Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1589/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X11 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, üçüncü şəxs “X14” MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, “X14” MMC, "xxxx" MMC ) “sərəncamların etibarsız hesab edilməsi» tələbinə dair inzibati iş üzrə “iş üzrə icraatın dayandırılması barədə” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC, “X14” MMC, "xxxx" MMC ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2016-cı il tarixli 426 saylı, xx.xx.2017-ci il tarixli 666 saylı, xx.xx.2019-cu il tarixli 249 nömrəli sərəncamların İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İPM-nə əsasən Bakı İnzibati Məhkəməsinə üçüncü şəxs "Qutan” MMC tərəfindən qarşılıqlı iddia ərizəsi ilə müraciət etmək nəzərdə tutulmadığına görə "xxxx" MMC iddiaçı qismində cavabdehlər İddiaçı və digərlərinə qarşı “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X7 adına verilən əsası göstərilməyən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın, onunla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin, ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın; X13 ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqviləsinin, ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın; X6 ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin, ona əsasən verilən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla MMC-yə məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi barədə” Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edirlər ki, icraatda olan iddia ərizəsinin baxılması Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan alqı-satqı, bağışlanma müqavilələrinin və çıxarışların ləğv edilməsi ilə əlaqədar iddia ərizəsinin nəticəsindən asılıdır. Həmin sənədlərin qanuni olub-olmaması həll edilməyincə sərəncamların ləğvinə dair işin obyektiv baxılması mümkün deyil. Belə ki, Bakı İnzibati Məhkəməsinin qəbul edəcəyi qərar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul edəcəyi digər qətnamə ilə preyudisial əhəmiyyət daşıyır. Hesab edirlər ki, hazırkı iddia ərizəsi ilə əlaqədar qəbul edilən qərar, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qəbul ediləcək qətnaməsi ilə preyudisial əhəmiyyət daşıyır və hər iki iddia ərizəsi bir-biri ilə əlaqəlidir. Göstərilənlərə əsasən İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və üçüncü şəxs "xxxx" MMC-yə qarşı iddia ərizəsinin baxılmasının Bakı şəhəri Nizami Rayon Məhkəməsində iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı və digərlərinə qarşı iddia ərizəsinə baxılanadək dayandırılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı "xxxx" MMC-nin cavabdehlər X13, X6, İddiaçı, “X14” MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın yenilənməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə icraat iddiaçı “Qutan" MMC-nin cavabdeh X17, X6, İddiaçı, “X14" MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3408/2021 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Lakin məhkəmə bu qənaətə gələrkən, Bakı şəhəri Nizami Rayon Məhkəməsində olan işin icraatda olubolmamasını araşdırmamışdır. Belə ki, tərəflərindən verilmiş vəsatətə əsasən, 2-1(112)- 968/2021 saylı iş üzrə Bakı İnzibati Məhkəməsində yekun məhkəmə aktı çıxarılanadək 2(007)-3408/2021 saylı iş üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-3408/2021 saylı, xx.xx.2021 tarixli qərardad qəbul etmiş və iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)-159/2022 saylı iş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Həmin məhkəmə aktı Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsi isə onun tərəfindən yekun məhkəmə aktı qəbul edilənə qədər icraatı dayandırılmış işi əsas gətirərək icraatında olan 2-1(112)-236/2022 saylı işi dayandıra bilərmi? Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halları aydınlaşdırmamış, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 saylı işi üzrə icraatı dayandırmasını əsaslandırdığı Bakı şəhəri Nizami Rayon Məhkəməsindəki 2(007)-159/2022 saylı işin icraatda olub-olmamasını müəyyənləşdirmədən iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə icraatın yenilənməsi barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1673/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1673/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1673/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs “X14” MMCnin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3408/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh X13, X6, İddiaçı, “X14 “MMC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhər İcra Hakimiyyətinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi qərara alınmışdır. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunur ki, kassasiya icraatı zamanı iddiaçı və üçüncü şəxs "xxxx" MMC tərəfindən məhkəməyə daxil olmuş prosessual sənədlərdə qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, həmin qərardaddan "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)6184/2022 saylı qərardadı ilə iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Nizami rayon Məhkəməsinə qaytarılmışdır (məhkəmə aktlarının özü ərizələrə əlavə edilməmişdir). Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərardadında istinad etdiyi hal (Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkün hesab edilməsi) ilə tərəflərdən daxil olan məlumatlar arasında uyğunsuzluq var. Odur ki, işin təkrar apellyasiya baxışı zamanı Nizami rayon Məhkəməsinin icraatında olan mülki işin hazırkı vəziyyəti aydınlaşdırılmalı və ona uyğun qiymətləndirmə aparılmalıdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin ilkin sahibi olan X13 həmin torpaq sahəsini xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların qabaqcadan qeydiyyatı barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən arayışına və xx.xx.2014-cü il tarixli 4950 nömrəli “Fiziki və qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən Əmlak Məsələləri Dövlət Komitəsindən alqısatqı yolu ilə əldə etmişdir. Göründüyü kimi, həmin torpaq sahəsinə mülkiyyət hüququnun əsasını inzibati orqanın torpağın satılması ilə bağlı publik hüquq münasibətlərindən irəli gələn hərəkətləri təşkil edir. Qeyd olunan halların aydınlaşdırılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə sorğu verilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən sorğuya cavab olaraq Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2(007)- 848/2023 nömrəli məktubla bildirilmişdir ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X9, X4, İddiaçı, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “X15 “MMC və Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla «hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 848/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, mülki iş hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindədir. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3408/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, iddiaçın tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi və həmin torpaq sahəsində tikinti işlərinin aparılması dayandırılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11484/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3408/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X9, X4, İddiaçı, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “X15“ MMC və Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla «hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilməsi qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6184/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 848/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X9, X4, İddiaçı, "xxxx" MMC-yə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “X15“ MMC və Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla «hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, mülki iş üzrə icraat ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır (iddia tələbi “Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X7 adına verilən əsası göstərilməyən hüquqların qabaqcadan qeydiyyatı barədə xx.xx.2013-cü il tarixli arayışın, onunla Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi arasında bağlanan xx.xx.2014-cü il tarixli torpağın alqı-satqı müqaviləsinin, ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X13 ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin, ona əsasən verilən xx.xx.2014-cü il tarixli çıxarışın, X6 ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli bağışlanma müqaviləsinin, ona əsasən verilən xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi və qanuni əsaslarla MMC-yə məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edilərək istifadəçiyə təhvil verilməsi”). Göründüyü kimi, iddiaçı "xxxx" MMC-nin cavabdehlər X9, X4, İddiaçı, "xxxx" MMCyə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində “X14 “MMC və Bakı şəhər İcra Hakimiyyəti cəlb olunmaqla «hüquqların qabaqcadan qeydiyyatı barədə arayışın, müqavilələrin ləğv edilməsi və müqavilələr əsasında verilən çıxarışların ləğv edilməsi» tələbinə dair mülki iş hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatındadır, həmin işə hazırda baxılır. İş materialları ilə həmçinin müəyyən edildi ki, həmin iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, xitam verilməsi qərara alınmışdır, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6184/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-159/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-848/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad ilə həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, mülki iş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindədir. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddia tələbindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hazırkı iş üzrə də mübahisənin obyekti olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə dair X13 ilə X6 arasında bağlanmış alqı-satqı müqviləsinin və ona əsasən verilən çıxarışın, həmçinin X6 ilə X3 (hazırkı iş üzrə iddiaçı) arasında bağlanmış bağışlanma müqaviləsinin və ona əsasən verilən çıxarışın ləğv edilməsi və MMC-yə məxsus 0.16 ha torpaq sahəsinin onlar tərəfindən azad edərək istifadəçiyə təhvil verilməsi tələb olunur. X1 da məhz, hazırıkı iddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə yerləşən 0.16 ha torpaq sahəsinə aid olan hissədə cavabdehin sərəncamlarının etibarsız hesab edilməsi tələb edilir. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı ona məxsus torpaq sahəsinə aid hissədə sərəncamı mübahisələndirir, Bakı şəhəri Nizami Rayon Məhkəməsində isə hazırki iş üzrə üçüncü şəxs "xxxx" MMC tərəfindən İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsası (müqavilə) mübahisələndirilir. Belə olan halda, Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılan mülki iş üzrə iddia təmin ediləcəyi və qeyd olunan alqı-satqı və bağışlama müqavilələri və onlara əsasən verilmiş çıxarışlar ləğv oluncağı təqdirdə, mübahisələndirilən torpaq sahəsi hazırkı iş üzrə İddiaçı mülkiyyətindən çıxmış olur və onun həmin torpaq sahəsinin bir hissəsinə cavabdeh orqanın sərəncamları ilə müdaxilə olunması əsası ilə hazırkı iddianı qaldırmaqda subyektiv hüququ aradan qalxmış olur və bu hal iddianın mümkün sayılmamasına səbəb olur. Göründüyü kimi, hazırki inzibati mübahisənin həlli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan qeyd olunan mülki işin həllindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı tərəflər arasında olan hazırkı mübahisənin həllinə təsir edə biləcəyinə görə hazırkı iş üzrə icraat qeyd olunan iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessul Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-236/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1589/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1589/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver