Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-159/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (Bakı şəhəri Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanası 3-cü şəxs qismində cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), X2 və X6 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Pirşağı Qəsəbəsi İnzibati Ərazi Dairə üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1630 №-li xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsində Ağdam rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 757 №-li, xx.xx.2010-cu il tarixli qərarından müəyyən olunur ki, Ağdam RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X5 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1992-ci ildə aldığı, xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi kliniki tibbi mərkəzdə müayinə və müalicə olunduğu yaralanmadiaqnoz: “Sağ budun qəlpə yarası” (Ağdam RHK-nın xx.xx.2010-cu il tarixli 4/587 nömrəli göndərişi, xx.xx.2010-cu il tarixli 4/708 nömrəli arayışı, klinik tibbi mərkəzdən verilmiş xx.xx.1992-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi-nevropatoloqun rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”, və xx.xx.1998ci ildən xx.xx.1998-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu travmanın nəticələri- diaqnoz: “Asteno-nevrotik təzahürlərlə qapalı kəlləbeyin travmasının nəticələri” və xx.xx.1998-ci ildən xx.xx.1998-ci ilə kimi MN MHKH-da müayinə və müalicə olunduğu travmanın nəticələri-diaqnoz: “Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” (MN MHKH-dan verilmiş xx.xx.1998-ci il tarixli, xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisinevropatoloqun rəyi ilə təsdiq edilir), “Travmadır, Hərbi Xidmət Dövründə Alınmışdır”. Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-ci maddəsinin a), ç) bəndləri.
4. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin **********4 №-li xx.xx.2022ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Ağdam rayon sakini İddiaçı əlillik vəziyyəti barədə aşağıdakı sənədlərdən: -xx.xx.2014-cü il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2015-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06- Kəllədaxili travma=>S06.0-Baş beyin silkələnməsi. Diaqnozun mətni; Keçirilmiş qapalı KBT-si beyin silkələnməsinin qalıq əlamətləri MSSnin funksiya pozğunluğu ilə Sol eşitmə sinirinin travmatik nevriti. Meyar: İkinci dərəcə əlillik => 2.2.12 Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli) kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu..... -xx.xx.2015-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2016-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06- Kəllədaxili travma=>S06.2-Baş beyin diffuzu travması. Diaqnozun mətni; Keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə; Meyar: İkinci dərəcə əlillik => Digər: keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. -xx.xx.2016-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, müayinədən əvvəlki qrup - ikinci dərəcə əlillik, növbəti müayinə tarixi xx.xx.2021-ci il, əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; əmək zəmanəti-əmək qabiliyyətsiz; X1: XİX Sinf-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>S00-S09-Başın travmaları => S06- Kəllədaxili travma=>S06.2-Baş beyin diffuzu travması. Diaqnozun mətni; Keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə; Meyar: İkinci dərəcə əlillik => Digər: keçirilmiş kəllə beyin travması daxili hipertenzion sindrom İsterik nevroz kəkləmə ilə. -xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: XX Sinf- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36Qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar =>Y36-Hərbi əməliyyatlar => Y32Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır. Ağırlaşma F07 Baş beynin xəstəliyi zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Ağırlaşma T90.5 Kəllədaxili travmanın nəticələri, Postravmatik ensefaloptiya. Meyar: İmtina edilir. İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: PSM də ixtisaslı mayinə məsləhət görülmüşdür. -xx.xx.2021-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: V Sinf- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09Simptomik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar =>F07-Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi.... Diaqnozun mətni: Baş beyin xəstəliyi, zədələnməsi və disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ artlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sol budun yuxarı 1/3 - nin qəlpə yaralanması. Qapalı KBT-sı MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti: Meyar-imtina edilir. İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması: Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir.
5. Ağdam rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli 0217003AANCD №li Forma 088 göndərişi əsasında aparılmış xx.xx.2022-ci il tarixli müayinə nəticəsindən müəyyən olunur ki, X1: XX Sinf- Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar =>Y36Hərbi əməliyyatlar => Y32-2 Hərbi əməliyyatlar nəticəsində digər..... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Postravmatik ensefalopatiya. Kəllədaxili hipertenziya. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beyinin xəstəliyi, emossional labil pozuntu. Koqnitiv funksiyanın pozulması. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Postravmatik nerosensor ağır eşitmə. Sol qulaqda İİİ-İV dərəcə, sağ qulaqda İİ-İİİ dərəcə. Essesnsial (birincili) hipertenziya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk. Boyun şöbəsinin fəqərararsı disklərin digər degenerasiyası. Boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökçük ağrılarla. Meyar: İmtina edilir. İmtina edilmənin- Diqanoz əlillik əlaməti təyin edilməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.
6. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərardan çıxarışdan müəyyən olunur ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Asteno-nevtotik təzahürlərlə qapalı kəllə-beyin travmasının nəticələri” Qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3-də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü -4,0-4,5 bal, tonus normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur. Həmçinin AR SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli “Üzvi emosional labil pozuntusu” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “Sol qulaqda 60 dBİ-İİİ dərəcə, sağ qulaqda 40 dBİ-İİ dərəcə neyrosensor ağıreşitmə” kimi müəyyənləşdirilmişdir. Ekspertiza üçün əhəmiyyətli insturmentaln kranial müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və daranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********5 №-li arayışda göstərilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” alt sisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan İİ (ikinci) qrup müharibə əlilliyinə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) görə aylıq 350 (üç yüz əlli) manat məbləğində Prezident təqaüdü alıb. Təyinatın başlanma tarixi xx.xx.2011-ci il; təyinatın bitmə tarixi xx.xx.2021-ci il.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 49/2023 saylı (ekspertizanın başlanma tarixi 12 yanvar 2023-cü il, başa çatma tarixi 30 yanvar 2023-cü il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı aşkar edilən xəstəliklər və özünün əyani müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklər ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli, istərsə də xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadı.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin imtinasının qanunsuz hesab edilməsi və İİ qrup əlilliyə görə Prezident təqaüdünün ödənilmədiyi vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Sonradan iddiaçının nümayəndəsi və vəkili xx.xx.2022-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən təqdim etdiyi iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə, məhkəmədən, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi və üçüncü şəxs qismində Bakı şəhəri Sabunçu Rayonu 3 saylı şəhər klinik xəstəxanasını göstərməklə, iddiaçı X7 xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1974-1976-cı illərdə Sovet Ordusu siralarında müddətli hərbi xidmətdə olmuşdur. Qarabağ torpaqları erməni işğalçıları tərəfindən işğala məruz qaldığı vaxtlarda o, da vətən torpaqlarını müdafiə etmək üçün könüllü olaraq Ağdam rayon Hərbi Komissarlığına ərizə ilə müraciət etmiş və 01 noyabr 1991-ci ildə hərbi xidmətə çağırılmışdır. Əsasən Ağdam və Ağdərə rayonlarının müdafiəsində iştirak etmişdir. Döyüş zonasında hərbi xidmətdə olarkən 23 avqust 1992-ci il tarixində Ağdərə uğurundə gedən döyüşlərdə minaya düşmüş, qolundan və sağ ayağından xəsarət alaraq Bakı Hərbi Hospitalına gətirilmiş və xx.xx.1992-ci il tarixədək stasionar müalicədə olmuşdur. Həmin vaxt hərbi xidmətdə olarkən hərbi travma almağı Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə də təsdiq olunmuşdur. Tam sağalmasa da öz istəyilə yenidən hərbi xidmətini davam etdirmişdir. xx.xx.1993cü ildə Ağdam rayonunda Həkim Ekspert Komissiyasının BTE № 011514 saylı arayışı əsasında ona İİİ qrup ömürlük əlillik dərəcəsi təyin edilmişdir. Müharibə veteranıdır. Bir neçə ildən sonra sağlamlığında olan narahatçılıqlar özünü bürüzə verməyə başlamışdır. Bununla əlaqədar bir neçə dəfə xəstəxanalarda stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 757 saylı 22 iyun 2010-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.1998 ci il tarixdən xx.xx.1998-ci il tarixədək MN MHHK-nin müayinə və müalicə olunduğu travmanın nəticələri - diaqnozu: “Asteno-nevrotik təzahürlərlə qapalı-kəllə beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sisteminin funksiyasının pozulması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” MN MHKH-dan verilmiş xx.xx.1998- ci il tarixli, xx.xx.1998-ci il tarixli çıxarış epikrizləri, MN MHHK-nın həkim mütəxəssisi-nevropotoloqun rəyi ilə təsdiq edilir), Travmadır, Hərbi Xidmət dövründə alınmışdır. Qeyd edilən xəstəliklərin müayinəsindən və müvafiq həkim komissiyasının rəyindən sonra onun İİ qrup əlil olmağı müəyyən edilmişdir. Azərbaycan Respuiblikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tərəfindən ona 2022-ci ilin 04 may tarixədək Hərbi Xidmət dövründə travma aldığına görə İİ qrup əlil kimi Prezident tədaüdü verilmişdir. Lakin Azərbaycan Respuiblikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim etdiyi 0217003AANCD №li Forma 88 əsasında xx.xx.2022-ci il tarixli Tibbi-Sosial Ekspeptiza Komissiyasının sonuncu müayinəyə dair qiymətləndirməsinin nəticəsi olaraq ona İİ qrup kimi Prezident təqaüdü verilməsi dayandırılmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, xx.xx.1954-cü ildə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya onda hazırda da aşkar olunan eyni xəstəliklərlə təyin olunmuş İİ dərəcə əlillik təyinatından on ildən artıq bir müddət keçdikdən sonra, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmişdir. Halbuki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur.
b) Apellyasiya instansiya məhkəməsində icraat
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
c) Apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Keçirilmiş qapalı КВТ-si beyin silkələnməsinin qalıq əlamətləri MSS-nin funksiya pozğunluğu ilə ensefalopatiya Sol eşitmə sinirin travmatik nevriti. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 – Baş beynin diffuz travması; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəliədaxili travma => S06.2 - Baş beynin diffuz travmasi; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi' ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36-Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1\3-nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin funksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. “Hərbi Travmadır Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Almışdır” Ağırlaşma F07 Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Ağırlaşma T90.5 Kəliədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam- doldurulması - Səbəb: PSM də ixtisaslı müayinə məsləhət görüldü." səbəbi ilə imtina verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sol budun yuxarı 1/3 nin qəlpə yaralanması. Qapalı KBT-sı. MSS-nin fünksiyasının pozulması. Astenonevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Sağ budun yuxarı 1/3-nin qəlpə yaralanması. Qapalı KBT-sı MSS-nin funksiyasının pozulması, Asteno-nevrotik sindrom. Sol eşitmə sinirinin postravmatik nevriti. Postravmatik ensefalopatiya. Kəliədaxili hipertenziya. Şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər baş beynin xəstəliyi, zədələnməsi və disfunksiyası zamanı qalıq əlamətləri və ya yanaşı gedən, Postravmatik nevroza bənzər sindrom. Üzvi emossional labil pozuntu. Koqnitiv funksiyanın pozulması. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Postravmatik neyrosensor ağır eşitmə. Sol qulaqda lll-İV dərəcə, sağ qulaqda ll-lll dərəcə. Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk. Boyun şöbəsinin fəqərəarası disklərinin digər degenerasiyası, Boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökçük ağrılarla. Mərkəzə göndərilmənin/lmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İddiaçı Agentliyə əyani müayinə olunması üçün dəvət olunmuşdur. 27 iyul 2022-ci il tarixli protokola əsasən iddiaçıya həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL - nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq, müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Asteno-nevtotik təzahürlərlə qapalı kəllə-beyin travmasının nəticələri. Qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3- də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur. Həmçinin AR SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli “Üzvi emosional labil pozuntusu” diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir.Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci il tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “Sol qulaqda 60 dBİ -İİİ dərəcə, saq qulaqda 40 dBİ-ll dərəcə neyrosensor aqıreşitmə” kimi müəyyənləşdirilmişdir.Ekspertiza üçün əhəmiyyətli instrumental krania! müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və çjavranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təstiqini tapmamışdır. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyyac olması barədə qərar qəbuledilmişdir. V. - Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və ‘‘Asteno-nevtatik təzahürlərlə qapalı kəllə-beyin travməsının nəticələri. Qapalı kəllə-bəyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “ Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3-də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü M,0-4,5 bal, tonusu normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur.Həmçinin A.R SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli "Üzvi emosional labi' pozuntusu" diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci ii tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “So/ qulaqda 60 dBİ -İİİ dərəcə, saq qulaqda 40 dBİ -İİ dərəcə neyrosensor aqıreşitmə” kimi müəyyənləşdirilmişdir. Ekspertiza üçün əhəmiyyətli instrumental kranial müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 49/2023 saylı (ekspertizanın başlanma tarixi 12 yanvar 2023-c.ü il, başa çatma tarixi 30 yanvar 2023-cu il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, 1.2 Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib edilmiş göndərişdə (083 №-li Formada) geyd edilən “XX. Sinif- xəstələnmənin və ölümün xarici səbəbləri =>Y35- Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar=>Y36-hərbi əməliyyatlar-> Y32.2-hərbi əməliyyatlar nəticəsində digər...Diagnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya gəlpələrlə törənmiş zədələnmələr, sağ budun yuxarı Vs-nin gəlpə yaralanması, gapalı КВТ-sı, MSS-nin funksiyasının pozulması, asteno-neyrotik sindrom, sol eşitmə sinirinin posttravmatik nevriti, posttravmatik ensefalo- patiya, kəllədaxili hipertenziya, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beyinin xəstəliyi, emosional labil pozuntu, koqnitiv funksiya-nın pozulması, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, posttravmatik neyrosensor ağır eşitmə, sol qulaqda lll-İV dərəcə, sağ qulaqda ll-lll dərəcə, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk, boyun şöbəsinin fəqərəarası disklərinin digər deqenerasiyası, boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökcük ağrılarla” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. 3.4. Vətəndaş İddiaçı aşkar edilən xəstəliklər və özünün əyani müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklərə əsasən ona istər Nazirlər Kabinetinin xx.xx.2015ci il tarixli, 413 nömrəli, istərsə də xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadı.Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
d) Prosses iştirakçılarının izahatları
17. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
18. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş 3-cü şəxs Bakı şəhəri Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanası məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kolleiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin: 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-bəndinə əsasən İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.
21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; ...... - 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.”
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə görə, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra- Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 2.4-cü bəndinə uyğun olaraq, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: - 1.1-ci bəndinə uyğun olaraq, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. ..... - 1.4-cü bəndinə əsasən, göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. - 1.5-ci bəndinə görə, göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir);
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 №-li Qərarı ilə yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.Həmin Meyarlara əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. ....
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri
2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
1. İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı;
3. İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 15.1.-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
30. Daha sonra məhkəmə Kollegiyası iddianın mahiyyətinə və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, aşağıdakılara görə cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddia rədd olunmalıdır.
31. Belə ki, hazırkı iş üzrə mübahisələndirilən Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməsi, xx.xx.1954-cü ildə doğulmuş İddiaçı xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
32. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya onda hazırda da aşkar olunan eyni xəstəliklərlə təyin olunmuş İİ dərəcə əlillik təyinatından on ildən artıq bir müddət keçdikdən sonra, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmişdir. Halbuki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. İddiaçı ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlillik təyin edilməsini tələb etmişdir.Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2010-cu il tarixli, 757 saylı qərarından görünür ki, iddiaçının yaralanmasının nəticəsi – diaqnoz “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır.
33. Məhkəmə Kollegiyası tətbiq olunan hüquq normalarından çıxış edərək qeyd edir ki, maddi hüquq normasının (Bu qərarın 20-ci bəndi) tələbi ondan ibarətdir ki, hər bir halda əlilliyin 5 ilə və ya müddətsiz təyin edilməsində ərizəçinin müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərtdir.Göstərilən şərtlər təsdiqləndiyi halda iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndi tətbiq olunacaqdır.
34. İşin hallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.0 - Baş beynin silkələnməsi; Diaqnozun mətni: Keçirilmiş qapalı КВТ-si beyin silkələnməsinin qalıq əlamətləri MSS-nin funksiya pozğunluğu ilə ensefalopatiya Sol eşitmə sinirin travmatik nevriti. Meyar: 2.2. ikinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.
35. Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.2 – Baş beynin diffuz travması; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir.
36. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik ; “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00- S09 - Başın travmaları => S06 - Kəliədaxili travma => S06.2 - Baş beynin diffuz travmasi; Diaqnozun mətni: Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə. Meyar: 2.2. İkinci dərəcə əlillik => Digər Keçirilmiş kəllə beyin travmasi daxili hipertenzion sindrom İsterik nevroz kəkələmə ilə” səbəbi' ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
37. Daha sonra isə Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Göndərişin natamam- doldurulması - Səbəb: PSM də ixtisaslı müayinə məsləhət görüldü." səbəbi ilə imtina verilmişdir.
38. Bundan sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.
39. Daha sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir.
40. Məhkəmə Kollegiyası qeyd edir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsi əsas götürülür.
41. Müəyyən olunmuşdur ki, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozlar, o cümlədən aşkar olunan patofunksional dəyişikliklər və ağırlaşmalar öz təstiqini tapmamışdır.
42. Beləliklə, həm elektron qiymətləndirmənin, həm də əyani müayinənin nəticəsi olaraq, İddiaçı əlillik təyinatının aparılmasından imtina edilmişdir.
43. İş materiallarından o da görünür ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 34 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: --6) Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0217003AALFL nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və Əlavə müalicəyə ehtiyyac olması barədə qərar qəbuledilmişdir. V. - Növbəti dəfə əlillik vəziyyətini qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir, (unikal kod) Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 757 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ budun qəlpə yarası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və ‘‘Asteno-nevtatik təzahürlərlə qapalı kəllə-beyin travməsının nəticələri. Qapalı kəllə-bəyin travması, baş beyin silkələnməsinin nəticələri, mərkəzi sinir sistemi funksiyasının pozulmaması ilə. Sol eşitmə sinirinin posttravmatik nevriti” diaqnozlu travmanın səbəb əlaqəsi “ Travmadır, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. -Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluqdan, başındakı ağrılardan şikayətlənmiş, sağ budun aşağı, sağ saidin yuxarı 1/3-də, sağ dabanın iç səthində zərif çapıq toxuma, nevroloji status və intellektual-mnestik funksiyalar yaşa uyğun, ətraflarda simmetriya, əzələ gücü M,0-4,5 bal, tonusu normal, oynaqlarda hərəkətlər sərbəst, reflekslər canlı, Romberq vəziyyətində əllərdə tremor qeyd olunmuşdur.Həmçinin A.R SN “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-in xx.xx.2021-ci il tarixli 7084 nömrəli "Üzvi emosional labi' pozuntusu" diaqnozlu Tibbi Rəyi təqdim edilmişdir. Şikayətlərinə əsasən ƏƏSMN Tabeliyində DTSERA xx.xx.2022-ci ii tarixdə keçirilmiş LOR müayinəsinin nəticəsi “So/ qulaqda 60 dBİ -İİİ dərəcə, saq qulaqda 40 dBİ -İİ dərəcə neyrosensor aqıreşitmə” kimi müəyyənləşdirilmişdir. Ekspertiza üçün əhəmiyyətli instrumental kranial müayinə nəticələri təqdim edilməmiş, hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya və davranış pozuntusu əlamətləri müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
44. Mübahisəyə məhkəmədə baxılarkən iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 49/2023 saylı (ekspertizanın başlanma tarixi 12 yanvar 2023-c.ü il, başa çatma tarixi 30 yanvar 2023-cu il) rəydən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibb-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində tərtib edilmiş göndərişdə (083 №-li Formada) geyd edilən “XX. Sinif- xəstələnmənin və ölümün xarici səbəbləri =>Y35-Y36-qanunla nəzərdə tutulmuş hərəkətlər və əməliyyatlar=>Y36-hərbi əməliyyatlar- > Y32.2-hərbi əməliyyatlar nəticəsində digər...Diagnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya gəlpələrlə törənmiş zədələnmələr, sağ budun yuxarı Vs-nin gəlpə yaralanması, gapalı КВТ-sı, MSS-nin funksiyasının pozulması, astenoneyrotik sindrom, sol eşitmə sinirinin posttravmatik nevriti, posttravmatik ensefalo- patiya, kəllədaxili hipertenziya, şəxsiyyət və davranışda rast gəlinən dəyişikliklər, baş beyinin xəstəliyi, emosional labil pozuntu, koqnitiv funksiya-nın pozulması, eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, posttravmatik neyrosensor ağır eşitmə, sol qulaqda lll-İV dərəcə, sağ qulaqda ll-lll dərəcə, essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİİ mərhələ çox yüksək əlavə risk, boyun şöbəsinin fəqərəarası disklərinin digər deqenerasiyası, boyun fəqərələrinin C5-C6 seqmentar osteoxondrozu kökcük ağrılarla” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Vətəndaş İddiaçı aşkar edilən xəstəliklər və özünün əyani müayinəsi zamanı müəyyən olunan patofunksional dəyişikliklərə əsasən ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli, istərsə də xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavənin hər hansı bəndini aid etmək mümkün olmadı.
45. Daha sonra məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçının iştirakı ilə qərardad (aralıq qərardad) qəbul olunaraq iddiacının canlı müayinəsi aparılaraq müvafiq qərar qəbul edilməsi üçün 35 gün müddət təyin edilmişdir.
46. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.2024-cü il tarixli Qərar məhkəməyə təqdim edilmişdir.Qərara əsasən Vətəndaş İddiaçı əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi defisit və digər orqanlar tərəfindən patofunksional pozuntular aşkar edilməmişdir.
47. Nəticədə Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
48. Məhkəmə Kollegiyası diqqətə çəkir ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq Hərbi Həkim Komissiyasının qərarı və ya şəhadətnaməsindəki diaqnozların əlillik əlaməti təyin etməsi əsas götürülür.Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya onda hazırda da aşkar olunan eyni xəstəliklərlə təyin olunmuş İİ dərəcə əlillik təyinatından on ildən artıq bir müddət keçdikdən sonra, ona əlillik dərəcəsinin təyinatından imtina barədə qərar qəbul edildiyi bildirilmişdir. Halbuki, ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur. 49.Məhkəmə Kollegiyası işin yuxarıda sadalanan faktiki hallarına və tətbiq olunan hüquq normalarına əsaslanaraq qeyd edir ki, əlilliyin müddətsiz təyin edilməsində iddiaçının müayinədən keçməsi və tələb olunan meyarlara uyğun olması şərt olduğundan, təqdim edilən tibbi sənədlər, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və əyani müayinənin nəticəsində iddiaçıda MHHK-nın qərarında qeyd edilən diaqnozların, o cümlədən aşkar olunan patofunksional dəyişikliklərin və ağırlaşmaların əlilliyin təyin edilməsinə əsas verməsi öz təstiqini tapmadığından iddiaçıya münasibətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 4.2-ci bəndinin tətbiqi mümkün deyildir.
50. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunaraq iddia rədd olunmalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3093/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd olunsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.