Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1590/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilən məbləğin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X4 və X7 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilən məbləğin geri qaytarılması barədə rəy verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10744/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X1 Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək vergilər, faizlər və maliyyə sanksiyaları üzrə xx.xx.2022-ci il tarixinə yaranmış cəmi 980,87 (doqquz yüz səksən manat səksən yeddi qəpik) artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin X3 müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Müraciətin araşdırılması zamanı, onun şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə “Əlavə dəyər vergisi”, 2022-ci il üzrə “Gəlir vergisi” və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim edilmədiyi müəyyən olunmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.1 -ci maddəsinə əsasən vaxtında təqdim olunmamış vergi bəyannaməsinə görə növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83-cü maddəsinə uyğun olaraq əlaqəli məlumata əsasən əlavə vergi məbləği hesablana bilər. Qeyd olunan hallarla bağlı təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxıla bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilə bilər. Bundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, artıq ödənilmiş 980.87 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyatı üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə və İİİ şəxs qismində cəlb edilən Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək, artıq ödənilmiş 980.87 manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda şəxsi hesab vərəqəsində 980.87 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlilər Baş İdarəsinə müraciət edilmişdir. İddiaçı tərəfindən həmin göstərilən artıq ödəmə mələğinin geri qaytarılması barədə vergi orqanına Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixində ərizə ilə müraciət edilmişdir. Lakin vergi orqanı tərəfindən ona rəyin verilməsi təmin edilməmiş və bu barədə vergi orqanı tərəfindən imtina məktubu ünvanlanmışdır. İmtinanın əsası kimi şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə; Əlavə dəyər vergisi; 2022-ci il üzrə; Gəlir vergisi; və 2022-ci ilin üçüncü rübü üzrə; Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat); bəyannamələrinin təqdim edilmədiyinin müəyyən edildiyi qeyd edilmişdir. Odur ki, şəxsi hesab vərəqəsində yaranmış 980.87 manat artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisinin əsas fəaliyyət növü şəxsi daşınmaz əmlakın istismara və kirayəyə verilməsi olduğu və xx.xx.2023-cü il tarixli fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə ərizə ilə müraciət edərək xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı müəyyən edilmişdir. Hazırki dövrə vergi ödəyicisində xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ay üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nın ləğv olunması) nəticəsində 980,87 manat artıq ödəmə məbləği yaranmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə "Əlavə dəyər vergisi", 2022-ci il üzrə "Gəlir vergisi" və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələri təqdim edilməmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə Artıq ödənilmiş məbləğin geri qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət olunmuşdur. xx.xx.2023-cü il (AVİS **********975100) tarixli cavab məktubunda şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və təqdim edilməli bəyannamələr təqdim edildikdən sonra, artıq ödəmə məbləğinin geri qaytarılması məsələsinə təkrar müraciət əsasında baxılacağı bildirilsə də vergi ödəyicisi tərəfindən qeyd olunan bəyannamələr təqdim edilməmişdir. Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına müraciət etməlidir. Həmçinin, Qaydaların 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Eyni zamanda nəzərinizə çatdırırıq ki, büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir. Qaydaların 4.1.1-ci bəndində deyilir ki, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10744/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı tərəfindən artıq ödənilmiş 980.78 (doqquz yüz səksən manat yetmiş səkkiz qəpik) manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarında qeyd olunur ki, iddiaçının artıq ödəməsi xx.xx.2018-ci il tarixdən yaranmış, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin qaytarılmasını xahiş etmişdir. İddiaçının müvafiq vergi bəyannamələri təqdim etməməsi cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə vergi məbləği hesablamasına mane olmadığı kimi, iddiaçının xx.xx.2023-xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı halda 2018-ci ildən yaranmış artıq ödəmənin 05 il tələbetmə müddəti keçmədən ona geri qaytarılmasını tələb etmək hüququna da təsir etmir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə fəaliyyətini dayandırması barədə ərizə ilə vergi orqanına müraciət edilmişdir. Uçot baza məlumatlarına əsasən vergi ödəyicisinin 2022-ci il üzrə dövriyyə yaradan qaimələrinin olması müəyyən edilmiş, buna baxmayaraq həmi dövr üzrə bəyannamələr təqdim edilməmişdir. Məhkəmə mübahisənin düzgün həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırılmamış, iddia tələbi üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Apellyasiya şikayətinə etirazların dəlilləri: İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etirazlarını onunla əsaslandırmışlar ki, cavabdeh tərəfindən təqdim edilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, cavabdeh apellyasiya şikayətini sadəcə formal mülahizələrə əsaslanaraq tərtib etmiş və dəfələrlə fiziki şəxsin fəaliyyətinin dayandırıldığını qeyd etmişdir. Lakin nəzərinizə çatıdırırıq ki, fəaliyyətin dayandırılması vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan artıq ödənilmiş vergi məbləğini tələb etmək hüququnu istisna etmir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğləri tələb etmək hüququnun fəaliyyətin olmamasına, dayandırılmasına görə isitisna edilməsi kimi bir hal nə Vergi Məcəlləsində nə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” nda qeyd edilməmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdeh tərəfindən təqdim edimiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 2- 1(112)-10744/2023 saylı qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “artıq ödənilmiş 980.87 manat məbləğin və xx.xx.2023-cü il tarixdən həmin məbləğ geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 % məbləğinin ödənilməsi barədə rəyin verilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsinin sübut edilməsinə istinad edərək hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, əhatə etdiyi dövr- saldo: 183,13, hesablanılmışdır: 47.165,64, ödənilmişdir: 4.439,93, qaytarılmışdır: 0.00, azaldılmışdır: 43.545,57, faiz saldo: 0,00, çap tarixinə faiz borcu: 0,00, kameral yoxlanılmalı məbləğ: 0,00, əhatə etdiyi dövrün son tarixinə saldo: 980,87, çap tarixinə saldo: 980,87, cəmi ödənməli borc: 0,00, vaxtı ötmüş borc: 0,00, vaxtı ötmüş artıq ödəmə: 0,00, vergi üzrə möhlət verilmişdir: 0,00, sosial üzrə bölüşdürülməmiş ödənişlər: 0,00, sosial üzrə möhlət verilmişdir 0,00. X1 Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək vergilər, faizlər və maliyyə sanksiyaları üzrə xx.xx.2022-ci il tarixinə yaranmış cəmi 980,87 (doqquz yüz səksən manat səksən yeddi qəpik) artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. Həmin Məcəllənin 24.0.10-cü maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 48 saylı 23 fevral 2001-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. Həmin Qaydaların 6.1-ci bəndinə görə vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. Göstərilən normaların tələbinə görə, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə 5 illik tələb etmə müddəti keçməmiş 980,78 manat artıq ödəməsi vardır. Həmin məbləğ iddiaçının şəxsi hesab vərəqəsindəki məlumatdan göründüyü kimi, xx.xx.2018-ci il tarixdə 2018-ci ilin may ayı üçün əlavə dəyər vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış məbləğin azalması (KYB-nin ləğv olunması) nəticəsində yaranmışdır. Cavabdeh qeyd edilən artıq ödəmənin geri qaytarılmasından imtinaya əsas kimi iddiaçının şəxsi hesab vərəqəsindəki artıq ödəmə məbləğinin reallığı əks etdirmədiyi və 2022-ci ilin iyun, iyul və avqust ayları üzrə “Əlavə dəyər vergisi”, 2022-ci il üzrə “Gəlir vergisi” və 2022-ci ilin üçüncü rübü üzrə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)" bəyannamələrinin təqdim edilmədiyinə istinad edir. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda da göstərildiyi kimi, iddiaçının artıq ödəməsi xx.xx.2018-ci il tarixdən yaranmış, iddiaçı xx.xx.2023-cü il tarixdə müraciət edərək artıq ödənilmiş məbləğin geri qaytarılmasını tələb etmişdir. İddiaçının müvafiq vergi bəyannamələri təqdim etməməsi cavabdehin mübahisələndirilən dövrlə bağlı əlavə vergi məbləği hesablanmasına mane olmadığı kimi, iddiaçının xx.xx.2023xx.xx.2026-cı il tarixədək fəaliyyətini dayandırdığı halda 2018-ci ildən yaranmış artıq ödəmənin 5 il tələbetmə müddəti keçmədən ona geri qaytarılmasını tələb etmək hüququna da təsir etmir. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəmənin qaytarılması barədə rəy verməkdən imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. Bununla yanaşı qeyd olunur ki, qanunvericilik artıq ödənilmiş və ya düzgün tutulmayan verginin geri qaytarılmasının gecikdirilməsinə görə vergi orqanına 0,1 faiz məbləğində faiz tətbiq edilməsini də nəzərdə tutmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının müraciət etdiyi tarixdən gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) 980,87 manat vəsaitin 0,1 faizin əlavə olaraq ödənilməsi qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının ləğv edilib, iddiaçının iddiasının rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10744/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10744/2023 saylı 20 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-1590/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1590/2024
01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver