müddəti və hərbi xidmətdə olduğu müddət yalnız ümumi iş stajının bir hissəsidir və iddiaçının prokurorluq orqanlarında xidmət illərinə aid edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçının prokurorluq orqanlarında xidmətinin 1 ayının 3 ay kimi hesablanaraq prokurorluq orqanlarında xidmət etdiyi 4 il 03 ayını hesablanmaqla stajına daxil edilməsi və ona prokurorluq işçisi kimi pensiya təyin edilməsi barədə tələblərini əsassız hesab etmişdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməyərək, düzgün nəticəyə gəlmişdir, ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(112)-3666/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar