Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-159/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi ») Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********72 3-21-3-30/2-11972/2023 nömrəli imtina məktubuna əsasən iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********93 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar tam aradan qaldırılmamışdır. Belə ki, orderin əsli sənədlər toplusuna əlavə edilməmiş, həmçinin təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda, təqdim edilmiş xx.xx.2023-cü il tarixli, c187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bundan başqa qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı inzibati iş mövcud olmuş, lakin, mübahisənin yekunlaşması ilə bağlı yekun məhkəmə aktı İdarəyə daxil olmamışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli C-187-112 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamından çıxarış təqdim edilmişdir. Çıxarışa əsasən: 2. Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın. 2.73. X5 – Çöl Şüvəlan BTK № 190.
3. Bakı şəhəri 24 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 07 yanvar 2023-cü il tarixli 5 nömrəli məktubla əsasən İddiaçı1 oğlnun və İddiaçı2 müraciəti əsasında xx.xx.2009-cu il tarixdə vəfat etmiş X4 adına Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işi açılmışdır.
4. X6 və İstismarı Birliyi tərəfindən verilmiş 73 nömrəli orderin kserosurətinə əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamına əsasən Çöl-Şüvəlan bağlar sahəsində 190 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 8 B saylı bağ sahəsi ayrılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 185/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçıların cavabdeh X8 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçların istifadəsində və sahibliklərində olan torpaq sahəsinin cavabdeh Rasim Nəcəfov tərəfindən zəbt olunması, yəni – cavabdeh tərəfindən 8B saylı bağın içinə darvaza açıldığı, həmin darvazanın qarşısından başlayaraq və 8 B saylı bağın ərazisindən keçən beton örtüklü yol salındığı, həmçinin kanalizasiya quyusunun inşa olunduğu, bağının hasarının cavabdeh tərəfindən söküldüyü, yenidən hasarın inşa olunmasına maneçilik törədildiyi iş materiallarında olan sənədlər və eləcə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3296 nömrəli rəyi ilə öz təsdiqini tapır. 14. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı2 müraciətinə cavab olaraq verilmiş 18 aprel 2023-cü il tarixli 3-6/2-H-11318- 1/2023-67 nömrəli məktuba əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-347/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə Aəzbraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 21 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. 15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-38846/2023 **********46 nömrəli məktubla 19 nömrəli BTK-nın arxiv qovluğunun təsdiq edilmiş surəti məhkəmə təqdim edilmişdir. Həmçinin bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan bağ massivində yerləşən 190 nömrəli BTK-nın nəzdində 0.12 ha sahəsi olan 8 B saylı bağ sahəsinə aid sənəd (order) İdarənin arxivində aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsi üzərində mərhum anaları X4 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı torpaq sahəsinə dair mərhum anaları X4 adına X1 və istismarı birliyi Çöl- Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativ tərəfindən xx.xx.2002-ci il tarixdə 73 №-li order verilib. Həmin orderdə qeyd edilib ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3 sentyabr 1993- cü il tarixli 1009 №-li qərarına əsasən X5 bağlar sahəsində 190 №-li BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 8 B №-li bağ ayrılıb. Bakı Şəhər İcra Hakimiyyəti Aparatının c-187-112 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №-li Qətnaməsinə əsasən X5 190 №-li Çöl-Şüvəlan BTK-da torpaq sahəsi ayrılmışdır. Müraciətləri əsasında 24 saylı notariat ofisində mərhum anaları X4 adına vərəsəlik işi açılmışdır.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 24 saylı Notariat Ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı 07 yanvar 2023-cü il tarixli, 5 №-li məktubda Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsinə çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 0.12 ha torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmişlər. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli cavab məktubu ilə həmin torpaq sahəsinə dair çıxarışı verməkdən imtina etmişdir. İmtina məktubu bununla əsaslandırılmışdır ki, orderin əsli sənədlər toplusuna əlavə edilməmiş, həmçinin təqdim edilən X1 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda təqdim etdiyi xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Həmçinin, qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 347/2021 nömrəli iş olmuş, lakin mübahisənin yekunlaşması ilə bağlı yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Hesab edirlər ki, cavabdeh orqanın həmin cavab məktubu tamamilə əsassızdır və bununla bağlı aşağıdakı xüsusatları diqqətə çatdırmaq istəyirlər. Torpaq sahəsinə dair qeyd edilən məhkəmə işi ilə bağlı bildirmək istəyirlər ki, həmin iş qeyd edilən torpaq sahəsində X9 tərəfindən yaradılmış manelərin aradan qaldırılması ilə bağlı olmuşdur. İş üzrə Bakı Apellyasiya Məhkəməsi tərəfindən 2(103)-347/2021 nömrəli, xx.xx.2021-ci il tarixli Qətnamə qəbul edilmiş, onların iddiaları tam təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəsi almış və icraya yönəlmişdir. Buna dair Bakı Apellyasiya Məhkəməsi tərəfindən 18 aprel 2023-cü il tarixli məktub təqdim edilmişdir (müvafiq qətnamə və məktub iddia ərizəsinə əlavə edilir). Cavabdeh orqana təqdim etdikləri xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli orderdə torpaq sahəsinin nömrəsi kimi “8B”, torpağın ölçüsü kimi 0.12 ha göstərilmişdir. Cavab məktubunda digər imtina əsası kimi X1 və istismarı birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar olunmamasıdır. Bununla bağlı bildirmək istəyirlər ki, orderin nüsxəsinin 1 saylı Ərazi İdarəsinin arxivində aşkar edilməməsi qeyd edilən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsas deyil.
8. Sonuncu dəfə iddiaçılar tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ÇölŞüvəlan bağ massivində yerləşən “8B” saylı 840 kv.m (0.084 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anaları X5 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq iddia tələbi ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli, **********93 saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildirirlər ki, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 840 kv.m təşkil edir. Texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunduğu məlum olmuşdur. Qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki iş mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı 840 kv.m (0.084 ha) torpaq sahəsi üzərində hüququn iddiaçıların mərhum anaları X5 məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsasları isə sənəd üzrə torpaq sahəsinin ölçüsünün 1200 kv.m qeyd edilməsinə baxmayaraq faktiki ölçüsünün 840 kv.m təşkil etməsi, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunmasının məlum olması, qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki işin mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmaması olsa da, məhkəmə cavabdehin həmin imtinasını əsassız hesab edir. Belə ki, işin hallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X8 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Həmin qətnamə icra mərhələsindədir. Torpaq sahəsinin ölçüsünə gəldikdə isə, iddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilərək bağ sahəsinə dair mülkiyyət hüquqlarının faktiki ölçüsünə uyğun olaraq, yəni 840 kv.m-ə uyğun olaraq ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi xahiş edilmişdir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 840 kv.m təşkil edir. Əlavə olaraq, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunduğu məlum olmuşdur.Təqdim edilən X1 və İstismarıBirliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda xx.xx.2023- cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Qeyd edilən torpaq sahəsinə dair BakıApellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylımülki iş mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. Bakı İnzibati Məhkəməsi tərəfindən bağ sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıb-ayrılmaması ilə bağlı araşdırma aparılmamışdır.
d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə iddia ərizəsi ilə oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
e) Proses iştirakçılarının izahatları
15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. .... 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ..... 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır; - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur.
21. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
22. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)
27. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
28. İşin hallarından müəyyən edilmişdir ki, iddiaçılar Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1609 nömrəli sərəncamına əsasən mərhum analarına Çöl- Şüvəlan 190 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha bağ sahəsinə hüququn məxsus olması barədə arayışın verilməsini xahiş edirlər.
29. Cavabdehin imtinasının dəlillərindən biri ondan ibarət olmuşdur ki, sərəncamda ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilməmişdir.
30. Lakin, iş materiallarına əlavə edilmiş X3 və İstismarı Birliyi tərəfindən verilmiş 73 nömrəli orderin kserosurətində ayrılmış bağ sahəsinin nömrəsi və ölçüsü göstərilmişdir. Eyni zamanda həmin orderə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəsini almış 2(103)-347/2021 saylı xx.xx.2021-ci il tarilxi qərarında da, istinad edilmişdir.
31. Məhkəmə Kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, sərəncamda ayrılmış bağ sahəsinin ölçüsü və nömrəsinin göstərilməməsi hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz
32. Belə ki, “İnzibati icraat haqqına” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə (Mötəbərlik prezumpsiyası) əsasən: 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
33. Həmçinin, məhkəmə araşdırması zamanı mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
34. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının digər əsasları isə sənəd üzrə torpaq sahəsinin ölçüsünün 1200 kv.m qeyd edilməsinə baxmayaraq faktiki ölçüsünün 840 kv.m təşkil etməsi, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunmasının məlum olması, qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)- 347/2021 saylı mülki işin mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmaması olsa da, məhkəmə cavabdehin həmin imtinasını əsassız hesab edir.
35. Belə ki, işin hallarından göründüyü kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X8 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Həmin qətnamə icra mərhələsindədir. Torpaq sahəsinin ölçüsünə gəldikdə isə, iddiaçılar tərəfindən iddia tələbi dəqiqləşdirilərək bağ sahəsinə dair mülkiyyət hüquqlarının faktiki ölçüsünə uyğun olaraq, yəni 840 kv.m-ə uyğun olaraq ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi xahiş edilmişdir.
36. Göründüyü kimi, cavabdehin bu dəlilləri də, əsassız olmaqla iddiaçıların mərhum analarına məxsus hüququnun qeydə alınmasını tələb etməsini istisna edə bilməz
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
38. Məhkəmə Kollegiyası hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsələri İddiaçı1 və İddiaçı2 bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası göstərilənlərdən əlavə qeyd edir ki, cavabdehin verdiyi apellyasiya şikayəti aşağıdakılara əsasən əsassızdır.
40. Apellyasiya şikayətində qeyd edilmişdir ki, “sənəd üzrə torpaq sahəsinin ölçüsü 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 840 kv.m təşkil edir. Əlavə olaraq, texniki baxış keçirilən zaman iddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunduğu məlum olmuşdur".
41. Bununla Kollegiya bağlı qeyd edir ki, torpaq ərazisinin sənəd üzərində qeyd edilən ölçüsü ilə faktiki ölçüsü arasındakı fərq birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmış, iddiaçı tərəfindən bununla bağlı dəqiqləşmə ərizəsi verilmiş və məhkəmənin qəbul etdiyi Qərarda da məhz 840 kv.m (0.084 ha) torpaq sahəsi üzərində hüququn iddiaçıların mərhum anaları X5 məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi ' öhdəliyi cavabdehə həvalə edilmişdir.
42. Apellyasiya şikayətinin “İddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunması” dəlili ilə bağlı Kollegiya qeyd edir ki, iddiaçılarla onların qonşusu X9 arasında qeyd edilən məsələ ilə bağlı məhkəmə mübahisəsi mövcud olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-347/2021 saylı qətnaməsinə əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-185/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçıların cavabdeh X8 qarşı iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan qəsəbəsində bağ-tikinti kooperativinin tərkibində 8B ünvanında yerləşən 0.12 ha torpaq sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq hasarlanması zamanı cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinə açılmış qapı cavabdehin vəsaiti hesabına bağlanılması qət edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçların istifadəsində və sahibliklərində olan torpaq sahəsinin cavabdeh Rasim Nəcəfov tərəfindən zəbt olunması, yəni - cavabdeh tərəfindən 8B saylı bağın içinə darvaza açıldığı, həmin darvazanın qarşısından başlayaraq və 8 В saylı bağın ərazisindən keçən beton örtüklü yol salındığı, həmçinin kanalizasiya quyusunun inşa olunduğu, bağının hasarının cavabdeh tərəfindən söküldüyü, yenidən hasarın inşa olunmasına maneçilik törədildiyi iş materiallarında olan sənədlər və eləcə də, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/3296 nömrəli rəyi ilə öz təsdiqini tapır.
43. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı2 müraciətinə cavab olaraq verilmiş 18 aprel 2023-cü il tarixli 3-6/2-H-11318-1/2023-67 nömrəli məktuba əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-347/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə Azəbraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 393-cü maddəsinə əsasən 21 mart 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir.
44. Göründüyü kimi, cavabdeh “İddiaçı tərəfindən göstərilən torpaq sahəsində digər şəxs (qonşu) tərəfindən beton örtüklü yolun salınaraq istifadə olunması” dəlilinə istinad edərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərarının ləğv edilməsini apellyasiya instansiya məhkəməsindən tələb etməsi tamamilə əsassızdır.
45. Apellyasiya şikayətində qeyd edilən digər dəlil ondan ibarətdir ki, “təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar olunmamışdır. Eyni zamanda xx.xx.2023- cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki iş mövcud olmuş, lakin 1 saylı BakıƏrazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır”.
46. Həmin dəlillə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, X1 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin İdarənin arxivində aşkar olunmaması sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsi üçün əsas deyil.
47. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli C-187-112 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 1609 saylı sərəncamından çıxarış təqdim edilmişdir. Çıxarışa əsasən: 2. Aşağıdakı vətəndaşlara bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın. 2.73. X5 - Çöl Şüvəlan ВТК № 190.
48. Yəni, iddiaçıların anasına Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən 190 №-li ВТК nəzdində bağ sahəsi ayrılması arxiv arayışı ilə sübuta yetirilib.
49. xx.xx.2023- cü il tarixli, c-187-112 nömrəli arxiv çıxarışında torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd edilməməsinə gəlincə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan bağ massivində yerləşən “8B” saylı torpaq sahəsinə dair iddiaçıların anası X4 adına X1 və istismarı birliyi Çöl-Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativ tərəfindən xx.xx.2002-ci il tarixdə 73 №-li order verilib.
50. Həmin orderdə qeyd edilib ki, Bakı şəhər İcraiyyə Komitəsinin 3 sentyabr 1993-cü il tarixli 1009 №-li qərarına əsasən X5 bağlar sahəsində 190 №-li ВТК nəzdində 0,12 hektar torpaq sahəsi olan 8 В №-li bağ ayrılıb və sözügedən order iddiaçılar tərəfindən məhkəməyə təqdim edilib.
51. Həmçinin, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-347/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsində də sözügedən torpaq sahəsinin iddiaçıların mərhum anası X5 məxsus olması müəyyən edilib.
52. Cavabdehin “Qeyd edilən torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin icraatında 2(103)-347/2021 saylı mülki iş mövcud olmuş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır’’ dəlili ilə bağlı bildirmək istəyirəm ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuş 2(103)- 347/2021 nömrəli iş mahiyyətcə mülki işdir və həmin iş cavabdeh qismində çıxış edən Rasim Nəcəfov adlı şəxsin yaratdığı maneələrin aradan qaldırılması ilə bağlı olmuşdur. Belə olan halda məhkəmənin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyması qanunvericiliyə zidd olardı.
53. Apellyasiya şikayətinin "Bakı İnzibati Məhkəməsi tərəfindən bağ sahəsinin həqiqi yerləşməsi dəqiq müəyyən edilməmiş və torpaq sahəsinin qanuni əsaslarla ayrılıbayrılmaması ilə bağlı araşdırma aparılmamışdır” dəlili ilə bağlı məhkəmə Kollegiyası bildirir ki, işə baxan məhkəmə qeyd edilən torpaq sahəsinin həqiqətən də iddiaçıların anasına məxsus olması faktını mötəbər sübutlar əsasında araşdırmış və Qərar qəbul edən zaman Çöl-Şüvəlan bağlar sahəsindəki 190 №-li kooperativ tərəfindən xx.xx.2002-ci il tarixdə 73 №-li orderi, Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli C-187-112 nömrəli arxiv arayışını, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 347/2021 nömrəli 05 oktyabr 2021-ci il tarixli qətnaməsini və digər sübutları nəzərə almışdır.
54. Həmçinin, apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində də torpaq sahəsinin faktiki ölçüsü 840 kv.m təşkil etməsi, bağ sahəsinin sərhədləri şimal tərəfdən qonşu hasarla ayrılıb qalan tərəflərdən isə bir sıra mişar daşı düzülərək ayrılması və.sair öz təsdiqini tapmışdır.
55. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.