Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1590/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “zərərin ödənilməsi”tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Elmira Eyvaz qızı Nağıyevadan və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, X22-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Bakı şəhər Cavabdeh1 nümayəndəsi X14, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-394/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Bakı şəhər Cavabdeh1nə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 107,1 kv.m. yaşayış evinin və 133,1 kv.m. olan torpaq sahəsinin 4/9 hissəsinin hər kv.metrinə görə 2500 manat pulun, ümumilikdə 267000 manat, həmin məbləğə əlavə xx xxxx 53400 manat pulun, evin sökülməsinə görə məcburi olaraq kirayədə qalma haqqı olaraq 7200 manat pulun, mənəvi zərərə görə 50000 manat olmaqla ümumilikdə 377600 manat pulun tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan 56 saylı fərdi yaşayış evi 4/9 hissədə onun, digər hissələrdən 1/3 hissə X16 və 2/9 hissə X20 mülkiyyətlərindədir. Həmin daşınmaz əmlak əvvəldən xüsusi mülkiyyətdə olmuş və orada yaşayış olmuşdur. Həmin ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Cavabdeh Bakı şəhər Cavabdeh1 qanunsuz olaraq həmin daşınmaz əmlakı sökmüş və mülkiyyətçilərə hər hansı kompensasiya ödəməmişdir. Bakı şəhər Cavabdeh1nə müraciəti nəticəsiz qalmışdır. Halbuki zəruri sənədlər həmin orqana təqdim edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Həmin Nazirliyin xx xxxxxxxx 2019-cu il tarixli məktubunda həmçinin vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina edilmişdir. Cavabdeh evi özbaşına olaraq sökmüşdür və bununla da Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri pozmuşdur. Həmin ərazidə yaşayış evinin kv.metr qiyməti 2500 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. Ona verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv.metr torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.metr olan 56 saylı fərdi yaşayış evi həmçinin evin altında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hesab olunur. Evin texniki pasportuna əsasən ümumi torpaq sahəsi 133,1 kv.metr təşkil edir. Beləliklə 107,1 kv.metr təşkil edən yaşayış evinin 4/9 hissəsi ilə yanaşı 133,1 kv.metr təşkil edən torpaq sahəsinin 4/9 hissəsi kompensasiya edilməlidir. Həmin 20 faiz ümumi məbləğə əlavə olunmalıdır. Eyni zamanda məcburi kirayə haqqı 7200 manat təşkil edir. Mənəvi zərər qismində cavabdehdən 50000 manat pul tutulmalıdır. Vurulmuş zərər hər iki cavabdehdən tutulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırıımış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin mövqeyinə əsasən həmin əmlaka dair üçüncü şəxs X11 ilə xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının həmin əmlak üzərində hər hansı hüququ qeydiyyata alınmamışdır. İddiaçının əmlak üzərində mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi isə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli, 2( 103)-2080/2015 saylı qərardadına əsasən maraqlı şəxs X11 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə X11 arasında xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanan zaman fərdi yaşayış evi üzərində onun hər hansı hüququ qeydə alınmamışdır. Alqı-satqı işinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin vaxt sözügedən ünvanda X4 özü və oğlu X12 başqa şəxslər həmin ünvanda qeydiyyatda olmamışlar. Buna görə də Cavabdeh1 tərəfindən «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq X1 olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ona ödənilmişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman X11 notarial qaydada verdiyi ərizə əsasında ünvan 126 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus olan payına görə digər payçılar tərəfindən hər hansı bir iddia yaranarsa onların payını qaytarmağa və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Göründüyü kimi, iddiaçının iddia ərizəsində göstərdiyi kimi, fərdi yaşayış evi cavabdeh Bakı şəhəri Cavabdeh1 tərəfindən özbaşına sökülməmiş, fərdi yaşayış evi həmin ünvanda yaşayan və alınmanın təsirinə məruz qalan X11 ilə mövcud qanunvericliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanaraq, kompensasiya ödənilməsi yolu ilə sökülmüşdür. Məhkəmənin mövqeyi və qərarı tamamilə qanunsuzdur. Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi 0,01087 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 107,1 kv.m. olan 56 saylı fərdi yaşayış evi 4/9 hissəsi heç vaxt Məhərrəməova Tamaranın mülkiyyətində olmamış və həmin hissəyə dair Cavabdeh1 alqısatqı müqaviləsi bağlamamışdır. Ümumiyyətlə, Məhərrəmova Tamara evin mülkiyyətçisi olmamışdır. İş materiallarında olan 1187 saylı xx.xx.2016-cı il tarixli Forma 2 arayışından görünür ki, alqı-satqı müqaviləsi bağlanan vaxt ünvan 126 ünvanında X5 özü və oğlu X18 daimi qeydiyyatda olmuşlar. Həmin şəxslərdən başqa digər şəxslər həmin ünvanda qeydiyyatda olmamışlar. Hazırki iş üzrə iddiaçı vərəsəlik hüquqlarını bütün qanuni vasitələrlə tanıtdırmaq üçün dövlət orqanları, məhkəmələrə müraciət etmişdir. Azərbaycaan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmənin dövlət orqanından kompensasiyanın tutulmaması, əvəzində T.Məhərrəmovadan pulu tələb etməyim kimi mövqeyi mülkiyyət hüququnun pozulmasıdır. Çünki həmin əmlak məhz dövlət ehtiyacları üçün götürülmüşdür. Eyni zamanda məhkəmə torpağın və daşınmaz əmlakın düzgün dəyərləndirilmədiyini də nəzərə almamışdır. Həmin ərazidə yaşayış evinin kv.m.-nin qiyməti 2000 manat təşkil edir və həmin məbləğ torpaq sahəsinə də şamil olunmalıdır. Ona verilməli olan pul məbləği üzrə kompensasiya daşınmaz əmlakın bazar qiyməti ilə hesablanmalıdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdi ki, iddiaçı həmin ünvanda mülkiyyətçi olmaqla, mübahisəli ünvan üzrə bələdiyyə vergilərinin ödəyicisidir. Həmin ərazi 2016-cı ildə sökülmüşdür. Hazırda iddiaçı 4/9 hissə üzrə mülkiyyətçidir. Cavabdeh inzibati orqan olan Cavabdeh1 fərdi yaşayış evi üçün müəyyən edilmiş kompensasiya məbləğini heç bir hüququ olmayan şəxsə vermişdir. Belə ki, Cavabdeh1 fərdi yaşayış evinin mülkiyyətçisi ilə deyil, istifadə hüququ sual altında olan şəxslə, yəni X11 ilə müqavilə bağlayaraq, kompensasiya məbləğini ona vermişdir. X4 fərdi yaşayış evinə heç istifadə hüququ da olmamışdır. Onun sadəcə həmin ünvanda formal qeydiyyatı olmuşdur. X2 tanımır, onların heç bir qohumluq əlaqələri yoxdur. Həmçinin payları müəyyən olunan digər mülkiyyətçilərə də kompensasiya verilməmişdir. İddiaçı faktiki olaraq orada qeydiyyatda olmasa da, həmin ünvanda yaşamış və vergi ödəyicisi olmuşdur. Eyni zamanda Cavabdeh1 həmin ünvan üzrə vərəsəlik prosesi ilə bağlı məlumatlı olmuşdur. Belə ki, 2016-cı ilin sentyabr ayında mülk üzərində iddianın təmin tədbiri olaraq həbs qoyulması barədə İcra Hakimiyyəti başçısına məktub ünvanlanaraq xəbərdar edilmişdir. Həmin fərdi yaşayış evi üzərində həbs ola-ola onun alqı-satqısı aparılmışdır. Bununla bağlı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı şəhər Cavabdeh1 nümayəndəsi X19 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdi ki, fərdi yaşayış evinin söküntüsü təxminən X11 ilə alqısatqı müqaviləsi bağlandıqdən sonra aparılmışdır. 2015-ci ilin məhkəmə qərarına əsasən əmlak üzərində iddiaçının hüququnun qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ləğv edilməli idi. Sökülmüş fərdi yaşayış evinin yüklülüyü barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu verilsə də, həmin sorğuya cavab verilməmişdir. Eyni zamanda fərdi yaşayış evinin həbsdə olması barədə də inzibati orqanda hər hansı məlumat olmamışdır. Bununla bağlı cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat olan məhkəmə bildirişi onun göndərilməsi barədə poçt zərfinin üzərindəki qeydə əsasən «bina sökülüb» səbəbindən geri qaytarıldığı üçün 3-cü şəxs X11 məhkəmə iclası barədə məlumatlandırıla bilməmiş və ona görə də məhkəmə iclasında iştirakını təmin edə bilməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə digər cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin və 3-cü şəxs X4 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət ehtiyacı üçün geri alınması ilə bağlı X7 xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. Lakin İddiaçı fərdi yaşayış evinin 4/9 hissəsinin onun adına xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın verildiyini, lakin daşınmaz əmlak sökülərkən mülkiyyətçilərə hər hansı kompensasiya ödənilmədiyini göstərmiş və buna dair kompensasiya tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxx 2018-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1976-cı il tarixdə vəfat etmiş X21 vərəsəsi qardaşının nəvəsi – İddiaçı – ünvan 4 ünvanında miras əmlakdan 1/3 hissə paydan 1/3 paya (evin 1/9 hissəsinə) pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRXnin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə- X26 verilmiş **********37- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 5 ünvanında sahəsindən paylı mülkiyyət hüququ üzrə miras qoyana məxsus 1/3 hissə paydan ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 56 ünvanında yerləşən 107,1 kv.metr fərdi yaşayış evinin 4/9 hissəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən **********37-10301 reyestr nömrəli xx.xx.2014-cü il tarixdə texniki pasport tərtib edilmişdir. İddiaçı tərəfindən cavabdeh Bakı şəhəri Cavabdeh1nə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsi, ev 56 ünvanında yerləşən, sahəsi 107.1 kv.m. olan mülkün 4/9 hissəsinin ona məxsus olması, həmin ünvanda yerləşən mülkə dair kompensasiyanın onun razılığı olmadan, həmin ünvanda qeydiyyatda olan, lakin heç bir sənədi olmayan bir kimsəyə verilməsi və ona kompensasiyanın verilməməsi qeyd edilmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh1 iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, iddiaçının kompensasiya ödənilməsi barədə müraciətinə baxılmış və bildirilmişdir ki, mübahisəli fərdi yaşayış evinin dövlət ehtiyacı üçün alınması məqsədilə xx.xx.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə Cavabdeh1 arasında razılıq əldə edilmiş və müvafiq kompensasiya ödənilmişdir. İddiaçı ona kompensasiyanın ödənilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Maliyyyə Nazirliyinə müraciət etsə də, onun müraciətindən imtina edilmişdir. Belə ki, iddiaçıya ünvanlanmış DX-03/05-05-985-5 saylı xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilmişdir ki, araşdırma zamanı Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 56 saylı ünvanda mövcud olan yaşayış sahəsi dövlət ehtiyacları üçün alınmanın təsirinə düşməsi ilə əlaqədar qeydə alınmış, həmin ünvanda yaşayan və alınmasının təsirinə məruz qalan müıkiyyətçi ilə razılaşdılmış kompensasiya məbləği mülkiyyət hüquqlarını təsdiq edən sənəd əsasında, mövcud qanunvericiliyə uyğun olaraq notarial qaydada alqısatqı müqaviləsi bağlamaqla bank vasitəsilə 2016-cı il tarixdə ona ödənilmiş, dövlət ehtiyacları üçün alınma ilə əlaqədar həmin ünvanda yalnız bir yaşayış evi qeydə alınaraq köçürülmüş, ünvanda digər şəxslər, o cümlədən onun adında, yaxud istifadəsində olan heç bir yaşayış sahəsi akşar edilməmişdir. Habelə hazırki müraciətinə əlavə edilmiş RX seriyalı ******* saylı reyestrdən çıxarışdan da göründüyü kimi, həmin ünvanda onun adına daşınmaz əmlak yalnız xx.xx.2019-cu il tarixdə, yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacları üçün alınmasından və sökülməsindən üç il sonra qeydə alınmışdır. Qeyd olunan ünvanda yaşayış sahəsinə görə kompensasiya hüququnun olub-olmamasının aydınlaşdırılması üçün mülkiyyət hüququnu təsdiq edən sənədlərlə birlikdə “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etməsi məqsədəuyğun hesab olunmuşdur. İş üzrə birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş sənədlərdən, o cümlədən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilərək ünvan 9 ünvanında yerləşən evə dair ünvan 10 Tikintilərin Reyestrindən çıxarışda qeyd olunmuş X33 X10 olması faktının müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən evin 1/3 hissəsinə miras əmlakının İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 9 ünvanında yerləşən evin 1/3 hissəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısının İddiaçı adına aparılması və həmin hissəyə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissədə xx.xx.2012-ci il tarixdə İddiaçı, 1/3 hissədə X32 və 1/3 hissədə X20 adına qeydiyyata alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2080/2015 saylı xx.xx.2015-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, həmin iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardadla ərizəçiyə izah olunmuşdur ki, eyni məzmunlu iddia tələbi ilə iddia icraatı qaydasında məhkəmədə iddia qaldıra bilər. Birinci instansiya məhkəməsinin verdiyi sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2020-ci il tarixli **********50 saylı məktubunda göstərilmişdir ki, ünvan 3 saylı fərdi yaşayış evi ilkin tarixsiz olaraq X31, X16, X20 adlarına qeydiyyatidan keçmiş, Yasamal rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmiş, 5 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2V-54 reyestr nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən sözügedən fərdi yaşayış evinin X27 məxsus 1/3 hissədən 1/3 hissəsi İddiaçı Əskərəli qızının adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin mülkiyyətçiləri aşağıdakılardır: X16 1/3 hissə, X20 2/9 hissədə açıq qalır, İddiaçı 4/9 hissə . 1187 saylı xx.xx.2016-cı il tarixli Forma 2 arayışına əsasən ünvan 126 ünvanında X4 özü və oğlu X18 daimi qeydiyyatda olmuş və sahibin adına heç bir sənəd yoxdur. xx xxxxxxxx 2016-cı il tarixli X11 ilə Cavabdeh1 arasında bağlanmış müqavilədən görünür ki, X13 152223 manat məbləğində kompensasiya almaqla ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsindən Cavabdeh1 xeyrinə imtina etmişdir. X3 tərəfindən notariat kontoruna ünvanlanmış ərizədən görünür ki, ərizəçi ünvan 126 ünvanda yerləşən fərdi yaşayış evində ona məxsus olan payına görə digər payçılar tərəfindən hər hansı bir iddia yaranarsa onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmçinin iş materiallarında olan iddiaçı tərəfindən Cavabdeh1nə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, iddiaçı 2011-ci il tarixdən vərəsəliklə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev 56 saylı mülkdə yaşayan Tamara Məhərrəmova ilə əlaqə saxlamış, onlar eyni hüquqa malik baba nəvələridirlər. Həmin ünvanda yerləşən mülk onların babaları X9 aiddir. Həmin mülk 3 paylı olmaqla babası, onun bacıları (bibiləri) X44 və X25 məxsusdur. Hazırki dövrə kimi evin çıxarışı X42 adınadır. O, 1976-cı ildə rəhmətə getmişdir. Vərəsəliklə bağlı məhkəmə prosesi gedir. Həmçinin 2016-cı ilin 3 iyun tarixində mülkə həbs qoyulmuşdur. Məhəmə prosesinin olması ilə bağlı Cavabdeh1nə, Söküntü Komissiyasına və Mənzil Kommunal Sahəsinə məlumat verilməsinə baxmayaraq 2016-cı ilin avqust ayının 26-da məlum olmuşdur ki, mülk bir gün əvvəl, yəni xx xxxxxx 2016-cı ildə sökülmüşdür. Beləliklə, iş üzrə birinci instansiya məhkəməsi müəyyən etmişdi ki, mübahisəli daşınmaz əmlakın 4/9 hissəsi xx.xx.2019-cu il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmin əmlakın iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına əsas xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Həmin əmlaka dair Tamara Məhərrəmova ilə xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən iddiaçının həmin əmlak üzərində hər hansı hüququ qeydiyyata alınmamışdır. İddiaçının əmlak üzərində mülkiyyət hüququ yalnız xx.xx.2019-cu il tarixdə yəni sözügedən ünvanda əmlakın dövlət ehtiyacı üçün alınmasından və sökülməsindən 3 il sonra dövlət qeydiyyatına alınmışdır. Sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6883/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi isə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadına əsasən maraqlı şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. Göründüyü kimi, Cavabdeh1 ilə X11 arasında xx.xx.2016-cı il tarixdə alqısatqı müqaviləsi bağlanan zaman fərdi yaşayış evi üzərində iddiaçının hər hansı hüququ qeydə alınmamışdır. Alqı-satqı işinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin vaxt sözügedən ünvanda X5 özü və oğlu X12 başqa şəxslər həmin ünvanda qeydiyyatda olmamışdır. Buna görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq X1 olan daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar xx.xx.2016-cı il tarixdə notarial qaydada alqı-satqı müqaviləsi bağlanmaqla 152223 manat məbləğində razılaşdırılmış kompensasiya məbləği ödənilmişdir. Belə olan halda məhkəmə iddiaçının vərəsəlik hüququ əsasında sonradan həmin əmlakın 4/9 hissəsinə mülkiyyət hüququ əldə edərək sözügedən fərdi yaşayış evinə görə cavabdehlər tərəfindən eyni daşınmaz əmlaka dair təkrar kompensasiya ödənilməsi barədə tələbini əsassız hesab edərək onun rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla, iş materiallarından görünür ki, iddiaçının kompensasiya tələbi 2 cavabdehə qarşı yönəlmişdir. İddia ərizəsində iddiaçı iki cavabdeh göstərsə də, işə birinci instansiya qaydasında baxmış məhkəmə həmin cavabdehlərdən hansına qarşı iddianın mümkünlük şərtlərinin ödənildiyini, hansına qarşı isə ödənilmədiyini yoxlamadan iddianın mahiyyətinə qiymət vermişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır (10.1). İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır (11). Hazırki işdən müəyyən olunur ki, iddiaçının tələbi iki cavabdehə qarşı verilsə də, həmin tələb hər cavabdehə münasibətdə əsaslandırılmamış, keçirilmiş məhkəmə iclasında isə iddiaçı iştirak etmədiyi üçün dinlənilməmiş və nəticədə hansı cavabdehdən nəyi tələb etdiyi məsələsi aydınlaşdırılmamışdır. Digər tərəfdən iş materiallarından müəyyən olunur ki, inzibati orqan tərəfindən inzibati icraat həyata keçirilərkən sözügedən daşınmaz əmlakın mübahisəli olduğu inzibati orqana məlum olmuş, hətta iddiaçının bu barədə icra hakimiyyəti orqanına müvafiq müraciətləri də olmuşdur. Buna baxmayaraq inzibati orqan olan Cavabdeh1 Tamara Məhərrəmova ilə alqısatqı münasibətlərinə daxil olmamışdan əvvəl həyata keçirdiyi inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə riayət etməmiş, iddiaçını maraqlı şəxs olduğu halda hər hansı formada inzibati icraatla bağlı məlumatlandırmamış və onun dinlənmə hüququnu təmin etməmişdir. Bunu inzibati orqan onunla izah etmişdir ki, Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanan zaman mübahisəli əmlakda başqa şəxslərin də qeydiyyatda olduğu və ya başqa şəxslərin mülkiyyətçi olması faktı ona məlum olmamışdır. Apellyasiya baxışı zamanı Cavabdeh1ndən xx.xx.2016-cı il tarixdə Tamara Məhərrəmova ilə alqı-satqı müqaviləsi bağlanarkən sözügedən daşınmaz əmlak üzərində hüquqların qeydi ilə bağlı müvafiq sənədlərin tələb olunması barədə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müvafiq sorğunun ünvanlanıbünvanlanmadığı, başqa sözlə, mübahisəli daşınmaz əmlakla bağlı hüquqmüəyyənedici sənədlərin kimin adına olması barədə hansı araşdırmanın aparılmasını təsdiq edən müvafiq sübutların təqdim olunması tələb olunsa da, sonuncu belə sənədləri təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Hazırki işdən müəyyən olunur ki, Cavabdeh1 ilə Tamara Məhərrəmova arasında xx.xx.2016-cı il tarixdə mübahisəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən sözügedən fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçının adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış hələ ləğv edilməmişdi, belə ki, həmin çıxarışın verilməsi üçün əsas olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi maraqlı şəxs Tamara Məhərrəmovanın apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadı ilə ləğv edilib, ərizə baxılmamış saxlanılsa da, həmin qərardadın icrası ilə bağlı müvafiq xx.xx.2012-ci il tarixli reyestrdən çıxarış və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməmişdi. Bundan başqa Cavabdeh1 ilə X11 arasında ünvan 126 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqı müqaviləsi xx xxxxxxxx 2016-cı il tarixdə bağlanarkən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-7742/2016 saylı xx.xx.2016-ci il tarixli qərardadına əsasən sözügedən yaşayış sahəsinin üzərində həbs olmuşdur. Apellyasiya baxışı zamanı müəyyən olundu ki, həmin həbs yalnız məhkəmənin 2(103)-2370/2017 saylı xx xxxxx 2018-ci il tarixli qərardadı ilə götürülmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən kompensasiyanın ödənildiyi Tamara Məhərrəmovanın Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 56 saylı fərdi yaşayış evinə dair hər hansı hüquqmüəyyənedici sənədinin mövcud olub-olmaması, dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan mübahisəli daşınmaz əmlakın üzərində kimin hüquqlarının dövlət reyestrində qeydə alınması, mübahisəli ev üzərində həbs olduğu halda onun alqı-satqısının mümkünlüyünün inzibati orqan tərəfindən araşdırılıb-araşdırılmadığı müəyyən edilməmiş, nəhayət inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə müvafiq qaydada aparılmadığına, o cümlədən iddiaçının inzibati icraata cəlbinin zəruriliyi və onun dinlənmə hüququnun pozulmasına qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-394/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Elmira Nağıyeva Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1590/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1590/2020
04.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver